Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1155/2019 30.07.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1155/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 30 iyul 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Ənvər Əhməd oğlu Şadiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Ə.Hüseynov) 1(002)-192/2018 nömrəli 21 noyabr 2018-ci il tarixli hökmü ilə xx xxxx 1978-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum edilmiş, işləməyən, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı 3 (üç) ay həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 2 (iki) il müdd ətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 13 yanvar 2018-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd tapançanı, həmin tapançanın içərisində olan sandıqçanı və sandıqçada olan 02 ədəd patronu əldə edib üzərində saxlamaqla gəzdirmiş, 19 yanvar 2018-ci il tarixdə saat 09:00 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ərazisində fəaliyyət Ticarət Mərkəzinin giriş hissəsində saxlanılaraq Qaradağ RPİ- yə gətirilmiş, ora da dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın arxa hissəsində kəmər ilə şalvarın 01 ədəd 7,62 mm kalibrli olmaqla, “TT” (Tula-Tokarev) konstruksiyalı, “30391” nömrəli, 1937-ci ildə zavod üsulu ilə istehsal edilmiş yivli- odlu atəş açmaq üçün yararlı olan döyüş silahı hesab edilən tapança, 02 ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli “Tokarev” (“TT”), “Ğeska ZBROCOVKA” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança- pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə döyüş sursatı hesab edilən istifadəyə yararlı patronlar və 8 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan, “TT” konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, funksional əhəmiyyət da şımayan istifadəyə yararlı sandıqça aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) 1(103)208/2019 nömrəli 24 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin.. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şik ayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, onun barəsində qəbul edilmiş apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan iş yenidən məhkəmə baxışına qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi məhkumun vəsatət və faktlara söykənən dəlillərinə heç bir münasibət bildirilməmişdir. Bundan başqa cəza təyin olunarkən onun üç uşaq atası olması, həyat yoldaşının iş qabiliyyətinin zəif olması, himayəsində yaşlı ahıl atasının olması, ailə və övladlarının yaşadığı evin qəzalı olması, ümumi allergiya xəstəliyindən və bir çox digər xəstəliklərdən əziyyət çəkməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsasl anmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Cəlal Əliyevin kassasiya şikayətinin dəlili barəsində çıxarılmış hökm və qərarın əsassız olmasıdı r. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə hərəkətləri üçün cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkum birinci instansiyası məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda tam təqsirli bilmişdir. Bundan əlavə, Məhkum qeyd olunan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər mate rialları ilə tam təsdiq edilir. Həmçinin birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum verilmiş ittiham üzrə təqsirli olmasını müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşarkən cinayət və cinayət prosessual qanunların normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin gəldikləri nəticə qanuni və əsaslıdır. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik də rəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və on un ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarak teri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, onkoloji xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin təhlükəli residivi olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Nəzərə alınsa ki, Məhkum təqsirli bilindiyi CM-in 228.1-ci maddənin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur və birinci instansiyası məhkəməsi də ona həmin maddənrin sanksiyasının orta həddindən bir qədər çox olan həddə cəza təyin etmişdir, belə cəzanı heç cür ağır hesab etmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə X3ə təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin materiallarında Məhkum təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilmir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsa sən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə mü əyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1155/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1155/2019
30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver