Məhkəmə qərarları › İş №1(102)-1155/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1155/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1155/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Abdullayev Samir Tofiq oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi nin 30 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 125 və 148-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.T.Abdullayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli il tarixli hökmü ilə (sədrlik edən hakim Əmirəliyev Fərid Mübariz oğlu) Məhkum, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 125 və 148-1-ci maddələr i ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 125-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə, CM-nin 148-1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs1 mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilərək cavabdeh Məhkum onun tərəfindən vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmisi isə 5030 (beş min otuz) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2017-ci ilin may ayından sevgi münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 ilə ayrıldıqdan sonra sonuncudan qisas almaq məqsədi ilə yaşadığı ünvan 3 ünvanına bağlı olan 5.197.145.185 İP ünvanı üzərindən istifadəsində olan “Samsung GSM_SM-G935FD GalaxyS7 Edge” markalı mobil telefon və “HP” markalı “Pavilion G6” modelli “5CDxxxxxxV” seriya nömrəli kompüterdə Zərərçəkmiş şəxs1 razılığı olmadan sonuncuya aid məlumatlardan istifadə etməklə Zərərçəkmiş şəxs1 adına, eləcə də digər istifadəçi adları ilə 2018-ci ilin oktyabr ayından başlamaqla 2019-cu ilin iyun ayına qədər olan müddət ərzində “İnstagram” sosial şəbəkəsində “lyra_s4v4ge”, “nadingehpegizi292837”, “nadinewilldiesoon”, “satokun**********1”, “honeymoneymoob22”, “niyametdingangst a”, “akopsiek527”, “sadigbazdigov”, “guseynkv.abbaks.29937”, “gocayevsadik257” və “nightmare_nadinewilldiesoon” adlı, “www.bakuchat.az” internet saytında “LotuOglan2837”, “orxanceferov93”, “ParvinaNasir27” və “SadikHuseynov9” adlı saxta istifadəçi adları və profillər yaradaraq istifadəsində olan telefon və kompüterə yüklədiyi “Adobe photoshop”, “3Dsmax”, “Maya” və sair adlı qrafik redaktə proqramlardan istifadə etməklə Zərərçəkmiş şəxs1 sosial şəbəkələrdə olan, eləcə də münasibətdə olduqları müddət ərzində birlikdə çəkdirdikləri fotoşəkillərinin baş nahiyəsini müxtəlif internet resurslarında olan pornoqrafik məzmunlu fotoşəkillərdə əks olunmuş qadınların baş nahiyələri ilə redaktə edib Zərərçəkmiş şəxs1 guya müəyyən məbləğdə pul müqabilində intim xidmətləri təklif edən şəxs olmasını göstər mək üçün redaktə etdiyi fotoşəkilləri yuxarıda qeyd olunan sosial şəbəkələrdə yaratdığı saxta profillərə, həmçinin “2ch.hk”, “Vkontakte” və “archivach.ng” adlı sosial şəbəkələrə yükləyib həmin şəkillərin Zərərçəkmiş şəxs1 məxsus olmasını qeyd edərək, sonuncunun adından “Kim cəsurdursa, zəng etsin”, “cinsi xidmətlər 50 manat”, “Xin alt tumanını satıram”, “qəhbə X, bu heç vaxt bitməyəcək, sadəcə özünü öldür”, “gehbe qizi”, “bu heç vaxt qurtarmayacaq, qəhbə nadinan”, “X, get rədd ol, səni öz evinin qarşısında zorlayacaqlar” və sair bənzər məzmunlu ifadələr yazıb həmin profillərdə Zərərçəkmiş şəxs1 və qardaşı Şahid2 istifadələrində olan mobil telefon nömrələrini qeyd etməklə yalan olduğunu biləbilə Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları internetin sosial şəbəkələrində yaratdığı saxta istifadəçi adları və profillərdən istifadə etməklə yayaraq sonuncuya böhtan atıb təhqir etmiş, ondan sair cəhətdən asılı olmuş Zərərçəkmiş şəxs1 ləyaqətini qeyd olunan formada mütəmadi olaraq alçaltmaqla sonuncunun özünə 2018-ci ilin dekabr ayında yaşadığı ünvan 5 ünvanında sol mil-bilək oynağını kənarı iti, ucu biz olan əşya vasitəsilə kəsərək ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilməklə dərəcələri təyin olunmayan bir neçə kəsik xəsarətləri yetirməsi, daha sonra isə həmin ünvanda 2019-cu ilin əvvəllərində müxtəlif dərman preparatları içməklə özünü öldürməyə cəhd etməsi həddinə çatdırmışdır. Bundan başqa, o, cinayətkar əməllərini davam etdirərək yaşadığı ünvan 1 ünvanına bağlı olan 5.197. 145.185 İP ünvanı üzərindən istifadəsində olan “Samsung GSM_SMG935FD GalaxyS7 Edge” markalı mobil telefon və “HP” markalı “Pavilion G6” modelli “5CDxxxxxxV” seriya nömrəli kompüterdə Zərərçəkmiş şəxs1 rəfiqəsi olan X2 razılığı olmadan sonuncuya aid məlumatlardan istifadə etməklə X1nın adına, eləcə də digər istifadəçi adları ilə 2019-cu ilin yanvar ayından həmin ilin aprel ayına qədər olan müddət ərzində “İnstagram” sosial şəbəkəsində “lala.bubyatova”, “sadhbabayev22298” və “ayyylemao**********1” adlı saxta istifadəçi adları və profillər yaradaraq istifadəsində olan telefon və kompüterə yüklədiyi “Adobe photoshop”, “3Dsmax”, “Maya” və sair adlı qrafik redaktə proqramlardan istifadə etməklə X1nın sosial şəbəkələrdə olan fotoşəkillərinin baş nahiyəsini müxtəlif internet resurslarında olan p ornoqrafik məzmunlu fotoşəkillərdə əks olunmuş qadınların baş nahiyələri ilə redaktə edib X1nın guya intim xidmətləri təklif edən şəxs olmasını göstərmək üçün redaktə etdiyi fotoşəkilləri yuxarıda qeyd olunan sosial şəbəkələrdə yaratdığı saxta profillərə, həmçinin “2ch.hk”, “Vkontakte” və “archivach.ng” adlı sosial şəbəkələrə yükləyib həmin şəkillərin X1ya məxsus olmasını qeyd edərək sonuncunun adından “öz rəfiqəmlə və özümün porno fotoşopunu edirəm, burada yayımlanan foto və videoları izləmək üçün bu hesaba abunə olun) xnxx.com/lamonkeeey/” və sair bənzər məzmunlu ifadələr yazıb həmin profillərdə qeyd etməklə yalan olduğunu bilə-bilə X1nın şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları internetin sosial şəbəkələrində yara tdığı saxta istifadəçi adları və profillərdən istifadə etməklə yayaraq sonuncuya böhtan atıb təhqir etmişdir. Hökmdən Məhkum müdafiəçisi S.T.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 04 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarından müdafiəçi S.T.Abdullayev kassasiya şikayəti verərək həmin qərarda dəyişiklik edilərək, Məhkum CM-nin 125-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şika yətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 21, 412 və 416-cı maddələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi S.T.Abdullayev kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 125-ci maddəsi ilə təqsirli bilinməsi üçün toplanmış sübutların dolayı sübutlar olmasına diqqət yetirməmiş, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməyərək onlara düzgün hüquqi qiymət verməmiş və nəzərə almamışdır ki, hüquqlarını müdafiə etdiyi şəxslə zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında olan münasibətlər sevgi münasibətləri olmuş və bu baxımdan məhkum olunmuş şəxs etdiyi hərəkətlərlə Zərərçəkmiş şəxs1 özünü öldürmə həddinə çatdırmaq niyyətini izləməmişdir. Məhkəmə isə iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyinə formal yanaşaraq iş üzrə müəyyən olunmuş ziddiyyətləri Məhkumun xeyrinə həll etmək əvəzinə yalnız ona CM-nin 125-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaltmaqla kifayətlənmiş, halbuki toplanmış sübutlarla müəyyən edilmiş işin faktiki halları ona həmin maddə ilə bəraət verilməsi üçün əsas olmuşdur. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq müdafiəçi S.T.Abdullayev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər X6 və Zərərç əkmiş şəxs1 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslər X1nın və Zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məluma tlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmununda göründüyü kimi, Məhkum müdafiəçisi T.S.Abdullayevin həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq və məhkum edilmiş şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, kassasiya müraciətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın dəyişdirilməli və Məhkum bəraət veril məli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi S.T.Abdullayevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı mür aciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apelly asiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellya siya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə baxılması nətic əsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiy a instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqla rının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməs ini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin ə sassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tə ləb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qor umaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nətic ələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Belə ki, CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəx s özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasə n qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. ş übhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyek tiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi başa düşülür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni s übutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sü butlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CP M-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə bax ışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsin də tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübut ların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessua l hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şə rh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrən ilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxar ı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz sayılması və həmin qərarın dəyişdirilərək Məhkum bəraət verlməsi haqqında tələbin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şika yətində əksini tapmış halları deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ona qarşı hər hansı təzyiq göstərilmədən, cinayət təqibinin müxtəlif mərəhələrində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sənədlərə əsasl anaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək müdafiəçi T.S.Abdullayev tərəfindən mübahisələndirlən işin faktiki hallarını belə müəyyən etmişlər ki, Məhkum 2017-ci ilin may ayından sevgi münasibətlərində olduğu (göründüyü kimi, müdafiəçinin istinad etdiyi bu hal da məhkəmələr tərəfindən inkar edilməmişdir) Zərərçəkmiş şəxs1 ilə ayrıldıqdan sonra sonuncudan qisas almaq məqsədi ilə yaşadığı ünvan 3 ünvanına bağlı olan 5.197.145.185 İP ünvanı üzərindən istifadəsində olan “Samsung GSM_SM-G935FD GalaxyS7 Edge” markalı mobil telefon və “HP” markalı “Pavilion G6” modelli “5CD303402V” seriya nömrəli kompüterdə Zərərçəkmiş şəxs1 razılığı olmadan sonuncuya aid məlumatlardan istifadə etməklə Zərərçəkmiş şəx s1 adına, eləcə də digər istifadəçi adları ilə 2018-ci ilin oktyabr ayından başlamaqla 2019-cu ilin iyun ayına qədər olan müddət ərzində “İnstagram” sosial şəbəkəsində müxtəlif adlı saxta istifadəçi adları və profillər yaradaraq istifadəsində olan telefon və kompüterə yüklədiyi “Adobe photoshop”, “3Dsmax”, “Maya” və sair adlı qrafik redaktə proqramlardan istifadə etməklə Zərərçəkmiş şəxs1 sosial şəbəkələrdə olan, eləcə də münasibətdə olduqları müddət ərzində birlikdə çəkdirdikləri fotoşəkillərinin baş nahiyəsini bəzi internet resurslarında olan pornoqrafik məzmunlu fotoşəkillərdə əks olunmuş qadınların baş nahiyələri ilə redaktə edib Zərərçəkmiş şəxs1 guya müəyyən məbləğdə pul müqabilində intim xidmətləri təklif edən şəxs olmasını göstərmək üçün redaktə etdiyi fotoşəkilləri sosial şəbəkələ rdə yaratdığı saxta profillərə, həmçinin “2ch.hk”, “Vkontakte” və “archivach.ng” adlı sosial şəbəkələrə yükləyib həmin şəkillərin Zərərçəkmiş şəxs1 məxsus olmasını qeyd edərək, sonuncunun adından alçaldıcı mövzularda ifadələr yazıb həmin profillərdə zərər çəkmiş şəxsin və onun qardaşı Şahid2 istifadələrində olan mobil telefon nömrələrini qeyd etməklə yalan olduğunu bilə-bilə Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları internetin sosial şəbəkələrində yaratdığı saxta istifadəçi adları və profillərdən istifadə etməklə yayaraq sonuncuya böhtan atıb təhqir etmiş, ondan sair – emosional cəhətdən asılı olmuş Zərərçəkmiş şəxs1 ləyaqətini qeyd olunan formada mütəmadi olaraq alçaltmaqla onun özünə 2018-ci ilin d ekabr ayında yaşadığı ünvanda sol mil-bilək oynağını kənarı iti, ucu biz olan əşya vasitəsilə kəsərək ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilməklə dərəcələri təyin olunmayan bir neçə kəsik xəsarətləri yetirməsi, daha sonra isə həmin ünvanda 2019-cu ilin əvvəllərində müxtəlif dərman preparatları içməklə özünü öldürməyə cəhd etməsi həddinə çatdırmışdır. Bundan başqa, Məhkum cinayətkar əməllərini davam etdirərək yaşadığı ünvanla bağlı olan 5.197.145.185 İP ünvanı üzərindən istifadəsində olan “Samsung GSM_SMG935FD GalaxyS7 Edge” markalı mobil telefon və “HP” markalı “Pavilion G6” modelli “5CDxxxxxxV” seriya nömrəli kompüterdə Zərərçəkmiş şəxs1 rəfiqəsi olan X2 razılığı olmadan sonuncuya aid məlumatlardan istifadə etməklə X1nın adına, eləcə də digər istifadəçi adları ilə 2019- cu ilin yanvar ayından həmin ilin aprel ayına qədər olan müddət ərzində “İnstagram” sosial şəbəkəsində müxtəlif adlı saxta istifadəçi adları və profillər yaradaraq istifadəsində olan telefon və kompüterə yüklədiyi “Adobe photoshop”, “3Dsmax”, “Maya” və sair adlı qrafik redaktə proqramlardan istifadə etməklə onun da sosial şəbəkələrdə olan fotoşəkillərinin baş nahiyəsini müxtəlif internet resurslarında olan pornoqrafik məzmunlu fotoşəkillərdə əks olunmuş qadınların baş nahiyələri ilə redaktə edib X1nın guya intim xidmətləri təklif edən şəxs olmasını göstərmək üçün redaktə etdiyi fotoşəkilləri sosial şəbəkələrdə yaratdığı saxta profillərə, həmçinin “2ch.hk”, “Vkontakte” və “archivach.ng” adlı sosial şəbəkələrə yükləyib həmin şəkillərin adı çəkilən şəxsə məxsus olmasını qeyd edərək sonuncunun adından şərəf və ləyaqəti alçaldan ifadələr yazıb həmin profillərdə qeyd etməklə yalan olduğunu bilə-bilə X1nın şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları internetin sosial şəbəkələrində yaratdığı saxta istifadəçi adları və profillərdən istifadə etməklə yayaraq sonuncuya böhtan atıb təhqir etmişdir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi də işin bu faktiki halların arxasında duran sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası he sab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda kassasiya müraciətində irəli sürülən dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2017-ci ilin yaz aylarında sərgidə olan zaman Dillər Universitetində oxuyan rəfiqəsi X1 onu onunla eyni universitetdə və eyni ixtisas üzrə təhsil alan, həmin zaman sərgidə iştirak edən tələbə yoldaşı məhkumla tanış etmişdir. Bundan sonra Sadıqla bir neçə yerdə görüşmüş, münasibələri yaranmış, “instagram”, daha sonra isə “facebook”, “vkontakte” və digər sosial şəbəkələrindən ünsiyyət qurmuş, mobil telefon nömrəsini götürdükdən sonra isə “Whatsapp Messenger” və “Teleqram” sosial şəbəkələri vasitəsilə əlaqə saxlamış və dəfələrlə görüşmüşlər. Bir dəfə Məhkum onu evə yola salan zaman qardaşı Şahid2 onları birlikdə görmüş, həmin vaxt sonuncu ilə Məhkum arasında mübahisə yaranmış və bundan sonra qardaşı Məhkumla olan münasibətini qadağan etmişdir. Bu barədə Məhkuma bildirmiş, aralarında mübahisə yaranmış və münasibəltəri kəsmişlər. Məhkum isə israrla təkidlə görüşməyə çalışmış, ondan əl çəkməyəcəyini bildirməklə, 2018-ci ilin oktyabr ayınd an başlayaraq “İnstagram”, “Vkontakte”, “www.bakuchat.az”, “arhivach.ng” və “www.2ch.hk” adlı sosial şəbəkələrdə onun fotoşəkillərini redaktə edərək əxlaqsız fotoşəkillər halına gətirməklə yaratdığı saxta istifadəçi adları ilə yaradılmış profillərdə paylaşmağa başlamışdır. İlk öncə paylaşımların Məhkum edildiyini bilmədiyi üçün ondan kömək də istəmişdir. Lakin ümumi olaraq paylaşılmış şəkillərin bir hissəsinin ümumiyyətlə sosial şəbəkələrdə olmaması və yalnız Məhkum olması səbəbindən həmin şəkilləri sonuncunun götürərək redaktə etməklə paylaşa biləcəyini anladığından, bu barədə “teleqram” sosial şəbəkəsində Məhkuma yazdığı zaman onun əvvəl inkar etməsi, lakin sonradan etiraf etməsi, hətta “İnstaqram” sosial şəbəkəsində Məhkum öz adına və öz şəkli ilə yaratdığı profildə onun şəklini paylaşm aqla altında “bu heç vaxt bitməyəcək, sadəcə özünü öldür” məzmununda yazı yazması ilə bir daha paylaşımların məhz onun tərəfindən edildiyinə əmin olmuşdur. Məhkum onu rüsvay və təhqir etməsinə, əməllərini dayandırması ilə bağlı dəfələrlə ona xəbər göndərməsinə baxmayaraq və Məhkum bu müraciətlərə əhəmiyyət vermədiyinə görə o, özünü öldürmək qərarına gəlib 2018-ci ilin dekabr ayında ülgüclə sol bilək nahiyəsində bir neçə kəsik etməklə, 2019- cu ilin yanvar ayında isə müxtəlif dərman preparatları içməklə intihara cəhd etmiş, hər iki dəfə qardaşı X onun intihar etməsinin qarşısını almış, belə əməl tutmamasını bildirmişdir. Zərərçəkmiş şəxs1 həmçinin qeyd etmişdir ki, Məhkum onun barəsində əxlaqsız paylaşımlar etdiyi müddət ərzində rəfiqəsi X1 da dəfələrlə Məhkumla danışmış və əməllərini dayan dırmasını bildirdiyi üçün, sonuncu ondan da qisas almaq məqsədi ilə 2019-cu ilin yanvar-aprel ayları ərzində onun da adına yalançı profillər açmış və redaktə etdiyi əxlaqsız şəkilləri paylaşmaqla sonuncunun özünə də göndərib öz işləri ilə məşğul olmasını bildirmişdir. X1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, Məhkum onunla eyni ixtisas üzrə təhsil aldığı üçün tanış olmuş və dostluq münasibətləri yaranmış, birlikdə bir neçə tədbirdə Universitetlərini təmsil etmişlər. Həvəskar qaydada fotoşəkil çəkilişi ilə məşğul olduğu üçün təsadüf nəticəsində Zərərçəkmiş şəxslə tanış olmuş, 2017ci ilin qış aylarında Bakı şəhərində təşkil olunmuş şəkil sərgisində təsadüfən Məhkumla Zərərçəkmiş şəxsi tanış etmişdir. Məhkumı tanıdığı vaxtdan normal insan hesab etmiş, hətta onunla 2018-ci ilin yay aylarında “Cofee Morfie” adlı kafedə birlikdə də işləmiş, lakin bir müddətdən sonra onların münasibətləri kəsilmişdir. Sonradan o, Məhkum həm də Zərərçəkmiş şəxsə ilə münasibətlərinin korlandığını eşitmiş və Məhkum ondan qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 internet informasiya resurslarında olan şəkillərini müxtəlif saytlarda təhqiramiz formada yerləşdirmişdir. Bu müddət ərzində Məhkumla bir neçə dəfə əlaqə saxlayaraq əməllərini dayandırmasını, belə etməməsini bildirmiş, həmin ərəfədə kimsə Məhkumın ünvanını tapıb “2ch.hk”, “Vkontakte” və “archivach.ng” adlı saytlarda yerləşdirmiş, Məhkum onunla eyni Universitetdə oxuduqları üçün yaşadığı ünvanı yalnız onun öyrənərək sayta yerləşdirə biləcəyini düşündüyü üçün ünvanı “2ch.hk” adlı sosial şəbəkəsində paylaşdıqdan bir gün sonra “İnstagram” sosial şəbəkəsində onun şəklini redaktə proqramı vasitəsilə əxlaqsız formada düzəldib saxta yaratdığı “sadhbabayev22298” adlı profildə yerləşdirmiş, altına təhqiramiz ifadələr yazmış və bunu da “screenshot” edib “telegram” proqramı vasitəsilə ona göndərərək öz işləri ilə məşğul olmasını, başqalarının işlərinə qarışmamasını bildirmişdir. Bundan başqa onun şəkillərini istifadə edərək rəfiqəsi olan Zərərçəkmiş şəxs1 qisas almaq üçün “İnstagram” sosial şəbəkəsində “Larisa Yakovleva” istifadəçi adı ilə “lala_bubyatova” adlı saxta profil açıb əxlaqsız məzmunda başlıq yazmış, həmçinin onun şəkillərini xüsusi proqram vasitəsilə dəyişdirib “2ch.hk” saytına yerləşdirərərk müxtəlif intim xidmətlər təklif etmişdir. Sadıq qeyd olunan paylaşımları 2019-cu ilin yanvar ayından aprel ayına qədər olan müddət ərzində etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2019-cu il tarixli 464 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol mil-bilək oynağının kəsilmiş yara izi olan çapıq toxumaları müəyyən edilmişdir. Bu xəsarətlər kənarı iti, ucu biz əşyanın təsirindən əmələ gəlmişdirlər, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə, yəni 2018-ci ilin dekabr ayına uyğun gələ bilərlər və dərəcələrinə görə həm ümumilikdə həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur. Qeyd edilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, bu xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi mümkündür. Cinayət işi materiallarının təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi şərh olunan sübutlarla yanaşı həmçinin şahidlərin ifadələri, məhkəmə-psixiatrik, məhkəmə-linqvistik, məhkəmə-texniki və digər ekspertizalarının rəyləri ilə, işə əlavə edilmiş elktron və yazılı sənədlərlə, həmin sənədlərə baxış keçirilməsi və çoxsaylı digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla təsdiq olunur və həm hazırki qərarda, həm də birinci və apellyaiya intansiyası məhkəməsinin yekun məhkəmə aktlarında ətraflı təsvir olunmuş sübutlarla müəyyən edilir ki, Məhkum internet informasiya ehtiyatında saxta istifadəçi adlardan və profillərdən istifadə edərək kütləvi nümayiş etdirməklə Zərərçəkmiş şəxs1 və X1nın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onları təhqir etmiş və onlara böhtan atmış, həmçinin belə hərəkətləri mütəmadi olaraq etməklə ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş Zərərçəkmiş şəxs1 özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Məhkumin törətdiyi bu əməllər isə həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən düzgün olaraq CM-nin 125 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər kimi qiymətləndirilmiş və belə qiymətləndirmə cinayət qanunu normalarının tələbləri ilə yanaşı “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2022-ci il tarixli qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, CM-nin 125-ci maddəsinə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətin ictimai təhlükəliliyi nəinki insanın ən ümdə və ayrılmaz hüququ olan yaşamaq hüququna qəsd edilməsi, həmçinin təqsirkarın mənəviyyata zidd, qeyrihumanist, məkrli və amansız hərəkətləri ilə xarakterizə olunur. Bu cinayətin obyektini başqa şəxsin həyatının təhlükəsizliyi ilə bağlı münasibətlər təşkil edir. Özünü öldürmə həddinə çatdırmanın obyektiv cəhəti mürəkkəbdir, buraya təqsirkarın davranışı (hədəqorxu gəlmə, amansız rəftar, alçaltma), zərərçəkmişin təqsirkardan asılılığı, bunların nəticəsi ndə şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd həddinə çatması daxildir. Maddədə özünü öldürmə həddinə çatdırma əməlinin törədilməsinin üsulları dəqiq göstərilmişdir: amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə. Əməlin CM-nin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmalıdır. Sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi (ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial (qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, di ni sekta və s.) qeyri-formal liderlərindən olan asılılıq), psixoloji asılılıq (zərərçəkmişlə onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan şəxsdən asılılıq və s.) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn, virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu genişləndirir. Bəzi hallarda asılılığın dərəcəsi yalnız zərərçəkmiş şəxsin həyat tərzinə, şəxsiyyətinə, işinə və ailəsinə təsiri baxımından müəyyən edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Daha sonra Konstitusiya Məhkəməsi Plenumu özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 07 apre 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə istinad edərək vurğulamışdır ki, CM-nin 125-ci maddəsinin məzmunu, həmin maddənin sanksiyası və bütövlükdə Məcəllədə nəzərdə tutulmuş həyat və sağlamlıq əleyhinə olan cinayətlərin əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, qeyd olunan cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd form asında törədilir. Burada nəzərə alınmalıdır ki, təqsirkar ilə zərərçəkmiş arasında “asılılıq” münasibətlərinin olması bir sıra hallarda təqsirkarın zərərçəkmişin emosional durumu, suisidal potensialı haqqında məlumatlı olmasına dəlalət edir. Bu baxımdan, təqsirkarın zərərçəkmişin şəxsiyyətinin psixoloji xüsusiyyətləri barəsində biliyinin olması və belə biliyi rəhbər tutaraq zərərçəkmişin özünü öldürmə həddinə çatdırılmasına yönələn mütəmadi davranış üsulunu seçməsi və realizə etməsi əməlin təqsirin birbaşa qəsd formasında törədilməsi kimi qiymətləndirilməsinə əsas verir. Qeyd edilməlidir ki, əməlin CM-nin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş təqsirkarın hüquqa zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində həyatına son qoymaq qərarına şüurlu surətdə gəlməlidir. Özünü öldürmə həddinə çatdırma müəyyən seçim sərbəstliyi nəzərdə tutur, təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş öz iradəsi əsasında intihar edir, halbuki başqa cür davranmaq imkanına malikdir. Təqsirkar zərərçəkmişin özünü öldürməsini “təmin” etmir, bunun üçün “mühit” yaradır. Göstərilənlərə əsasən, eləcə də CM-nin təqsirə görə məsuliyyət və ədalət prinsiplərini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CM-nin 125-ci maddəsinin mənasına görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin birbaşa və ya dolayı qəsd formasında törədilir, həmin maddənin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Özünü öldürmə və ya özünü öldrməyə cəhd etmə həddinə çatdırma cinayətlərinə dair işlərə baxılarkən vahid məhkəmə təcrübəsinin formalaşıdırılması məqsədilə qəbul edilmiş 15 sentyabr 2022-ci il tarixli Qərarda əksini tapmış hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası kassasiya şikayətində ir əli sürülmüş apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və Məhkum bəraət verilməsi barədə tələbinə münasibətdə hesab edir ki, müraciət müəllifi işin faktiki hallarından deyil, öz mülahizələrindən çıxış etsə də, bu mülahizələrin arxasında hər hansı bir sübut dayanmır və onlar mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Həmçinin məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqda məsələyə də münasbət bildirərək qeyd edir ki, səxsə bəraət verilməsi ilə bağlı məsələlər CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cin ayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hər hansı bir hal mövcud deyil. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsini və şikayətdə göstərilən dəlilərə uyğun olaraq apellyasya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas görmür. Kassasiya şikayətində Məhkum CM-nin 125-ci maddəsi ilə təyin olunmuş cəzanın ağır olması mübahisələndiril məsə də, məhkəmə kollegiyası CPM-nin 419-cu maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasya instansiyası məhkəməsi tərəfindən cəza tədbirinin seçilməsi zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilib-edilməməsini məsələsini də yoxlamış və müəyyən etmişdir ki, son olaraq bu məsələni də həll edərkən apellyasiya instansiyası məhkəməsi cəza təyinin şərtləri, prinsipləri, qaydaları və cəzanın məqsədi təsbit edilmiş CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etmiş, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə müsbət xasiyyətləndirilməsini və iş üzrə cəzanı ağırlaşdıran müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bi lindiyi CM-nin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəzanın təyin edilməsi hissəsini hökmdən xaric edərkən nəzərindən qaçırmışdır ki, belə olan halda məhkum olunmuş şəxsə CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi əsası da aradan qalxmışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu haqda müddəanın hökmdən xaric edilməsi haqda qərar qəbul etməmiş və yalnız məhkum olunmuş şəxsə CM-nin 125-ci maddəsi ilə təyin olunmuş cəzanı yüngülləşdirməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, Məhkum CM-nin 148-1-c maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə ona həmin maddə ilə cəzanın təyin edilməsinə dair hissə birinci instansiya məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmdən xaric edildiyindən və bununla da məhkum olunmuş şəxsə CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi zərurəti aradan qalxdığından bu haqda müddəa da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarından və onunla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmündən xaric edilməli, bu əsasla da yekun məhkəmə aktlarında dəyişiklik edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum müdafiəçisi S.T.Abdullayev tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu müraciətin təmin edilməsi haqda müdafiəçinin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum 125 və 148-1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarından və onunla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmündən Məhkuma CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi haqda müddəa xaric edilməli, qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayət təmin edilməsin. Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarı və onunla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü dəyişdirilərək həmin yekun məhkəmə aktlarından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəa xaric edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar