Məhkəmə qərarları › İş №1(102)-1156/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1156/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1156/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsumov Nazim Rasim oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlunun iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 20 21-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 306.1 maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənov Vaqif İskəndər oğlu) Məhkum, xx xxxxxx 1956-cı il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5 və 68-ci maddələrinə əsasən qəti olaraq 01 (bir) il 04 (dörd) ay 05 (beş) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə, CM-nin 67.1-ci maddəsinə əsasən isə yeni hökmlə təyin edilmiş cəza Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbə r və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası, 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası və 01 (bir) il 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə, 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 68.2-ci maddəsinin tələbinə əsasən təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarın da cərimə cəzasının müstəqil icra edilməsi müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum cavabdeh kimi ondan 22000,00 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitini və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli 2(012)5933/2017 saylı, həmçinin ondan 30000,00 manat məbləğində borc, müqavilə rəsmiləşdirilərkən banka ödənilmiş 60,00 manat və dövlət büdcəsinə ödənilmiş 30,00 manat, cəmi 30090,00 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(012)- 289/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(012)- 1265/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla 22 oktyabr 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 yanvar 2021-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Hökmdən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, hər birisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 22 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəy işdirilmiş, hökmlə Məhkum CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 67.1ci maddəsinə əsasən həmin qərarla təyin edilmiş cəza Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası və 01 (bir) il 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bə rabər tutulmaqla ona qəti olaraq 2500 manat miqdarında cərimə, 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə və 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Bundan sonra Məhkum barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü maddəsi tətbiq edilərək ona CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş və üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ay azaldılmaqla onun üzərində qəti olaraq 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməkl ə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzaları saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu kassasiya protesti verərək Məhkum barəsində amnistiya aktının düzgün tətbiq edilməməsini iddia edib həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı T.H.Əsədov kassasiya protestinin onunla əsaslandırmışdır ki, “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər barəsində amnistiya tətbiq edilə bilər. Həmin Qərarın 18-ci bəndinə görə isə, bu Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. CM-nin 68.2-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir. Həmçinin göstərilən Qərarın 19-cu bəndində qeyd olunmuşdur ki, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Hazırki işin hallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardan görünür ki, Məhkum əsas cəza kimi təyin edilmiş və hökmlərin məcmusuna daxil olan cərimə cəzasının miqdarı iki min manatdan artıq olmuş və amnistiya barədə qərar qəbul edilənədək həmin cərimə onun tərəfindən ödənilməmişdir. Bu hal onun haqqında amn istiya aktının tətbiqini məhdudlaşdırmasına baxmayaraq Sumqayıt Apellyasya Məhkəməsinin Cinayət Kollegiyası amnistiya aktında nəzərdə tutulmuş məhdudiyyəti nəzərə almamış və əsassız olaraq məhkumun haqqında göstərilən amnistiya aktını tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini azaltmışdır. Qeyd olunanlara əsaslanaraq kassasiya protestinin müəllifi həmin protestin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişlər, Məhkum məhkəmə i clasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələbl ərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qayda da mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiam üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin material larına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni həm onun özünün, həm də zərərçəkmiş şəxslərin və şahidlərin ilə yanaşı məhkuma qarşı qaldırılmış iddiaların təmin edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum cavabdeh kimi ondan 22000,00 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitini və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli 2(012)- 5933/2017 saylı, həmçinin ondan 30000,00 manat məbləğində borc, müqavilə rəsmiləşdirilərkən banka ödənilmiş 60,00 manat və dövlət büdcəsinə ödənilmiş 30,00 manat, cəmi 30090,00 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(012)- 289/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(012)- 1265/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla 22 oktyabr 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 yanvar 2021-ci il tarixə kimi qət namə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmiş, yəni CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. CM-nin 306.1-ci maddəsinin sanksiyasında isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmasına görə isə, həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi tərəfndən həm Məhkum qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyi və onun törətdiyi əməlin hüquqi tövsifi mübahisələndirilmr və məhkəmə kollegiyası da bu məsələlər üzrə təftiş aparılması üçün əsaslar görməyərək hazırki işə kassasiya protestində irəli sürülmüş dəlillər çərçivəsində baxılmasını zəruri sayır. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ittihamçısı T.H.Əsədov öz kassasiya protestində yalnız apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas kimi, həmin məhkəmə tərəfindən Məhkum barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərba ycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının düzgün tətbiq edilməməsini və amnistiya aktının tələblərinə zidd olaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını mübahisələndirir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə bağlı ilk növbədə qeyd etməyi lazım bilr ki, CM-nin 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-nin 81.2-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cə zasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Qanunun bu normalarının mənasına görə, amnistiya aktı dövlət hüquqi akt kimi normativ xarakter daşıyır, həmin akt fərdən qeyri-müəyyən şəxslərə şamil edilir və hansı prosessual mərhələdə olmasından asılı olmayaraq qeyri-müəyyən sayda cinayət törətmiş şəxslər barəsində tətbiq olunur. Amnistiya aktını vermək təşəbbüsü həmişə ali dövlət orqanına məxsus olur, bu aktı tətbiq edəcək hüquq mühafizə orqanları, məhkəmələr və hökmləri və ya məhkəmələrin digər yekun qərarlarını icra edən orqanlar üçün məcburi xarakter daşıyır və onun müəyyən kateqoriya şəxslər barəsində tətbiq edilməsinin hüquqi əsası, qa ydaları və şərtləri təsbit olunur. Amnistiya aktı cəza və məsuliyyət məsələsinə aşağıdakı formalarda təsir göstərə bilər: a) cinayət məsuliyyətini aradan qaldırır; b) cəzadan (əsas və əlavə cəzadan) tamamilə azad edir; c) cəzanın müddətini azaldır; ç) cəzadan şərti olaraq vaxtından əvvəl azad edir; d) təyin edilən cəzanı (cəzanın çəkilməmiş hissəsini) başqa yüngül cəza ilə əvəz edir; e) cəzasını çəkmiş şəxslərin məhkumluğunu götürür. Kassasiya protestində Məhkumun barəsində düzgün olmayaraq 05 noyabr 2021-ci il tarixli Qərarın 4-cü bəndinin tətbiq edilməsi və həmin bəndə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması iddia olunur ona görə ki, göstərilən Qərarda bu bəndin tətbiqini məhdudlaşdıran, faktiki isə onun tətbiqini qadağan edən digər müddəalar nəzə rdə tutulmuş, lakin apellyasiya instansiyası məhkəməsi işin hallarına uyğun olaraq həmin bəndlərin tələblərinə nəzər yetirməmişdir. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarına əlavə edilmiş sənədlərə və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına müraciət edərək ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əvvəllər də Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 66.5 və 68-ci maddələrinə əsasən qəti olaraq 01 (bir) il 04 (dörd) ay 05 (beş) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, hazırki iş üzrə həmin məhkəmənin 27 sentyabr 2021-ci il tarixli hökmü ilə isə o, CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə, CM-nin 67.1-ci maddəsinə əsasən isə yeni hökmlə təyin edilmiş cəza Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası, 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası və 01 (bir) il 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, CM-nin 68.1.1-1- ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə, 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 6 (altı) ay azaldarkən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbacan Respublikası Milli Məclsinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndinə əsaslanmış, lakin nəzərə almamışdır ki, amnistiya aktında bu bəndin tətbiq edilməsini qadağan edən digər müddəalar da nəzərdə tutulmuşdur. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndinə əsasən, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 2.11-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərdən b aşqa, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi 2000 (iki min) manatdan artıq olmayan şəxslər azad edilirlər. Lakin, təhlil edilən Qərarın 18-ci bəndində müəyyən edlmişdir ki, bu Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir. Həmin Qərarın 19-cu bəndinə əsasən isə, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. 05 noyabr 2021-ci il tarixli Qərarın təsvir edlən bəndlərinin tələblərindən göründüyü kimi, şəxs əvvəllər böyük ctimai təhlükə törətməyən cinayətin törədilməsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hər hansı maddəsi ilə təqsirli bilinərək əsas cəza kimi cərimə cəzasına məhkum olunduqda, bu Qərarın tətbiq edilməsi nəzərdən keçirilən gün həmin cərimənin ödənilməmiş hiss əsi 2000 (iki min) manat miqdarından artıq olduqda və həmin cərimə cəzası şəxsə yeni hökmlə cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin olunmuş digər cəzalarla birləşdirildikdə belə şəxs haqqında göstərilən amnistiya aktı tətbiq edilmir. Qeyd olunduğu kimi, Məhkum əvvəlki məhkumluqları üzrə təyin olunmuş və ödənilməmiş cərimə cəzasının miqdarı 2000 (iki min) manatdan artıq – 2500 (iki min beş yüz) miqdarında olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq bu cəzanı ona yeni hökmlə təyin olunmuş cəzalarla birləşdirib ona qəti olaraq 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə, 2500 (iki min beş yüz) manat miqdarında cərimə və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin e tmişdir ki, bu hal da məhkumun barəsində amnistiya aktının 4-cü bəndinin tətbiq edilməsinin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasının qadağan edilməsinə əsas yaratmışdır. Belə olan halda kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası CPM-nin 419.10.5-cu maddəsinin tələblərinə uyğun olaraq Məhkum haqqında amnistiya aktının tətbiq edilməsinə dair müddəaların onun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarından xaric edilməsi, bununla da onun vəziyyətinin ağırlaşdırılması barədə qərarın qəbul edilməsini mümkün bilməyərək, məhkəmə iclasında isə kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, həmin protest üzrə qərarın qəbul edilməsinin məhkəmə kol legiyasının mülahizəsinə buraxılması haqda müdafiəçi Z.F.İbadovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair apellyasya instansiyası məhkəməsinin adı çəkilən qərarı kassasiya protestinə əsasən ləğv olunmalı və iş yeni apellyasiya baxışına təyin edlməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarı kassasiya pro testinə əsasən ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar