Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1157/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə 20 oktyabr 1960-cı ildə NMR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul o lan, ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərarından məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.V.İbrahimov) Məhkum CM-nin 213.1-ci maddəsi ilə maddəsi ilə təqsırli bilinərək cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında yəni 167.747 (yüz altmış yeddi min yeddi yuz qırx yeddi) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, iş üzrə mülki iddia qismən təmin olunmaqla Məhkum 83.873.50 ( səksən üç min səkkiz yüz yetmiş uç manat əlli qəpik) manat məbləğində mənfəət vergisi alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan 243 481.98 manat hissəsinin əsassız olduğu üçün təmin olunmaması, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş” EL Qurup” MMC-nin yükgömrük bəyənnamələri münasibət, hesabat və bank sənədlərinin cinayət işinin materiallarında saxlanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum, mülki iddiaçı və zərərçəkmiş hüquqi şəxs tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.Ə.Camalov və İ.H.Əhmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin 01 sentyabr 2020- ci il tarixli 1(018)05/2020 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum və mulkı iddiaçı və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri Namik Bağırov tərəfindən verilmiş apelyasiya şikayətlən təmin edilməmiş, Astara Rayon Məhkəməsinin həmin hökmündən bırinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı Panəliyev Böyükaga Bilə oğlu tərəfindər verilmiş apelyasiya protesti qismən təmin edilsin və protestə əsasən hökm Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 il müddətə dövlət və yerli özüniid arə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında yəni 167.747 (yüz altmış yeddi min yeddi yuz qırx yeddi) manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 -ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki o, 6 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Astara şəhəri, Nizami küçəsi ev 128 A olan "Er Qurup (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) təsisçisi olarkən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək, əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirilmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxslərdən biri kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16 1 1, 16.1.3, 16.1.4. 16.1.6. 16.1.7. 17.3. 53.1. 71.1. 71.2 72 77 3 78 1 82. 83 9 103 1 105 1 130.1 130-2 149 1 və 149 2-ci maddələrinin tələblərim pozaraq, cəmiyyətin adından qeydiyyatda olduğu vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxıl etməklə xeyli miqdar təşkil edən 83,873.50 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum təsisçisi olduğu "xxxx" MMC-nın 2016-cı il üzrə gəlir 561731.00 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 468109,17 manat, əldə olunan mənfəəti 93621,83 manat ödəməli mənfəət vergisi 18724 37 manat olduğu halda həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə gəliri 490248,63 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 485643,63 manat əldə olunan mənfəəti 4605,00 manat ödəməli mənfəət vergisini 921,00 manat göstərərək 17803,37 manat 2017-ci il üzrə gəliri 2010927.94 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1675773,28 manat əldə olunan mənfəəti 335154,66 manat ödəməli mənfəət vergisi 67030,93 manat olduğu nalda həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə gəlin 37700 6.77 manat gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 372202 00 manat əldə olunan mənfəəti 4804,00 manat ödəməli mənfəət vergisini 960,80 manat göstərərək. 66070,13 manat ümumilikdə xeyli miqdar təşkil edən. 83873,50 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə ədalətli və obyektiv qərar qəbul edilməsini xahiş etmişlər. Şikayət müəllifi bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, "xxxx" MMC-ni 6 saylı Ərazi Vergilər Baş İdarəsində təsis edərək sahibka rlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dairəsinə həmçinin cəmiyyətin adından əsasən tikinti materialları olmaqla müxtəlif adda mallar idxal etməklə məşğul olmuşdur. İdxal olunan malların çox hissəsi Astara rayonunda yerləşən gömrük məntəqəsində özü tərəfindən rəsmiləşdirilmiş, həmçinin "xxxx" MMC-nin adından əməliyyatlar özünün tərəfindən aparılmışdır. Gömrük idxalı və ixracı zamanı heç vaxt səhlənkarlıq etməmiş, gömrük rüsumlarını, o cümlədən vergilər vaxtı-vaxtında ödəmişdir. 2016-2017 ci illər ərzində onun vergi borcları yaranmamışdır. Proseslər zamanı təkrarən ekspertizanın keçirilməsi və verdiyim vəsatətlər təmin edilməmişdir. Buda ciddi qanun pozuntusudur. Bildiyimizə görə məhkəmə həqiqətə nail olmaq üçün təqdim olunan sübutları araşdırıb onlardan istifadə etməlidir. Hüquqi m əsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kif ayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Məhkum onu bildirir ki, Gömrük idxalı və ixracı zamanı heç vaxt səhlənkarlıq etməmiş, gömrük rüsumlarını, o cümlədən vergilər vaxtı-vaxtında ödəmişdir. 2016-2017 ci illər ərz ində onun vergi borcları yaranmamışdır. Proseslər zamanı təkrarən ekspertizanın keçirilməsi və verdiyim vəsatətlər təmin edilməmişdir. Məhkəmə kollegiyası kassator tərəfindən verilmiş kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətrində irəli sürülən dəlillər, apellyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 213.1-ci maddəsi ilə - xeyli miqdarda vergiləri, yəni 83.873.50 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda təqsirləndirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 aprel 2019-cu ıl tarixli 1204 saylı rəyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümümilikdə 83 873,50 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındığı müəyyən olunmuşdur Birinci instansiya məhkəməsi də düzgün olaraq həmin ekspert rəyin mötəbər sübut kımi qəbul edib mülki iddanı rəydə göstərilən həddə qəbul etmişdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dai r' Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2013-cü ıl tarixli Qərarında göstərilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bır şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Qeyd olunmalıdır ki, vergilər, hər bir döv lətin yarandığı andan cəmiyyətdə iqtisadı münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməsindən yayınma dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Bu əməlin ictimai təhlükəliliyi hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini ödəməyə dair konstitusiya vəzifələrinin icra olunmamasında ifadə olunur. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri uzrə qanunla müəyyən edilmiş vergilərin hesablanma sına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. CM-nin 213.1-ci maddəsinin tələbinə görə “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” cinayət məsuliyyətinə səbəb olur. CM-nin 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında gös tərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələ blərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş v əzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prins iplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası q eyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərarı Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1157/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1157/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver