Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1157/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Abdullayev Loğman Qüdrət oğlunun, Məhkum2 və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Hüseynova Pərvanə Valeh qızının iştirakları ilə xx xxxxxx 1967-ci il tar ixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, evli, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu Mədrəsə qəsəbəsində yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 145.2.3 və 145.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli 1(105)-776/2024 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Abdullayev Loğman Qüdrət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli hökmü 1(124)260/2024 nömrəli ilə (hakimlər: E.Q.M əmmədov (sədrlik edən), N.N.Hüseynli və N.N.Mirzəyev) Məhkum2 - Azərbaycan Respublikası CM-in 145.2.3 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir. Hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası CM-in 120.1, 145.2.3 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli 1(105)-776/2024 nömrəli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), A.H.Hüseynzadə və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 1(124)260/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 və Məhkum2 ona görə məhkum edilmişlər ki, onlar yetkinlik yaşına çatmayan şəxsi bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər, həmçinin Məhkum1 qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum1 22 aprel 2023-cü il tarixdə, saat 3 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış evində mobil telefonunun zənginə oyanıb arvadı Şahid1 gecələdiyi yataq otağına daxil olduqda əmisi oğlu yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs otaqda yerləşən bir-birinin üzərində qoyulmuş iki ədəd çarpayının arasında olan boşluq hissədə uzanaraq gizləndiyini görüb öz istifadəsində olan mobil telefonla qonşuluqda yaşayan atası Məhkum2 zəng edərək onu yaşadığı evə dəvət etmiş, Məhkum2 evə gəldikdən sonra saat 04 radələrində Məhkum1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs həmin otaqdan qaçmasının qarşısını almaq məqsədi ilə həyətdə saxlanılan qırmızı rəngli sintetik materialdan hazırlanmış iplə onun qollarını bilək və dirsək nahiyəsindən, ayaqlarını isə baldır nahiyəsində kip şəkildə bağlayaraq onu sərbəst hərəkət etmək imkanından məhrum edib sonuncunu yerdə uzanıqlı vəziyyətə iki saat ərzində saxlayar aq bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdirlər. Bundan əlavə Məhkum1 22 aprel 2023-cü il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış evində mobil telefonunun zənginə oyanıb arvadı Şahid1 gecələdiyi yataq otağına daxil olduqda əmisi oğlu yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs otaqda yerləşən bir-birinin üzərində qoyulmuş iki ədəd çarpayının arasında olan boşluq hissədə uzanaraq gizləndiyini görüb arvadının əmisi oğlu ilə ona xəyanət etdiyi qənaətinə gələrək Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə özünə məxsus mobil telefonla qonşuluqda yaşayan atası Məhkum2 zəng edib sonuncuya məxsus tüfəng və patronları gətirməsini xahiş etmiş, lakin bir müddət sonra atası evinə gələndə tüfəngi və patronları gətirmədiyini görüb Zərərçəkmiş şəxs olduğu otaqdan qaçmasının qarşısını almaq üçün atası ilə bir qrup şəxs halında əllərini və ayaqlarını həyətdən gətirdikləri sintetik materialdan hazırlanmış iplə bağlayıb sonuncunu hərəkət etmək imkanından məhrum edib yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ almacıq nahiyəsinin, sağ çənə nahiyəsinin, sol gözün bayır bucağının, sol almacıq nahiyəsinin, sağ və sol bazu oynaqlarında, kürək sümüyü çıxıntısı proyeksiyasında, sağ diz qapağının ön aşağı səthində, sol dirsək çuxurunda, sağ və sol baldırlarının aşağı 1/3- də, hər iki mil-bilək nahiyələrinin, döş qəfəsinin ön səthində sol tərəfdə qançırları, sol əlinin arxa səthinin səthi yaraları kimi ayrı-ayrılıqda və ümum ilikdə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs iki saat ərzində iplə bağlı vəziyyətdə yataq otağında saxlamış, atası Məhkum2 yaşadığı evini tərk edib öz evinə getdikdən sonra saat 05:45-də Zərərçəkmiş şəxs arvadı ilə aralarında olan münasibətə görə qısqanclıq niyyəti ilə öldürmək məqsədi ilə sonuncunun əllərinin bağlandığı ipi bıçaqla kəsib açaraq ondan ilgək düzəldib həmin ilgəyi Zərərçəkmiş şəxs boyun nahiyəsinə keçirərək ipin ucunu əlində saxlayıb sonuncunu ayaqları bağlı vəziyyətdə yataq otağından çıxararaq ayaqüstə evin həyətində yerləşən mətbəx otağına aparmış, mətbəx otağına daxil olduqdan sonra orada Zərərçəkmiş şəxs kiçik masanın üzərinə çıxararaq boyun nahiyəsindən bağlanmış ilgəyi mətbəxin damının taxta arakəsməsinə bağlayıb Zərərçəkmiş şəxs ipl ə boyun nahiyəsindən asaraq ona yetirilən anda həyat üçün təhlükəli olan, boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində mexaniki asfıksiyaya gətirməklə ölümünə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid stranqulyasiya şırımı xəsarətini yetirərək qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxsin nümayəndəsi hesab edir ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 145.2.3 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi ədalət prinsipinə də ziddir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndə L.Abdullayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, Məhkum2 və müdafiəçi P.Hüseynovanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl e dilib-edilməməsi yoxlanılır. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 cəzasının ağırlaşdırılması üçün işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 145.1-ci maddəsinə əsasən “Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 145.2-ci maddəsinə görə: “Eyni əməllər: 145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 145.2.4. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхs Məhkum2a cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəl illərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61 və 70-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial əd aləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsi rkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bər pası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ni, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasə n insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdi ləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yün gülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzə rdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, CM-in 59-cü maddəsinə əsasən, Məhkum2 himayəsində üç yetkinlik yaşına catmamış uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi və CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-in 145.2.4 və 145.2.4-cü maddələr i ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası sanksiyası həddindədir və həmin cəzanın CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi qanuna müvafiqdir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları onlara təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əməl ə görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiyya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1157/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1157/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver