Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1158/2018 16.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “16” avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X5 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 və məhkumun müdafiəçisi X12 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Azərbayc an Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Rövşən Tağızadə tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (hakim M.Xankişiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Əliyev və F.Qəniyev) Məhkum (xx xxxxxx 1991-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, ünvan 1də yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə və ev dustaqlığında saxlandığı 10 (on) ay 25 (iyirmi beş) gün ona təyin ediləcək cəza müddətinə hesablamaqla cəzasını çəkmiş hesab olunmuş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş epizod üzrə cinayət əməlinə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.K.Abdinbəyov, hakimlər R.K.Səfərov və Q.F.Məmmədovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdir ilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Məhkum 2016-cı ilin mart, aprel aylarında “İnstaqram” sosial şəbəkəsində X6 ilə tanış olduqdan sonra aralarında yaranmış yaxın münasibətlər zamanı E ondan 2016-cı ilin noyabr ayı ərzində ayrı-ayrı tarixlərdə 400 manat, 200 manat və 450 manat olmaqla cəmi 1050 manat məbləğində borc pul almış, lakin E almış olduğu borcunu qaytarmaq istəmədiyinə görə o, E borcunu ödəmədiyi halda aralarında olan yaxın münasibət zamanı qucaqlaşıb çəkdirmiş olduqları şəkli onun atasına göstərəcəyini deyib qorxutmağa cəhd etmiş və pulunu qaytarmadığı halda ona bədən xəsarəti yetirməklə zor tətbiq edəcəyi ilə hədələmiş, bu üsulla Məhkum özba şınalıq, yəni qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq E qorxudaraq ona vermiş olduğu pulun 600 manatını özbaşına alıb, bütövlükdə E mənafeyinə mühüm ziyan vuraraq özbaşınalıq cinayəti törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum əməlini CM-nin 322.2-ci maddəsinə tövsif edərkən, bu qərarını nəinki əsaslandırmamış, hətta sübuta yetirilməsini hesab etdiyi cinayət əməlini belə düzgün təsvir etməmişdir. Məhkəmə cinayət əməlini təsvir etməyə çalışarkən cinayətin törədilməsi yeri və vaxtını ümumiyyətlə müəyyən etməmiş, hökmdən məhkəmənin tövsif etdiyi özbaşınalıq cinayətinin nə vaxt və harada törədilməsi bəlli deyildir. Məhkəmənin hökmdə Məhkum cinayət əməlini təsvir e tməsindən görünür ki, o, məhz CM-nin 182-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Məhkəmə hökmdə Məhkum cinayət əməlini təsvir edərkən “O (Məhkum), E borcunu ödəmədiyi halda aralarında olan yaxın münasibət zamanı qucaqlaşıb çəkdirmiş olduqları şəkli onun atasına göstərəcəyini deyib qorxutmağa cəhd etmiş” xüsusatını müəyyən etməklə, həmin andan hədə-qorxu ilə tələb etmə cinayətininbaşa çatmasını təsdiq etmişdir. Hazırki cinayət işi üzrə Məhkum CM-nin 182.2.2-ci maddəsi ilə nəzərdə ttulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, texniki vasitələrdən çıxarılmış məlumatlar və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə alm amış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız müdafiə tərədin mövqeyini nəzərə almışdır. Məhkəmə iş üzrə toplanmış mötəbər sübutlara təsdiq olunmuş halları təkzib etməyə çalışaraq, təqsirləndirilən şəxsin verdiyi özünü müdafiə xarakterli ifadələrini, həmçinin onun tanışlarının ifadələrini, yəni təqsirləndirilən şəxsin xeyrinə ifadələr verən əlavə şahidlərin birtərəfli ifadələrini, eləcə də müdafiə tərəfin istinad etdiyi digər materiallara tənqidi yanaşmadan onları yalnız təqsirləndirilən şəxsin mənafelərinə uyğun qiymətləndirmişdir. Belə ki, məhkəmə Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edib sübuta yetirilməsini hesab etdiyi c inayət əməlini təsvir edərkən qeyd etmişdir ki, Məhkum E pulunu qaytarmadığı halda ona bədən xəsarəti yetirməklə zor tətbiq edəcəyi ilə hədələmişdir. Bu hal E ilkin ərizəsindən başqa onun və şahidlərin ifadələri, texniki vasitələrdən götürülmüş məlumatlar və ən əsası Məhkum öz ifadəsi ilə də təsdiq olunmur. Həm ibtidai, həm də məhkəmə istintaqı zamanı toplanmış və tədqiq olunmuş sübutlardan görünür ki, E1 X2 barəsində rüsvayedici məlumatların yayılması ilə hədələmiş, lakin ona qarşı zor tətbiq edəcəyi ilə hədələməsi müəyyən olunmamışdır. Bundan başqa, məhkəm yalnız Məhkum ifadəsinə əsaslanaraq müəyyən etmişdir ki, guya o, E özbaşınalıq yolu ilə məhz 600 manat pul almışdır. Belə ki, Məhkum ifadəsinə əsasən E ona şəxsən 100 manat bir tarixdə, daha sonra 200 manat və yanvar-fevral aylarında iki müxtəlif tarixlərdə hər birində 150 manat poçt vasitəsi ilə göndərməklə cəmi 300 manat, ümumilikdə 600 manat pul vermişdir. Məhkəmə CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət etməyərək Məhkum özünü müdafiə xarakteri daşıyan ifadəsinə əsaslanıb onun əməlini CM-nin 182.2.2-ci maddəsindən CM-nin 322.2-ci maddəsinə tövsif etməklə heç də haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi də öz qərarında bu mövqeyi, eləcə de hansı səbəbdən Məhkum əməlini CM-nin 182.2.2-ci maddəsindən CM-nin 322.2-ci maddəsinə tövsif etməsini kifayət qədər əsaslandırmamış, bununla da faktiki olaraq qanuna zidd mövqe nümayiş etdirmişdir. Cinayət işi üzrə toplanmış bir çox istintaq sənədləri Məhkum CM-nin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq etsə də, həmin ifadələr və digər istintaq sənədləri məhkəmə tərəfindən işin obyektiv hallarına uyğun olmayan və təhrif edilməklə şərh edilmiş və hər bir vəchlə təqsirləndirilən şəxsin əməlini CM-nin 322.2-ci maddəsinə tövsif edilməsi istiqamətinə yönəlmişdir. Beləliklə de, Məhkum əməlinin CM-nin 182.2.2-ci maddəsindən CM-nin 322.2-ci maddəsinə tövsif edilməsi heç bir mötəbər sübuta əsaslanmamışdır, ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq məhkəmələr tərəfindən tam və hərtərfli yoxlanılmamış, əldə olunmuş sübutlar müqayisəli şəkildə təhlil olunmamış və əsassız olaraq onların mötəbərliyi şübhə altına alınmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.0.2, 416.0.15-ci maddəl ərində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnı z hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin əsassız olaraq heç bir araşdırma aparmadan və əslində birinci instansiya məhkəməsinin əsassız hökmünü təftiş etmədən, apellyasiya protestində qoyulmuş dəlilləri qiymətləndirmədən, hansı səbəbdən Məhkum əməlini CM-nin 182.2.2-ci maddəsindən CM-nin 322.2-ci maddəsinə tövsif etməsini kifayət qədər əsaslandırmadan, bununla da faktiki olaraq qanuna zidd mövqe nümayiş etdirməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın xx xx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxili ndə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Kassasiya protestində məhkəmələr tərəfindən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda əməlin CM-nin 322.2-ci maddəsinə tövsif edilməsi barədə hökmün və qərarın bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq y oxlanılmış; əməlin CM-nin 322.2-ci maddəsinə tövsif edilməsi barədə hökmün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum əməlinin CM-nin 322.2-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, Məhkum qarşı irəli sürülmüş ittihama görə o, 2016-cı ilin mart, aprel aylarında “İnstaqram” sosial şəbəkəsində X6 ilə tanış olduqdan sonra aralarında yaranmış yaxın münasibətlər zamanı E ondan 2016-cı ilin noyabr ayı ərzində ayrı-ayrı tarixlərdə 400 manat, 200 manat və 450 manat olm aqla cəmi 1050 manat məbləğində borc pul almış, lakin E almış olduğu borcunu qaytarmaq istəmədiyinə görə o, E borcunu ödəmədiyi halda aralarında olan yaxın münasibət zamanı qucaqlaşıb çəkdirmiş olduqları şəkli onun atasına göstərəcəyini deyib qorxutmağa cəhd etmiş və pulunu qaytarmadığı halda ona bədən xəsarəti yetirməklə zor tətbiq edəcəyi ilə hədələmiş, bu üsulla Məhkum özbaşınalıq, yəni qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq E qorxudaraq ona vermiş olduğu pulun 600 manatını özbaşına alıb, bütövlükdə E mənafeyinə mühüm ziyan vuraraq özbaşınalıq cinayəti törətmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Məhkum şübhəli şəxs kimi saxlanıldığı andan ibtidai istintaq zamanı vermiş olduğu bütün ifadələrində E 400 manat, 200 manat və 450 mana t olmaqla cəmi 1050 manat məbləğində borc verdiyini və vermiş olduğu borcu E.Zeynalzaə qaytarmadığına görə məcbur olub hədə qorxu yolu ilə ondan almağa cəhd etmiş və bu üsul ilə 600 manat pulu qaytarıb ala bilmişdir. Belə ki, şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, onun Məhkumla dostluq münasibətləri vardır, dəfələrlə E1la birlikdə olarkən ona bir qız zəng vuraraq borc pul istəyirdi sonradan E1dan eşitmişdir ki, qızın adı Edir. E1un deməsinə görə həmin pulu o, Ukraynaya aparmalı olduğu təhsil haqqından vermişdir. Deməsinə görə E aldığı borcu tezliklə qaytarmalı idi. Lakin sonradan eşitmişdir ki, E hələ də pulu qaytarmamış, o Ukraynaya gedir təhsil haqqı çatmır. Sonradan ona məlum olmuşdur ki, o Ukraynaya ödəməli olduğu təhsil haqqını borc alıb getmişdir. Belə ki, şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki,o, Məhkum atası ilə yaxın dostdurlar. Dəqiq tarixi yadında deyil, təxminən 2016-cı ilin noyabr-dekabr aylarında E1 ona yaxınlaşıb borc pul istəmişdir. Səbəbini soruşduqda bildirmişdir ki, təhsil haqqını atasından almış və yaxın dostu E adlı qıza borca vermişdir. Lakin, E pulu qaytarmadığına görə təhsil haqqını ödəyə bilmir. Buna görə o, 600 manat Məhkum vermiş, Məhkum isə həmin pulu bir müddət sonra ona qaytarmışdır. Belə ki, şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Məhkum 2016-cı ilin təxminən avqust ayından tanımışdır. Həmin ərəfədə o, Günəşli qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığında yerləşən şirniyyat mağazasında satıcı işləmişdir. E1u da o, müştəri kimi tanımış, arada mağazaya gəlib alver etmişdir, ancaq qonşu olmalarını bilməmişlər. Lakin, 2016-cı ilin sentyabr ayında E1 “İnstaqram” sosial şəbəkəsində onunla yazışaraq qonşu olmalarını söyləmişdir. Bundan sonra tanışlıq başlamış və arada yazışmışlar. E1 söhbət zamanı Ukrayna Respublikasında yaşadığını, əsasən Ukraynada olduğunu, Bakıya hərdən bir gəldiyini söyləmişdir. Bir müddət sonra E1 Ukraynaya çıxıb getmiş və 2016-cı ilin dekabr ayında o, E1u yenidən blokda görmüş və Bakı şəhərinə qayıtdığını bildirmişdir. Bundan sonra da onların əlaqəsi yenidən davam etmiş, arada görüşmüşlər. Söhbət zamanı E1 ona bildirmişdir ki, Sumqayıt şəhərində onun E adlı tanışı var, həmin qızın ona pul borcu var. Ona görə də son vaxtlar ona lazım olduğuna görə Edən borclu olduğu pulu istəmişdir. Lakin, E ona olan borcunu hissə-hissə göndərmişdir. Ukraynada olduğuna g örə bank vasitəsi ilə ona 100 ABŞ dolları məbləğində pul göndərmişdir. Sonra isə, şəxsiyyət vəsiqəsi üzərində olmadığını, Enin ona 150 manat məbləğində pul göndərməli olduğunu, pulu onun adına göndərməsini və həmin pulu alıb ona çatdırmasını ondan xahiş etmişdir. O, buna etiraz etməmiş, xx xx 2017-ci il tarixdə onun adına göndərilmiş 150 manat pulu alıb Məhkum vermişdir. Eləcə də, X9 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı dindirilərkən onu obyektiv ifadə verməkdən yayındırmışlar, hətta onun ifadəsini danışdığı kimi yazmamışlar, sonra isə oxumağa imkan vermədən imza etdirmişlər. Məhkum AR CM-nin 322.2-ci maddəsi ilə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlər X4, X1, X10 ifadələri, ekspert rəyləri və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyas ı məhkuma təyin edilmiş cəzanı iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə uyğun qanuni cəza təyin etmiş, həmçinin hökmdə məhkuma təyin edilmiş cəzanı da əsaslandırmışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olun duğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Bundan başqa, kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalət li məhkəmə araşdırması aparılmış, sübutlar CPM-nin 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmiş və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddi təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması nəticəsində gəldiyi qənaətlə razılaşdığından və kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, nə ape llyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq, nə də ki, kassasiya şikayətinin dəlillərini təsvir edildiyindən daha ətraflı şərh etmək üçün əsas görmür. Bütün bunlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın əsassız və qanunsuz hesab edilməsi, ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının - kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Tahir Kazımov Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №1(102)-1158/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1158/2018
16.08.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver