Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1159/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva, Ənvər Əhməd oğlu Şadiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2017-ci il tarixli qə rarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: N.F.Quliyev (sədrlik edən və məruzəçi), O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət tərkibdə) (089)-361/2017 nömrəli 15 sentyabr 2017-ci il tarixli hökmü ilə 16 iyul 1973-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum oğlu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 05 iyun 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birin ci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o,istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz əldə etdiyi külli miqdarda 8 ədəd şəffaf polietilen bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,435 qram, 0,327 qram, 0,947 qram, 0,304 qram, 0,759 qram, 0,278 qram, 0,382 qram, 0,403 qram, ümumi təmiz çəkisi 3,835 qram narkotik vasitə olan heroini, 4 ədəd şəffaf polietilen kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,185 qram, 0,165 qram, 0,195 qram, 0,169 qram və 4 ədəd gümüşü kağız bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,039 qram, 0,042 qram, 0,042 qram olmaqla cəmi 8 bükümdə ümumi təmiz çəkisi 0,878 qram şəxsi istehlak miqdarından artıq psixotrop maddə-metamfetamini 05 iyun 2017-ci il tarixdə saat 15 radələrində M asallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Masallı şəhərinin H. Əliyev prospektində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin inzibati binasının qarşısında saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülənədək qanunsuz saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və İ.Q.Əsədovdan ibarət tərkibdə) 1(106)662/2017 nömrəli 20 noyabr 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini və əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli idi. O, həqiqətən də narkotik vasitələrin qəbulu ilə məşğul olur, lakin onların satışı ilə məşğul olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Sadiq Əkbərovun çıxışını dinləyib hesab e dir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq ka ssasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən mad də ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. İş materialından görünür ki, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz əldə etdiyi külli miqdarda 8 ədəd şəffaf polietilen büküm ündə ayrıayrılıqda təmiz çəkiləri 0,435 qram, 0,327 qram, 0,947 qram, 0,304 qram, 0,759 qram, 0,278 qram, 0,382 qram, 0,403 qram, ümumi təmiz çəkisi 3,835 qram narkotik vasitə olan heroini, 4 ədəd şəffaf polietilen kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,185 qram, 0,165 qram, 0,195 qram, 0,169 qram və 4 ədəd gümüşü kağız bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,039 qram, 0,042 qram, 0,042 qram olmaqla cəmi 8 bükümdə ümumi təmiz çəkisi 0,878 qram şəxsi istehlak miqdarından artıq psixotrop maddə-metamfetamini 05 iyun 2017-ci il tarixdə saat 15 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərinin H. Əliyev prospektində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ma sallı rayon şöbəsinin inzibati binasının qarşısında saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülənədək qanunsuz saxlamışdır. Məhkum birinci instansiyası məhkəməsində özünü qismən təqsirli bilsə də, onun həmin cinayət əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etiraf edici ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübu tlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda n arkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmişdir və onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkə məsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2017-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1159/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1159/2019
30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver