Məhkəmə qərarları › İş №1(102)-1159/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1159/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1159/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru və Məhkum iştirakları ilə, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə, onun həmin Məcəll ənin 310-cu maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsinin (hakim: X3) 6 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1990-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan Rayon Polis şöbəsində İctimai təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş müfəttişi vəzifəsində işləmiş, hazırda işləməyən, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 320.1-ci mad dələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-in 310-cu maddəsinə ilə CM-in 46.2-ci maddəsinə əsasən bir müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə bir il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.1-ci maddəsinə ilə CM-in 46.2-ci maddəsinə əsasən bir müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2 və 66.4-cü maddəsinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1( bir) il 6(altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan m əhrum edilməklə 1 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssilərində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 6 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən, məruzəçi hakim), X4 və X2 ibarət tərkibdə) 16 fevral 2023-cü il tarixli qərarı ilə Məhkum apellyasiya şikayəti qismən təmin edilmişdir. Salyan Rayon Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum CM-in 320.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 310-cu maddəsinə il ə CM-in 46.2-ci maddəsinə əsasən 1(bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, Salyan rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsində işlədiyi dövrdə, əvvəllər Azərbaycan Respublikasının daxili işlər orqanlarında işlədiyindən yaxın münasibətdə olduğu tanışı xx.xx.2018-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan vasitəsi ilə Fransa Respublikasına səfər edən X5 2020-ci ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə həmin ölkədə daimi yaşamaq üçün siyasi əsaslarla “oturum” icazəsi almaq məqsədilə Fransa Respublikasının səlahiyyətli dövlət orqanına təqdim etməkdən ötrü guya vətəndaşı olduğu Azərbaycan Respublikasında Daxili İşlər Nazirliyinin Salyan rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxslərə işgəncə vermək istəmədiyinə görə təcridxana rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalması, bu əsaslarla baxışlarına görə barəsində əsassız olaraq məhkəmə tərəfindən cinayət təqibi aparılmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi, Azərbaycan Respublikasına geri qaytarılacağı təqdirdə isə həbs olunacağı görüntüsünü yaradan hüquq verən rəsmi sənədlərin saxta yolla hazırlanmasına dair onunla, həmin vaxt Salyan Rayon Məhkəməsində baş mütəxəssis-sürücü vəzifəsində işləməklə əvvəlcədən yaxın münasibətdə olduqları Təqsirləndirilən şəxs və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərilə “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamaqla cinayət əlaqəsinə girib qeyd olunan məqsədlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə məhkəmənin adından saxta sənədlərin hazırlanması, imzalanması və möhür vurulmasının təmin edilməsi ilə bağlı plan tərtib etməklə qabaqcadan əlbir olan bir qrub şəxs halında birləşdikdən sonra, aralarında əvvəlcədən müəyyənləşdirilmiş rol bölgüsünə əsasən, qabaqcadan əlbir olduğu qrup üzvü X13 Respublikasında istintaqla müəyyən edilməyən ünvanda, şəraitdə və vaxtda kompüter vasitəsilə Salyan Rayon Məhkəməsinin hakimi Şahid3 adından təqsirləndirilən şəxsin məhkəməyə çağırılmasına dair çağırış vərəqəsi nümunəsi tərtib edib “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə elektron formatda fayl şəklində ona göndərmiş, o, həmin elektron faylı Salyan şəhərində yerləşən sənədlərin çap edilməsi fəaliyyəti göstərən ofisdə rəngli printer vasitəsilə çap etdirdikdən sonra Salyan rayonu Şorsulu kəndində yaşadığı evdə həmin çağırış vərəqəsində boş olan qrafalara müvafiq olaraq «Salyan», «Qızılağac kəndində», «X7», həmçinin məhkəməyə çağırış vaxtı olan qrafada «29 mart 19» sözlərini öz xətti ilə yazaraq Şaiq Əliyevin hər hansı bir cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmadığı halda guya əsassız olaraq Azərbaycan Respublikasında cinayət təqibinə məruz qalması və məhkəmənin hakimi Şahid3 icraatında olan hansısa cinayət işi üzrə Salya n Rayon Məhkəməsinə təqsirləndirilən şəxs qismində çağırılması görüntüsü yaratmaqdan ötrü siyasi əsaslarla “oturum” hüququ verəcək rəsmi sənəd olan çağırış vərəqəsində Salyan Rayon Məhkəməsinin hakimi Şahid3 ad-soyadının qarşısında sonuncunun yerinə imzasını oxşadıb imza etmiş, habelə əldə etdiyi poçt zərfinin ön sol yuxarı hissəsində «Salyan rayon məhkəməsi», «Salyan şəhəri, Ə.Zeynalov 91, Az 5200», sağ aşağı hissəsində isə «X7», «Salyan rayon Qızılağac kəndi» sözlərini mürəkkəbli qələmlə əl ilə yazaraq sadə qara qələmlə əvvəlcədən Şaiq Əliyevlə razılaşdırdıqları zərfin və çağırış vərəqəsinin üzərində üç yerə möhür vurulması üçün işarə qoyduqdan sonra çağırış vərəqəsini və zərfi sonuncunun tapşırığına əsasən Salyan Rayon Məhkəməsinin inzibati binasının qarşısında qrupun digər üzvü Təqsi rləndirilən şəxs vermiş, sonuncu yalnız məhkəmə sədrinin möhür vurmaq səlahiyyətinin olmasını bilib məhkəmə sədrinin xidməti otağında heç kimin olmamasından istifadə edərək xidməti otağa daxil olaraq otaqdakı yazı masasının siyirtməsindən üzərində «Azərbaycan Respublikası Salyan Rayon Məhkəməsi» sözləri yazılmış dövlət gerbli dairəvi möhürü gizli şəkildə götürüb vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə vətəndaşların ədalət mühakiməsinə olan inamını şübhə altına almaqla Azərbaycan Respublikasının məhkəmə sisteminə olan etimadı sarsıdaraq çağırış vərəqəsi və zərfdə əvvəlcədən işarələnmiş üç yeri möhürləyib həmin saxta çağırış vərəqəsini və zərfi cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə Şaiq Əliyevin anası Şahid2 qızma göndərmiş, Şahid2 isə həmin saxta sənəd və zərfin Fransa Re spublikasında Şaiq Əliyevə çatdırılmasından ötrü xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən filialına təqdim etmiş, bununla da qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olan Salyan Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim Şahid3 səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar hüquqi şəxs kimi Salyan Rayon Məhkəməsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qeyd olunur ki, onun əməlində CM-in 310-cu maddəsində göstərilən cinayət əməlinin tərk ibi olmadığına görə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə ona bəraət verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız h üquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasi ya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə şəxsin CM-in 310-cu maddəsi ilə əsassız məhkum edilməsi iddia edilərək mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə i craata bəraətverici əsaslar xitam verilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mən əvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən t əhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdı rılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum CM-in 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvaf iq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, məhkum edilmiş şəxsə əməlində qeyd edilən cinayət əməlinin əlamətlərinin mövcud olması, işin faktiki halları, aşağı instansiya məhkəmələrində tədqiq edilmiş sübutlar, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, məhkəmələr tərəfindən Məhkum hərəkətləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə tövsif edilmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən CM-in sözügedən maddəsi ilə törədilən cinayət əməlinin mahiyyəti özbaşına özünü vəzifəli şəx s kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdən ibarət olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində Məhkum hərəkətlərində CM-in 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Cinayət Məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, yəni özbaşına özünün vəzi fəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayət əməli obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə li şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Subyektiv cəhətdən təqsirin qəsd forması ilə edilir. Təqsirkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə və ya qanunsuz olaraq vəzifəli şəxsin s əlahiyyətlərini mənimsəməklə ictimai təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, Məhkum özbaşına özünün vəzifəli şəxs kimi təqdim edib-etməməsini müəyyən edərkən ətraflı araşdırma aparmış, sübutlara, yəni zərərçəkmiş hüquqi şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara düzgün hüquqi qiym ət vermişlər. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş hüquqi şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəl lənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiy a şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətlərii təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə, onun həmin Məcəllənin 310-cu maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar