Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-116/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)116-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdanibarət tərkibdə, Gülnarə Eldar qızı Musayevanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi və X1 4, zərərçəkmiş Zərərçəkmiş şəxs, onun nümayəndəsi X36 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə, Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü ilə (hakimlər: X43 (sədrlik edən), X44 və X17 ibarət tərkibdə) Təqsirləndirilən şəxs – 08 mart1967-ciil tarixdəİmişli rayonu anadanolmuş, AzərbaycanRespublikasıvətə ndaşı, ailəli-himayəsində bir azyaşlıuşağıolan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakışəhəri, **************************** qeydiyyatda olan və Bakı şəhəri, *************************** yaşayan, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilmiş, Təqsirləndirilən şəxs 45 min 375 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Zəngilan şəhər ciyi» adlanan yaşayış kompleksində 3 otaqlı təmirli mənzil verəcəyinə inandırmaqla yalandan vəd verib aldadaraq 03 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin 4-cü sırasında yerləşən 93 nömrəli mağazada Zərərçəkmiş şəxs 50 min manat məbləğində pulunu ələ keçirib mənzillə təmin edəcəyi barədə vədini yerinə yetirməyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X32 (sədrlik edən və məruzəçi), X50 və X8 ibarət tərkibdə) 15 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmiş, hökmlə Təqsirlən dirilən şəxs təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nın 69.4cü maddəsinə əsasən, onun 30 iyun 2017-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanıldığı 2 gün və 29 yanvar 2018-ci il tarixdən 15 avqust 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün müddəti nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində 500 (beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuş, hökmdən “İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edi lsin, Təqsirləndirilən şəxs 45 min 375 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin.” kimi cümlə xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını, məhkum Təqsirləndirilən şəxs isə kassasiya şikayəti verərək ona qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməməsi əsasına görə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi dələduzluq yolu ilə ələ keçirilmiş pul vəsaitinin məbləğinin 50.000 manat deyil, 12.500 manat olması kimi əsassız qənaətə gəlməklə yanaşı, müdafiə tərəfinin təqdim etdiyi şahid ifadələrinə əsasən həmin pul məbləğinin də tam olaraq ödənilməsi qənaətinə gəlmişdir ki, məhkəmənin gəldiyi həmin nəticə də əsaslı hesab edilə bilməz. Məhkəmənin qərarından da göründüyü kimi, qaytarılmış pul vəsaitinin məbləği ilə bağlı kifayət qədər ziddiyyətlər mövcuddur, məhkəmə isə həmin ziddiyyətli məqamlara aydınlıq gətirə bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisinin verdiyi apellyasiya şikayətinin dəlillərində, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində qaytarılmış pul vəsaitinin məbləğinin 18.500 manat olması iddia edilir. Apellyasiya instansiyası məh kəməsində dindirilərkən isə Təqsirləndirilən şəxs 12.500 manat əvəzinə Zərərçəkmiş şəxs 15.500 manat qaytardığını bildirmişdir. Həqiqətən də Təqsirləndirilən şəxs 12.500 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxsdən almışdısa, nəyə görə o, zərərçəkmişə aldığı məbləğdən artıq pul qaytarmışdır. Bu məsələyə məhkəmə kollegiyası tərəfindən diqqət yetirilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs qaytardığını iddia etdiyi pul vəsaitinin məbləğini ayrı-ayrı vaxtlarda fərqli qeyd etməsi onun ifadəsinin həqiqətə uyğun olmadığına dəlalət edir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Z6in evini sataraq ona 50.000 manat pul verməsi barədə dedikləri yalandır, belə ki, Z6in evi bankda girovda olduğundan məcbur olub satıb, banka olan borcunu ödəmişdir. Bankda girovda olan ev in satılmasının qeyri-mümkün olması, iş materiallarında Zərərçəkmiş şəxs məxsus evin bankda girovda olmasına dair sənədlərin olmaması nəzərə alınaraq, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ifadəsi qeyd edilən hissədə də həqiqətə uyğun deyildir. Zərərçəkmiş şəxs ifadələrinin həqiqətə uyğun olmaması qənaətinə gələn məhkəmə obyektiv qənaətə gəlmək üçün onun ifadəsində qeyd etdiyi halların yoxlanılmasını təmin etməli idi. Belə ki, Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, arvadı A8 qızıllarını və ev əşyalarını dəyər-dəyməzə sataraq 3.000 manat əldə etmiş, yaxın qohumlarından 6.000 manat borc almış, 3 iyun 2014-cü il tarixdə isə evini T6 adlı şəxsə 38.000 manata satmış və qalan 3.000 manatı isə atası N6dən borc almış və bir müddətdən sonra 50.000 manat pulu tam hazırlamışdır. Məhkəmə isə onun həmin tarixdə evi satıb-satmamasını araşdırmamış, borc aldığı yaxın qohumlarının dairəsini müəyyənləşdirərək, onların şahid qismində dindirilmələrini, Zərərçəkmiş şəxs atası N6un dindirilməsini təmin etməmişdir. Məhkəmə həmçinin, Zərərçəkmiş şəxs evini alan şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə də əhəmiyyət verməmiş, Zərərçəkmiş şəxs ifadəsinə tənqidi yanaşdığı halda həmin şəxsin məhkəmədə dindirilməsini də təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti əsaslandırmağa çalışarkən, istinad etdiyi ifadələrdən biri şahid X3 ifadəsi olmuşdur. Məhkəmənin Təqsirləndirilən şəxs tərəfindən 12500 manat ekvivalentində 15000 ABŞ dolları məbləğində pul vəsaitinin ələ keçirilməsi qənaətinə gəlməklə yanaşı, İ6un ifadəsini mötəbər sübut kimi qəbul etməsi ziddiyyət yaradır. Belə ki, İ6 12500 manat ekvivalentində 15000 ABŞ dollarının deyil, 15.000 manat məbləğində pul vəsaitinin alındığını M6nin sözlərindən bildiyini qeyd edir. İ6 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Lütfı ilə birlikdə Z6dən M6nin borcuna möhlət verməsi üçün danışığa getmişdir. Z6 Lütfinin yanında ona demişdir ki, M6nin ona 15.000 manat borcu var. Bu hal barədə ibtidai istintaqda və birinci instansiya məhkəməsində dindirilərkən isə heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı dindirilərkən qeyd etmişdir ki, sonralar M6 söhbət əsnasında ona bildirmişdir ki, Z6ə 15000 manat pul qaytarsa da Z6 ondan əl çəkməyib ondan 50000 manat pul tələb edir və ondan xahiş etmişdir ki, M6 ilə birlikdə Qaradağ rayon Polis idarəsinə gedib onun xeyrinə ifadə v ersin, lakin onun bu məsələləri yalnız M6nin sözlərindən bildiyindən M6dən xahiş etmişdir ki, onu bu işə qarışdırmasın. Göründüyü kimi, ifadələr arasında olan ziddiyyət onu göstərir ki, apellyasiya baxışı zamanı verilmiş ifadə məhz müdafiə taktikasının həyata keçirilməsinə xidmət etmiş, 10 ildən artıq dostluğu olan şəxsin müdafiəsi naminə verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ifadələrdən biri də Təqsirləndirilən şəxs doğma xalası oğlu X18 ifadəsi olmuşdur. Təqsirləndirilən şəxs 15.000 ABŞ dolları məbləğində pulu borc kimi aldığını qeyd etsə də, qeyd edilən ifadədən də görünür ki, pul “Zəngilan şəhərciyi”ndən ev alınması adı ilə alınmışdır. Həmin şəhərcikdə 3 otaqlı və təmirli mənzilin 15.000 ABŞ dolları qiyməti olmasının inandırıcı olmaması onu deməyə əsas verir ki, məbləğ məhz zərərçəkmiş şəxsin qeyd etdiyi kimi 50.000 manat təşkil etmişdir. Q6 ifadəsinin əvvəlində 15.000 ABŞ dolları alındığını qeyd etsə də, ifadənin sonunda 15.000 manat alındığını göstərmişdir. Təqsirləndirilən şəxs xeyrinə ifadə vermiş şahidlərin əksəriyyəti, o cümlədən Lütfı Əliyev ifadələrində göstərmişlər ki, pul Təqsirləndirilən şəxs tərəfindən guya onların iştirakları ilə hissə-hissə geri qaytarılmışdır. Həmin şəxslər həmçinin ifadələrində göstərmişlər ki, guya M6 Bakı şəhərinin Yasamal rayonundakı evini sataraq pulu qaytarmışdır. Bununla bağlı məhkəmə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində əvvəllər evinin olub-olmamasını araşdırmamış, evin olduğu halda nə vaxt satılmasına aydınlıq gətirilməmişdir. Digər tərəfdən, məhkəmə diqqət etməmişdir ki, əgər pul satılmış evə görə alınan vəsait hesabına ödənilirdisə, nəyə görə məbləğ tam olaraq deyil, hissə-hissə 2800, 1700, 500, 1000 manat və s. məbləğlərdə qaytarılırdı. Təqsirləndirilən şəxs həyat yoldaşının qohumu olan Lütfı Əliyev Təqsirləndirilən şəxs xeyrinə ifadə verməyə çalışarkən, qaytarılmış məbləğlə bağlı digər ifadələrlə uyğunluq təşkil etməyən rəqəm göstərməklə, qaytarılmış məbləğin təxminən 13.500 manat olmasını qeyd etmişdir. Məhkəmənin istinad etdiyi ifadələrdən biri də X33 ifadəsi olmuşdur. T.Hacıyevin ifadəsinin əvvəlində və sonunda Z6in M6yə verdiyi pulun məbləği fərqli göstərilmişdir. Onun ifadəsində göstərilən məbləğlər - 11.800 ABŞ dolları və ya 15.000 manat digər ifadələrlə də ziddiyyət təşkil edir. O, həmçinin ifadəsində pulun qaytarılmasını M6dən eşitdiyini göstərmiş, lakin qaytarı lmış pul məbləğinin 15.000 manat olmasını göstərmişdir ki, bu da qaytarılmış pul vəsaitinin məbləği ilə bağlı digər şəxslərin göstərdikləri ilə uyğun gəlmir. Məhkəmə gəldiyi qənaəti əsaslandırmağa çalışarkən, X19 ifadəsinə də istinad etmişdir. Məhkəmə baxışı zamanı pulun alınmasında, hətta sayılmasında iştirak etdiyini iddia edən Q.Kazımov dindirilərkən, ona pul vəsaitinin hansı valyutada alınması ilə bağlı verilən suala, Q.Kazımov pulun AZM ilə verildiyini qeyd etmiş, Təqsirləndirilən şəxs isə onun ifadəsinə düzəliş etməsi üçün pulun ABŞ dolları valyutası ilə verildiyini xatırlatmağa cəhd etsə də, Q.Kazımov israrla pulun AZM-lə verildiyini və pulu saydığının da yadında olduğunu qeyd etmişdir. Göründüyü kimi, pulun alınmasında iştirak etdiyini iddia edən şəxs pulun AZM-lə verildiyini, həmi n pulun 7800 manat hissəsini saydığını qeyd etdiyi halda, Təqsirləndirilən şəxs pulun ABŞ dolları ilə alındığını göstərmişdir. Qeyd edilən ifadələr arasında olan əhəmiyyətli ziddiyyət həmin ifadənin mötəbərliyini şübhə altına almağa əsas olsa da, apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, X11nun ibtidai istintaq zamanı və hazırda verdiyi ifadəsinin eyni məzmunludur, yalnız pul vahidi ilə bağlı hissədə fərqli ifadə verməsinə qiymət verərək məhkəmə hesab edir ki, X19 ibtidai istintaq zamanı verdiyi ifadəsindən 2 ildən çox müddət keçdiyindən, o, hazırda ifadə verərkən yanlışlıqla onun iştirakı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulun 15.000 ABŞ dolları deyil, 15.000 manat olduğunu bildirir. Q.Kazımovun məhkəmə iclas zalında pul vahidinin ABŞ dol ları deyil, AZM olmasını israrla qeyd etdikdən sonra, məhkəmə kollegiyasının verilmiş ifadəyə bu cür qiymət verməsi anlaşılan deyildir. Təqsirləndirilən şəxs dostu F.Şahsuvarovun ifadəsinin obyektivliyini yoxlamaq məqsədi ilə İ.Şükürovun dindirilməsinin məhkəmə tərəfindən təmin edilməməsi anlaşılan deyildir. Apellyasiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadə verərək bildirmişdir ki, M6 xahiş etmişdir ki, onun borclu olduğu Zərərçəkmiş şəxsla görüşsünlər, Z6in pulunun qaytarılmasında iştirak etsin. X75 parkında 15.000 dollar pulu qaytarmaq istəsə də, Z6in həyat yoldaşı X60 M6dən pulu geri qaytarmağı qəbul etməyə qoymamışdır. Orada, onunla yanaşı Tofiq, İ10, M6 özü və Ə6olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı şah id qismində dindirilmiş İ10 bu xüsusatla bağlı heç bir məlumat verməmişdir. Məhkəmə həmçinin, Tofiq adlı şəxsin də dindirilməsini təmin etməmişdir. Ə.Abbasov həmçinin ifadəsində göstərmişdir ki, sonradan eşitmişdir ki, A8 M6nin evində dəfələrlə hay-küy saldığına görə, M6 yaşadığı evi sataraq Zərərçəkmiş şəxs borclu olduğu 15.500 manat pulu qaytarmışdır. Göründüyü kimi, Ə.Abbasovun ifadəsində pulun digər şəxslərin ifadələrində olduğu kimi hissə-hissə qaytarılması göstərilməmiş, həmçinin, o, pulun qaytarılmasını eşitdiyini bildirmiş, kimdən eşitməsi barədə məlumat verməmişdir. Hesab edir ki, mənbəyi müəyyən olmayan məlumatı əks etdirən ifadə sübut kimi qəbul edilə bilməz. Məhkəmənin notarial qaydada təsdiq olunmamış müqavilənin notarial qaydada təsdiq olunmuş müqavilənin mətni ilə eyni qay dada tərtib olunmasına əsasən, notarial qaydada təsdiq olunmuş müqaviləni sübut kimi qəbul etməməsi tamamilə əsassızdır. Notarial qaydada təsdiq olunmamış müqavilənin mətninin digər müqaviləyə uyğun tərtibatda kompüterdə yığılması sadə bir əməliyyatdır. Bu əsasla digər müqavilənin etibarsız olması qənaətinə gəlinməsi tamamilə absurddur. Digər tərəfdən, məhkəmə nəzərdən qaçırmışdır ki, notarial qaydada təsdiq olunmamış müqavilədə olan imza Zərərçəkmiş şəxs məxsus deyildir. Həmin müqavilədə olan imzaların başqa şəxslər tərəfindən icra edilməsinə dair məhkəmə-xətşünaslıq ekspertizasının rəyi mövcuddur. Həmin ekspertiza rəyi təsdiq edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə əvvəldən “sübutlar” toplamağa başlamış, lakin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsində həmi n “sübutlar” ona kömək edə bilməmişdir. R.Həsənov ifadələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulunun məbləğinin 15.000 ABŞ dolları olmasını göstərməmişdir. O, ifadəsində Z6in deməsinə görə 50.000 manat pul verməsini, M6nin deməsinə görə isə 15.000 manat pul almasını göstərmiş, 15.000 ABŞ dolları pulun alınmasını göstərməmişdir. Məhkəmənin bu nüansı diqqətdən kənarda qoyması təəssüf doğurur. O cümlədən İ6 ifadəsində 15.000 ABŞ dolları deyil, 15.000 manat alınmasını göstərmiş, Q6 ifadəsinin əvvəlində 15.000 ABŞ dolları alınmasını göstərsə də, ifadəsinin sonunda 15.000 manat əvəzinə 15.500 manat qaytarılmasını göstərməklə, alınmış pulun hansı valyutada alınması ilə bağlı obyektiv qənaətə gəlməyi istisna edən məlumat vermişdir. T.Hacıyevin ifadəsinin əvvəlində və sonunda Z6in M6yə verdiyi pulun məbləği fərqli göstərilmişdir. Onun ifadəsində göstərilən məbləğlər - 11.800 ABŞ dolları və ya l5.000 manat olmuşdur ki, bu da onu göstərir ki, o, 15.000 ABŞ dollarının alınması ilə bağlı ifadəsində heç bir məlumat verməmişdir. Bundan başqa, məhkəmə qərarda göstərmişdir ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı verdiyi ifadəsinə qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs ifadə verərkən səmimi olmamış, məhkəməyə düzgün ifadə verməmişdir. Belə ki, o, cinayət işi üzrə şahidlərdən X34, X24 və X5 tanımadığını, ilk dəfə gördüyünü bildirmiş, həmin şəxslər buna etiraz etdikdə isə, ola bilsin ki, gördüyünü, yalnız xatırlamadığını və ya bir dəfə gördüyünü deyərək fərqli ifadələr vermişdir. Zərərçəkmiş şəxsin məhkəməyə düzgün ifadə verməməsi qənaətində olan məhkəmə nəzərə almamışdır ki, zərərçəkmiş şəxs məhkəməyə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilmişdir. Onu səmimi olmamaqda, düzgün ifadə verməməkdə “ittiham edən” məhkəmə tərəfindən bu barədə müvafiq qərarın çıxarılmaması, əsl həqiqətdə zərərçəkmiş şəxsin ifadələrinin mötəbərliyini təsdiq edən haldır. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs Məmmədəli oğlu Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi 15.000 ABŞ dolları məbləğində pulu tam olaraq qaytarması şahid ifadələri və digər sübutlarla tam təsdiqini tapmışdır. Pulun qaytarılması ilə bağlı digər sübutların nədən ibarət olması qeyri-müəyyəndir. Digər tərəfdən, müdafiə tərəfinin şahidlərinin ifadələrində alınmış pulun məbləği barədə ziddiyyətli məluma tlar olduğu kimi, “qaytarılmış” pulun da məbləği barədə ziddiyyətli məlumatlar mövcuddur. Məhkəmənin ekspertiza təyin etmədən, sırf daxili inamına əsasən, 04 dekabr 2014cü il tarixli “Borcun etirafı haqqında” müqavilənin Zərərçəkmiş şəxs və X25 Təqsirləndirilən şəxs Məmmədəli oğluna psixoloji və mənəvi təsirdən istifadə edilməklə, məcburi qaydada bağlanması qənaətinə gəlməsi tamamilə əsassızdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi, həmin iş üzrə maddi ziyanın 50.000 manat təşkil etməsi nəticəsinə gəlməsi CPM-nin tələblərinin prosessual pozuntularla aparılması nəticəsi olaraq bu qənaətinə gəlmiş və həmin məbləğin düzgün olmasını heç bir tutarlı dəlil və sübutla təsdiq edə bilməmişdir. Məhkəmə CPM-nin hansı normalarının pozulmasını qərarında g östərmədiyi halda belə qənaətdə olması anlaşılan deyildir. Bundan başqa, məhkəmə bir tərəfdən 4 dekabr 2014-cü il tarixli “borcun etirafı haqqında” müqavilənin mötəbərliyini şübhə altına alaraq, həmin müqaviləni sübut kimi qəbul etmədyi halda, digər tərəfdən qərarında göstərmişdir ki, həmin müqavilənin həqiqəti əks etdirib-etdirməməsi, onun mötəbərliyi, tərəflərin könüllü iradəsini əks etdiribetdirməməsi, iradə ziddinə olub-olmaması, qanunun tələblərinə uyğun olaraq bağlanıbbağlanmaması və sair məsələlər mülki icraat qaydasında həll edilməlidir. Bu halların araşdırılması üçün Dövlət Notariusu tərəfindən lazımı dərəcədə yoxlanılıb-yoxlanılmaması gələcəkdə aparılmalı olan mülki icraat zamanı da nəzərdən keçirilməlidir. Bu məqamda belə təəssürat yaranır ki, məhkəmə həmin müqavilənin həqiqəti əks etdirib-etdirməməsini müəyyən edə bilməmiş, bunun mülki mühakimə icraatı qaydasında həll edilməli olmasına dair göstəriş vermişdir. Halbuki, həmin müqavilə cinayət işi materiallarında olan sübutlardan biridir. Məhkəmənin gələcəkdə tərəflər arasında mülki mühakimə icraatı qaydasında məhkəmə çəkişməsinin olacağını ehtimal edərək, hazırki iş üzrə sübutun mötəbərliyi ilə bağlı konkret fikir bildirməməklə, cinayət işi üzrə qanunvericiliyin tələblərinə riayət edilməklə verilmiş mülki iddianın taleyi ilə bağlı qərar qəbul etməmişdir. Belə ki, məhkəmə qərarının nəticəvi hissəsində qeyd edilmişdir ki, hökmdən “İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 45 min 375 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin.” kimi cüm lə xaric edilsin. Mülki iddianın taleyi ilə bağlı məsələni həll edən həmin cümlənin birinci instansiya məhkəməsinin hökmündən çıxarılmasından sonra, mülki iddianın təmin edilməməsi və ya baxılmamış saxlanması barədə qərar qəbul edilməməsi qeyri-müəyyənlik yaradır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasını cərimə cəzası ilə əvəz etmişdir. Məhkəmənin cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığı digər əsas - cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi isə protestin qeyd edilən dəlilləri ilə təkzib edildiyindən, həmin halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qanunsuz olmuşdur. Cinayət işi üzrə məhkum barəsində təyin edilmiş cəza və həmin cəzanın şərti hesab edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi, ümumi və xüsusi xəbərdaredici məqsədləri təmin etməməklə yanaşı qanunun məqsədlərinə xidmət etmir. Məhkum barəsində cəza təyin edilərkən CM-nin 8, 58.3 və 59-cu maddələri üzrə qanunun normaları düzgün tətbiq edilməmiş, təyin edilən cərimə cəzası törədilmiş cinayətin xarakterinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə, məhkumların şəxsiyyətinə, cinayət əməllərinin törədilməsi şəraiti və hallarına uyğun deyil, habelə, onun islah olunması üçün təsir potensialına malik deyildir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və cinayət işinin materiallarında olan dələduzluq əməlini pərdələmək üçün bağladığı borc müqaviləsi, həmçinin digər sənədlərlə tam təsdiqini tapmış və birinci instansiya məhkəməsi tərəfindən bütün maddi və prosessual hüquq normalarına riayət edilməklə düzgün olaraq cəza təyin edilmiş və zərərçəkmiş şəxs tərəfindən irəli sürülmüş mülki iddia tam təmin edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi heç bir mübahisə doğurmur. Lakin hakim V.Musaqulov heç bir hüquq normasına sığmayan nəticəyə gəlməklə və Təqsirləndirilən şəxs ondan aldığı məbləğin 50 min deyil 15 min ABŞ dollarının Azərbaycan Respublikasının pul vahidi olan manata məzənnəyə uyğun olaraq 12.500 manat olmasının, hətta həmin məbləğin mənə qaytarılmış olduğunun təsdiq edildiyini elan etmiş və öz qiyabi təsəvvürünə qapılmaqla belə bir nəticəyə gəlmək qaydası baxımından qanunvericiliyə yenilik gətirmiş, nəticə etibarı ilə cinayətkarın cinayət əməlinə haqq qazandıran və zərərçəkmişin halal pulunu cinayətkara peşkəş edən heç bir mötəbər sübuta əsaslanmayan qərar qəbul etmişdir. Hakim cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutlara ümumiyyətlə əhəmiyyət vermədən, Cinayət Prosessual Qanunvericiliyin tələblərini heçə sayaraq, məhkum Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı əsassız olaraq darmadağın etmiş, nəticə etibarı ilə 50 min manat pul u cinayət yolu ilə ələ keçirmiş bir cinayətkarın qanunsuz mövqeyindən çıxış edərək pulun onun tərəfindən mənimsənilməsinə canı dildən haqq qazandırmış və heç nə olmamış kimi cinayətkarı məhkəmə zalından azadlığa buraxaraq onun zərərçəkmiş şəxsə heç bir məbləğ verməli olmadığını öz qanunsuz qərarı ilə elan etmişdir. Bakı Apelyasiya Məhkəməsi bu nəticəyə gəlmək üçün hər hansı zərurət olmadığı halda işin araşdırılmasını məhkəmə istintaqı ilə apararaq işə hər hansı aidiyyəti olmayan, Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu bir qrup saxta və törəmə şahidlər cəlb etmiş, iş materiallarında olan təsdiqlənmiş sübutları və məhkumun özü tərəfindən müxtəlif zamanlarda yazılmış etirafedici smslərin mətnini, işə əlavə edilmiş videogörüntüləri, ibtidai istintaqda və ağır cinayətlər məhkəməsində di ndirilmiş şahidlərin ifadələrini tamamilə yox hesab etmişdir. Bununla belə, eyni ssenari üzrə ifadə verən öyrədilmiş şahidlər ziddiyyətli ifadələr verərəK Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə guya pulun gah milli valyuta ilə, gah da ABŞ dolları ilə qaytarıldığını, həmçinin fərqli-fərqli yerlərdə qaytarıldığını bildirsələr də, apellyasiya instansiya məhkəməsi həmin ifadələrə tənqidi yanaşmamış və ziddiyyətli ifadələri sübut növü Kimi qəbul edərək ittihamın əsasına qoymuşdur. Sual yaranır ki, Təqsirləndirilən şəxs hadisə barədə məlumatı olan bu qədər şahidləri var idisə həmin şahidləri niyə ibtidai araşdırmada və birinci instansiya məhkəməsində aparılan araşdırmada dəvət etməmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş cəza cəza təyini haqqında qanunvericiliyin tələblərinə uyğun olmamaqla onun şəxsiyyətinə uyğun deyil. Apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən qanunvericiliyin tələblərinə cavab verən düzgün və əsaslı cəza növü müəyyən etməmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi işin konkret hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, Təqsirləndirilən şəxs cinayət cəzalarının təyin edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının tövsiyyələri baxımından, CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan və cəzanın məqsədləri üçün yetərli olmayan açıq-aşkar yüngül cəza təyin etmişdir. Beləliklə, sadalanan xüsusatlara əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15avqust 2018-ci il tarixli qərarı dəyişdirilməli və ona daha ağır cəza təyin olunmalı, həmçinin irəli sürülən mülki iddia tam təmin edilməldir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, heç vaxt Zərərçəkmiş şəxs 50.000 manat pul almamış, bu barədə olan borcun etirafı barədəki 04 dekabr 2014cü il tarixli müqaviləni isə Zərərçəkmiş şəxs, onun arvadı A8 Həsənovanın, onun sonradan tanıdığı dayısı oğlu, özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi kimi təqdim edən, hədə-qorxu yolu ilə guya barəsində işlədiyi idarəyə daxil olmuş şikayət ərizəsinin ləğv etdirəcəyi adı ilə ondan 10.000 manat pulu alıb mənimsəyən X26 hədə-qorxusu ilə bağlamışdır. İş-üzrə ibtidai istintaq birt ərəfli, qeyri-obyektiv və naqis aparılmış, onun Zərərçəkmiş şəxs 15.000 ABŞ dolları ekvivalentində həmin dövrün məzənnəsi ilə 12.500 manat pul aldığını, həmin pulun əvəzinə isə 18.500 manat pul qaytardığını təsdiq edən çox saylı şahidlərin ibtidai istintaq zamanı dindirilsələr də, ittiham tərəfinin birtərəfli mövqe tutması səbəbindən şahidlər siyahısına daxil edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində vəsatət verərək ibtidai araşdırma zamanı dindirilmiş X37, X38, X51, X39, X21, X40 və X27 məhkəmə baxışı zamanı dindirilməsini xahiş etsə də həmin şahidlərdən yalnız Qəhrəman Kazımov və Q6 Məmişov dindirilmişlər. Bununla belə məhkəmə baxışı zamanı dindirilən və dindirilməyən həmin şahidlərin ifadələrindən də görünür ki, onların ifadələri onun ifadələrinə uyğundur. İş materiallarında olan AN-1 seriyalı ******* №-li, 03 aprel 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi o, ailəsi ilə yaşadığı və anasının adına olan ünvan 1 ünvanda yerləşən 81,22 kv.m. sahəsi ilə 4 otaqlı mənzil 100.000 manata satılmışdır ki, bu fakt da onun evini satıb 18.500 manat pulu Zərərçəkmiş şəxs verdiyi ifadənin doğruluğunu sübut edir. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun həyat yoldaşı A8 Həsənovanın həqiqətə uyğun olmayan ifadələr verməklə istintaq və məhkəmə orqanlarının aldatmağa səy göstərmələri onların özlərinin vermiş olduqları izahat və ifadələrdən də aydın görünür. Belə ki, onlar istintaq orqanlarına verdikləri 25 noyabr 2015-ci il tarixli izahatlarında 14 sentyabr 2015-ci il tarixdə evlərini 38.000 manata satıb, “Rabitə Bank”dan 10.000 manat, “Bank of Bakı”dan 2.000 manat kreditə pul götürüb (göründüyü kimi bankdan kredit götürmələri evi satdıqları vaxtdan sonraya deyil, bir il qabağa düşür) 2014-cü ilin dekabr ayında 50.000 manat düzəltməklə ona verdiklərini (göründüyü kimi pulun mənə verilməsi evin satılmasından bir il qabağa düşür) həmçinin, bu pulu 04 dekabr 2015-ci il tarixdə Nərimanov rayonunda hər ikisi ona verdiklərini bildirsələr də, (c.i.m. cild 1, iş vər. 6-13) sonra vermiş olduqları ifadələrində dedikləri iş üzrə digər sübutlarla uyğun gəlmədiyindən A8 Həsənovanın qızıllarını sataraq və qohumlarından borc pul alaraq 12.000 manat düzəltməklə 38.000 manatın üzərinə qoyub mənə verdiklərini və bu pulun 03 iyun 2016-cı il tarixdə verdiyini bildirmişlər. Cinayət işi Zərərçəkmiş şəxs 24 noyabr 2015-ci il tarixli şikayəti əsasın da 25 yanvar 2016-cı il tarixdə başlanmış 15 dəfə icraatı dayandırılıb təzələməklə Bakı şəhərinin müxtəlif rayonlarında və bir çox müstəntiqin icraatında ibtidai araşdırma aparılmış və nəhayət, 2 ildən sonra 16 oktyabr 2017-ci il tarixdə istintaq çoxsaylı qanun pozuntusu ilə başa çatdırılmış və məhkəməyə göndərilmişdir. Lakin ibtidai istintaq orqanı onun günahsızlığını sübuta yetirən çoxlu sayda şahidləri qəsdən ittiham aktında siyahıya salmamış, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən heç bir sübut araşdırılmadan, dəfələrlə vəsatət verərək iş üzrə obyektiv ifadə vermiş şahidlərin dindirilməsi təmin edilməmiş, qanunsuz, əsassız və ədalətsiz hökm çıxarılmışdır. Məntiqlə və faktiki olaraq o, Zərərçəkmiş şəxs heç vaxt 50.000 manat pul almamışdır. Ondan 2014-cü ildə 15.000 ABŞ dolları məbləğində pul almış, onun əvəzinə ona hissə-hissə 18.500 manat pul qaytarmış, 50.000 manatlıq borc müqaviləsini hədəqorxu və təhdidlərə məruz qaldığına görə məcbur olub bağlamışdır. Zərərçəkmiş şəxs aldığı 15.000 ABŞ dolları pulu qaytarıb versə də onlar pulu qəbul etməyərək ona təzyiq və hədə gəlməklə 50.000 manat borc pulun alınmasına dair notarial qaydada müqavilə imzalatmışlar. Aldığım 15.000 ABŞ dolları pulu mənimsəmək niyyəti olsa idi həmin pulu Zərərçəkmiş şəxs qaytarmazdı. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, öz kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin kassasiya şikayətinin və dövlət ittihamçısı tərəf indən verilmiş kassasiya protestinin təmin edilməməsi barədə məhkumun və müdafiəçilərinin, kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməsi, məhkumun kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onu nümayəndəsinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarı ləğv edilib cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti ü zrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə və kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktları n müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslara görə belə qənaətə gəlir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməli, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs 50.000 manat məbləğində pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü qanuni və əsaslı olduğu halda, həmin hökmün ləğv edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarı qeyri-mötəbər sü butlarla əsaslandırıldığından ləğv edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin yuxarıda sadalanan bütün dəlilləri ilə və zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cinayət işinin materiallarının tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutların mötəbərliyini Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edib yoxlamamış, mötəbər sübutları şübhə altına almağa cəhd edən müdafiə tərəfinin dəlillərinin əsaslılığını araşdırmamış, pulun verilməsini təsdiq edən qanunda nəzərdə tutulmuş notarial qaydada təsdiq edilmiş müqaviləni deyil, saxtalaşdırıldığına dəlalət edən mötəbər sübut, ekspertiza rəyi olsa da, müdafiə tərəfinin təqdim etdiyi notarial təsdiq edilməmiş müqaviləyə və özgənin sözlə rindən verilmiş, ziddiyyətli, işin obyektiv vəziyyətinə uyğun olmayan şahid ifadələrinə üstünlük vermişdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 17688 nömrəli 14 sentyabr 2016-cı il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2 ədəd 4 dekabr 2014-cü il tarixli (AR MM-nin 882-ci maddəsinə əsasən mövcud borcun etirafı haqqında) olan 38 saylı notariat kontorunda təsdiq olunmuş müqavilələrin sonunda «Birinci tərəf Zərərçəkmiş şəxs» sözlərinin altındakı imzalar və «Zərərçəkmiş şəxs» yazıları – eyni şəxs Zərərçəkmiş şəxs tərəfindən icra edilmişdir, həmin müqavilədə «İkinci tərəf Təqsirləndirilən şəxs» sözlərinin altındakı imzalar və «M6» yazıları ilə 4 dekabr 2014-cü il tarixli notariat qaydada təsdiq olunmamış müqavilənin sonund a «İkinci tərəf Təqsirləndirilən şəxs» sözlərinin altındakı imzalar və «M6» yazıları eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim olunmuş 4 dekabr 2014-cü il tarixli notariat qaydada təsdiq olunmamış müqavilənin sonunda «Birinci tərəf Zərərçəkmiş şəxs» sözlərinin altındakı imzalar və «Zərərçəkmiş şəxs» yazıları Zərərçəkmiş şəxs tərəfindən yox, onun həqiqi xətt və imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2 ədəd 4 dekabr 2014-cü il tarixli (AR MM-nin 882-ci maddəsinə əsasən mövcud borcun etirafı haqqında) olan 38 saylı notariat kontorunda təsdiq olunmuş müqavilələrin sonunda «Birinci tərəf Zərərçəkmiş şəxs» sözlərinin altındakı imzalar və «Zərərçəkmiş şəxs» yazıları ilə 4 dekabr 2014-cü il tarixli notariat qaydada təsdiq olunmamış müqavilənin sonunda «Birinci tərəf Zərərçəkmiş şəxs» sözlərinin altındakı imzalar və «Zərərçəkmiş şəxs» yazıları müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iclasındakı ifadəsində şahidİkram Xəlilovgöstərmişdir ki, 2010-cu ildən Bakı şəhəri 38 saylı notariat kontorunun müdiri vəzifəsində işləyir. 04 dekabr 2014-cü il tarixli 38 saylı notariat kontorunda təsdiq edilmiş müqavilə ilə tanış olmuş və həmin müqavilənin həqiqətən işlədiyi 38 saylı notariat kontorunda təsdiq olunmuş və həmin müqavilə üzrə tərəfləri xatırlamasa da, müqaviləni imzalayan tərəflərin razılığı ilə tərtib edilmişdir. Müqavilə təsdiq olunarkən orada 15.000 manat pulun birinin digərinə verməsi və qaytarılması barədə danışıq olmamış, yalnız əqd lahiyəsinin tərəflərin hə qiqi niyyətlərinə uyğun olub-olmaması araşdırılmış və nəticəsindən asılı olaraq müqavilə təsdiq edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında 2014-cü ilin oktyabr və noyabr aylarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və arvadı A8in Təqsirləndirilən şəxs yaşadığı evə gəlib hay-küy salaraq, evindəki pəncərələri sındırmalarını və bütün məhəlləni ayağa qaldırdıqlarını təsdiq edən hər hansı mötəbər sübuta istinad edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən bu barədə müvafiq hüquqmühafizə orqanına müraciət edilməmiş, mənzilə baxış keçirilməmiş, evindəki pəncərələrin sındırılması qeydə alınmamışdır. Apellyasiya instansiya məhkəməsinin qərarında 2014-cü ilin oktyabr və noyabr aylarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və arvadı A8in Təqsirləndirilən şəxs yaşadığı evə gəlib ha y-küy salaraq, evindəki pəncərələri sındırmalarını və bütün məhəlləni ayağa qaldırdıqlarını təsdiq edən hər hansı mötəbər sübuta istinad edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən bu barədə müvafiq hüquqmühafizə orqanına müraciət edilməmiş, mənzilə baxış keçirilməmiş, evindəki pəncərələrin sındırılması qeydə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, Məhkəmə kollegiyası, Zərərçəkmiş şəxs ilə məhkum Təqsirləndirilən şəxs arasında Bakı şəhərinin 38 saylı notariat kontorunda bağlanmış 04 dekabr 2014-cü il tarixli “Borcun etirafı haqqında” müqavilənin əsaslılığına və mötəbərliyinə hüquqi qiymət verərkən hesab edir ki, həmin müqavilə Zərərçəkmiş şəxs və X25 Təqsirləndirilən şəxs Məmmədəli oğluna psixoloji və mənəvi təsirdən istifadə edilməklə, məcburi qaydada bağlanmışdır. Əslində isə 04 dekabr 2014-cü il tarixli “Borcun etirafı haqqında” müqavilə həmin şəxslərin Təqsirləndirilən şəxs Məmmədəli oğlunun 15.000 ABŞ dollarına Zərərçəkmiş şəxs onların istədikləri mənzili aldırtmaq öhdəliyini rəsmiləşdirmək xarakterli, bu məqsədi güdən, yalandan görüntü yaradan, bu görüntünün təminatını təmin edən müqavilə olmasına dəlalət edir. Odur ki, həmin müqavilənin mötəbərliyi məhkəmə kollegiyasında böyük şübhə doğurduğundan onun sübut kimi qiymətləndirilməsi yol verilməzdir. Apellyasiya instansiya məhkəməsi Zərərçəkmiş şəxs və X25 Təqsirləndirilən şəxs Məmmədəli oğluna psixoloji və mənəvi təsirinin mövcudluğunu, nədə ifadə olunmasını və müqavilənin yalandan görüntü yaradan, bu görüntünün təminatını təmin edən müqavilə olmasına dəlalət etdiyini təsdiq edən he ç bir mötəbər sübuta istinad etməmiş, subyektiv mülahizələr əsasında belə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsini qərarında daha sonra göstərilmişdir ki, birinci instansiya məhkəməsi, həmin iş üzrə maddi ziyanın 50.000 manat təşkil etməsi nəticəsinə gəlməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin prosessual pozuntularla aparılması nəticəsi olaraq bu qənaətinə gəlmiş və həmin məbləğin düzgün olmasını heç bir tutarlı dəlil və sübutla təsdiq edə bilməmişdir. Həmin müqavilənin həqiqəti əks etdirib-etdirməməsi, onun mötəbərliyi, tərəflərin könüllü iradəsini əks etdiribetdirməməsi, iradə ziddinə olub-olmaması, qanunun tələblərinə uyğun olaraq bağlanıb- bağlanmaması və sair məsələlər mülki icraat qaydasında həll edilməlidir. Bu halların araşdırılması üçün Dövlət Notariusu tərəfindən lazımı dərəcədə yoxlanılıb-yoxlanılmaması gələcəkdə aparılmalı olan mülki icraat zamanı da nəzərdən keçirilməlidir. Apellyasiya instansiya məhkəməsi borcun etirafı barədə notarial təsdiq edilmiş müqavilənin həqiqəti əks etdirib-etdirməməsinin, onun mötəbərliyinin, tərəflərin könüllü iradəsini əks etdirib-etdirməməsinin, iradə ziddinə olub-olmamasının, qanunun tələblərinə uyğun olaraq bağlanıb-bağlanmamasının mülki icraat qaydasında həll edilməli olması nəticəsinə gəlsə də, özü həmin müqaviləni mümkünsüz hesab etmiş və saxta imza ilə təsdiq edilmiş, notarial təsdiq edilməmiş müqaviləni isə mötəbər hesab etmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun nəzərdə tutduğu mülki icraat qaydasında notarial bağlanmış müqavilənin qanuniliyi təsdiq ediləcəyi halda onun gə ldiyi nəticələrin qanunsuzluğu meydana çıxacaqdır. Məhkəmə kollegiyası özü öz qərarının qanuniliyini şübhə altına almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəlləsinin 240-cı maddəsinə əsasən: 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Mülki Məcəllə nin göstərilən normaları ilə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində bağlanmış əqdlərin, eləcə də uydurma və yalan əqdlərin etibarsızlığını belə əqdlərin bağlanmasından zərərçəkmiş şəxslər tərəfindən mübahisələndirmək hüququ müəyyən edilmişdir. Baxılan cinayət işi üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərdən heç biri mülki mühakimə qaydasında məhkəməyə belə iddia verməmişlər və mülki mühakimə icraatı qaydasında həmin əqdlərə hüquqi qiymət verilməmişdir. Belə olduğu halda apellyasiya instansiya məhkəməsinin həmin müqaviləni, psixoloji və mənəvi təsirdən istifadə edilməklə, məcburi qaydada bağlanmış, yalandan görüntü yaradan, bu görüntünün təminatını təmin edən müqavilə, mötəbərliyi məhkəmə kollegiyasında böyük şübhə doğurduğundan sübut kimi qi ymətləndirilməsi yol verilməz hesab edilməsi əsaslı sayıla bilməz. İki tərəfin qarşılıqlı razılığı ilə bağlanmış və notarial təsdiq edilmiş müqavilənin etibarlılığını yalnız tərəflər məhkəməyə mülki iddia verməklə mübahisələndirə bilər və yalnız bundan sonra mülki mühakimə qaydasında müqaviləyə hüquqi qiymət verildikdən sonra onun etibarlı yoxsa etibarsız olmasına hüquqi qiymət verilə bilər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Apellyasiya instansiya məhkəməsinin ifadəsi nə istinad etdiyi şahidlərin əksəriyyətinin verdiyi məlumatlar Təqsirləndirilən şəxs tərəfindən onlara deyilmiş məlumatlardır. Bundan başqa şahidlər verdikləri məlumatları, “eşitdiyinə görə”, “ona məlum olmuşdur ki,” kimi dəlillərlə əsaslandırmışlar ki, belə ifadələr də özgənin sözündən verilmiş kimi qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilir ki, məhkəmə kollegiyası, şahidlər X18, X22, X33, X6, X12 X13 ibtidai istintaq zamanı və məhkəmə istintaqı dövründə verdikləri ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, onların ifadələrində Təqsirləndirilən şəxs 15.500 manat məbləğində pulun həqiqətən də Zərərçəkmiş şəxs qaytarması mötəbər sübut kimi qəbul olunmalıdır. X38 məhkəmə kollegiyasına ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur, X41 məhkəmə kollegiyasına ifadəsində bildirmişdir ki, M6nin yoldaşı onun qohumudur. X7 M6in həyat yoldaşıdır, X1 M6in dostudur, X2 M6 Məhəmmədəli oğlunu 2000-ci ildən tanıyır, ailəvi münasibəti olmuşdur. X51 ibtidai istintaq zamanı 26 noyabr 2015-ci il tarixli izahatında göstərmişdir ki, 2015-ci il yanvar ayının sonlarında özlərini M6, Z6, A8 və S6 kimi təqdim edən şəxslər onun yaşadığı Zəngilan şəhərcitində ona yaxınlaşaraq şəhərcikdə ev satılıb-satılmadığını soruşmuş, o da həmin şəhərcikdə ev satılmadığını bildirmişdir. Söhbətlər zamanı ona aydın olmuşdur ki, M6 Z6ə yaşadığı şəhərcikdən ev verilməsi üçün 18000 ABŞ dolları pul almışdır. 27 aprel 2016-cı il tarixli şahid qismində ifadəsində X51 göstərmişdir ki, 2015-ci ilin əvvəllərində özlərini M6, Z6, A8 və S6 kimi təqdi m edən şəxslər onun yaşadığı Zəngilan şəhərciyində ona yaxınlaşaraq M6 ilə Z6 həmin şəhərcikdə satılıq ev olduğunu eşitdiklərini bildirdilər. Onlara bir nəfər O6 adlı şəxsin 3 otaqlı mənzilini 30000 manata satmaq istədiyini, lakin sənədləşmənin mümkünsüz olduğunu demişdir. Z6 və arvadı A8 həmin 3 otaqlı mənzili almaq istədiklərini dedikdə M6 onlara dedi ki, “siz mənı 15000 ABŞ dolları vermisiniz niyə görə 30000 manat dəyərində ev istəyirsiniz”. Apellyasiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X51 məhkəmə kollegiyasına ifadə verərək bildirmişdir ki, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində yaşayır. 2015-ci ilin yanvar ayının sonlarında yaşadığı şəhərcikdə olan zaman ona özünü M6, Z6, A8 və S6 kimi təqdim edən şəxslər yaxınlaşmışlar. M6 ondan Zəngilan şəhərciyində evin sa tılıb-satılmamasını soruşmuşdur. O isə, bu şəhərcikdə evin satılmamasını bildirmişdir. Onlar Ziya adlı şəxsin burada ev satmasını bildirmişlər. O isə, Ziya adlı şəxsi tanımadığını, ümumiyyətlə həmin adda bir şəxsin də, evi satması barədə məlumatının olmamasını bildirmişdir. O, bu şəhərcikdə hər hansı bir evin alqı-satqı predmeti olmasının mümkünsüzlüyünü bildirmişdir. Bundan sonra, onlara 13-cü binanın 1ci mərtəbəsində yaşayan O6 adlı şəxsin şəhərcikdə ev satmasını bildirmişdir. O6ın evində olan zaman O6 evinin satılmasının sənədləşmələr ilə bağlı problemlərin olması səbəbi ilə mümkünsüz olmasını bildirmişdir. Həmin zaman Z6 bildirmişdir ki, onun "qaçqınkomda" qohumu var 5.000 ( beş min) manata bu işi həll edə bilər. Lakin, O6 dəqiq evin qiyməti barədə heç bir söz deməmişdir. Həmin hadisəd ən sonra, onlarla vidalaşmış və onların hər birinin telefon nömrəsini özündə qeyd etmişdir. Bundan sonra, onun yaşadığı ünvana bir neçə dəfə Z6, A8 M6 gəlmişlər. Söhbətlər zamanı ona aydın olmuşdur ki, M6 Z6ə yaşadığı şəhərcikdən ev verilməsi üçün 11.800 (on bir min səkkiz yüz) ABŞ dolları pul almışdır. Həmin zaman bir ABŞ dollarının məzənnəsi 0,78 AZN-ə bərabər olmuşdur. Lakin, M6 bu işi görə bilmədiyi üçün daima onların arasında mübahisə olmuşdur. Bir dəfə dəqiq tarixi yadında deyil, M6 və M6nin dostu kimi özünü təqdim edən Q6 onun yaşadığı ünvanda olan zaman M6 ona 5.000 (beş min) manat pulu Z6ə verməsi üçün vermişdir. O, razılaşmış və bu barədə Z6ə bildirmişdir. Z6 isə sənəd işinin alınmamasını və pulu istəməməsini bildirmişdir. Həmin hadisədən bir həftə keçdikdən sonra, o, M6 ilə Xırd alan dairəsində görüşmüşdür. Həmin zaman Q6 və Z6 M6nin avtomobilində olmuşlar. O, M6yə 5.000 (beş min) manat pulu onların iştirakı ilə qaytarmışdır. Onun yanında olduqları zaman, söhbətləşmələrdə Z6in M6yə 15.000 manat pul verdiyini eşitmişdir. Sonradan, M6dən eşitmişdir ki, M6 Z6ə olan 15.000 manat məbləğində pulu qaytarmışdır. Bu ifadələr arasında fərqlər olsa da əvvəlki izahat və ifadə məhkəmə iclasında elan edilib tədqiq edilməmişdir. İlkin izahatında M6nin 5000 manatın Z6ə verdiyini gördüyünü göstərməmişdir. İstintaqdakı ifadəsində M6nin 5000 manatı Z6ə qaytardığını göstərmişdir. Məhkəmə iclasındakı ifadəsində isə Z6in M6yə 5.000 (beş min) manat pulu onların iştirakı ilə qaytardığını, onun yanında olduqları zaman, söhbətləşmələrdə Z6in M6yə 15.000 manat pul verdiyini eşitdiyini, so nradan, M6dən Z6ə olan 15.000 manat məbləğində pulu qaytardığını eşitdiyini göstərmişdir. Digər tərəfdən həmin ifadələr özgəsinin sözlərindən verildiyindən Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələblərinə uyğun hesab edilməməlidir. X38 ibtidai istintaqdakı 01.03.2016-cı il tarixli ifadəsində göstərmişdir ki, 2014-cü ilin sonlarında Z6 ona bildirmişdir ki, M6 onlardan “Zəngilan şəhərciyində” ev alacağı adı ilə 15000 ABŞ dolları pullarını almış, lakin ev verməmişdir. 2015-ci ilin fevral ayının sonları olardı sat 14 radələrində M6 ilə “Xırdalan dairəsində” görüşərkən, onun yanında M6 Z6ə 2500 ABŞ dolları pul verərək həmin pulu 3000 manat kimi razılaşmışlar. Bundan təxminən 10 gün sonra M6 ona 1700 manat pul vermişdir ki, Z6ə çatdırsın, o da həmin pulu Z6ə çatdırmışdır. Bundan b ir həftə sonra M6 ilə birlikdə Z6lə Yasamal rayonu “Bakı moll” ticarət mərkəzinin yanında görüşərək onun yanında M6 Z6ə 4000 manat pul verdi. Bundan başqa M6 onun iştirakı ilə Z6in işlədiyi “Sədərək” ticarət mərkəzində 500 və bir müddət sonra 1000 manat pul qaytarmasının şahidi olmuşdur. Həmin ərəfədə o, əlavə olaraq Z6in yaşadığı Qaradağ rayonu Lök-Batan qəsəbəsində M6nin göndərdiyi 1000 manat pulu vermişdir. Bununla da onun bildiyinə görə M6 özü 15000 ABŞ dollarından artıq pul ödəmişdir və əlavə olaraq 5000 ABŞ dolları ödəmişdir. X38 birinci instansiya məhkəməsi iclasında dindirilməmiş apellyasiya instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, 2014-cü ilin dekabr ayının axırlarında Z6lə söhbət əsnasında Z6 M6nin onlara Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”ndə ev verəcəyi adı ilə 15.000 ABŞ dolları pullarını aldığını, lakin onlara ev verilmədiyini demişdir. Z6 və A8 M6yə vermiş olduqları pulu geri tələb etdiyindən M6 Z6lə borcun etirafı barədə müqavilə bağlamışdır. Sonradan, ona məlum olmuşdur ki, M6 həmin müqavilədə borcunu 15.000 ABŞ dolları kimi deyil, 50.000 manat kimi göstərmişdir. M6 A8in pula görə səs-küy saldığı üçün məcbur olub borcu 50.000 manat kimi göstərdiyini bildirmişdir. 2015ci ilin fevral ayının axırlarında O, M6, M6 S6, Ə6və Z6 Lökbatan dairəsində görüşmüşlər və M6 onun yanında 2.800 manat Z6ə vermişdir. Bundan təxminən 10 gün sonra, M6 ona 1.700 manat pul vermişdir ki, Z6ə çatdırsın. O da, Ə6və M6 S6 iştirakı ilə, həmin pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Centilmen” mağazasının qarşısında Z6ə vermişdir. Bundan sonra, o, M6, M6 S6, Ə6, H6 və A8 Həsənovanın qardaşı X49 dairəsində görüşmüşlər və M6 5.000 ABŞ dolları məbləğində pulu 4000 manat əvəzinə onların yanında Yalçına vermişdir. Bundan təxminən bir həftə sonra, o, M6, Ə6, M6 S6 və Zərərçəkmiş şəxs “İnşaatçılar” metrosunun yaxınlığında “Baku Moll” ticarət mərkəzinin qarşısında görüşmüşlər və onun və digər şəxslərin yanında M6 Z6ə 3.500 manat pul vermişdir. Bundan sonra, ayrı-ayrı vaxtlarda M6 onun iştirakı ilə Z6in işlədiyi “Sədərək” ticarət mərkəzində 500 və bir müddət sonra 1.000 manat məbləğində pulu Z6ə qaytarmışdır. Ümumi olaraq, təxminən 13.500 manat pul M6 tərəfindən onun iştirakı ilə Z6ə qaytarılmışdır. (4.000 manat Z6in qaynı Yalçına verilmişdir). Sonradan M6nin özündən eşitdiyinə görə, 2.000 manat məbləğində pul M6 tərəfindən ailəsi nin yanında A8 qaytarılmışdır: Bununla da, M6 Zərərçəkmiş şəxs aldığı 15.000 manat əvəzinə 15.500 manat pul qaytarmışdır. X41 nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsi iclasında dindirilməmiş apellyasiya instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki,: 2104-cü ilin sentyabr ayında A8 və Z6in dediklərindən ona məlum olmuşdur ki, M6nin Z6ə 15.000 ABŞ dolları borcu var. Həmin gündən bir neçə vaxt sonra, X75 parkında 15.000 dollar pulu Z6ə qaytarmaq istəsə də, Z6in həyat yoldaşı X64 pulu geri qaytarmağı qəbul etməyə qoymamışdır. O, M6, M6 S6, Q6 və Z6 Lökbatan dairəsində görüşmüşlər və M6 onun yanında 2.800 manat Z6ə vermişdir. Bundan bir neçə gün sonra, o, Məmişov Q6 və M6 S6 1.700 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Centilmen ” mağazasının qarşısında Z6ə vermişlər. Bundan sonra, o, M6, M6 S6, Q6, T6 və A8 qardaşı X49 dairəsində görüşmüşlər və M6 5.000 ABŞ dolları məbləğində pulu 4.000 manat əvəzinə onların yanında Y6 vermişdir. Bundan təxminən bir həftə sonra, o, M6, Məmişov Q6, M6 S6 və Zərərçəkmiş şəxs “İnşaatçılar” metrosunun yaxınlığında “Baku Moll” ticarət mərkəzinin qarşısında görüşmüşlər və onun və digər şəxslərin yanında M6 Z6ə 3.500 manat pul vermişdir. Bundan sonra, ayrı-ayrı vaxtlarda M6 onun iştirakı ilə Z6in işlədiyi “Sədərək” ticarət mərkəzində 500 və bir müddət sonra 1.000 manat məbləğində pulu Z6ə qaytarmışdır. Bir daha bildirmişdir ki, həqiqətən M6nin Zərərçəkmiş şəxs borcu 15.000 dollar (o vaxtın məzənnəsi ilə 12.500 manat) olmuş və həmin borcun təxminən 13.500 məbləğini M6 Bakı şəhərinin Ya samal rayonundakı evini sataraq onun şahidliyi ilə hissə-hissə Z6ə qaytarmışdır. Bundan əlavə, özünü polis məmuru göstərən X35 onun iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Gənclikdə yerləşən Mcdonalds restoranının yaxınlığında M6dən 10.000 manat almasının və özünü AR Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən X27 borc müqaviləsini ləğv etmək üçün M6dən 3.000 manat almasını təsdiq etmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin ifadələrinə istinad edib yekun nəticəyə gəldiyi şahidlərin əvvəlki və məhkəmə iclasındakı ifadələri arasında ziddiyyət yaradan fərqlər vardır və bu fərqlər məhkəmə iclasında tədqiq edilib aradan qaldırılmamış və bununla da bu ifadələrin həqiqiliyi şübhə altına düşmüşdür. Həmin ifadələrin həqiqiliyini şübhə altına alan ikinci amil onların müm künsüzlüyünə dəlalət edən özgənin sözlərindən verilmiş məlumatlara əsaslanmasıdır. Bu şahidlərin ifadələri əsasən M6nin dediklərinə, M6dən və ya başqa şəxslərdən eşitdiklərinə əsaslanmasıdır. Məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində Zərərçəkmiş şəxs qaytarılmış pul vəsaitinin məbləğinin 18.500 manat olmasını, Apellyasiya instansiyası məhkəməsində dindirilərkən isə Təqsirləndirilən şəxs 12.500 manat əvəzinə Zərərçəkmiş şəxs 15.500 manat qaytardığını göstərmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişə aldığı məbləğdən artıq pul qaytarmasının səbəbini izah edə bilməmişdir. Təqsirləndirilən şəxs qaytardığını iddia etdiyi pul vəsaitinin məbləğini ayrı-ayrı vaxtlarda fərqli qeyd etməsi onun ifadəsinin həqiqətə uyğun olmadığına dəlalət edir. X9 apellyasiya instansiya sı məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Lütfı ilə birlikdə Z6dən M6nin borcuna möhlət verməsi üçün danışığa getmişdir. Z6 Lütfinin yanında ona demişdir ki, M6nin ona 15.000 manat borcu vardır. O, ibtidai istintaqda və birinci instansiya məhkəməsində dindirilərkən bu hal barədə heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı dindirilərkən qeyd etmişdir ki, sonralar M6 söhbət əsnasında ona bildirmişdir ki, Z6ə 15000 manat pul qaytarsa da Z6 ondan əl çəkməyib ondan 50000 manat pul tələb edir və ondan xahiş etmişdir ki, M6 ilə birlikdə Qaradağ rayon Polis idarəsinə gedib onun xeyrinə ifadə versin, lakin onun bu məsələləri yalnız M6nin sözlərindən bildiyindən M6dən xahiş etmişdir ki, onu bu işə qarışdırmasın. X11 məhkəmə baxışı zamanı ifadəsində pulun alınmasında, hətta sayılma sında iştirak etdiyini, pulun manatla verildiyini qeyd etmiş, Təqsirləndirilən şəxs isə onun ifadəsinə düzəliş etməsi üçün pulun ABŞ dolları valyutası ilə verildiyini xatırlatmağa cəhd etsə də, Q.Kazımov israrla pulun AZM-lə verildiyini və pulun 7800 manat hissəsini saydığını göstərmişdir. Qeyd edilən ifadələr arasında olan əhəmiyyətli ziddiyyət həmin ifadənin mötəbərliyini şübhə altına almağa əsas olsa da, apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, X11nun ibtidai istintaq zamanı və hazırda verdiyi ifadəsinin eyni məzmunludur, yalnız pul vahidi ilə bağlı hissədə fərqli ifadə verməsinə qiymət verərək məhkəmə hesab edir ki, X19 ibtidai istintaq zamanı verdiyi ifadəsindən 2 ildən çox müddət keçdiyindən, o, hazırda ifadə verərkən yanlışlıqla onun iştirakı ilə zərərçəkmiş Zə rərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulun 15.000 ABŞ dolları deyil, 15.000 manat olduğunu bildirir. Q6 məhkəmə iclas zalında pul vahidinin ABŞ dolları deyil, AZM olmasını israrla qeyd etdikdən sonra, məhkəmə kollegiyasının verilmiş ifadəyə bu cür qiymət verməsi əsassızdır. Məhkəmə zərər çəkmiş şəxsin ifadələrinin həqiqiliyini də tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, arvadı A8 qızıllarını və ev əşyalarını dəyər-dəyməzə sataraq 3.000 manat əldə etmiş, yaxın qohumlarından 6.000 manat borc almış, 3 iyun 2014-cü il tarixdə isə evini T6 adlı şəxsə 38.000 manata satmış və qalan 3.000 manatı isə atası N6dən borc almış və bir müddətdən sonra 50.000 manat pulu tam hazırlamışdır. Məhkəmə onun həmin tarixdə evi satıb-satmamasını araşdırmam ış, borc aldığı yaxın qohumlarının dairəsini müəyyənləşdirərək, onların şahid qismində dindirilmələrini, Zərərçəkmiş şəxs atası N6un dindirilməsini təmin etməmişdir. Ümumiyyətlə apellyasiya instansiya məhkəməsi pulun alınması və verilməsinə dair mötəbərliyi şübhə doğuran şahid ifadələrinə və mümkünsüz sübutlara istinad etmişdir. Məhkəmə qərarının nəticəvi hissəsində qeyd edilmişdir ki, hökmdən “İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 45 min 375 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin.” kimi cümlə xaric edilsin. Belə nəticə qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilikdə mülki iddianın tənin edilməsi, rədd edilməsi və ya baxılmamış saxlanması nəticələri nəzərdə tutulmuşdur. Məhkum barəsində cəza t əyin edilərkən CM-nin 8, 58.3 və 59-cu maddələri üzrə qanunun normaları düzgün tətbiq edilməmiş, təyin edilən cərimə cəzası törədilmiş cinayətin xarakterinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə, məhkumların şəxsiyyətinə, cinayət əməllərinin törədilməsi şəraiti və hallarına uyğun deyil, habelə, onun islah olunması üçün təsir potensialına malik deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edib, qiymətləndirib nəzərə almamış, cinayət işinin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də kassasiya protesti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni ap ellyasiya baxışına təyin edilməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri kassasiya protestinin dəlilləri ilə eyni məzmunlu olduğundan əsaslı hesab edilir və təmin edilməlidir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, heç vaxt Zərərçəkmiş şəxs 50.000 manat pul almamış, bu barədə olan borcun etirafı barədəki 04 dekabr 2014cü il tarixli müqaviləni isə Zərərçəkmiş şəxs, onun arvadı A8 Həsənovanın, onun sonradan tanıdığı dayısı oğlu, özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi kimi təqdim edən, hədə-qorxu yolu ilə guya barəsində işlədiyi idarəyə daxil olmuş şikayət ərizəsinin ləğv etdirəcəyi adı ilə ondan 10.000 manat pulu alıb mənimsəyən X26 hədə-qorxusu ilə bağlamışdır. İş materiallarında olan AN-1 seriyalı ***** ** №-li, 03 aprel 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi o, ailəsi ilə yaşadığı və anasının adına olan ünvan 1 ünvanda yerləşən 81,22 kv.m. sahəsi ilə 4 otaqlı mənzil 100.000 manata satılmışdır ki, bu fakt da onun evini satıb 18.500 manat pulu Zərərçəkmiş şəxs verdiyi ifadənin doğruluğunu sübut edir. Məntiqlə və faktiki olaraq o, Zərərçəkmiş şəxs heç vaxt 50.000 manat pul almamışdır. Ondan 2014-cü ildə 15.000 ABŞ dolları məbləğində pul almış, onun əvəzinə ona hissəhissə 18.500 manat pul qaytarmış, 50.000 manatlıq borc müqaviləsini hədə-qorxu və təhdidlərə məruz qaldığına görə məcbur olub bağlamışdır. Yuxarıda göstərildiyi kimi borcun etirafı barədə müqavilənin kiminsə hədəqorxusunun təsiri altında bağlanmasını təsdiq edən hər hansı mötəbər sübuta istin ad edilməmişdir. Təqsirləndirilən şəxs və ya onun ailə üzvlərindən kimsə müqavilənin qanuniliyini məhkəmə qaydasında mübahisələndirməmiş, etibarsızlığı barədə mülki iddia qaldırmamışdır. Həmin müqavilə qüvvədə olduğu halda, məhkəmənin qanuni qüvvəli qətnaməsi ilə ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi halda həmin müqavilə ilə sübut edilən hallar başqa hər hansı şahid ifadəsi ilə mümkünsüz hesab edilə bilməz. Ona görə ki, həmin müqavilə onu imzalamış hər iki tərəfin iradə ifadəsidir. Borcun etirafı barədə müqavilə yazılı və notarial təsdiq edilmiş formada bağlandığı və qüvvədə olduğu halda borcun qaytarılmasını da buna bərabər tutulan sübutlar təsdiq etməlidir. Təqsirləndirilən şəxs anasının adına olan mənzilin satılması barədə alqı-satqı müqaviləsinin mövcudluğu özü-özlüyündə bor c pulun qaytarılmasını təsdiq etmir. Digər tərəfdən şahid ifadələrinin həqiqiliyi qəbul edilsə belə, həmin ifadələrə əsasən borc pulun hissə-hissə qaytarılması, borcun satılmış mənzilin pulu ilə ödənməsini şübhə altına alır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protesti və zərər çəkmiş şəxsin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 15 avqust 2018-ci il tarixli qərarı ləğv edilrək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkumun kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti və zərər çəkmiş şəxsin kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-116/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-116/2019
19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver