Məhkəmə qərarları › İş №1(102)-116/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-116/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-116/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun Vəkili Əliyev Kamal Vəli oğlunun iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 i yul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyevə Aytən Heydər qızı) xx.xx.1961-ci il tarixdə Türkiyə Respublikasının Bilecik rayonunun Bozüyük qəsəbəsində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də baş usta vəzifəsində işləyən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 162. 2-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə sahə ustası vəzifəsini tutma hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, “xxxx” MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən və podrat müqaviləsi üzrə tikinti işlərinin aparılması “xxxx” MMC tərəfindən həyata keçirilən çoxmərtəbəli yaşayış binasında qeyd edilən kooperativin sədri X1 08.04.2018-ci il tarixli, 004 №-li əmri əsasında baş usta vəzifəsində işləyərkən, zərərçəkmiş şəxs qəlibçi-fəhlə Zərərçəkmiş şəxs bilavasitə iş rəhbəri olmuş, Zərərçəkmiş şəxs xəsarət aldığı, tikintinin inşası davam etdirilən 11-ci mərtəbəsində taxtabənd işlərinin aparılması zamanı həmin işlərin görülməsi üçün istifadə olunan lövhələri yükqaldırıcı kranın qarmağına onların dayanıqlığını, tarazlığını və yerdəyişməzliyini təmin etməli olan üsul ilə bağlamayaraq “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı Qaydalarf’nın 9.5.19 “ç” bəndinin; “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” toplusunda olan “Sahə ustası, usta (böyük usta da daxil olmaqla)” təlimatın “Əmək funksiyası” başlığının; “İlməkçinin /stropçunun/ əmək funksiyası, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair vəzifə təlimatf’nm 9 və 12 bəndlərinin və “xxxx” MMC-nin sədri X1 tərəfindən 08.04.2018-ci il tarixdə təsdiq edilmiş «tikinti sahəsi üzrə baş ustanın ( briqadirin) vəzifə təlimatı»nın tələblərindən irəli gələn müvafiq tikinti norma və qaydalarında, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək, iş yerində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, maşın və avadanlıqların təhlükəsiz istismar qaydalarının yerinə yetirilməsini həyata keçirmək kimi öhdəliklərini vaxtında və keyfiyyətlə icra etməməklə öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməmiş, bununla da cinayətkarcasına etinasızlıq nəticəsində təqsirli olaraq ehtiyatsızlıqdan törətdiyi əməlləri ilə Zərərçəkmiş şəxs 16.12.2018-ci il tarixdə, saat 09 radələrində, tikintinin 11-ci mərtəbəsində taxtabənd işlərinin aparılması zamanı kra n vasitəsilə daşınan yükün üstündə olan bir ədəd lövhənin sürüşərək bağlamadan düşüb yaxınlıqda işləyən qəlibçi-fəhlə Zərərçəkmiş şəxs yağladığı (şaquli vəziyyətdə quraşdırılmış) digər ağır çəkili lövhəyə dəyərək onu aşırmasına və Zərərçəkmiş şəxs aşmış lövhənin altında qalaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və eləcə də, zərərçəkmiş şəxsin 20.12.2018-ci il tarixdə, saat 09 radələrində, ölümünə səbəb olan sağ Vİ-Vİİ-Vİİİ qabırğaların qapalı yerdəyişmiş sınıqları, hər iki ağciyərin total kontuziyası (əzilməsi) və səthi cırılmaları, qaraciyərin sağ payının arxa-diafraqmal və sol payının alt səthinin cırılmaları, kəskin daxili qanaxma (sağ döş boşluğunda 150 ml, sol döş boşluğunda 350 ml, qarın boşluğunda 1,5 litr qan), enən çənbər bağırsağın daxili seroz qişasının cırılması, böyük və kiçik piyliyə qansızmalar, böyük ölçülü peritonarxası hematoma ilə müşayiət olunan döş qəfəsinin və qarnın qapalı küt travması, sağ ağciyər arteriyasının piy emboliyası ilə nəticələnmiş çanaq sümüklərinin (sol oturaq və qasıq sümüklərinin sirkə kasasına keçən), sağ bud sümüyünün yuxarı 1/3nin qəlpəli, yerdəyişmiş, sol bayır topuq, sağ daban sümüklərinin açıq və qapalı sınıqları, sağ diz oynağının bayır səthinin, sağ ayaq pəncəsinin iç topuq və daban nahiyəsinin, sol bayır topuq nahiyəsinin yumşaq toxumalarının geniş ölçülü əzilmiş-cırılmış yaraları, travmatik və hemorragik şok (İİ dərəcə) xəsarətlərini almasına səbəb olmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən ha kim Mursaqulov Vaqif Ənvər oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 12 sentyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Kamal Vəli oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və ya CM-nin 62-ci maddəsini tətbiq edilməklə ona 162.2-ci maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən az cəza təyin edilməsini xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi Əliyev Kamal Vəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfi birinci və apellyasiya instansiya məhkəmələrinin yekun qərarlarını məhkum olunmuş şəxsə cəzanın təyin olunması ilə bağlı aşağıdakılara görə tam əsassız, qeyriobyektiv və ədalətsiz hesab edir. Belə ki, məhkum olunmuş şəxsə cəzanın təyin olunması ilə bağlı məhkəmələrin gəldiyi nəticələr cinayət işində olan işin bütün obyektiv halların və təqsirli bilinmiş şəxsin şəxsiyyətinin tam əksinədir. Cinayət işinin materiallarından görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır, ağır maddi vəziyyət içərisində olan ailəsinin maddi cəhətdən yeganə dolandıranıdır, o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş tərəfin ondan heç bir ərizə, şikayət və tələbi yoxd ur. Bu hallar cinayət əməlini törədən şəxsin cəzasını yüngülləşdirən hallardır və cinayət işində məhkum olunmuş şəxsin cinayətini ağırlaşdıran hallar yoxdur. Şərh olunanlardan belə nəticəyə gəlinir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin tam yanlış yolu ilə gedərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinin tələblərini kobud surətdə pozaraq, cinayət prosesi tərəfinin-müdafiə tərəfinin təqdim etdiyi və eyni zamanda, cəzanın təyin edilməsində düzgün, tam və obyektiv qərarların qəbul olunması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların düzgün tədqiqindən əsassız imtina etmiş, məhkum olunmuş şəxsə təyin etdikləri cəza ilə bağlı işdə məhkum olunmuş şəxsin şəxsiyyətini səciyyələndirən müstəsna halların mövcudluğuna baxmayaraq, ittiham h ökmü və yekun məhkəmə qərarı çıxararkən bu halları tamamilə nəzərə almamışlar. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, apellyasiya məhkəməsi (eyni zamanda, birinci instansiya məhkəməsi) məhkum olunmuş şəxsə təyin etdikləri cəza ilə bağlı cinayət işində məhkum olunmuş şəxsin şəxsiyyətini səciyyələndirən müstəsna halların mövcudluğuna baxmayaraq, onlara faktiki olaraq, heç bir fikir verməmiş, ona məntiqə əsaslanmayan məhkəmə məsuliyyəti yüngülləşdirən-müstəsna halları nəzərə almadan, tam qanunsuz və ədalətsiz cəza təyin olunmuş yekun məhkəmə qərarı qəbul etmiş, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinə tam zidd olaraq, məhkum olunmuş şəxsə təyin etdikləri cəza ilə bağlı sınaq müddəti verilməklə şərti cə za təyin olunmasına, eyni zamanda, işdə müstəsna halların mövcudluğuna baxmayaraq, cəzanın təyini üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları düzgün qiymətləndirməmiş, bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin maddələrinin normalarının tələblərini tam görməməzlikdən gəlmiş, təyin olunmuş cəza ilə əlaqədar görünməmiş dərəcədə ədalətsiz, tam əsassız və qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və ya CM-nin 62-ci maddəsini tətbiq edilməklə ona 162.2-ci maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən a z cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instan siyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli iş üzrə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmi ş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələ mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və ya CM-nin 62-ci maddəsini tətbiq edilməklə ona 162.2-ci maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən az cəza təyin edilməsi xahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya şikayətinin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “.....Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya ş ikayətinin təmin edilməməsi haqqında fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, xxxxxx saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Məhkum təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublik ası CM-nın 162.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli dir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, Məhkum təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nm 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 1 (009)-89/2019 saylı hökmü Məhkum barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, onları faktiki olaraq qanunun tələblərinə uyğun qay dada cavablandırmış, gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin hallarına, qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəza nın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin tə yin edilməsinə əsas vermir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə c əzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş üzrə belə hallar və ya Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində də belə hallara istinad edilməmişdir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas versin. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab e dir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar