Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-116/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkilləri Şirinzadə Kənan Tərlan oğlu və Rəşidov Rövşən Xudaşirin oğlunun iştirakları ilə B akı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şirinzadə Kənan Tərlan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Əhməd Qəhrəman oğlu) xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və Mexanika fakültəsinin birinci kurs tələbəsi, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ünvan 1də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 150.2.3 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, tutulduğu xx xxxxx 2019cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən Məhkumun müdafiəçiləri Yusifov Ceyhun Salman oğlu və Rzayev Qəzənfər Zeynalabdin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən iş ə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şirinzadə Kənan Tərlan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək, bu məqsədlə 2018-ci ilin avqust ayının ortalarında saat 21 radələrində yaşadığı Ünvan qdə xxxxx nömrəli binanın qarşısında, həmin vaxt yaşadığı evə gedən tanıdığı və onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxsi görüb onunla getməyi təklif etmiş, Zərərçəkmiş şəxs buna etiraz etdikdə onun əlindən tutaraq, özünün yaşadığı binaya tərəf aparmış, Zərərçəkmiş şəxs qışqıraraq əlini onun əlindən dartıb çıxarmaq istəsə də, sonuncunun bu qışqırıqlarına məhəl qoymayaraq əlini buraxmamış və Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, keçid 1594 5saylı binanın 4-cü blokunun 2-ci mərtəbəsinə apararaq orada əli ilə Zərərçəkmiş şəxsin ağız nahiyyəsindən tutaraq sonuncunun əynində olan tünd göy rəngli şortikini və altında olan ağ rəngli tumanını zorla aşağı çəkib divara söykəyərək, öz cinsi ehtirasını pozğun formada ifadə edib gərginləşmiş vəziyyətdə cinsiyyət orqanını Zərərçəkmiş şəxsin arxa keçəcəyinə bir dəfə salaraq, sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, Məhkum təkrarən öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gəlib bu məqsədlə 2018-ci ilin noyabr ayının ortalarında saat 13 radələrində, xxxxx qəsəbəsi xxxx saylı binanın qarşısında məktəbdən çıxıb yaşadığı evə gedən tanışı və onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxsi görüb əlindən tutaraq xxxxxx qəsəbəsi xxxx küçəsi 01 nömrəli binanın 3-cü blokunun 2-ci mərtəbəsinə apararaq, orada əli ilə Zərərçəkmiş şəxsin ağız nahiyyəs indən tutmaqla, sonuncunun əynindəki qara cins şalvarını və ağ rəngli alt tumanını zorla aşağı çəkib divara söykəyərək, öz cinsi ehtirasını pozğun formada ifadə edib gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxsin arxa keçəcəyinə iki dəfə salaraq onunla qeyri- təbii yolla cinsi əlaqədə olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxsə qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Şirinzadə Kənan Tərlan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan hökmü və qərarı ləğv edilməli və Məhkumun əməllərində Azərbaycan Respublikası CM-nin 150.2.3 və 150.2.5-ci maddələri ilə nəzərd ə tutulan cinayətlərin tərkibi olmadığından, həmçinin təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələr üzrə Məhkuma bəraət verilməlidir. İş materiallarından aydın olur ki, Məhkuma Azərbaycan Respublikası CM-nin 150.2.3 və 150.2.5-ci maddələrində nəzərdə tutulan əsassız ittiham elan olunmuşdur. İş materialları ilə tanış olarkən, ibtidai istintaqı həyata keçirən orqanın işə biryönlü yanaşdıqları və işin hərtərəfli araşdırılmasının apanlmadığı aydın olur. Belə ki, 2018-ci ilin avqust ayının ortalarında, hələ havanın qaralmadığı zaman, çoxmərtəbəli yaşayış binasının qarşısında qışqırmaq, köməyə çağırmaq, qaçmaq və digər maqavimət və müdafiə xarakterli hərəkətlər etməyə imkanı olan 15 yaşlı qızın durduğu yerindən kənara aparılması, binanın blokuna salınmasının ətrafdakıların diqqətini cəlb etmədən törədilməsi mümkün deyildir. Nə üçün iradəsinə zidd olaraq əvvəlcə binaya tərəf, oradan isə zorla bloka salınan 15 yaşlı, fiziki cəhətdən sağlam qız etiraz səsini, müqavimətini ətrafdakıları cəlb etmək dərəcədə ucalda biləcəyi zaman deyil, yalnız həmin imkanı itirdikdən, yəni mənzilə salınıb qapısı arxadan bağlandıqdan sonra qışqırması da istintaq orqanında həmin ifadənin yalan olduğu təəssüratı yaratmamışdır. İbtidai istintaq orqanı tərəfindən cinsi əlaqədə olması versiyası sübuta yetirilmədiyinə və ekspert rəyi ilə təkzib olunduğuna görə qeyri-təbii yolla əlaqədə olması versiyası irəli sürülmüşdür. Bununla da, istintaq orqanı saxtakarlıq etmişdir. Bu barədə Zərərçəkmiş şəxsin çoxsaylı ziddiyyətli ifadələri ümumiyyətlə araşdırılmamışdır. Müdafiə tərəfi olaraq, məhkəmələrin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, Məhkum Zərərçəkmiş şəxs ilə heç vaxt cinsi əlaqədə olmamış, onu zorlamamış, onunla seksual xarakterli heç bir hərəkət etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünü və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarını ləğv edərək, Məhkumun əməllərində Azərbaycan Respublikası CM-nin 150.2.3 və 150.2.5-ci maddələrinin tərkibi olmadığına görə, həmçinin təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçiləri K.Şirinzadə və Rəşidov Rövşən Xudaşirin oğlu çıxış edərək kassasiya şikayətində q eyd edilən halları bir daha vurğulayaraq Məhkumun barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum onun barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və y a dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsas lar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Şirinzadə Kənan Tərlan oğlu tərəfindən verilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən Məhkum barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, məhkəmənin cinayətin tərkib əlamətləri olmadan ittiham hökmü çıxarmasına, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsi ni şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıda kıları xüsusatları qeyd edir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, müdafiəçi məhkum edilmiş şəxsin təqsirlilik məsələsini mübahisələndirərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə istinad edərək mübahisələndirilən qərarı ləğv edərək, məhkum barəsində bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ittiham hökmündə Məhkuma verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş şahid ifadələri, baxış, götürmə protokolu, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğu, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğuna əsaslanaraq, onun göstərdiyi xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirilmişdir. Məhkumun müdafiəçilərinin verdiyi apellyasiya şikayətlərində Məhkumun əməlində təqsirli bilindiyi maddələrin tərkib əlamətlərinin mövcud olmaması, iş üzrə olan sübutların obyektiv və hərtərəfli araşdırılmamasına istinad edilərək, nə ibtidai istintaq zamanı, nə də məhkəmə araşdırmaları zamanı onun təqsirliliyini təsdiq edən hər hansı bir mötəbər sübutun müəyyən edilmədiyi qeyd edilməklə Məhkum barəsində bəraət hökmü çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməklə yanaşı, Məhkumun özünü cinayətin törədilməsində təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən cinayətin törədilməsini ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə; məhkəmə-tibbi və digər ekspertizaların rəyləri ilə; baxış, götürmə və başqa istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq olunmuş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapdığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətin in dəlillərini müzakirə edərək, müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkil də tədqiq edilməmiş, bir-biri ilə uzlaşmayan, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusuna istinad edilmiş, apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi şikayətlərin dəlillərinin (onların üzərində qurulmuş iddiaların) iş üzrə müəyyən olunmuş sübutların məcmusu ilə təkzib olunması barədə səhv nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası məhkəmələr tərəfindən sübutların tədqiqi və qiymətləndirilməsi zamanı xüsusilə nəzərə alınmalı prosessual normalara istinad etməyi məqsədəmüvafiq hesab edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə ə sasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərinin apellyasiya baxışı zamanı pozulduğunu müəyyən edərək həmin pozuntunun mahiyyətini aşağıdakı kimi izah edir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Məhkum həm birinci in stansiya, hən də apellyasiya məhkəmə baxışlarında oxşar məzmunlu ifadələr verərək ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri təsdiq etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmişdir. İş materialında olan (cild 1, i.v. 7-8) Qanuni nümayəndə1 Qaradağ Rayon Prokurorluğuna ünvanladığı xx.xx.2018-ci il tarixli şikayət ərizəsində qızı Zərərçəkmiş şəxsin ona danışdıqlarına istinad edərək göstərmişdir ki.....2018-ci ilin avqust ayının sonlarında binalarının qarşısında olarkən xxxx adlı oğlan onun üzərinə atılaraq boğaz nahiyəsindən yapışmış və sürüyərək öz mənzilləri istiqamətdə aparmağa başlamış.... sürüyüb öz mənzilinə salmış... öldürəcəyi ilə hədələyərək onu zorlamış və cinsi təcavüzə məruz qoymuş dur. Daha sonra iş materiallarında olan (cild 1, i.v. 22-23 ) Zərərçəkmiş şəxs Bakı Şəhəri Qaradağ rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir ki,...2018-ci ilin avqust ayının ortalarında saat 21 radələrində hava qaralana yaxın.....binamıza çatarkən Məhkum mənə yaxınlaşdı...əlimdən tutub öz binalarına tərəf apardı. Həmin vaxt mən qışqırsam da, çöldə heç kim olmadığından səsimi eşidən olmadı. Məhkum məni çiyninə aldı və ikinci mərtəbəyə öz mənzilinə apardı....Məhkum məni mənzilə saldıqdan sonra qapını arxadan bağladı, yatağ otağına apardı... yataq otağında olarkən Məhkum mənə soyunmağımı dedi. Mən isə buna etiraz etdim. Bu zaman Məhkum mənə zor tətbiq edərək əynimdə olanları................. çıxardı. Məni soyundurduqdan sonra Məhkum məni çarpayının üzərinə uzatdı və özü soyunmağ a başladı. Məhkum tam soyunduqdan sonra təxminən 6-7 dəqiqə mənimlə təbii yolla cinsi əlaqədə oldu...... Həmin gündən sonra bir daha Məhkumu görmədim. Qeyd edilən izahatı alan böyük köməkçi E.Əliyevin verdiyi Məhkum sizə qarşı hər hansı seksual xarakterli hərəkətlərə yol vermişdirmi sualına Zərərçəkmiş şəxs xeyr, Məhkum mənimlə yalnız təbii yolla cinsi əlaqədə olub, təkrarən verilmiş Məhkum sizinlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdurmu sualına Zərərçəkmiş şəxs xeyr, Məhkum mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmayıb cavabını vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 nömrəli xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Onun qızlıq pərdəsinin tamlığı pozulmamış, a natomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxsdə aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyritəbii yolla cinsi əlaqədə olmaya dəlalət edə bilər. Daha sonra Zərərçəkmiş şəxs əvvəlki izahatlarından tamamilə fərqli ifadə verərək iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli zərərçəkmişi dindirmə protokolunda göstərmişdir ki,.... 2018-ci ilin avqust ayının ortalarında saat 21 radələrində hava qaralana yaxın.....binamıza çatarkən Məhkum mənə yaxınlaşdı...əlimdən tutub öz binalarına tərəf apardı. Həmin vaxt mən qışqırsam da, çöldə heç kim olmadığından səsimi eşidən olmadı. Məhkum məni yaşadığı binanın tanımadığım blokuna salaraq əli ilə ağzımı tutub məni ikinci mərtəbəyə apardı....... Təxminən 6-7 dəqiqə təbii yolla cinsi əlaqədə oldu..... Sonra Məhkum mənimlə...... qeyri-təbii yolla cinsi əlaqədə oldu. İfadəsini davam edərək Zərərçəkmiş şəxs göstərmişdir ki, həqiqətən də Məhkum zorla öz evinə aparmış, lakin orada ona toxunmamış, qapını açaraq onu evdən yola salmışdır. Bundan başqa 2018-ci ilin noyabr ayının ortalarında saat 13 radələrində evə qayıdarkən Məhkumla rastlaşmış, Məhkum onun əlindən tutaraq həmin binanın 3-cü blokuna salmış, 2-ci mərtəbəyə apararaq 1 dəfə təbii yolla, 2 dəfə qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt o qışqırmamış və heç kimi köməyə çağırmamışdır. İş materiallarında olan (cild 1, i.v. 121-122) xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə haqqında protokola əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən ifadəyə uyğun eyni sözləri Məh kumun üzünə demiş və onunla bir neçə dəfə həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Lakin sonradan bu ifadənin ekspert rəyi ilə ziddiyyət təşkil etməsi barədə verilən suala cavab olaraq Zərərçəkmiş şəxs ifadəsini dəyişmiş Məhkumla yalnız qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Daha sonra iş materiallarında olan xx xxxx 2019-cu il tarixli ifadənin yerində yoxlanması barədə protokola (cild 1, i.v. 207-208) əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs hadisənin harada və necə baş verməsinin göstərib yeni fərqli izah verərək 2018-ci ilin avqust ayının ortalarında saat 21 radələrində hava qaralana yaxın............ Məhkum onunla təxminən 6-7 dəqiqə təbii yolla cinsi əlaqədə oldu..... Sonra Məhkum mənimlə...... qeyritəbii yolla cinsi əlaqədə oldu. Bundan başqa 2018-ci ilin noyabr ayının ortalarında saat 13 radələrində evə qayıdarkən Məhkumla rastlaşmış, Məhkum onun əlindən tutaraq həmin binanın 3-cü blokuna salmış, 2-ci mərtəbəyə apararaq 2 dəfə qeyri-təbii yolla (əvvəlki ifadədə 1 dəfə təbii 2 dəfə qeyri-təbii yolla) onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt o qışqırmamış və heç kimi köməyə çağırmamışdır. Daha sonra xx xxxxx 2019-cu il tarixli (cild 2, i.v. 1-9) üzləşdirmə protokoluna əsasən də müəyyən olunur ki, Zərərçəkmiş şəxs verdiyi ifadələr ilə ekspert rəyinin ziddiyyət təşkil etməsi, həmçinin hadisələrin faktiki halları və yeri haqqında (məsələn evdə cinsi əlaqəda olması və ya olmaması) müxtəlif mülahizələrin irəli sürülməsinə dair verilən suallara ümumiyyətlə cavab verməkdən imtina etmişdir. xx xxxx 2019-cu il tarixdə (cild 2, i.v. 2 05) Zərərçəkmiş şəxs əlavə dindirilməsi zamanı ittihama uyğun verdiyi ifadəsində həqiqətən də qeyd edilən tarixlərdə yalnız qeyritəbii yolla cinsi əlaqədə olduğunu bildirmiş, lakin əvvəlki verdiyi ifadələrdən fərqli olaraq alt paltarlarını tulladığını bildirmişdir. Bundan əlavə əvvəlki ifadələrində və üzləşmə zamanı xxxxxx tanımadığını və onunla hər hansı münasibəti olmadığını bildirsə də, bu barədə verilmiş suala tamamilə fərqli cavab verərək onunla tanış olduğunu, sms vasitəsi ilə yazışdığını bildirmişdir. İş materiallarında olan (cild 2, i.v. 223-228) hadisənin baş verməsi kimi göstərilən həmin binanın blok və mərtəbələrində yaşayan şəxslər verdikləri ifadələrində həmin vaxt evdə olduqlarını, yaşadıqları blok qonşuların intensiv hərəkəti ilə müşayiət olunduğunu, blokda hər hansı bir səs -küy olsaydı eşitmiş olacaqlarını, lakin həmin vaxt hər-hansı bir səs-küy eşitmədiklərini bildirmişlər. İttiham aktında məhkəmə iclasına çağırılmalı şəxslər siyahısında (cild 2, i.v. 305) cəmi dörd nəfər şəxsin adı göstərilmişdir - təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və onların qanuni nümayəndələri. Kassasiya məhkəmə kollegiyası yuxarıda göstərilən sübutları təkrar sadalamaqla hesab edir ki, apellyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirə bilməmişdir. Daha doğrusu, məhkəmə kollegiyası hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusun a istinad etmiş, onları sübutetmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirərkən səhf nəticəyə gəlmişdir. Əvvəla kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə üzrə Zərərçəkmiş şəxs işin halları, vaxtı, şəraiti barədə tamamilə ziddiyyətli ifadələr vermiş və faktiki olaraq ifadələrini dəyişməsinin səbəbini izah edə bilmədiyi təqdirdə məhkəmə kollegiyası bir-biri ilə uzlaşmayan bu ifadələri, biri-birindən fərqli olmasının səbəbini araşdırmamış, bununla sübutların qiymətləndirilməsi zamanı səhf nəticəyə gəlmişdir. Belə vəziyyətdə həm məhkəmədə verdikləri ifadələri ilə həm də ibtidai istintaq zamanı verdikləri müxtəlif ifadələrinin müqayisəsindən apellyasiya məhkəməsinin çıxardığı nəticəni CPM-in 143-146-cı maddələrinin tələblərinə cavab verən tədqiqatın və obyektiv qiymətləndirmənin məhsulu kimi qəbul etmək olmur. Bundan əlavə məhkəmə baxışında ifadə vermiş məhkəmə-tibbi eksperti X14 ifadəsində göstərmişdir ki, “.... bəzi hallarda azyaşlı uşaqların cinsi əlaqənin təbii və ya qeyri-təbii yolla baş verdiyi barədə fikirləri çaşqınlıq yarada bilir. Onlar həmin hadisələri tam xatırlaya bilmirlər”. Aydın göründüyü kimi ekspert Azər Dəmirov faktiki zərərçəkmiş şəxsin ziddiyyətli ifadələr verməsi səbəbini izah etməklə məhkəmə-tibbi ekspertinin səlahiyyətinə aid olmayan sualları cavablandırmış və məhkəmələr də həmin ifadəyə Zərərçəkmiş şəxsin ifadələri arasında ziddiyyətin səbəbini müəyyən edən mötəbər sübut kimi istinad etmişlər. Bu hal prosessual qanunvericilik baxımından sübutun mümkünlüyü, yə ni toplanma mənbəyi və üsuluna görə (CPM 125-ci maddə) qanuna uyğun olmaması nəticəsinə gəlir ki, bu da öz növbəsində CPM-nin 145.1-ci maddəsində sübutların mümkünlüyü üzrə qiymətləndirilməsi zamanı mütləq nəzərə alınmalı əsas hal kimi müəyyən edilmişdir. Bu kimi prosessual pozuntular, yəni CPM-nin 416.1.2-ci maddəsinə görə məhkəmənin bu Məcəllənin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirməyin əsas səbəblərdən biri kimi müəyyən edilmişdir. İş materiallarında olan apellyasiya məhkəməsinin istinad etdiyi birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 333 nömrəli xx xxxx 2019-cu il tari xli rəyindən görünür ki, Zərərçəkmiş şəxsin bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Onda aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyi-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmağa dəlalət edir. Adına tərtib edilmiş tibb sənəd təqdim olunmadığından, arxa keçəcəyində büzücü əzələsinin boşalmasının digər səbəblərdən əmələ gəlməsi barədə fikir söyləmək olmaz (cild 2, i.v. 236-237) Məhkəmə tibbi-ekspert rəylərində cinsi əlaqənin baş vermə vaxtı barədə heç bir izah olmamış, lakin məhkəmə-tibbi eksperti Azər Dəmirovun verdiyi ifadədə göstərilmişdir ki, hər hansısa xəsarət izləri aşkar edilmədiyi üçün cinsi əlaqənin nə zaman baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmələr isə ekspert rəyinin və ekspertin ifadəsinin həmin hissəsini tədqiq etməmiş, ümumiyyətlə hər hansı bir münasibət bildirməmişlər. Məhkəmə tibbi ekspertizalar hadisədən uzun müddət sonra keçirildiyi zaman bu ərəfədə zərərçəkmişin digər şəxslərlə cinsi əlaqədə olub-olmaması halına qiymət verilməsinin mühüm əhəmiyyətə malik olduğunu məhkəmələr nəzərə almamışlar. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, məhkum edilmiş şəxslə, zərərçəkmiş şəxs arasında üzləşmə aparılması və xüsusilə də zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanmasının video çəkilişi aparılmış və həmin çəkilişləri özündə əks etdirən disklər cinayət işinə əlavə edilsə də, məhkəmə araşdırılması zamanı ümumiyyətlə tədqiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin istintaq hərəkətləri barədə müvafiq protokollar iş materiallarına əlavə edilsə də, z ərərçəkmiş şəxsin çoxsaylı ziddiyyətli ifadələr verməsini nəzərə alıb həmin video görüntülər məhkəmə baxışı zamanı tədqiq olunaraq qiymətləndirilməli idi. Bu kimi prosessual pozuntular, yəni CPM-nin 416.1.1-ci maddəsinə əsasən məhkəmənin cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tam tədqiq edilməməsi və ya tədqiqindən əsassız imtina edilməsi kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirməyin əsas səbəblərdən biri kimi müəyyən edilmişdir. Bundan əlavə iş materiallarında şahid X11 ifadəsində göstərmişdir ki,....... 2018-ci ilin yayında tanışı xxxxx Lökbatan qəsəbəsində yerləşən (m ənzilin ünvanı dəqiq yadında deyil) evində olarkən xxxxxxx yaşadığı mənzilin qapısı döyülmüş və evlərinə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs gəlmişdir. xxxxxx evində oturduğu otaqda qalmış və xxxxx ilə Zərərçəkmiş şəxs özləri başqa otağa keçmişlər. Təxminən 15 dəqiqədən sonra qapının səsindən Zərərçəkmiş şəxsin getdiyini anlamış, xxxx onun yanına qayıtmışdır. xxxxdən nə baş verdiyini soruşsa da, xxxx ona məlumat verməmiş və çox da maraqlanmamışdır. Dəqiq tarixi xatırlamadığı həmin ərəfədə Məhkumla Lökbatan qəsəbəsində parkda rastlaşmış, onunla hal-əhval tutmuş və söhbət əsnasında Məhkumdan Zərərçəkmiş şəxs ilə nə kimi münasibətləri barədə soruşanda, Məhkum ona Zərərçəkmiş şəxs ilə bir müddət sevgili olduqlarını, sonradan isə ayrıldıqlarını bildirmişdir. Məhkumdan Zərərçəkmiş şəxs ilə aral arında yaxın münasibətlərinin olub-olmamasını soruşmuş, Məhkum da demişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında intim münasibəti olmamış, sadəcə olaraq öpüşmüşlər. X3 ifadəsində.........2018-ci ilin yay aylarında Lökbatan qəsəbəsində yerləşən Bilal Niftəliyev küçəsində olan təzə parkda idmanla məşğul olarkən Zərərçəkmiş şəxs ilə tanış olduğunu, Zərərçəkmiş şəxs ilə tanışlıq ərəfəsində Zərərçəkmiş şəxs istifadə etdiyi ***-*****-** mobil telefon nömrəsini ona verdiyini, istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini Zərərçəkmiş şəxsya verdiyini, onlar “vhatsap” vasitəsi ilə yazışdığını,......... Bundan sonra Zərərçəkmiş şəxs ilə telefonla əlaqə saxladığını, təxminən 2018-ci ilin yay ayında tanışı xxxx ilə özünün yaşadığı evdə olduğunu, bu zaman onun mobil telefonuna Zərərçəkmiş şəxs “ vhatsap” vasitəsi ilə yazaraq halını soruşduqda evdə tək olduğunu bildirərkən.....Zərərçəkmiş şəxs saat 13 radələrində onun yaşadığı evə gəldiyini, Zərərçəkmiş şəxs mənzilə daxil olanda tanışı xxxxxi gördüyünü, ona əhəmiyyət vermədən Zərərçəkmiş şəxs ilə yaşadığı mənzilin qonaq otağına keçib divanda oturaraq onunla öpüşdüyünü və s.... seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Qeyd edilən şahidlərin həm ibtidai istintaq zamanı, həm məhkəmə baxışında eyni məzmunlar ifadələr verməsi, həmçinin Zərərçəkmiş şəxs ilə üzləşmə zamanı onun üzünə də eyni sözləri demələrinə baxmayaraq, məhkəmələr heç bir tutarlı əsas müəyyən etmədən qeyd edilən ifadələri sadəcə inandırıcı olmaması nəticəsinə gəlmişlər. Halbuki Zərərçəkmiş şəxs əvvəlki ifadələrində və üzləşmə zamanı həmin ifadələri təkzib e dərək xxx xxxxxxi tanımadığını, aralarında hər hansı münasibət olmadığını bildirsə də, aralarında telefon danışıqları müəyyən olduqdan sonra xxxx xxxxx ilə tanış olduğunu, telefonla danışdıqlarını və yazışdıqlarını təsdiq etmişdir. Məhkəmələr isə qeyd edilən ifadələrə ümumiyyətlə qiymət verməmişlər. Məhkəmə kollegiyası yuxarıda sübutları sadalayaraq qeyd edilən xüsusatların anlayışlarının geniş izahını verməklə, həmçinin prosessual qanunvericilik baxımından dəyərləndirməklə, baxılan iş üzrə məhz həmin halların iş üzrə müəyyən olunmuş sübutlar əsasında araşdırılmasınıa diqqəti cəlb edir. Yuxarıdakılara əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin Məhkumun CM-nin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirinin sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə əsaslı hesab ol una bilməz və bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu norm alarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsə bəraətin verilməsi və əməlin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı iş üzrə müəyyən olunmuş bütün sübutların bilavasitə tədqiq edilərək prosessual normaların tələblərinə uyğun qiymətləndirilməsi və faktların bir daha araşdırılmas ı tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayətində irəli sürülmüş tələbi əsaslı sayır və qeyd olunan əsasla mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təkrar baxış zamanı apellyasiya məhkəmə kollegiyası yuxarıda sadalanan pozuntuları aradan qaldırmaq üçün qismən məhkəmə istintaqı aparmaqla iş üzrə məhkum edilmiş şəxs, zərərçəkmiş şəxs, həmçinin şahidlər X9 və X7 dindirməklə onl arın ifadələri yenidən qiymətləndirilməli, ekspertiza rəyləri tam tədqiq olunmalı, məhkum ilə zərərçəkmiş şəxs arasında olan üzləşməni və ifadənin yerində yoxlanmasını əks etdirən disklərə baxış keçirilərək tədqiq edilməli, həmçinin məhkəmə gedişində üzə çıxan zəruri məhkəmə istintaq hərəkətləri aparılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Şirinzadə Kənan Tərlan oğlu tərəfindən verilmiş kassasiya şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiya sı məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Şirinzadə Kənan Tərlan oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Şirinzadə Kənan Tərlan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-116/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-116/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver