Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-116/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Təqsirləndirilən şəxs Məhkum iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 3-cü qrup əlil, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünva nda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə (hakim Ziya Əliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddət ə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), R.M.Cəfərov və M.Ə.Bağırov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ləğv edilmişdir. Azərbaycan Respublikası CM–nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 07 yanvar 2021-ci il tarixdə saat 02 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-2106» markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Yeganə» şadlıq sarayının qarşısında «Köhnə şəhər» istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda bunu etməyib, əks hərəkət zolağına çıxıb, idarə etdiyi avtomobili yolun kənarında yerləşən şam ağacına vurmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 «qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ bud sümüyünün qapalı, qəlpəli sınığı, sol baldır sümüyünün qapalı, yerdəyişən sınığı, alt çənə sümüyünün hər iki oynaq boynun mental nahiyəsi nin qəlpəli, yerdəyişən sınıqları» kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər almasına və 1 ədəd d=37 sm olan şam ağacını gövdəsindən sındıraraq məhv edilməsi nəticəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 400 (dörd ) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyasının yeni baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası C M-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək, onun zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini nəzərə almaqla CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməyərək səhvə yol vermişdir. Belə ki, iş materiallarında görünür ki, Məhkum Fizuli RPŞ-nin istintaq bölməsinin 25 iyul 2018-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsində təsbit olunmuşdur ki, “Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada ci nayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, təqsirləndirilən şəxs Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən görü ndüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısının kassasiya protestində, apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Məhkum cinay ət məsuliyyətindən azad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməyərək səhvə yol verildiyi qeyd edilir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum oğlunun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2021-ci İİ tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Hə mçinin iş materillarından görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışması, dəymiş ziyanı ödəməsi və ona qarşı şikayət və tələbin oİmaması əsası ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəl b edilir. İş materiallarına əlavə edilmiş Füzuli rayon polis şöbəsinin istintaq bölməsinin 25 iyul 18-ci il tarixli qərarına əsasən Məhkum yol nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmədən bəhs edən CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərt lər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsində xüsusi vurğulanmışdır ki, bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir Göründüyü kimi, CM-nin 263-cü maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad etmə institutu CM-nin Ümumi hissəsinin Xİ fəslində (Cinayət məsuliyyətindən azad etmə) təsbit edilmiş normaların tələbləri gözlənilməklə tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263.11-ci maddəsi ilə təkrarən cinayət məsuliyyətindən azad edilməklə, barəsində olan cinayət işi üzrə ic raata xitam verilməsi haqqında Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı CM-nin 72-ci maddəsinin qeydinin 1-ci bəndində göstərilən tələbə zidd olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-116/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-116/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver