Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1160/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun, Məhkum və müdafiəçisi-vəkil X11 iştirakları ilə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələri ilə təqsirli bilinib mə hkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.S.Məmmədov) Məhkum- 01 avqust 1988-ci il tarixdə Füzuli rayonunun *********** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də iş icraçısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib m əhkum edilmişdir ki,26 iyul m2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri ************************ küçəsində yerləşən Qaradağ rayon məhkəməsinin inzibati binasının qarşısında “Mersedes C-230” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan onunla mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsiclik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edən hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətəd hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənviyyat normalarına əməl etməyib, oraya toplaşan bir çox insanların istirahətinə və mənafelərinə t xunan hərkətlər edərək, ucadan nalayiq söyüşlər söyməklə Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutub dartaraq avtomobildən çıxarmış, həmin vaxt sonuncunun baş nahiyyəsi avtomobilin qapısının çərçivəsinə dəymiş, daha sonra isə Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutub sıxaraq sonuncuya baş-beyin silkələnməsi ilə müşayət olunan, başın sağ təpə nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, boyun nahiyyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 23 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin faktiki halları tam hərtərəfli vəobyektiv araşdırılmamışdır. Hadisə yerində Zərərçəkmiş şəxs anasından və bacısından başqa heç kim olmadığı halda şahid C6 hadisəni bilavasitə görən şahid kimi ifadə vermişdir. Lakin onun ifadələri işin həqiqi hallarına uyğun olmamışdır. Xuliqanlıq işləri üzrə mhəkəmə təcrübəsi haqqında Ali Məhkəmənin Ple numunun 23 mart 2004-cü il tarixli qərarının izahları və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-ci il tarixli qərarının şərhləri nəzərə alınmamışdır. Onun ictimai qaydanı pozmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxsin qanunsuz hərkətləri münaqişənin baş verməsinə səbəb olmuşdur. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-c i maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayə t işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işinin faktiki halları tam hərtərəfli vəobyektiv araşdırılmamışdır. Hadisə yerində Zərərçəkmiş şəxs anasından və bacısından başqa heç kim olmadığı halda şahid C6 hadisəni bilavasitə görən şahid kimi ifadə vermişdir. Xuliqanlıq işləri üzrə mhəkəmə təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının izahları və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-ci il tarixli qərarının şərhlər i nəzərə alınmamışdır. Onun ictimai qaydanı pozmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxsin qanunsuz hərkətləri münaqişənin baş verməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasıkonstitusiya Məhkəməsi Plenumunun B8 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında şərh edilmişdir ki Azərbaycan Respublikası CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakı nın məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin t oxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı ci nayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Cinayət işinin materiallarından müəyyən edilir tərəflər arasında münaqişə aralarındakı mülki mübahisəyə məhkəmə iclasında baxıldıqdan sonra ya ranmışdır. Zərərçəkmiş şəxs X3, onun anası X7 və bacısı X4 eyni məzmunlu şahid ifadələrindən müəyyən edilir ki, onlar məhkəmə iclası başa çatdıqdan sonra ilk olaraq məhkəmə binasını tərk etmiş və İsazadı Elsevərin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs Məhkum da ifadələrində göstərmişdir ki, məhkəmə prosesi təxirə salındıqdan sonra o, çölə çıxarkən görmüşdür ki, zərərçəkmiş şəxs X8, onun anası X12 və bacısı X1 “Mersedes” markalı avtomobilində əyləşib gözləyirlər. O, maşının yanından keçərkən E6 maşından düşüb ona bildirmişdir ki, “sənin kişiliyini əlindən alacam”. Həmçinin onun nəslinə və anasına qarşı nalayiq söyüşlər işlətmişdir. O E6 yaxınlaşıb onun boğazından tutmuş, onu divara sıxmış və maşına dirəmişdir. E6 söyüş söyməməsini demiş, Elsevər dırna qları ilə onun sifətini cırmışdır. Məhkum ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunun nədə ifadə olunması, hansı ictimai qaydanın pozulması müəyyənləşdirilməyib və ona elan edilmiş ittihamda göstərilməyib. Tərəflər arasındakı münaqişə onların arasında mövcud olan Məhkum və A8 ailə münasibətlərinin pozulması ilə əlaqədar yaranmış mübahisələrin həlli ilə bağlı şəxsi münasibətlərlə əlaqəlidir. İttiham aktında Məhkumnin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğuna dəlalət edən hal kimi göstərilir ki, ucadan nalayiq söyüşlər söyməklə oraya toplaşan bir çox insanların istirahətinə və mənafelərinə txunan hərkətlər etmişdir. Lakin, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, on un anası, bacısı və tanışı E6 başqa hər hansı istirahətinə və mənafeyinə toxunan şəxs müəyyən edilib dindirilməmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X17 isə ifadəsində göstərmişdir ki, Məhkum mənzil mübahisəsi ilə əlaqədar mülki işdə onu vəkil kimi təmsil etmiş, məhkəmə iclası təxirə salındıqdan sonra məhkəmənin həyətində Samirlə bir qədər söhbət etmiş və ona tövsiyyə etmişdir ki, qarşı tərəfin çıxıb getməsini gözləsin, onlar getdikdən sonra çıxıb getsin. Bir neçə dəqiqiə söhbət etdikdən sonra sağollaşıb ayrılmışlar, o özü mhəkəmədə qalmışdır. Bundan bir müddət sonra məhkəmədən çölə çıxarkən görmüşdür ki, üzü yola tərəf dayanmış avtomobilin yanında mübahisə gedir. S6 və E6 bir-birini söyürdülər. S6 E6 yaxasından yapışmış, bir qadın isə S6 arxadan vururdu. S6 onlardan aralayıb bir av tomobilə mindirmişdir. Sonra qarşı tərəf də avtomobilə əyləşib oranı tərk etmişlər. Göstərilənlərdən müəyyən olunur ki, hadisə zamanı Məhkum ilə zərərçəkmiş şəxs X8 arasında şəxsi münasibətlər zəminində qarşılıqlı dalaşma olmuş və onlar hər ikisi xəsarətlər almışlar. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 28.07.2018-ci il tarixli 540 saylı rətindən görünür ki, Məhkum sol almacıq nahiyyəsinin sıyrığı dərəcəsi təyin edilməyən, sağlamlığa zərər vurmayan bədən xəsarəti, 26 iyul 2018-ci il tarixli 531 saylı rəyindən isə müəyyən edilir ki, zərərçəkmiş şəxs X5 baş beyin silkələnməsi ilə müşayət olunan sağ təpə nahiyyəsinin yumşaq toxumasının şişkinliyi halında əzilməsi, boyun nahiyyəsinin sıyrığı müəyyən edilmişdir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə poz ulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir və xəsartlər 26.07.2018-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərində ictimai qaydanı pozmaq niyyətinin mövcudluğu müəyyən edilmədiyindən, zərərçəkmiş şəxslə aralarındakı münaqisə şəxsi münasibətlər zəminində olduğundan, hadisə zamanı zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti aldığından kassasiya şikayəti qismən təmin edilərək, məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək bu qanunun sanksiyası həddində ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci madəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nini 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilsin. Bu qanun əsasında ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Qa lan hissədə qərar dəyişdirilməsin. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1160/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1160/2019
02.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver