Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1160/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X5nun iştirakları ilə xx xxxx 1987-ci ildə Yardımlı rayonu Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Yardımlı Elektrik şəbəkəsində usta vəzifəsində işləmiş, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2021-ci il tarixli ilkin baxış qərarından zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yardımlı Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmü ilə (hakim Həsənquliyev İlqam Elxan oğlu), Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-n 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzanın şərt olaraq tətbiq edilməsi hökm edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X5 15.10.2020-ci il tarixdə apelyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Yardımlı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X5nun apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Yardımlı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X5 apelyasiya şikayəti verərək, şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərmiş, Şirvan Apelyasiya Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli məktubu ilə şikayət baxılması üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılmışdır. Yardımlı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X5nun apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin t əmin edilməməsi barədə məhkəmənin 06 noyabr 2020-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılmışdır. Yardımlı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X8 apelyasiya şikayəti verərək, Yardımlı Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və Yardımlı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Yardımlı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tar ixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdi rilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. İş materiallarından görünür ki, Yardımlı Rayon Məhkəməsinin 1(038)-13/2017 saylı 23 noyabr 2017-ci il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi X5nun iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan edilmiş və hökmdən apellyasiya şikayəti vermək qaydası və müddəti proses iştirakçılarına izah edilmişdir. Hökmün surəti xəbərnaməli məktubla X5a göndərilmiş və 05 dekabr 2017-ci il tarixdə xəbərnaməyə imza etdirməklə ona təqdim edilmişdir. Həmçinin iş mat eriallarından görünür ki, hökm 14 dekabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş, X5 hökm qanuni qüvvəyə minəndən 3 ilə yaxın vaxt keçdikdən sonra məhkəməyə ərizə göndərərək buraxılmış müddətin bərpasını xahiş etmiş, lakin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü olmasını təsdiq edən yetərli sübutlar təqdim etmədiyindən, Yardımlı Rayon Məhkəməsinin 1(038)-13/2017 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ilə X5un ərizəsi təmin edilməmiş və ona qərardan narazı qaldığı təqdirdə apellyasiya məhkəməsinə şikayət vermək hüququ izah olunmuşdur. Həmin qərarın surəti 21 noyabr 2020-ci il tarixdə X5a təqdim edilmişdir. X1 Rayon Məhkəməsinin 1(038)-13/2017 saylı 06 noyabr 2020-ci il tarixli qərarından apelyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddət keçdindən 28 gün sonra 24 dekabr 2020-ci il tarixdə apelyasiya şikayəti versə də, apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermədiyindən şikayət 11 yanvar 2021-ci il tarixdə Yardımlı Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 apelyasiya şikayətində apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Şikayətdə göstərilən hallar da müddətin bərpa edilməsinə əsas vermir. İş materiallarından görünür ki, apelyasiya məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 Yardımlı Rayon Məhkəməsinin 1(038)-13/2017 saylı 06 noyabr 2020-ci il tarixli qərarının surəti vaxtında verilsə də, X5 həmin qərarda n apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən 28 gün sonra apelyasiya şikayəti versə də, buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya a pellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə mü əyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Beləliklə də, müəyyən olunur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən təxminən 3 il keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hər əkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 şikayətində apellyasiya şikay ətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5nun Yardımlı Rayon Məhkəməsinin 23 noyabr 2017-ci tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan heç bir üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən m üddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2021-ci il tarixli ilkin baxış qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X5nun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1160/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1160/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver