Məhkəmə qərarları › İş №1(102)-1160/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1160/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1160/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, X11 Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə bəraət almasına dair Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(106)-544/2024 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin (X19) 2024-cü il 24 aprel tarixli, 1(018)-35/2024 nömrəli hökmü ilə, 11 avqust 1977-ci ildə İran İslam Respublikası Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, İran İslam Respublikası, Təbriz şəhəri, İnqilab prospekti İbrahimpur küçəsi 4 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda İran İslam Respublikası ərazisində yaşayan, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələr i ilə təqsirli bilinmiş, CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 21 dekabr 2023-cü il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X16 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının (X1 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə) 2024-cü il 6 noyabr tarixli, 1(106)-544/2024 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, hökm ləğv edilmiş, X11 əməlində cinayət tərkibi olmadığına görə Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirsiz elan edilmiş və verilmiş ittihamlar üzrə ona Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilmiş, X2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, hazırkı hökm elan edildikdən dərhal sonra saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən həbsdən azad olunmuşdur. İŞİN HALLARİ: Astara Rayon Məhkəməsinin ittiham hökmünə əsasən X16 21 dekabr 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmaya n mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, tərkibindəki fenobarbital psixotrop maddəsinin ümumi miqdarı 8,5 qram təşkil edən 9 konvalyutda "Phenytoin/Phenobarbital 100/50” göstəricili 170 həb əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin həblərdən 3 konvalyutda 60 həb hissəsini "Winston” markalı siqaret qutusunun içərisində əynindəki gödəkcənin içəri sağ cibində, 3 konvalyutda 60 həb hissəsini əynindəki köynəyin sol qolunda, 3 konvalyutda 50 həb hissəsini isə həmin köynəyin sağ qolunda gizlətməklə "Volvo” markalı, "JJ226RR/PP759B” qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib Azərbaycan Respublikasına daşımış, 21 dekabr 2023-cü il tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin A stara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün Astara gömrük idarəsində üzərində aparılmış şəxsi yoxlama zamanı qeyd olunan psixotrop maddə aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs X12 törətdiyi əməllərdə cinayət tərkibi vardır, ona düzgün olaraq CMin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. X7 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. X12 təqsirli bilindiyi maddələrlə nəzərdə tut ulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6525 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... X5 9 konvalyutda 170 həb...» və s. yazılar olan 203601 nömrəli DGK-ya məxsus 1 ədəd sellofan paketin içərisində 3 ədəd kağızlara bükülmüş, üzərində «Phenytoin/Phenobarbital 100/50» göstəricisi olan, ümumilikdə 9 (doqquz) konvalyutda, 170 (yüz yetmiş) ədəd ağ rəngli, dairəvi formalı həblərin tərkibində - fenobarbital təsir maddəsinin ümumi miqdarı - qram (bir həbdə 0.05 qram) təşkil edir. Fenobarbital preparatı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr »in siyahısına (Siyahı İİ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6525 saylı ekspert rəyində tədqiqata təqdim edilmiş, üzərində «X5 9 konvalyutda 170 həb...» və s. yazılar olan 203601 nömrəli DGK-ya məxsus 1 ədəd sellofan paketin içərisində 3 ədəd kağızlara bükülmüş, üzərində «Phenytoin/Phenobarbital 100/50» göstəricisi olan, ümumilikdə 9 (doqquz) konvalyutda, 170 (yüz yetmiş) ədəd ağ rəngli, dairəvi formalı həblərin tərkibində - fenobarbital təsir maddəsinin ümumi miqdarı - 8,5 qram (bir həbdə 0,05 qram) təşkil edir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin siyahısında Fenobarbitalın təsir gücünün 2,5 başlayaraq cinayət məsu liyyəti yaratması qeyd olunmuşdur. Lakin təkrar məkhəmə kimyəvi ekspertizasının 10 oktyabr 2024-cü il tarixli, 6/3793 saylı rəyində, tədqiqata təqdim edilmiş üzərində “232970196 Müstəntiq: Elxan Nəsibov..Astara Gİ..təqsirləndirilən şəxs: Foroughi Hossein..qalıq çəki: 161 həb dərman preparatları...” və s. yazılar olan MEM-ə məxsus bir ədəd kağız paketdə qablaşdırılmış 203601 №-li DGK-ya məxsus bir ədəd sellofan paketin içərisində, üzərində “..Phenytoin/Phenobarbital 100/50..” göstəricisi olan 9 (doqquz) ədəd blisterdə ümumilikdə 161 (yüz yetmiş) ədəd ağ rəngli, dairəvi formalı həblərin tərkibində fenitoin və fenobarbital təsiredici maddələrinin olduğu müəyyən edildi. “Fenobarbital (phénobarbital)” (mürəkkəb tərkibli dərman preparatlarının tərkibində olduqda) və fenitoin (phenytoin) Azərbayc an Respublikasının 2005-ei il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil deyildir sözləri yazılmışdır. Dövlət ittihamçısı bildirmişdir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respub likasının 28 iyun 2005-ci il tarixli qanununda fenobarbital psixotrop maddəsinin mürəkkəb tərkibli dərmanların tərkibində və ya saf formada olması nəzərdə tutulmamışdır. Həmin siyahıda Fenobarbital psixotrop maddəsinin dərman preparatlarını və ya kimyəvi birləşmələrin tərkibində olmasından asılı olmayaraq fenobarbital psixotrop maddəsinin özünün təsir gücünün 2,5-dən çox olması cinayət məsuliyyəti yaradır. Əvvəlki ekspertiza rəyi ilə də (22 dekabr 2023-cü il tarixli) X8 aşkar edilmiş 9 konvalyutda 170 həb «Phenytoin/Phenobarbital 100/50» göstəricisi olan 170 (yüz yetmiş) ədəd ağ rəngli, dairəvi formalı həblərin tərkibində - fenobarbital təsir maddəsinin ümumi miqdarı - 8,5 qram (bir həbdə 0,05 qram) olması öz təsdiqini tapır və sonrakı ekspertiza(10 oktyabr 2024-cü il tarixli) rəyi ilə müb ahisə doğurmur. Göründüyü kimi, Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən X11 CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiy ası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normaları nın düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma bəraət verilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidi r. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – haki min həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışları nı dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi H.Foroughı CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilərək məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə məhkumun təqsirli bilindiyi hər iki maddə ilə ona bəraət vermişdir. Apellyasiya məhkəməsi məhkum barəsində bəraət hökmü çıxararkən qanunun imperativ tələblərinə əsaslanmışdır. Yəni bu kasus üzrə işin halları və iş üzrə toplanmış sübutlar mübahisləndirilməmiş, yalnız iş üzrə mövcud faktlar əsasında hazırkı nəticəyə gəlinmişdir. Kassasiya protestindən görünür ki, protestdə işin halları yenidən sadalanmış, lakin CM 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə də hökmün ləğv edilməsi xahiş olunsa da, həmin hissədə protestdə hər hansı bir əsaslı dəlil irəli sürülməmiş, apellyasiya instansiyası məhkəməsinin əsaslandırması konkret sübutlarla mübahisləndirilməmiş, ümumi, mücərrəd fikirlərdən istifadə edilmişdir. Məhkəmə kollegiyası protestin dəlillərini CM-in 234.1-ci mddəsinə münasibətdə əsassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hökmdə mövqeyini əsaslandıraraq göstərmişdir: “...Apellyasiya baxışının nəticələrinə görə, X9 aşkar edilmiş “Phenytoin/Phenobarbital 100/50” göstəricili dərman həbləri mürrəkəb tərkibli dərmandır və bu h alda yuxarıda qeyd olunan İİİ saylı Siyahıya əsasən psixotrop maddə kimi fenobarbitalın Azərbayan Respublikasının ərazisində dövrəyyəsinə nəzarət olunmur. Belə olan halda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq cinayətləri üzrə qanunla qorunan obyektə, yəni ictimai münasibətlərə qəsd edən əməl də yoxdur...” Göründüyü kimi, 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təqsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İİİ saylı Siyahısına əsasən “Phenytoin/Phenobarbital 100/50” göstəricili dərman həbləri mürəkkəb tərkibli dərman olduğu üçün Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət olun mur və bu gün də tərkibində fenobarbitalın olan çoxsaylı, müxtəlif adlı mürəkkəb tərkibli dərman vasitələrini apteklərdən əldə etmək mümkündür və bunun üçün hər hansı icazəyə də ehtiyac yoxdur. Belə ki, Psixotrop maddələr, İİ Siyahının 70-ci bəndində tək halda Fenobarbitalın 2,5 qramı xeyli miqdar, 15 qramı külli miqdar və 3000 qramı xüsusi ilə külli miqdar kimi göstərilmiş, lakin həmin siyahını tamamlayan və dəqiqləşdirmə aparan qeyd edilən İİİ siyahının 19-cu bəndində göstərilmişdir: Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr: Fenobarbital (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır.) Buradan çıxan nəticə və məna ondan ibarətdir ki, fenabarbital tək halda (qarışısız) olduqda Siyahıda qeyd edilən çəkilərə uyğun müvafiq məsuliyyət yaradır, lakin qarışıq şəklində, digər maddələrlə mürəkkəb tərkib yaratdıqda, bu dərmanın dövriyyəsinə nəzarat edilmir və bu səbəbdən də hər hansı cinayət məsuliyyətinə də səbəb ola bilməz. Kassasiya protestində mübahisələndirilən növbəti məsələ CM-in 206.2-ci maddəsi ilə məhkuma bəraət verilməsidir. Kassatorun mövqeyinə görə gömrük sərhədindən qanunsuz keçirilən, CM-in 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Kassasiya protestinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin mövcud olması üçün gömrük sərhədindən keçirilən maddənin CM-in 206.2-ci maddəsinin dispozisiyasında sadalanan əşyalardan biri olması mütləq şərtdir. Yuxarıda sada lanan işin hallarından da göründüyü kimi, bəraət almış şəxsdən aşkar edilən dərman vasitəsi CM-in 206.2-ci maddəsinin dispozisiyasında sadalanan əşyalardan heç birinə aid olmadığıdan, apellyasiya instansiaysı məhkəməsi qanuni və əsaslı olaraq həmin maddə ilə də H.Foroughıyə bəraət vermişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2024-cü il 24 aprel tarixli, 1(018)-35/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edlmiş X15, məhkum edildiyi maddələrlə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(106)544/2024 nömrəli hökmü dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar