Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1161/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X4 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 32.4, 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Ə.Musayev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) 02 avqust 2019-cu il tarixli hökmü ilə 15 aprel 1968-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tə qsirli bilinərək ona CM-nin 32.4,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 15 iyun 2019- cu il tarixd ən hesablanması, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin X10 və X3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdirlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X15 və X2 ibarət tərkibdə) Məhkum və müdafiəçisi X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 5 (beş) ilə endirilsin və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinc i instansiya məhkəməsinin hökmü ilə CM-nin 32.4, 206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il və CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1(bir) il, 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 32.4,206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsilri bilinərək məhkum olunmuşdur ona görə ki, o, X3 və X10 2019-cu ilin may ayının ortalarında Lənkəran şəhərində yerləşən “Gənclik” kafesində olarkən ibtidai istintaq orqanı tərəfindən cinayətkar qrupun şəxsiyyətləri konkret olaraq müəyyən edilməmiş digər üzvləri ilə Azərbaycan Respublikasında satışının həyata keçirilməsi, yəni satış məqsədilə Məhkum çatdırılması üçün sonuncunun verəcəyi 200,00 manat məbləğində pula X3 və X10 tərəfindən İran İslam Respublikasında (bundan sonra – İran İR) cinayətkar qrupun digər üzvündən alınacaq, külli miqdarda narkotik vasitələr və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması ilə bağlı cinayətkar niyyətlərin həyata keçirilməsi barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bununla əlaqədar Məhkum X3 və X6 İran İR-dən onun üçün əldə edəcəkləri külli miqdarda narkotik vasitələr və psixatrop maddəni sonuncunun üzərində Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə təhrik etmiş, ümumi razılaşdırılmış göstərilən cinayətkar niyyətə uyğun olaraq X3 və X1 X1 oğlu və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İR-in Astara şəhərində cinayətkar qrupun digər üzvündən satış məqsədilə qanunsuz olaraq 17 may 2019-cu il tarixdə Azərbaycan Respublikasında Məhkum çatdırmaq üçün sonuncunun verdiyi 200,00 manat məbləğində puldan istifadə edərək əldə etdikləri üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 66,290 qram, 26,110 qram, 4,662 qram, ümumi təmiz çəkisi 97,062 qram olmaqla külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra - heroin), bir ədəd bükümdə 28,0 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 1,12 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, üzərilərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə olan metadon həblərini (bundan sonra - m etadon), üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,391 qram, 0,552 qram və 4,210 qram, ümumi təmiz çəkisi 5,153 qram olmaqla külli miqdar təşkil edən metamfetamini X10 düz bağırsağında yerləşdirib saxlamaqla malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə edib daşımış və X3 ilə birlikdə həmin tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun (bundan sonra – DGK-nin CƏBGİ-nin Astara GP) piyada keçid xəttindəki Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişlər. Göstərilən narkotik vasitələr 17 may 2019-cu il tarixdə X10 ilə bağlı keçirilmiş gömrük nəzarəti üzrə sonuncunun Astara Rayon Mərkəzi Xə stəxanasında (bundan sonra – Astara RMX) rentgenoloji müayinəsi zamanı daxili orqanı olan düz bağırsağından aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Məhkum 15 iyun 2019-cu il tarixdə saat 11 radələrində Lənkəran şəhərində ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmiş mənbədən qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,116 qram və 1,108 qram, ümumi təmiz çəkisi 2,224 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, xaşxaş bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə olan tiryək (bundan sonra – tiryək) əldə edib daşıyaraq ünvan 2 ünvanında yerləşən yaşadığı evin yataq otağında yataq dəstinin arasında gizlədərək saxlamışdır. Göstərilən narkotik vasitə 17 iyun 2019-cu il tarixdə Astara Rayon Polis Şöbəsinin (bundan sonra – Astara RPŞ) əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında Məhkum ünvan 2 ünvanında yerləşən yaşadığı evdə aparılmış axtarış zamanı aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində ikinci qrup əlil olmasını, İ Qarabağ döyüşlərində 3 il fəal iştirakını, döyüşlər nəticəsində fiziki və psixoloji travma almasını, ilk dəfə məhkum olunmasını, ölkənin ictimai həyatında fəal iştirakını, müsbət xarakterizə olunmasını, cəza çəkdiyi müddətdə heç bir qanunazidd hərəkətlərə yol verməməsini vurğulayaraq kassasiya şikayətinin təmin olunmasını, barəsində ədalətli və humanist qərar qəbul edilməsini və ona daha yüngül c əza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnı z hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyas iya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi v ə digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəc əsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-c ü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci ma ddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hök mdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanı n onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsini, İİ qrup əlil olmasını nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi Məhkum təyin olunmuş cəzanı ədalətli hesab etməyərək, Məhkum İİ qrup 20 yanvar əlili olmasını, əvvəllər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və ona görə də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olmasını, ailəli, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağı olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsin i əsas götürərək Məhkum təyin edilmiş cəzanı yüngülləşdirərək onun barəsində ədalətli, humanist və işin faktiki hallarına uyğun qərar qəbul etmişdir Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,206.3.2, 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1161/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1161/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver