Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1161/2022 15.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, Məhkum1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-106/2022 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1984-cü il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il qərarı ilə qəti olaraq 01 il 11 ay 21 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 79-cu maddəsinə əsasən cəzanın çəkilməsi 06 aprel 2022-ci il tarixədək təxirə salınmış, Şəki rayonunun Kiçik Dəhnə kəndində daimi yaşayış qeydiyyatında olmaqla həmin kənddə yaşamışdır.
2. Məhk um2 xx xxxxxx 1977-ci il tarixdə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu Qoxmuq kəndində pasport qeydiyyatında olmaqla yaşayan. 3. 17 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
4. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 münasibətdə müəyyən edilmiş işin faktiki hallarına görə, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Şəki rayonu Kiçik Dəhnə kənd sakini mərhum, X2 Beynəlxalq Bankdan kredit götürməsi zamanı zamin olması və Fərhad Cəbiyevin vəfat etməsindən sonra onun, həmçinin müxtəlif şəxslərə zamin olduğu üçün arvadı Şahid6 barəsində Şəki Ağır Cinayətlər Məhkəməsində cinayət işi olmasını özündən uyduraraq həmin cinayət işinin xitam ediləcəyinə köməklik göstərəcəyi ilə bağlı yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib vahid niyyətlə, 23 aprel 2018-ci il tarixdə, saat 11 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında 300 manat, 24 aprel 2018-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 900 manat, 25 aprel 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzib ati binasının qarşısında 2000 manat, 27 aprel 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 1300 manat, 30 aprel 2018-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 2000 manat, 07 may 2018-ci il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Təzə bazar”ın yaxınlığında 400 manat, 10 may 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 1000 manat, 14 may 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında 600 manat, 16 may 2018-ci il tarixdə, saat 12 radələrind ə Abşeron rayonu Xırdalan şəhəri ərazisində 2000 manat, 18 may 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 600 manat, 18 may 2018-ci il tarixdə, saat 11 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının yaxınlığında 100 manat, 04 iyun 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 1900 manat, 07 iyun 2018-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sumqayıt şossesi, 3-cü kilometrdə yerləşən, Bakı X1rşısında 400 manat, 11 iyun 2018-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 1600 manat, 13 iyun 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 700 manat, 21 iyun 2018-ci il tarixdə, saat 15 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində 600 manat dəyərində 01 cüt qızıl sırğa, 300 manat dəyərində 01 ədəd qızıl boyunbağı, hər birinin qiyməti 200 manat olmaqla, ümumilikdə 1000 manat dəyərində 05 ədəd qızıl üzük, 1000 manat dəyərində 4 ton arpa olmaqla, ümumilikdə 2900 manat dəyərində əmlakı, 25 iyun 2018-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 550 manat, 27 iyun 2018-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən Nəsimi Rayon Məhkəməsinin inzibati binasının qarşısında 2600 manat, 02 iyul 2018-ci il tarixdə, saat 11 radə lərində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 400 manat, 04 iyul 2018-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 400 manat, 12 iyul 2018-ci il tarixdə 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsində yerləşən Bakı şəhəri, Dəmiryol Vağzalı ərazisində 1500 manat, 16 iyul 2018-ci il tarixdə, saat 11 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 500 manat, 19 iyul 2018-ci il tarixdə 11 radələrində Şəki şəhəri, X15 küçəsində yerləşən X18 yaxınlığında 600 manat, 27 iyul 2018-ci il tarixdə, saat 15 radələrində Mingəçevir şəhəri ərazisində 620 manat olmaqla, cəmi 25870 (iyirmi beş min səkkiz yüz yetmiş) məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət yanğından mühafizə hissəsinə “yanğınsöndürən” vəzifəsinə işə düzəldəcəyinə dair onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 25 avqust 2019-cu il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 600 0 (altı min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib arvadı X3 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi verilməklə təqaüdə çıxarılmasına köməklik göstərəcəyi dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2019-cu ilin sentyabr ayının əvvəllərində Şəki rayonu Qoxmuq kəndi ərazisində 3300 (üç min üç yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq cina yət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 yalan vədlər verib oğlu Bəhruz Qəfərovun xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinə görə təyin edilmiş təqaüdün bitmiş müddətinin uzadılmasına köməklik göstərəcəyinə dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən «Fontan» kafesində 2019-cu ilin noyabr ayının əvvəllərində 500 manat, 2019-cu ilin noyabr ayının ortalarında 400 manat olmaqla, cəmi 900 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah ni yyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Şəki rayonu Bolludərə kəndi ərazisində yerləşən sonuncunun adına olan 15 hektar və qardaşı X6 adına olan 12.7 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən çıxarış alınmasına köməklik göstərəcəyi barədə yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə 27 noyabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin qarşısında 2600 (iki min altı yüz) manat, 2019-cu ilin dekabr ayının ortalarında ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzin in qarşısında 3000 (üç min) manat və 2020-ci ilin yanvar ayının əvvəllərində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən “Kapital Bank”ın inzibati binasının qarşısında 3300 (üç min üç yüz) manat olmaqla, cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 münasibətdə müəyyən edilmiş işin faktiki hallarına görə, o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib xeyli miqdarda dələduzluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakın ı əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət yanğından mühafizə hissəsinə “yanğınsöndürən” vəzifəsinə işə düzəldəcəyinə dair onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 25 avqust 2019-cu il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib arvadı X3 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi verilməklə təqaüdə çıxarılmasına köməklik göstərəcəyi dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2019-cu ilin sentyabr ayının əvvəllərində Şəki rayonu Qoxmuq kəndi ərazisində 3300 (üç min üç yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. 6. 01 aprel 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irə li sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
7. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli il tarixli, 1(075)-42/2021 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum1 Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(107)85/2020 nömrəli qərarı ilə qəti olaraq təyin edilmiş və 06 aprel 2022-ci il tarixədək icrası təxirə salınmış 01 (bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəza ilə qismən toplanması və üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasın ın saxlanılması, Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(107)-85/2020 nömrəli qərarının nəzərə alınması və Məhkum1 qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin himayəsində olan 06 aprel 2008-ci il təvəllüdlü uşağı X10 on dörd yaşına çatanadək, yəni 06 aprel 2022-ci il tarixədək təxirə salınması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ibtidai istintaq zamanı 10 dekabr 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 11 (on bir) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 ( on) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin hökm elan edildiyi gündən, yəni 20 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
8. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxs Məhkum1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
9. Zərərçəkmiş şəxs1 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Məhkum1 və Məhkum2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələ rinin sanksiyalarında nəzərdə tutulmuş ən yuxarı cəzanın təyin edilməsini xahiş etmişdir.
10. Təqsirləndirilən şəxs Məhkum1 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona bəraət verilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-106/2022 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(075)-42/2021 nömrəli hökmü Məhkum1 münasibətdə dəyişdirilmiş, həmin hökmdən “Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(107)- 85/2020 nömrəli qərarının nəzərə alınması və Məhkum1 qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin himayəsində olan 06 aprel 2008-ci il təvəllüdlü uşağı X4 on dörd yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək təxirə salınması və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə bağlı müddəalar xaric edilmiş, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(075)42/2021 nömrəli hökmü ilə Məhkum1 təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası artırılaraq, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza Azərbaycan Respu blikası CM-nin 67.1-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il qərarı ilə qəti olaraq 01 il 11 ay 21 gün azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilmiş, yeni və əvvəlki cəzaların müstəqil icra edilməsi, Məhkum1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək onun məhkəmə iclas zalından həbs edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 02 mart 2022-ci il tarixdən hesablanması, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(075)42/2021 nömrəli hökmünün qalan dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən və Zərərçəkmiş şəxs1 tərəfində n ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
13. Məhkum1 müdafiəçisi Müdafiəçi1 verdiyi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum1 ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmədiyindən, ona bəraət verilmədir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-106/2022 nömrəli qərarının ləğv edilməsi, Məhkum1 barəsində bəraətverici əsaslarla məhkəmə qərarının çıxarılmasını xahiş edir.
14. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində məhkumlar Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək, hər iki məhkumla barışmadığını, ona dəyən ziyanın ödənilmədiyini nəzərə almaqla mə hkumlara təyin olunmuş cəzanın ağırlaşdırılmasını istəmişdir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-106/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edir. 15.Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instans iyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməs i məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını qeyd edərək ona bəraət verilməsini xahiş etməklə, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şə rtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
21. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində məhkum edilmiş şəxslərə təyin edilən cəzanın ağırlaşdırılmasını xahiş etməklə, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
22. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-106/2022 nömrəli qərarını y oxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Məhkum1 hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılmış, Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi onun və digər məhkumun ibtidai istintaq zamanı verdiyi ifadələ ri, şahid ifadələri, ekspert rəyləri və işdə olan digər sübutlarla tam sübuta yetirildiyi müəyyən edilmişdir.
25. Öz növbəsində məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb haqlı olaraq sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi Hissəsinin müddəalarından çıxış edərək, sonuncunun əməlində həmin Məcəllənin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzaland ırmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPMnin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu m addə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.
27. Məhkəmə kollegiyası həmçinin məhkumlara təyin edilən cəzanın yüngüllüyü ilə bağlı Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
28. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə gör ə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mü tənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
29. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xara kterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
30. İnsan Hüquqları üzrə A vropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111,
31. Qeyd edilən maddi cinayət-hüquqi normalarının və məhkəmə praktikasını tənzimləyən müddəaların tələblərinə əsaslanaq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 cəzа təyin edilməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin qərarı bu hissədə əsaslı və qanunidir. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halları n olmamasını, digər Məhkum2 cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİİ dərəcə əlil olmasını, həmçinin onun da cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar barəsində ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqini yoxlayarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün yalnız məhkum edilmiş şəxs Məhkum1 aid cəza hissəsində dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və Zərərçəkmiş şəxs1 tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)106/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-106/2022 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.