Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1161/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs, Məhkum X5 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əfəndiyev Altay Seid oğlunun, X1 iştirakları ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə gürcü olan, evli, ali təhsill i, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 1(103)-2008/2023 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əfəndiyev Altay Seid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(009)-229/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim A.R.Tağıyev) X13 – Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökm lə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X3 4651.75 maddi ziyan tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi barədə mülki iddia təmin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 1(103)-2008/2023 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və A.V.Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(009)-229/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən X13 Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə ona görə təqsirli b ilinib məhkum edilmişdir ki, o, zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, anası X10 tərəfindən Zərərçəkmiş şəxs rəsmi olaraq satılmış mənzillə bağlı aralarında yaranmış fikir ayrılığına görə, həmin məsələyə aydınlıq gətirmək məqsədilə 27 dekabr 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısına gələn Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sükanı arxasında oturduğunu görüb, sonuncuya yaxınlaşaraq avtomobilin şüşəsini aşağı salmasını istəmiş, Zərərçəkmiş şəxs avtomobilin şüşəsini aşağı saldıqdan sonra aralarında qeyd olunan mül ki mübahisə ilə bağlı şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə sonuncunun üz nahiyəsinə bir dəfə vuraraq sonuncuya sol almacıq nahiyəsinin hematoması ilə müşayiət olunan xəsarət yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 1(103)2008/2023 nömrəli qərarının ləğv edilməsi və X5 barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, X13 həm ibtidai istintaq dövründə, həm də məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş və verdiyi ifadələrdə 27 dekabr 2022ci il tarixdə saat 21.00-22.00 radələrində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsnın növbəti dəfə anasının evinin qabağına gəlib öz avtomobilində dayandığını gördüyünü və onların aralarında mənzilə görə mübahisələrinin olmasını bildiyinə görə, ona yaxınlaşaraq buraya gəlib dayanmasının səbəbini soruşub onun kobud cavabı ilə qarşılaşsa da, geriyə qayıtmasını, ona əl qaldırmamasını və avtomobilinə zədə yetirməməsini bildirmişdir. Şahidlər Şahid7, Şahid4, Şahid6 Bəhram oğlu və Şahid5 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxsin 27 dekabr 2022-ci il tarixdə saat 21.00-22.00 radələrində Zərərçəkmiş şəxsya əl qaldırmamasını ifadələrində göstərmişlər. Müdafiəçi həmçinin qeyd edir ki, Sergey Maqaldadzenin anası X10 8 dekabr 2022-ci ildə Azə rbaycan Respublikası DİN-nin "102 xidməti"nə müraciət edərək Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən şikayət etmiş və ona görə, zərərçəkmiş şəxs X16 X10dan qisas almaq məqsədi ilə növbəti təxribata əl ataraq onun oğlu Maqaldadze Sergey üçün yalançı "şahid" kimi işə cəlb etdiyi tanışları Şahid2, Şahid3 və nikahsız ər-arvad kimi yaşadığı Şahid1 "şahidliyi" ilə 27 dekabr 2022-ci il tarixdə növbəti bir səhnə qurmuşdur. İbtidai araşdırma orqanı tərəfindən prosessual qanunvericiliyin tələbləri pozularaq əvvəllər tanımadıqlarını bildirdikləri halda, təqsirləndirilən şəxs Sergey Maqaldadzeni şahidlər Şahid2 və Şahid3 tanınmaya təqdim etmədən onların arasında üzləşdirmə keçirmişdir. Müdafiə tərəfinin xx.xx.2022-ci ildən, yəni baş vermiş hadisədən əvvəl Zərərçəkmiş şəxs Qazıyevə və onun qeyri-rə smi nikahda olduğu Şahid1 ilə şahidlər Şahid2 və Şahid3 arasında telefon əlaqələrinin olub-olmamasının araşdırılmasına dair vəsatəti isə məhkəmələr tərəfindən əsassız olaraq təmin edilməmişdir. Müdafiəçinin fikrincə, məhkəmənin heç bir araşdırma aparmadan "xxxx" MMC tərəfindən verilmiş 4 mart 2022-ci il tarixli çıxarışa əsaslanaraq X7 Zərərçəkmiş şəxs Əhməd qızına məxsus **-NA-*** dövlət qeydiyyat nişanlı “Mercedes G55 AMG” markalı avtomobilinə 4651.75 manat ziyan vurması nəticəsinə gəlmiş və zərərçəkmiş şəxsin mülki iddiasını təmin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi A.Əfəndiyevin, kassasiya şikayətinin təmin edilməməsi barəd ə Zərərçəkmiş şəxs və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyas ı məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini yoxlayır. Kassasiya şikayətində məhkum X5 barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlillərini cinayət prosessual qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiyasına, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasına (bundan sonra Konvensiya), Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına münasibətdə iş materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CM-in 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmun undan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qa nununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfi ndən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların mə cmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən X5 barəsində olan cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətlər aradan qaldırılmadan yekun nəticəyə gəlinmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum ona istinad edilən cinayətdə özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1 ünvanı 1997-ci il tarixdən anası X14 məxsus olmuşdur və hazırda həmin ünvanda yaşayır. Anası X10nın əvvəllər Zərərçəkmiş şəxs ilə yaxşı münasibətləri olmuşdur. Bildiyinə görə Zərərçəkmiş şəxs anasına məxsus həmin mənzili aldatma yolu ilə almışdır. Qeyd etdiyi mənzil mülki mübahisə predmeti olaraq bununla bağlı Səbail rayon məhkəməsində araşdırma aparılırdı. Bu səbəbdən Zərərçəkmiş şəxs mütəmadi olaraq onların yaşadığı evin yaxınlığına gəlib həmin ətrafda dolandığı üçün, bu anasına və ona psixoloji təsir edirdi. Anası bu haldan narahat olduğu üçün o, məcburi olaraq anası ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında Zərərçəkmiş şəxsnin özünə məxsus “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib dayanmasını görmüşdür. O, Zərərçək miş şəxsnin avtomobilinə sürücü tərəfdən yaxınlaşıb, avtomobilin ön sol qapısının şüşəsinə cüzi toxunaraq işarə etmişdir ki, pəncərəni açsın. Zərərçəkmiş şəxs pəncərəni aşağı endirən zaman yaşadığı binanın qarşısında dayanmasının səbəbini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs düz etdiyini ona deyərək ucadan qışqırmışdır. O, artıq söz-söhbət olmasın deyə məhkəmədə işlərinin olmasını Zərərçəkmiş şəxsyə xatırladıb, oradan ayrılaraq yaşadığı mənzilə getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Səbail RPİ-nin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə olmamışdır. O, Zərərçəkmiş şəxsnin avtomobilinə yaxınlaşıb pəncərəni aşağı etməsini xahiş edib, nə üçün orada dayanmasını soruşduğu zaman Zərərçəkmiş şəxs ona yaxşı etdiyini bildirmiş və uca səslə qışqırmışdır. O, Zərərçəkmiş şəxsyə yaxınlaşıb binanın qarşısına gəlib kimi güdməsini və nə istəməsini soruşmuş və işlərinin məhkəmədə baxılmasını xatırladıb çıxıb getmişdir. Həmin vaxt onun əlində hər hansı bir əşya və ya predmet olmamış və o, Zərərçəkmiş şəxsnin avtomobilinə ümumiyyətlə vurub zərər yetirməmişdir. Zərərçəkmiş şəxsnin almış olduğu xəsarətlər barədə onun heç bir məlumatı yoxdur. Həmin xəsarətləri o, Zərərçəkmiş şəxsyə yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-ci il tarixdən Şahid1 ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. 2022-ci ilin fevral ayında ünvan 1 ünvanını özü üçün tanışlıqla X10dən almışdır. O, həmin ünvanda qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Həmin mənzildə X10 yaşayır. Təxminən 7-8 aydır ki, o, həmin mənzilin pulunu tam şəkildə X10ya verməsinə baxmayaraq X10 həmin mənzili tərk etmir ki, o, həmin mənzilə köçsün. Bununla bağlı onun ərizəsi əsasında Bakı şəhəri Səbail rayon məhkəməsində araşdırma aparılsa da, yekun qərar qəbul olunmamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında özünə məxsus “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında oturub həyat yoldaşı X11ın gəlməsini gözləyirmiş. Həmin vaxt X10nın oğlu Məhkum avtomobilin sol yan hissəsinə yaxınlaşaraq onu çağırmışdır. O, avtomobildən enməyərək avtomobilin ön sol qapısının şüşəsini aşağı endirmişdir. Bu vaxt Məhkum əli ilə onun üz nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Məhkum onu və ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt o, avtomobildə tək olduğu üçün Məhkumə cavab verməmiş və Məhkum çıxıb getmişdir. Məhkum ondan uzaqlaşarkən əlində olan, görmədiyi hər-hansı bir əşya ilə ona məxsus həmin avtomobilin arxa sol qapısına vurub maddi zərər yetirmişdir. Belə ki, avtomobilin arxa sol qapısı cızılmış və batıq yaranmışdır. Bundan sonra həyat yoldaşı X11 onun yaX10 gəlmişdir. Belə ki, Məhkumin onu vurub xəsarət yetirməsini həyat yoldaşı X11 da kənardan görmüşdür. Lakin əlavə mübahisə yaranmasın deyə X11 Məhkumi çağırmamış və arxasınca getməmişdir. Məhkum onu vurduqdan sonra o, avtomobildən düşüb avtomobilinə nəzər yetirdikdə avtomobilinin arxa sol qapısının cızılmasını və batması nı görmüşdür. Məhkumin ona məxsus avtomobilə zərər yetirməsi nəticəsində ona təxminən 4.651,75 (dörd min altı yüz əlli bir manat 75 qəpik) manat maddi ziyan dəymişdir. Həmin ərəfədə yoldan keçən iki nəfər şəxsin hadisənin şahidi olmalarını görmüşdür. Buna görə həyat yoldaşı X11 və o, həmin şəxslərə yaxınlaşıb hadisənin şahidi olub-olmadıqlarını soruşmuşlar. Həmin şəxslər, yəni X12 və X13 adlı şəxslər mübahisənin şahidi olduqlarını bildirmişlər və bununla bağlı lazım olarsa, polis bölməsinə izahat verə biləcəklərini bildirmişlər. Onların xahişi ilə X12 və X13 adlı şəxslər öz istifadələrində olan mobil nömrələri onlara bildirmişlər. Hadisə ilə bağlı o, ilkin olaraq Azərbaycan Respublikası DİNin 102 xidmətinə zəng edib məlumat vermiş və həmin gün Səbail rayon Polis İdarəsinin 8ci Polis Bölməs inə ərizə ilə müraciət etmişdir. Məhkum heç bir səbəb olmadan onu vurub xəsarət yetirmiş, həmçinin ona məxsus avtomobilə maddi zərər yetirmişdir. Məhkum Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında onun özünə məxsus avtomobildə sükan arxasında oturmuş vəziyyətdə üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmiş və mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Mübahisə vaxtı orada sonradan adlarını bildiyi X12 və X13 adlı şəxslər olmuşdur. Məhkəmə-tibbi ekspertizasının ekspert rəyində qeyd olunan bədəni üzərində müəyyən edilmiş sol almacıq nahiyəsinin hematoması xəsarətini 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Məhkum Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında üz nahiyəsinə yumruqla bir dəfə vuraraq yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdən hazırkı tarixə kimi Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ünvan 1 ünvanını özü üçün tanışlıqla X10dən almışdır. Zərərçəkmiş şəxs həmin ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Həmin mənzildə hazırda X10 yaşayır. X10nın oğlu Məhkum isə anasının yaşadığı ünvana yaxın ünvanda yaşayır. Təxminən 7-8 aydır ki, Zərərçəkmiş şəxs həmin mənzilin pulunu tam şəkildə X10ya verməsinə baxmayaraq X10 həmin mənzili tərk etmir ki, Zərərçəkmiş şəxs həmin mənzilə köçsün. Bununla bağlı Zərərçəkmiş şəxsnin ərizəsi əsasında Bakı şəhəri Səbail rayon məhkəməsində araşdırma aparılsa da, yekun qərar qəbul olunmamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında özünə məxsus “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında oturub onu gözləyirmiş. O, həmin ünvana Zərərçəkmiş şəxs ilə görüşmək üçün gedərkən X10nın oğlu Məhkumin Zərərçəkmiş şəxsyə məxsus avtomobilin sol yan hissəsinə yaxınlaşaraq əli ilə Zərərçəkmiş şəxsnin üz nahiyəsindən yumruqla vurmasının şahidi olmuşdur. Məhkum Zərərçəkmiş şəxsnin avtomobilindən uzaqlaşarkən əli ilə Zərərçəkmiş şəxsyə məxsus avtomobilin arxa sol qapısına vurub maddi zərər yetirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsyə yaxınlaşmışdır. Lakin mübahisə yaranmasın deyə o, Məhkumi çağırmamışdır və arxasınca getməmişd ir. Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə avtomobilinə nəzər yetirdikdə avtomoblinin arxa sol qapısının cızılmasını və batmasını görmüşdür. Məhkumin Zərərçəkmiş şəxsyə məxsus avtomobilə zərər yetirməsi nəticəsində Zərərçəkmiş şəxsyə təxminən 4.651,75 (dörd min altı yüz əlli bir manat 75 qəpik) manat maddi ziyan dəymişdir. Həmin ərəfədə yoldan keçən iki nəfər şəxsin hadisənin şahidi olmalarını görmüşdür. Buna görə Zərərçəkmiş şəxs və o, həmin şəxslərə yaxınlaşıb hadisənin şahidi olub-olmadıqlarını soruşmuşdur. Həmin şəxslər, yəni X12 və X13 adlı şəxslər mübahisənin şahidi olduqlarını bildirmişlər və bununla bağlı lazım olarsa Polis Bölməsinə izahat verə biləcəklərini bildirmişlər. Onların xahişi ilə X12 və X13 adlı şəxslər öz istifadələrində olan mob il nömrələri bildirmişlər. Hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilkin olaraq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və həmin gün Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında baş vermiş və təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada X12 və X13 adlı şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, tanışı Şahid3 ilə birlikdə özünə məxsus “Vaz 2107” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısından keçərkən istintaq zamanı adını bildiyi Məhkum Viktorviçin istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf yaxınlaşmasını, həmin avtomobilin ön sol qapısını yumruqla vurmasını və avtomobildə ön sol tərəfdə, yəni sükan arxasında əyləşmiş vəziyyətdə olan Zərərçəkmiş şəxsnin üz nahiyəsinə yumruqla vurmasının şahidi olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, X12 həyat yoldaşıdır. Hadisə vaxtı avtomobil yolunda sıxlıq yaranmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Məhkum tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin vaxt tanışı X13 və o, həmin hadisənin şahidi olduqları üçün Zərərçəkmiş şəxs və X11 ona və X13a yaxınlaşıb onlarda n mübahisənin şahidi olub-olmadıqlarını soruşmuşlar. X13 və o, həmin hadisənin şahidi olduqlarını bildirmişlər. Bu səbəbdən X11 və Zərərçəkmiş şəxs onlardan əlaqə nömrələrini öyrənmişdir ki, baş vermiş hadisəni polisdə təsdiq edərək izahat versinlər. X13 və o, etiraz etməyərək öz mobil nömrələrini söyləmişlər. Hadisə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında baş vermiş və təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada X13 və ondan başqa da bir neçə şəxs olsa da o, həmin şəxsləri tanımır. Həmin vaxt Məhkum orada tək olmuş, yanında heç kim olmamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında olan zaman Şahid7, X17 və Şahid6 orada olmaları nı görməmişdir. Belə ki, həmin vaxt X13 ilə ondan başqa heç kim olmamışdır. Həmin tarixdə onun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, tanışı Şahid2 ilə birlikdə X12ə məxsus “VAZ 2107” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısından keçərkən istintaq zamanı adını bildiyi Məhkum istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf yaxınlaşmasını, həmin avtomobilin ön sol qapısını yumruqla vurmasını və avtomobildə ön sol tərəfdə, yəni sükan arxasında əyləşmiş və ziyyətdə olan Zərərçəkmiş şəxsnin üz nahiyəsinə yumruqla vurmasının şahidi olmuşdur. Hadisə vaxtı avtomobil yolunda sıxlıq yaranmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Məhkum tərəfindən döyülməsi barədə məlumat vermişdir. X12 və o həmin hadisənin şahidi olduqları üçün Zərərçəkmiş şəxs və həyat yoldaşı olan istintaq zamanı adını bildiyi Şahid1 ona və X12ə yaxınlaşıb mübahisənin şahidi olub olmadıqlarını soruşmuşlar. X12 və o həmin hadisənin şahidi olduqlarını bildirmişlər. Bu səbəbdən X11 və Zərərçəkmiş şəxs onlardan əlaqə nömrələrini öyrənmişdir ki, baş vermiş hadisəni polisdə təsdiq edərək izahat versinlər. X12 və o etiraz etməyərək öz mobil nömrələrini söyləmişlər. Hadisə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 say lı binanın qarşısında baş vermiş və təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada X12 və ondan başqa da bir neçə şəxs olsa da, o, həmin şəxsləri tanımır. Həmin vaxt Məhkum orada tək olmuş, yanında heç kim olmamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında olan zaman Şahid7, X17 və Şahid6 orada olmalarını görməmişdir. Belə ki, həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Həmin tarixdə onun üzərində ******-**-** saylı mobil nömrə olmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “xx.xx.2022-ci il ta rixli 924 nömrəli ekspert rəyindən” görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər sol almacıq nahiyəsinin hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni, 27 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə əl ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarından görünür ki, X9 CM-in 128-ci maddəsi ilə ittiham elan edilməsi üçün ibtidai araşdırma orqanının istinad etdiyi və aşağı instansiya məhkəmələrinin S.Maqaldedzenin təqsirli hesab olunması üçün kifayət hesab etdiyi əsas sübutlar zərərçəkmiş şəxs X11 və şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələri olmuşdu r. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin ibtidai araşdırılması zamanı sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməməklə toplanmış, məhkəmələr isə həmin sübutların təhlili zamanı hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirməmişlər. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 yuxarıda şərh olunan ifadələrindən görünür ki, 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində onlar birlikdə X12ə məxsus “VAZ 2107” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısından keçərkən istintaq zamanı adını bildiyi Məhkum istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qey diyyat nişanlı avtomobilə tərəf yaxınlaşmasını, həmin avtomobilin ön sol qapısını yumruqla vurmasını və avtomobildə ön sol tərəfdə, yəni sükan arxasında əyləşmiş vəziyyətdə olan Zərərçəkmiş şəxsnin üz nahiyəsinə yumruqla vurmasının şahidi olmuşlar, yəni hər iki şahid təqsirləndirilən şəxs X10 əvvəllər tanımamışlar. Belə olan halda, cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ibtidai araşdırma orqanı həmin şahidləri X10 tanıya bilib-bilməmələri, əgər tanıya bilərlərsə, onun zahiri əlamətlərinə dair dindirməli, bundan sonra Məhkum onlara tanınmaya təqdim edilməli, yalnız həmin şahidlərin Məhkum tanıyacaqları təqdirdə üzləşdirməli idi. Azərbaycan Respublikası CPM-nin 239-cu maddəsinə əsasən: “239.1. Hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tan ınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın taX10nı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. 239.2. Müstəntiq təqsirləndirilən və ya şübhəli şəxsin tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. 239.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə şəxsin tanınması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər. 239.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, o, əvvəlcədən ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edili r. 239.5. Tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir. 239.6. Tanınma başlanmazdan əvvəl müstəntiq tanınmalı olan şəxsə digər şəxslər sırasında istənilən yeri tutmağı təklif edir. 239.7. Tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə və ya onun tələbi ilə şəxsin tanınmaya təqdim edilməsi tanıyan şəxsin tanınmalı olan şəxs tərəfindən vizual müşahidəsini istisna edən şəraitdə aparıla bilər. 239.8. Tanıyan qeyri-müəyyənliyinə görə taX10nın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə təkrar tanınması aparıl a bilməz. 239.9. Zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər. İş materiallarında görünür ki, ibtidai araşdırma orqanı tərəfindən qanunvericiliyin həmin tələblərinə riayət olunmamış, heç bir tanınma keçirilmədən X6 şahidlər Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş həmin qanun pozuntularına cinayət işinin məhkəmə baxışı zamanı aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamışdır. Zərərçəkmiş şəxs, onunla qeyri-rəsmi ər-arvad kimi yaşayan Şahid1, habelə şahidlər Şahid2, Şahid3 ifadələrindən görünür ki, onlar bir-birilərini əvvəllər tanımamış, hadisə vaxtı təsadüfən rastlaşmışlar. İbtida i araşdırma orqanı və məhkəmələr heç bir zəruri araşdırma aparmadan həmin şəxslərin ifadələrini mötəbər sübut kimi qəbul etmiş, müdafiə tərəfinin bununla bağlı vəsatətlərini əsassız olaraq təmin etməmişlər. Belə bir araşdırmanın aparılması həm də ona görə zəruri idi ki, ibtidai araşdırma orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri pozularaq heç bir tanınma keçirilmədən X6 şahidlər Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BKC/LGL-3970/23 saylı məktuba və həmin məktuba qoşma olaraq əlavə edilmiş 01 (bir) ədəd “CD-R” formatlı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrənin xx.xx.20 22-ci il tarixdə, saat 21:31-də, saat 21:32-də, saat 21:33-də, saat 21:34-də ünvan 2 ünvanında, saat 21:51-də ünvan 3:57-də ünvan 4at 22:58-də ünvan 5ə dairəsində olmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 8976 saylı məktuba qoşma olaraq əlavə edilmiş 01 (bir) ədəd “CD-R” formatlı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrənin ünvan 6 ünvanında əhatə dairəsində, iş üzrə şahid qismində dindirilmiş Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrənin Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 20 ünvanında əhatə dairəsində olmuşdur. Göründüyü kimi, Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində deyil, Şahid2 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 20 ünvanında və Şahid1 xx.xx.2022-ci il tarixdə, saat 21:51-də ünvan 3:57-də ünvan 8arına dair məlumatlar iş materialları ilə təsdiq edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində həmin xüsusatlar araşdırılmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, müştəri Zərərçəkmiş şəxs şikayəti əsasında ona məxsus **-NA-*** dövlət qeydiyyat nişanlı “Mercedes G55 AMG” markalı avtomobilin arxa sol qapısının dəyişdirilməsi ilə bağlı təmir xərcləri ümumilikdə 4651.75 manat müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ittihamda qeyd edilən vaxtdan iki aydan çox vaxt keçdikdən sonra verilmiş həmin ara yış heç bir araşdırma aparılmadan X5 təqsirli olmasının sübutu kimi qəbul edilmişdir. Halbuki, zəruri idi ki, avtomobildə olan zədələrin hansı şəraitə yetirilməsi, bunun Sergey Maqaldadzeyə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri yerinə yetirilsin. Göründüyü kimi məhkum X5 ittiham edildiyi cinayətlə bağlı cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışlar. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəti cəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki: “14. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən q əbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır.
15. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmaları yerinə yetirməmişlər. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu d eyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutl arın məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan və şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 1(103)-2008/2023 nömrəli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasə n: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2 və 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, habelə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. X13 barəsində Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 1(103)-2008/2023 nömrəli qərarı ləğv edilsin və cinayət işi apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.