Məhkəmə qərarları › İş №1(102)-1162/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1162/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1162/2022 07.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Abdullayev İkram Yusif oğlunun və fərdi qaydada fəaliyyət göstərən vəkil Lay ıc Aqil Tacir oğlunun iştirakları ilə, X6 və Məhkum2 Məmmədoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Məhkum2 Məmmədoviçin müdafiəçiləri Layıc Aqil Tacir oğlu və Abdullayev İkram Yusif oğlu tərəfindən ayı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, məhkum X4 müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli (hakim Tural Həsənov) xx xxx 1990-cı ildə Zaqatala rayonu, Mazıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, xx qeydiyyatda olmaqla yaşayan Məhkum2 Məmmədoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 315-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 128-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 315-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar tamamilə toplanmaqla Məhkum2 üzərində qəti cəza olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs Məhkum2 barəsində 05 mart 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməsi, onun məhkəmə iclas zal ından həbsə alınması, cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi hökm edilmişdir. xx xxx 1994-cü ildə Zaqatala rayonu, Mazıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, xx kəndində qeydiyyatda olmaqla yaşayan X6 Cinayət Məcəlləsinin 128-ci və 315-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar tamamilə toplanmaqla Məhkum1 üzərində qəti cəza olaraq 04 (dörd) i l 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs Məhkum1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, təqsirləndirilən şəxs Məhkum1 ona təyin edilmiş 4 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə Məhkum1 üzərinə yaşadığı Zaqatala, Balakən rayonları ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Ciciğana kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasın a nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təqsirləndirilən şəxs Məhkum1 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirməsi, təqsirləndirilən şəxs Məhkum1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs X6 və Məhkum2 Məmmədoviçin müdafiəçiləri Şamxalov Tahir Camal oğlu və İsayev Tural Fərhad oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Məcidov Ələddin To fiq oğlundan ibarət tərkibdə) 21 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, X6 və Məhkum2 Məmmədoviçin Cinayət Məcəlləsinin 128 və 315-ci maddələr ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il hökmü dəyişdirilərək, hökmdən X6 və Məhkum2 Məmmədoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə təqsirli bilinmələrinə və Cinayət Məcəlləsinin 66.2-ci maddasinə dair müddəalar xaric edilmiş, 8 X1 Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9 və 23-cü bəndlərinə əsasən Məhkum2 Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azad lıqdan məhrum etmə cəzası 6 (altı) ay müddətə azaldılaraq onun üzərində 1 (bir) il müddətinə müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, həmin Qərarının 5-ci bəndinə əsasən Məhkum1 Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il müddətə azaldılaraq onun üzərində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Məhkum2 Məmmədoviçin müdafiəçiləri Layıc Aqil Tacir oğlu və Abdullayev İkram Yusif oğlu oğlu tərəfindən ayı-ayrılıqda kassasiya şikayəti, məhkum X4 müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən kassasi ya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Məhkum2 xx.xx.2020-ci il tarixdə qardaşı Məhkum1lə birlikdə X12 Qoruğunun direktoru Zərərçəkmiş şəxs döyərək hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq edib onun sağlamlığına qəsdən yüngül zərər vurmuşlar. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı ilə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİ VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum2 müdafiəçisi A.T.Layıc kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ap ellyasiya şikayətinə qanuni məhkəmə istintaqı aparmadan, iş materiallarındakı sübutlar əsasında baxmış və birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsassız olaraq təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxsin təqsirsiz olduğunu sübut edən ekspert rəyinin məhkəmə tərəfindən nəzərə alınmaması, hansı ki, ekspert rəyi yetərsiz idi, birbaşa xəsarətin yaranmasına dair səbəbiyyət əlaqəsini ortaya qoya bilməmişdir. Zərərçəkmiş şəxsin öz təqsiri ucbatından yıxılaraq xəsarət almasına baxmayaraq guya təqsirləndirilən şəxsin onu itələyib yıxaraq xəsarət yetirməsini bildirmiş, istintaq və məhkəmə baxışı zamanı qeyd olunan fakt nəzərə alınmamışdır. Eyni zamanda, baş vermiş hadisə qoruğun ərazisindən kənarda olması istintaq orqanı tərəfindən hadisə yerinə baxış keçirilməsi nəticəsində məlum ol masına və həmin zaman zərərçəkmiş şəxsin həmin ərazidə öz vəzifə səlahiyyətlərini keçirməməsinə baxmayaraq 1-ci instansiya məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi qeyd olunan nüanslara əhəmiyyət verməyərək ittihamedici hökm çıxarmışdır. Həmçinin, işdə olan videogörüntülərlə sübut olunur ki, Zərərçəkmiş şəxs və onun tabeçiliyində olan işçilər X12 Qoruğunun qonşuluğunda yaşayan vətəndaşlardan mütəmadi olaraq qanunsuz pullar tələb edərək istədikləri vətəndaşın mal-qarasını Qoruğun ərazisində otarmağa icazə vermişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Məhkum2 bəraət verilməsini xahiş edir. Məhkum2 digər müdafiəçisi İ.Y.Abdullayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hakimiyyət nümayəndəsi kimi Zərərçəkmiş şəxs xidməti vəzi fəsini yerinə yetirməsi ondan ibarət olmalı idi ki, sürünün qoruğa salınması nəticəsində dəymiş ziyana görə Akt tərtib etsin və ya etdirsin. İş materiallarından görünür ki, belə bir Akt, hadisədən qabaq yox, hadisədən bir gün sonra, xx.xx.2020-ci ildə təqsirləndirilənlərin ataları Şahid9 barəsində tərtib edilmiş və onun Qoruğa 2812 manat ziyan vurması göstərilmişdir. Bununla bağlı Zaqatala Rayon Prokurorluğu istintaq edilən ********* nömrəli cinayət işindən 04 mart 2021-ci il tarixdə cinayət işi ayıraraq CM-nin 261-ci maddəsi ilə istintaq edilməsi üçün Balakən RPŞ-nə göndərmişdir. Balakən RPŞ-nin İstintaq bölməsində bu barədə ********* nömrəli cinayət işi istintaq edilmiş, Şahid9 tərəfindən Qoruğa 2812 manat deyil, 206 manat 14 qəpik ziyan vurulması müəyyən edildiyindən cinayət işinə xitam verilmişdir. Müəyyən edilmişdir ki, qoruğun mühafizə üzrə direktor müavini hazırki iş üzrə Şahid2 və onun tabeliyində olan işçisi Kaltayev X3 barəsində qərəzli olaraq cinayət məsuliyyəti yaradan akt tərtib etmişlər. Çuxullayev rəsmi sənədə saxta məlumat yazdırmışdır. Bu da təbi ki, Zərərçəkmiş şəxs göstərişi ilə olmuşdur. Bu barədə olan xitam qərarını məhkəmə kollegiyasına vəsatətlə təqdim etsək də məhkəmə kolleqiyası, bu mühüm halı araşdırmaqdan imtina etmişdir. Eyni zamanda, işdə olan şahid ifadələri, mütəxəssis rəyi, səs yazısı və videogörüntülərlə sübut olunur ki, Zərərçəkmiş şəxs və onun tabeçiliyində olan işçilər X12 Qoruğunun qonşuluğunda yaşayan vətəndaşlardan mütəmadi olaraq qanunsuz pullar tələb edərək istədikləri vətəndaşın mal-qarasını Qoruğun ərazisində otarmağa icazə vermişl ər. Beləliklə, istintaq materialları ilə sübut edilməmişdir ki, təqsirləndirilən qardaşların zərərçəkən Zərərçəkmiş şəxs qarşı müqavimətləri, mübahisələri hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədardır. İşdə olan təkzibedilməz hallarla sübut edilir ki, münaqişə onun qanunsuz olaraq təqsirləndirilənlərin atası Şahid9 dəfələrlə pul və xırda buynuzlu heyvan tələb etməsi və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Məhkum2 bəraət verilməsini xahiş edir. Məhkum Feyzulla Mohoyevin müdafiəçisi A.T.Layıc kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsin hadisə baş verən zaman öz vəzifələrini icra etməməsinə və qoruq ərazisində olmamasına baxmayaraq istintaq orqanı təqsirləndirilən şəxsin əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ittiham elan etmiş lakin istintaq orqanı qeyd olunan faktları sübut etməli olduğu halda etməmiş və məhkəmə də bu faktlara əhəmiyyət verməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Feyzulla Mohoyevə bəraət verilməsini xahiş edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı, məhkəmənin verilmiş ittihamdan CM-in 128-ci maddəsinin xaric edilməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından mübahisə doğurur. Belə ki, məhkəmə koll egiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq məhkumların əməllərinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olubolmaması halı dispozitiv şərt kimi nəzərdə tutulmamışdır. Qeyd etmək lazımdır ki, əvvəlki redaksiyada CM-in 315-ci maddəsinin dispozisiyası nda həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə nəzərdə tutulduğundan müvafiq olaraq şəxsin sağlamlığına yüngül və az ağır zərər yetirmə CM-in 315-ci maddəsi ilə əhatə olunsa da, sağlamlığa ağır zərər yetirildikdə şəxsin əməli cinayətlərin məcmusu üzrə CM-in 126 və 315-ci maddəsi ilə tövsif olunmuşdur. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirilməsi halında da (CM-in 126-cı maddəsinin sanksiyasında daha yuxarı həddə cəza təyin edilməsi nəzərdə tutulsa da) şəxsin əməlinin CM-in 315-ci maddəsi ilə əhatə olunmalı olması barədə məhkəmənin mövqeyi anlaşılan deyildir. Hazırda CM-in 315-ci maddəsinin dispozisiyasında həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə, eləcə də, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə nəzərdə tutulmamışdır. Belə olan halda CM-in 128 və 315-ci maddələrinin obyekti ayrı-ayrı ictimai münasibətlər olmaqla həmin cinayət əməllərinin də müvafiq olaraq CM-in fərqli fəsillərində (Həyat və sağlamlıq əleyhinə olan və İdarəetmə qaydası əleyhinə olan) nəzərdə tutulması, CM-in 315-ci maddəsinin dispozisiyasında konkret olaraq qəsdən sağlamlığa yüngül zərər vurma kimi əlamətlər (eləcə də həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) göstərilmədiyindən şəxsin əməli həm də CM-in 128-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olduqda CM- in 315-ci maddəsi ilə əhatə oluna bilməz, törədilmiş cinayət əməli cinayətlərin məcmusu üzrə CM-in 128 və 315-ci maddələri ilə tövsif olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilm əsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum2 müdafiəçisi İ.Y.Abdullayev çıxış edərək, apellyasiya məhkəməsinin düzgün nəticəyə gəlmədiyini, təqsirləndirilən qardaşların zərərçəkən Zərərçəkmiş şəxs qarşı müqavimətləri, mübahisələri hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olmadığını, Zərərçəkmiş şəxs qoyunların qoruğun ərazisindən çıxarılmasında ümumiyyətlə iştirak etmədiyini, zora məruz qalmadığını öz ifadəsi ilə təsdiq etdiyini, bundan başqa xx.xx.2020-ci il tarixli diskin məzmununa baxış keçirilməsi barədə protokolun tədqiq edilmədiyini, diskə baxış keçirilməsi barədə vəsatətlərinin təmin edilmədiyini bildirib, kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətinin isə təmin oluna raq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarını ləğv edərək Məhkum2 barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində hər iki məhkumun müdafiəçisi A.T.Layıc çıxış edərək, müvəkkilinin hərəkətində inzibati xəta vardırsa, bunun üçün onların həyətinə gəlməyə ehtiyac olmadığını, rəsmi qaydada bildiriş göndərilməli olduğunu, inzibati xətalara dair icraat qanunvericilikdə qeyd olunmuş qaydada aparılmalı olduğunu, İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən inzibati xətalara dair işlər üzrə icraat iştirakçılarına rəsmi qaydada Poçt Xidməti haqqında qanuna görə bildiriş göndərilməli olduğunu, məhkəmə istintaqının gedişində müdafiə tərəfinin əsaslı vəsatətləri, o cümlədən şahidlər in dindirilməsi ilə bağlı olan vəsatətləri heç bir əsas göstərilmədən rədd edildiyini, baş vermiş hadisənin qoruğun ərazisindən kənarda olması istintaq orqanı tərəfindən hadisə yerinə baxış keçirilməsi nəticəsində məlum olmasına və həmin zaman zərərçəkmiş şəxsin həmin ərazidə öz vəzifə səlahiyyələrini keçirməməsinə baxmayaraq məhkəmələrin buna nəzər yetirmədiyini, kassasiya protestinə münasibətdə isə protestin əsassız olduğunu hesab etdiyini bildirib, kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətlərinin təmin olunmasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinə hər iki məhkuma aid hissədə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublik ası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğundan təmin edilməməsini, kassasiya protestinin isə təmin olunmasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətləri və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum2 və Məhkum1 təqsirsiz oldu ğu halda məhkəmələr tərəfindən barələrində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə apellyasiya məhkəməsi tərəfindən məhkumların əməlinin düzgün tövsif edilmədiyi, əsassız olaraq Cinayət Məcəllənin 128-ci maddəsilə verilmiş ittiham onlara verilmiş ümumi ittihamdan xaric edildiyini, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunv ericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutul muş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum2 və Məhkum1 verilmiş qəsdən sağlamlığa yüngül zərər vurma və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əla qədar ona qarşı zor tətbiq etmə ilə bağlı ittiham tam sübuta yetirilmişdir. Lakin apellysaiya baxışı zamanı məhkumlar X6 və Məhkum2 Məmmədoviçin hakimiyyət nümayəndəsi olan X12 Qoruğunun direktoru Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməsində ifadə olan əməlləri CM-nin 315-ci maddəsilə tam əhatə olunduğundan, onların əməllərinin əlavə olaraq CM-nin 128-ci maddəsilə tövsif edilməməsi qənaətinə gəlinmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Məhkum2 və Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkumlara bəraət verilməli olduğu iddia edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2021-ci il tarixli 9/641 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş X12 Qoruğunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt və ona əlavə edilmiş hesabata əsasən 1 4 oktyabr 2020-ci il tarixdə X12 Qoruğu Katex sahəsi dolayı 01, kvartal 77, 90 ərazisində aparılan operativ yoxlama zamanı aşkar edilmiş qanunsuz mal-qara, yəni 410 baş qoyun və 32 baş keçinin otarılmasına və bitki örtüynə vurulmuş ziyana görə təbiətə dəymiş ziyanın ümumi məbləği nəzəri qaydada 2812,00 manat müəyyən edilir. Hesablama Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı və 30 sentyabr 2004-cü il tarixli 145 saylı Qərarlarına əsasən aparılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Zaqatala DTQ-nin Katex sahəsinin 01 saylı dolayın 77 və 90 saylı kvadratlarında qoruq ərazisinin mühafizə rejiminin pozulması faktı ilə bağlı alınmış məlumat əsasında operativ yoxlama keçirilmiş və yoxlama zamanı 03 ha sahədə bitən yen iyetmə və cücərtilərin xırda buynuzlu mal qara tərəfindən yeyilərək məhv edilməsi aşkar edilmişdir. Çoban Şahid4 qoyunları qoruq ərazisindən çıxararkən foto şəkilləri çəkilmiş, Feyzulla Mohoyev yaxınlşaraq xırda buynuzlu heyvanların qoruğun ərazisindən çıxarılmasına köməklik etmiş, daha sonra Feyzulla Mohoyevin qardaşı X7 yaxınlaşmış və onlar birlikdə qoyunları sayaraq çobandan təhvil almış və icarəyə götürdükləri torpaq sahəsinə salmışlar. Say zamanı 410 baş xırda buynuzlu qoyun, 32 baş keçinin qoruq ərazisində otarılması və bunun nəticəsində 3 ha torpaq sahəsində yeniyetmə və cücərtilərin tamami ilə yeyilərək məhv edilməsi aşkar edilmişdir. Apellyasiya məhkəməsində qismən məhkəmə istintaqı aparmaqla məhkəmə baxışı keçirilmiş, şahidlər dindirilmiş və aşağıdakı nəticəyə gəlmişlər. Məhkəməd ə Zərərçəkmiş şəxs ifadə verdikdən sonra verilmiş suallara cavab olaraq...inspektorun təqsirləndirilən şəxslərdən onların qapısına gedib 300 manat pul istəməsi barədə diskə baxdıqdan sonra xəbərdar olduğunu demişdir. Həmçinin, Şahid6 Surəddinoviç ifadə verdikdən sonra verilmiş suallara cavab olaraq...iş materiallarında olan disklə bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılıb qərar qəbul olunmuşdur. Onunla Şahid9 arasında olan söhbətin bu işə heç bir aidiyyatı yoxdur. O Şahid9 25 baş keçini meşədə tutmuş, cərimə yazmaq istədiyinə görə 300 manatı ödəməsini qalan 300 manatıda sonra hissə-hissə ödəməsini dediyini bildirmişdir. Eyni zamanda, apellyasiya məhkəməsində verilən suallara cavab olaraq bildirmişdir ki, meşə ərazisində qanunsuz otarmağa görə 600 manat cərimə nəzərdə tutu lub. O da Şahid9 demişdir ki, sənin barəndə protokol tərtib edəcəm 300 manatı indidən banka ödə ver mənə qalanıda sonradan ödəyərsən. Diskdə yazılanlar ondan xəbərsiz olub, montaj olunub orda yazılanlar çoxusu yalandır. Həmçinin, Şahid8 ifadə verdikdən sonra müdafiəçi Abdullayev İkram Yusif oğlu tərəfindən cinayət işinin İ cildindəki, iş vərəqə 147-149-dakı “diskin məzmununa baxış keçirilməsi haqqında” protokolu elan etdikdən sonra verilmiş suallara cavab olaraq... həmin söhbətlərin olmasını, onu təsdiq etməsini bildirərək, həmin 300 manatın cərimə olmasına, həmin cərimənin qalan hissəsini də təqsirləndirilən şəxslərə maaşda hissə-hissə ödənilməsini dediyini bildirib. Eyni zamanda, Məhkum2 müdafiəçisi A.T.Layıcın kassasiya şikayətində “zərərçəkmiş şəxsin öz təqsiri ucbatından yıxılaraq xəs arət almasına baxmayaraq guya təqsirləndirilən şəxsin onu itələyib yıxaraq xəsarət yetirməsini bildirməsi” barədə dəlillərə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,.... “Məhkum2 yaxınlaşaraq nalayiq söyüşlərlə onu təhqir edərək “bizim ailədən nə istəyirsən, qoymursan sürümüzü otaraq. Gah müavini, gah sahə müfəttişini, gah da mühafizə yegerini göndərərək sürünü qoruq ərazisində otarmağa mane olursan” demişdir. Bu sözləri bitirən kimi Məhkum2 yumruqla iki qaşının ortasından vurmuş, bu zaman o, özünü müdafiə etmək üçün Məhkum2 boğazından yapışmış və tutaşmışlar. Bu zaman arxadan gələn qardaşı Feyzullah onun burun nahiyəsindən və sol çiyin nah iyəsindən yumruqla iki dəfə zərbə vurmuşdur. Bu zaman qardaşı Feyzullah onun üzərinə tullanaraq təpiklə qarnının sol tərəfinə bir dəfə zərbə endirmişdir. Şəkər və təzyiq xəstəsi olduğu üçün vəziyyəti pisləşmiş, Şahid2 onların hərəkətlərinin qarşısını almağa çalışsa da, bacarmamışdır. Həmin vaxt ora Kamil və Feyzullahın anası və qonşu Şahid5 gəlmiş, Kamil və Feyzullahı sakitləşdirmişlər.....” Həmçinin, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş 05-Ə nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Çuxullayevin bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrinə və xarakterinə görə demək olar ki, həmin xəsarətlər başqa bir şəxsin bədəninin hissələrinin (əl, ayaq və s.) təsirin dən əmələ gəlməsi daha uyğundur. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsində tədqiq edilmiş müdafiə tərəfinin kassasiya şikayətlərində bəraətin əsası kimi istinad etdiyi video-görüntü ilə bağlı ilk öncə onu qeyd edir ki, həmin video-görüntü cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən əldə edilmişdir. Belə ki, CPM-in 124-cü maddəsinə əsasən sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmaldır. İş materiallarından isə müəyyən olunur ki, video çəkiliş qanunsuz olaraq aparılmışdır. Həmin videodakı şəxslərin çəkilişd ən məlumatları olmamışdır. Ona görə də apellyasiya məhkəməsi haqlı olaraq həmin görüntülərin sübut qismində məhkəmə kollegiyası iclasında tədqiq edilməmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X12 Qoruğunun vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işindən material ayrılaraq rayon prokurorluğunda araşdırma aparılması qərara alınmışdır. Qeyd olunanlara əsasən, kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum2 qardaşı Məhkum1lə birlikdə X12 Qoruğunun direktoru Zərərçəkmiş şəxs döyərək hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməsi hər iki məhkəmə instansiyasında tədqiq o lunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum2 və Məhkum1 onlara hökmlə istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın süb uta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum2 və Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətlərində məhkumlara bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum2 və Məhkum1 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən müəyyən olunur ki, müdafiəçilər kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə i şin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsin i və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumların müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmiş, məhkumların hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zaman da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onların hərəkətlərində Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Eyni zamanda, kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, CM-nin 315-ci maddəsində göstərilən müqavimət göstərmə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı fəal qanunazidd hərəkətlərin edilməsidir. Zor tətbiq etmə isə hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı təsir göstərmədir ki, belə təsir də həm fiziki, həm də psixi zorakılıq formasında təzahür edə bilər. Fiziki zor hakimiyyət nümayəndəsinin bilavasitə özünə və ya onun yaxın qohumlarına ünvanlanmış onların iradəsinə zidd elə bir qanunsuz fiziki təsir vasitəsidir ki, bu vasitələr hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, onu xidməti vəzifələrini icra etməkdən çəkindirmək, yaxud bu vəzifələri təqsirkar üçün əlverişli olan qanunsuz qayd a və metodlarla icra etməyə məcbur etmək və sair məqsədinə xidmət etmiş olsun. CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olub-olmaması halı dispozitiv şərt kimi nəzərdə tutulmamışdır. Halbuki əvvəllər qüvvədə olmuş CM-nin 315.1ci maddəsində hakimiyyət nümayəndəsinin yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorun tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi ilə hədələməyə görə, CM-nin 315.2-ci maddəsində isə CM-nin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdu. Lakin CM-nin 315-ci maddəsində cinayət məsuliyyətinə səbəb olan hakimiyyət nümayəndəsinə və ya onun yaxın qoh umlarına qarşı tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olmaması və ya təhlükəli olmasını ehtiva etməsi dispozitiv şərt kimi konkretləşmədiyindən, CM-nin 315-ci maddəsi göstərilən şəxslərə qarşı tətbiq edilən zor həm həyat və sağlamlıq üçün təhlükəli olmayan zoru, həm də həyat və sağlamlıq üçün təhlükəli olan zoru nəzərdə tutur. Bu xüsusda məhkəmə kollegiyası CM-nin 315-ci maddəsinin tələbləri üzrə tətbiqi ilə bağlı qeyd edir ki, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə zərərçəkmişin azadlığının məhdudlaşdırılmasını, onun döyülməsini və ya sair zorakı hərəkətlərlə güclü olmayan fiziki ağrı yetirməni ehtiva edir. Bu halda göstərilən hərəkətlər, yəni zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zorla müşayiət edilən hərəkətlər CM-nin 315-ci madd əsinin tərkibi ilə tam əhatə olunduğundan həyat və sağlamlıq əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddə ilə əlavə tövsif tələb olunmur. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum2 və Feyzulla Mohoyevin əməlləri Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Göstərilən hallar barədə kassasiya protestinin dəlilləri tamamilə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum2 və Feyzulla Mohoyevə cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən on ların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət əməli törətmələri, yaşayış yerləri üzrə müsbət xarakterizə olması), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkumların islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Res publikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 Məmmədoviçin müdafiəçiləri Layıc Aqil Tacir oğlu və Abdullayev İkram Yusif oğlu oğlu tərəfindən ayı-ayrılıqda verilmiş kassasiya şikayətləri, məhkum X4 müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən ve rilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X6 və Məhkum2 Məmmədoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətləri və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar