Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1162/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1485/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə və Zə rərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1964-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 29 avqust 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi təqdim edərək əlaqələrinin geniş olmasını yalandan bildirib özünə inandırdıqdan sonra onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini vəd verib aldadaraq ilk dəfə 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanda yerləşən 14 saylı notariat ofisində kredit müqaviləsi bağlayaraq 8.000 manat, sonra 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 3 ünvanda yerləşən Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasının yaxınlığında 10.000 manat, daha sonra isə 2021-ci ilin oktyabr ayının sonlarınd a Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanda yerləşən “Amay” ticarət mərkəzinin yaxınlığında 3.000 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1a ümumilikdə 21.000 (iyirmi bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma va etibardan sui-istifada etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi təqdim edərək əlaqələrinin geniş olmasını yalandan bildirib özünə inandırdıqdan sonra sonuncunun oğlu X3 Gömrük Komitəsinə işə düzəldəcəyini vəd verib aldadaraq 2022-ci ilin mart ayının əvvəllərində "xxxx" MMC-nin ünvan 6 ünvanda yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında 6000 manat pul vəsaitini alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-22/2023 nömrəli, 30 may 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutma altında və həbsdə olduğu 01 (bir) ay 05 (beş) gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) ay 14 (on dörd) gün müddətin ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəza çəkilmənin icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, həmçinin məhkəmə məsrəfi və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi və təqsirləndirilən şəxs Məhkum daha ağır cəza təyin edilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmlə təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhudlaşdırılması cəzasının müddətinin 1 (bir) il müddətə dəyişdirilməsinə dair qərar qəbul ed ilməsini xahiş etmişdir.
8. Eyni zamanda hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs Məhkum cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1485/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-22/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti və Zərərçəkmiş şəxs1 kassasiy a şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
11. Kassasiya protestində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 vurulmuş 21000 manat məbləğində maddi ziyandan 10800 manat hissəsi ödənilməmiş olaraq qalmaqdadır, tərəflər arasında barışıq əldə edilməmişdir, buna baxmayaraq Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Bundan başqa, Məhkum əvvəllər bir neçə dəfə dələduzluq cinayəti törətdiyinə görə məhkum olunması, onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi məhkəmələr tərəfindən nəzərə alınmamışdr. Nəticədə Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyinə və xarakterinə, onun şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsizcəsinə yüngül cəza təyin edilmişdir. Müraciətdə göstə rilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirməklə, bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1485/2023 nömrəli, 28 sentyabr 2023cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
12. Zərərçəkmiş şəxs kassasiya şikayətində Məhkum tərəfindən ona vurulmuş maddi ziyanın 10800 manat hissəsinin ödənilmədiyini, məhkuma təyin edilmiş cəzanın yüngül olduğunu bildirərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1485/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi, məhkum edilmiş şəxsə azadlıqdan m əhrumetmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edir.
13. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəb ul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiş şəxs kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişlərini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.
19. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1485/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yen i cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
21. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxu d digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür.
23. Cinayətin ictimai təhlükəliliyi və xarakterinin qiymətləndirmə meyarlarını tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin form asından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 4, § 2, 25 iyun 2003-cü il).
24. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, eləcə də Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmələrinin hüquqi mövqelərini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya müraciətləri ndə irəli sürülən, Məhkum cəzanın məqsədini təmin etməyən cəzanın təyin edilməsinə dair dəlilləri əsaslı hesab edir.
25. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Məhkum Xətai Rayon Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 may 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 06 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 noyabr 2021-ci il tarixdə cəzasını sonu ilə azad edilmişdir.
26. İşi materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)27/2020 nömrəli, 10 mart 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 02 il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsa sən təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu və həbsdə saxlanıldığı 08 ay 24 gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində qəti olaraq 01 il 06 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir.
27. Eləcə də işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-22/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 26 aprel 2023-c ü il tarixli məktubdan görünür ki, Məhkum məhkəmə iclaslarına gəlmədiyindən onun barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmış, qərarın icrası ilə bağlı o, 25 aprel 2023cü il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 26 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir.
28. Həmçinin, işin materialları ilə müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs1 cinayət nəticəsində vurulan 21000 manat maddi ziyanın cəmi 10200 manat hissəsi (6200 manat birinci, 4000 manat isə apellyasiya instansiya məhkəmələrində icraat zamanı) ödənilmiş, ziyanın məbləğinin yarısından çoxunu təşkil edən 10800 manat məbləğdə hissəsi ödənilmədən qalmaqdadır. Bu səbəbdən Zərərçəkmiş şəxs1 məhkəmə araşdırmaları dövründə israrla ona vurulmuş maddi ziyanın tam ödənilməsini tələb etdiyini bildirmişdir.
29. Bununla belə, birinci instansiya məhkəməsi cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi qiymət vermədən, Məhkum daha əvvəllər digər növdən olan cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə, hazırki cinayətlərlə isə eyni növ təşkil etdiyi cinayətlərin törədilməsinə görə artıq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, baxılan cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ilə bağlı dələduzluq cinayət əməlini əvvəlki məhkəmə qərarlarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkdiyi dövrdə törətməsini, hazırda baxılan işin məhkəmələrdə icraatı dövründə qanunun tələblərinə tabe olmayaraq məhkəmədən yayındığını, bu səbəbdən də barəsində axtarış elan edilərək tutulduğunu, Zərərçəkmiş şəxs1 vurulmuş 21000 manat maddi ziyanın 10800 manat hissəsinin ödənilməməsini və sonuncunun ondan şikayətçi olmasına dair halları nəzərə almadan, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir.
30. Birinci instansiya məhkəməsinin hökmünün cəzaya dair hissəsindən dövlət ittihamçısı apellyasiya protesti və Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi təkcə xeyli sayda maddi və prosessual cinayəthüquqi normaları sadalamaqla və Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmələrinin Plenum qərarlarına istinad etməklə kifayətlənib apellyasiya müraciətlərinin müvafiq dəlillərinə heç bir münasibət bildirməmiş və hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması barədə nəticəyə gəlmişdir.
31. Təsvir ed ilənlərə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası CPMnin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək ilk öncə qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
32. Konkret olaraq cəza təyin edilməsi məsələsinə münasibətdə Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.11, 353.2 və 353.2.7, eləcə də 398.2-ci maddələrinin ümumi məzmunu ilə tələb edilir ki, təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində həmin məsələnin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri göstərilməlidir, apellyasiya instansiyası məhkəməsinin hökmü isə həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).
34. Qeyd edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, heç bir əsaslandırma təmin etmədən birinci instansiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanı təsdiq edən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə formal yanaşmaqla törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni qanunvericilikdə nəzərdə tutulmu ş qaydada əsaslandırmamış və törədilmiş cinayətə mütənasib olmayan cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur.
35. Təsvir olunanlar onu göstərir ki, dövlət ittihamçısının kassasiya protesti və Zərərçəkmiş şəxs1 kassasiya şikayəti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hallara yol verilmişdir.
36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və Zərərçəkmiş şəxs1 kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 1(103)-1485/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Zərərçəkmiş şəxs1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1485/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.