Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1163/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, Aytac Səfa qızı Əhmədlinin katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru,ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxxx 1994-cü il Sabirabad rayonunda doğulmuş, Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Sabirabad ra yonu,E.Nadirov küçəsi ev 7-də eydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 32.4, 312.2 və 310-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər: X.Nuriyev (sədrlik edən), N.Quliyev və A.Musayev) Məhkum - Аzərbаycаn Respublikаsı CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 3 il müddətə, CM-nin 32.4,312.2ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə və CM-nin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 mart 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət yolu ilə əldə etdiyi 4720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaitinin CM-nin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınması, iş üzrə maddi sübut kimi tanınmış Qurbanova Yeganə Yadigar qızına məxsus “DİGMA VOX A 10 3G VS4002PG” markalı telefonda olan “whatsapp” proqramı vasitəsi ilə Məhkum ilə aparılmış yazışmaların cinayət iş inin materiallarında saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), K.S.Bəşirov və R.M.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-194/2020 №-li, 07 avqust 2020-ci il hökmü dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)194/2020 №-li, 07 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təyin olunmuş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) aya endirilsin və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza ona CM-nin 32.4,312.2-ci maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 310-cu maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-194/2020 saylı, 07 avqust 2020-ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə 2018-ci ilin avqust-sentyabr aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi Sabirabad şəhər Heydər Əliyev prospektində yerləşən “Fujifilm” foto mərkəzinə gələrək Sabirabad ASAN xidmət mərkəzinə təqdim edilməsi üçün CV (tərcümeyi-hal) hazırlanmasında köməklik göstərməsi ilə əlaqədar ona müraciət etmiş müştəri Qurbanova Yeganə Yadiyar qızına aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə özünün yüksək vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışının vasitəsilə sonuncunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi-Sabirabad “ASAN xidmət” (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi) mərkəzinə operator vəzifəsinə işə qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirməsi ilə əlaqədar cinayətkar niyyətindən xəbərsiz olan Yeganə Qurbanovanın vasitəsilə 2018-ci ilin sentyabr-noyabr ayları ərəfəsində sonuncunun atası Qurbanov Yadiyar Qaraş oğlu ilə işlədiyi foto mərkəzdə görüşüb, özbaşına tanışı-cinayətkar qrupun istintaqa məlum olmayan digə r üzvünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində yüksək vəzifədə işləyən “Tahir müəllim” adı ilə təqdim etməklə, həmin tanışı ilə danışacağını və sonuncunun vasitəsilə Yeganə Qurbanovanı Sabirabad “ASAN xidmət” mərkəzinə operator vəzifəsinə işə qəbul etdirəcəyini, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yeganə Qurbanovanın xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini, yəni Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsas namə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 04 dekabr 2015-ci il tarixli Q63-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları» ilə müəyyən edilmiş qaydalardan kənar xidmətə qəbul etdirəcəyini yalandan vəd verib, görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün Yadiyar Qurbanovdan zəruri sənədləri-Yeganə Qurbanovaya məxsus diplomun, şəxsiyyət vəsiqəsinin və kompyuter kursunu bitirməsinə dair sertifikatın surətlərini almaqla onu aldadaraq Yadiyar Qurbanovun 3500 manat pul vəsaitini vermək imkanına malik olmasını bildikdən sonra həmin məbləğdə pul müqabilində qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib sonuncu ilə sövdələşməklə, özg ənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və şəxsiyyəti istintaqla müəyyən edilməyən, lakin guya yüksək səlahiyyət sahibi olan vəzifəli şəxsin vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə Sabirabad rayonu Heydər Əliyev prospektində yerləşən “Fujifilm” foto mərkəzinin yanında 1500 manat, eyni niyyətlə cinayət əməlini davam etdirib Yadiyar Qurbanovun 05.12.2018-ci il tarixdə "xxxx" ASC-nin Sabirabad rayon filialından eyni tarixli, 144gtkr8926820AA nömrəli kredit müqaviləsi əsasında 650 manat kredit götürməsinə nail olub sonuncudan 2018-ci ilin dekabr ayı ərzində cəmi 950 manat pulu "xxxx" ASC-nin Sabirabad rayonu, H.Əliyev prospekti 33 ünvanda yerləş ən Sabirabad rayon filialının qarşısında, sonrakı gün eyni niyyətlə həmin filialın qarşısında 200 manat, eyni niyyətlə 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin(AAYDA) 8 saylı Xüsusi Təyinatlı MMC-in Sabirabad rayonu Qalaqayın kəndində yerləşən Avtoservisin qarşısında istintaqla müəyyən edilməyən və cinayətdən xəbərsiz olan taksi sürücüsü vasitəsilə 400 manat, eyni niyyətlə bir neçə gün sonra "xxxx" MMC-in Sabirabad rayonu Qalaqayın kəndində yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsi yaxınlığında “Çinar marketin” qarşısında 200 manat, eyni niyyətlə bir neçə gün sonra sonuncu marketin yanında istintaqla müəyyən edilməyən və cinayətdən xəbərsiz olan taksi sürücüsü vasitəsilə 80 manat, habelə eyni niyyətlə istintaqla m üəyyən edilməyən gündə, şəraitdə və yerdə 170 manat olmaqla cəmi 3500 manat pulunu vahid niyyətlə qabaqcadan əlbir olduğu istintaqa məlum olmayan qeyriləri ilə birlikdə ələ keçirdikdən sonra, 2019-cu ilin 1ci yarısında müxtəlif vaxtlarda cinayətdən xəbərsiz olan və şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışlarından xahiş edib Yeganə Qurbanovanın istifadəsində olan ********** mobil nömrəsinə zənglər etdirərək özlərinə qarşı olan inamı və etibarı daha da formalaşdırmaq məqsədilə yaxın günlərdə işə qəbul ediləcəyini, lakin hazırda vakant yerin olmadığını bildirməklə, daha sonra ümumi planlaşdırılmış cinayət əməlini və niyyətini davam etdirərək 2019-cu ilin yaz-yay aylarında istintaqla dəqiq müəyyən olunmayan tarixlərdə istintaqla müəyyən edilməyən gündə Yadiyar Qurbanovla Bakı şəhəri, Nəsi mi rayon, 3-cü Mikrorayon dairəsi adlanan yerdə istintaqla müəyyən edilməyən kafedə görüşərkən şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun üzvünü Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşı-vəzifəli şəxs kimi təqdim etməklə Yadiyar Qurbanovla görüşdürüb cinayətkar qrupun üzvü özünü özbaşına olaraq bir daha həmin İdarənin səlahiyyətli şəxsi olmasını və Daxili İşlər Nazirliyinin rəhbərliyində dəyişiklik olması səbəbindən əlavə olaraq 1600 manat pulun-rüşvətin həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifələrinin (səlahiyyətinin) icrası ilə əlaqədar Yeganə Qurbanovanın xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla verilməsinin lazım olduğunu yalandan bildirməklə Yadiyar Qurbanovla sövdələşdikdən sonra sonun cuya məxsus 1600 manat pulu 2019-cu ilin yaz-yay aylarında istintaqla dəqiq müəyyən olunmayan tarixlərdə eyni niyyətlə onun yaşadığı Sabirabad rayonu Qalaqayın kəndində yerləşən evində, eləcə də qeyd olunan işlərin görülməsi zamanı sonuncuya məxsus cəmi 110 manat pulu yol xərci adı ilə Yadiyar Qurbanovun arvadı Qurbanova Fazilə İsbat qızından istintaqla müəyyən edilməyən tarixdə, yerdə və şəraitdə almaqla, ümumilikdə 5210 manat məbləğində pul vəsaitini vahid niyyətlə alaraq qrup üzvləri arasında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olduğu istintaqa məlum olmayan qeyriləri ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Yadiyar Qurbanovun xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu istintaqa məlum olmayan qeyri si ilə birlikdə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Yeganə Qurbanovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və cinayəkar qrupun üzvü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Yadiyar Qurbanovu təhrik etmiş, vahid niyyətlə qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvünü özbaşına vəzifəli şəxs kimi təqdim edib hüquqi şəxsin-yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarını ləğv edib, barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, anası ağır xəstəlikdən əziyyət çəkir, qardaşı 2-ci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, törətdiyi əməldən peşmandır. Ona görə də həmin yüngülləşdirici halları nəzərə alıb cəzasının yüngülləşdirilməsini və qanunda nəzərdə tutulan minimal həddə cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfi ndən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması və məhkəmələr tərəfindən məhkumun təqsirliliyi ilə əlaqədar sübutların düzgün şərh olunmaması ilə bağlıdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərə cəsini, xarakterini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM- in 48-ci, 53.4-cü maddəsi, və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakte rinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996 -cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun ş əxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azə rbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq vahid niyyətlə qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvünü özbaşına vəzifəli şəxs kimi təqdim edib hüquqi şəxsin-yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsədiyindən Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişərək CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təyin olunmuş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) aya endirmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza ona CM-nin 32.4,312.2-ci maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqda n məhrum etmə cəzası və CM-nin 310-cu maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA ALİR: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1163/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1163/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver