Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1163/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Məmmədov Saqi Əhməd oğlunun iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMCnin daş karxanasında sürücü işləmiş, evli və himayəsində iki azyaşlı uşa ğı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), N.N.Mirzəyev və B.M.Məmmədov) Məhkum – Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-c ü maddəsinə əsasən, Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 13 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), E.Ş.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021ci il t arixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2021-ci ilin may ayının əvvəllərində Ağdaş rayonundan Qəbələ rayonu istiqamətində avtomobil yolunun sağ tərəfində Ağdaş rayon ərazisindən keçən Türyançay çay yatağının ərazisində işlədiyi "xxxx" MMC-nin daş karxanasının yaxınlığında əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 14 ədəd, təxminən həmin ərazidən 200 metr uzaqlıqda 03 ədəd olmaqla, ümumilikdə 17 ədəd - külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini vahid niyyətlə qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx.xx.2021-ci il tarixdə saat 10:00-da Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri ə məliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon ərazisindən keçən Türyançay çay yatağının ərazisindən 17 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum əməlinin CM-in 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, ibtidai araşdırma orqanı istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs Məhkum əməlini düzgün olaraq CM-in 237.1-ci maddəsi ilə tövsif etmiş, lakin sonradan heç bir əsas olmadan onun əməlini CM-in 237.2.3-cü maddəsinə tövsif etmişdir. Belə ki, aşkar edilmiş 17 ədəd narkotik tərkibli bitkilərin 14 ədədinin Məhkum tərəfindən əkildiyi mübahisə doğurmasa da, həmin bitkilərdən təxminən 200 metr aralıda aşkar edilmiş 3 ədəd bitkilərin Məhkum tərəfindən əkildiyinə dair heç bir sübut yoxdur. Müdafiəçinin fikrincə, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsə cəza təyini zamanı da ədalətsizliyə yol verilmiş, onun barəsində cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almayaraq ağır cəza təyin olunmuşdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının dəyişdirilməsi və onun əməlinin CM-in 237.2.3-cü maddəsindən həmin Məc əllənin 237.1-ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, ibtidai istintaqın ilkin mərhələsində onun əməli düzgün olaraq CM-in 237.1-ci maddəsi ilə tövsif edilmiş, lakin sonradan heç bir əsas olmadan onun əməlini CM-in 237.2.3-cü maddəsinə tövsif etmişdir. Belə ki, aşkar edilmiş 17 ədəd narkotik tərkibli bitkilərin 14 ədədinin onun tərəfindən əkildiyi mübahisə doğurmasa da, həmin bitkilərdən təxminən 200 metr aralıda aşkar edilmiş 3 ədəd bitkilərin ona heç bir aidiyyəti yoxdur. Məhkum həmçinin qeyd edir ki, himayəsində 2 azyaşlı uşağı vardır, ailənin yeganə qazanc gətirən şəxsidir. Məhkum hesab edir ki, qeyd olunan hallar nəzərə alınmaqla ona təyin olunmuş cəza yüngüllə şdirilməlidir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi S.Məmmədovun və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri məhkum tərəfindən geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci ma ddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1163/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1163/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver