Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1163/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Adıgözəlova Vəfa Tohid qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhk əməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Mİrzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Məmmədzadə Səbinə Adil qızı (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1967-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, I dərəcəli əlil olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, PYUA yaşayış massivi, 38/10 fərdi tikilidə yaşayan CM-nin 234.1-1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Hökmlə Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş və onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən təqsirləndirilən şəxs Məhkum şəxsiyyəti istintaqa məlum olmayan «Aydın» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 3,681 qram olan psixotrop maddə metamfetamini 2022-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində əldə edib üzərində saxlamaqla daşımış, 27 may 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanının yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilib müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,411 qram, 0,270 qram, ümumi təmiz çəkisi 3,681 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Mansurov Ziya İlham oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tari xli qərarı ilə (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə, cəza təyin etmənin əsasları, qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-nin müvafiq maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin ) bir sıra normalarına, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına istinad edən dövlət ittihamçısı E.A.Mİrzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkum edilmiş şəxs Məhkum təqsirli bilindiyi CM-nin 234-1.1-c i maddəsində nəzərdə tutulmuş cinayət CM-nin 15.4-cü maddəsinə əsasən, ağır cinayətlər kateqoriyasına aid olmasına, bu cinayətin obyekti həyat və sağlamlığın təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsinə baxmayaraq, məhkəmələr əsassız olaraq ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə nəticəyə gəlmişlər. Bu zaman məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında Məhkum İ dərəcəli əlil olmasını və kənar şəxsin qulluğuna ehtiyacının olmasını müstəsna hal kimi qəbul edərək bu və cəzanı yüngülləşdirən digər halları, onun üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkilərini, məhkumun ailə vəziyyətini nəzərə aldıqlarını göstrsələr də, işin faktiki hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə, məhkəmə baxışında tədqiq edilən sübutla ra və müəyyən edilən hallara diqqət yetirməmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi xidmətinin elektron sistemindən çıxarılmış Məhkum adına olan “Forma 88”-dən görünür ki, 29 iyun 2021-ci il tarixli qiymətləndirməyə əsasən Məhkum müddətsiz olaraq İ qrup əlillik dərəcəsi təyin edilmiş, bunun əsası kimi onun “Ümumi xəstəlik” olmaqla, “beyin infarktı, sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insult, sağtərəfli hemiplegiya, nitq və dilin inkişafının spesifik pozuntuları, motor afaziya, nitqin pozulması (xəstənin nitqi yoxdur)” diaqnozu ilə xəstəliklərdən əzab çəkməsi olmuş və “Əmək zəmanəti” qrafasında “kənar şəxsin qulluğuna ehtiyacı var” göstərilmişdir. Cinayət işinin materiallarını və məhkəm ə baxışında müəyyən edilən halları deyil, sadəcə qeyd olunan sənədi nəzərdən keçirdikdə Məhkum ağır xəstə olmaqla daimi kənar şəxsin qulluğuna ehtiyacı olan şəxs kimi təsəvvür edilir. Lakin, cinayət işinin materialları tamam fərqli bir səhnəni göstərir. Həmin materiallardan göründüyü kimi, Məhkum narkotik vasitəni adını xatırlamadığı (və tanımadığı) şəxsdən aldığını göstərməklə bu mənbəni bildirmək istəməmiş, narkotik vasitənin satışını təşkil edən şəxsin ifşa edilməsi üçün istintaq orqanı ilə heç bir əməkdaşlıq etməmiş, faktiki olaraq etdiyi əməldən səmimi peşimançılıq çəkməmiş, əksinə məsuliyyətini yüngülləşdirmək məqsədi ilə hər vasitədən istifadə edib, hətta polis işçilərinin onun üzərinə narkotik vasitələrinin qoyduğunu bildirmişdir. Bununla yanaşı, məhkəmələr öz yekun məhkəmə aktları nda Məhkum İ dərəcəli əlil olduğu üçün onda ciddi hərəkət mədudiyyətinin və kənar şəxsin qulluğuna ehtiyacının olmasına istinad etsələr də, hadisənin, hətta məhkumun həyat tərzinin təhlili onu göstərir ki, o, xəstəliyi ilə bağlı hərhansı bir sıxıntı yaşamamış, digər şəxsin köməyi olmadan istədiyi vaxt tək olaraq evdən çıxıb özünə narkotik vasitə və ya psixotrop maddə ala bilmək və qəbul edə bilmək iqtidarında olmuşdur. Həmçinin protest müəllifi qeyd etmişdir ki, məhkəmələrin Məhkum təyin etdikləri cəza ilə sosial ədalət bərpa olunmamış, cəzanın islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməmişdir. Bu isə məhkəmənin ədalət mühakiməsini n həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn aliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası CM-nin 2, 8, 41.2, 58.1, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəliiik dərəcəsini nəzərə almamış və öz yekun qərarında qeyd edilən cəzanı yüngülləşdirən halları əsaslanaraq Məhkum törətmiş olduğu cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və xarakterinə görə uyğun olmayan cəza təyin etmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı E.A.Mİrzəyev kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cina yət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas za lında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.A.Mirzəyev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkəmə tərəfindən Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün qiymətləndirilmədən həddindən artıq yüngül cəza tədbirinin seçilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdud larını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları tə şkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sə nədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında lə ğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata ke çirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, bütövlükdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə edlməsini, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını t ələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Dövlət ittihamçısının da kassasiya protestində istinad etdiyi CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf m ühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Əvvəla, kassasiya protestinin məzmunundan görünür ki, dövlət ittihamçısı E.A.Mirzəyev öz kassasiya müraciətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi cinayə t əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində cəza tədbirinin seçilməsi ilə bağlı əsaslandırılmamış və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edir. Qeyd olunmalıdır ki, bu məsələləri müdafiə tərəfi də mübahisələndirməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarından istər məhkum olunmuş şəxs, istərsə də onun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilməmişdir. Buna görə, məhkəmə kollegiyası da Məhkum təqsirliliyinə dair sübutların şərh edilməsinə və bununla bağlı onların müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən, hazırki qərarın “İşin hallar ı” hissəsində təsvir olunmuş işin faktiki hallarını müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkumun qismən etirafedici ifadələri ilə yanaşı şahidlər Şahid1 və Şahid2 ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıma kimi qiymətləndirmişlər. Məhkum təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur və həmin cinayət CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı tövsiyələrdən çıxış edərək törədilmiş cinayətin halları ilə yanaşı Məhkum barəsində cinayət-hüquqi xarakerli tədbirin tətbiq edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları hallara hazırki qərarında da müraciət etməyi zəruri bilir. Əvvəla, apellyasiya insta nsiya məhkəməsinin də razılaşaraq qüvvədə saxladığı birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum CM-nin 234.11-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edib həmin cəzanı CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq oluna bilməsi barədə nəticəyə gələrkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – sonuncunun onun I dərəcəli əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşını, xəstə olmaqla ciddi hərəkət məhdudiyyətinə məruz qalmasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. İş materialarından göründüyü kimi, məhkəmələr bu halları CPM-nin 139.0.5-ci ma ddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış sübutlara, o cümlədən işə əlavə edilmiş müvafiq sənədlərə əsasən müəyyən etmiş və Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsini məqsədə müvafiq hesab edərkən sonuncunun İ dərəcəli əlil olmaqla kənar şəxsin qulluğuna ehtiyacının olmasına, yəni CM-nin 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hala, həmçinin onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisinə də xüsusi önəm vermişlər. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Məhkum 29 iyun 2021-ci il tarixdə müayinə edilməsinə dair arayışa görə onda “Beyin infarktı, sol orta beyin arteriyası hövzəsində keçirilmiş İşemik insult (xx.xx.2018). Daimi kənar şəxsin qulluğuna ehtiyacı var. Spastik hemiplegiya. Sağtərəfli hemiplegiya. Nitq və dilin inkişafının spesifik pozğunluqları, motor afaziya, nitkin pozulması (xəstənin nitqi yoxdur)” diaqnozu üzrə xəstəliklər müəyyən edilərəkona müddətsiz birinci dərəcəlik əlillik verilmiş və həmin arayışda xəstənin kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd olunmuşdur. Göründüyü kimi, həmin arayış müddətsiz verilməklə hazırki cinayət əməlinin törədilməsindən xeyli müddət əvvəl verilmiş, arayışda göstərilən halların olması isə heç bir şübhə doğurmur. Burada qeyd olunmalıdır ki, kassasiya protestinin müəllifi olan dövlət ittihamçısı da Məhkum yuxarıda göstərilən xəstəliklərə görə onun həqiqətən I qrup əlil olmasını mübahisələndirmir, ibtidai araşdırma orqanı da bu halları nəzərə alaraq məhkəməyədək icraat dövründə Məhkum ağır cinayətin törədilməsinə görə təqsirləndirilməsinə baxmayaraq onun haqqında həbs qətimkan tədbirinin seçilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edib bu məsələni həll edərkən tamamilə haqlı olaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə, yəni cəmiyyətdən və ailəsindən təcrid olunmaqla çəkilməsinin CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə zidd olmasını və cəzanın bu cür çəkilməsinin Məhkumun özünün və ailəsinin ciddi məhrumiyyətlərə düçar edilərək ağır xəstəliklərdən əzab çəkən, buna görə hətta nitqi olmayan, kənar şəxslərin qulluğuna ehtiyacı olan bir bir şəxs üçün kifayət qədər ağır olmasını nəzərə alıb onun cəmiyyətdən təcrid olunmadan da islah etmək mümkün olması barədə qanuni və ədalətli qənaətə gəlmiş və buna görə də sonuncunun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini mümkün hesab etmiş, bu haqda gəldikləri nəticəni isə qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmışlar. Məhkəmə kollegiyası Məhkum barəsində belə cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cinayət-hüquqi xarakterli tədbir cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin tör ədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsin haqqında seçilmş cəza tədbiri ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalət li olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəz a sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan c əzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o, da nəzərə alınmalıdır ki,CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzan ı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız mə hkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair m üddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Bu tələblərə həmçinin təqsirkarın haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunver iciliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədi lmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayət in cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 de kabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsi n islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüs usi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası da sadalanan bu tələb, izah və tövsiyələrdən çıxış edərək Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni ədalətli və qanuni sayır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına da və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərardakı tövsiyələrə əsaslanır. Belə ki, CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-c ü il tarixli 4 saylı Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzan ı çəkmədən islah olunması mümkün olsun. Təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum ilk növbədə məhz sağlamlıq durumuna görə onun barəsində şərti məhkumetmənin tətbiqi ilə islah olunması mümkündür və kassasiya protestində istinad olunan dəlillər heç də məhkumun mütləq şəkildə azadlıqdan məhrum etmə cəzasını real, yəni cəmiyyətdən təcrid edilməklə çəkməli olması barədə nəticəyə gəlmək üçün əsas vermir. Buna görə, kassasiya protestinin dəlilləri ilə razılaşmayan və həmin protestdə irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilməyən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum barəsində cinayət-hüquqi xaratkerli tətbiq edilməsi ilə bağlı məsələni həll edən birinci və apellyasiya instansiya məhkəmələri tamamilə düzgün olaraq həm qanunvericiliyi n tələblərindən, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış etməklə əsaslı olaraq məhkumun barəsində CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsinə üstünlük vermiş və bu nəticə işin hallarına, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, eyni zamanda məhkumun şəxsiyyətini səciyələndirən məlumatlara, iş üzrə nəzərə alınmış cəzanı yüngülləşdirən hallara, digər tərəfdən isə cəzanın məqsədlərinə uyğun olmuşdur. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini bir daha nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin e dilməməsi haqda isə məhkumun müdafiəçisi V.T.Adıgözəlovanın çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli q ərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1163/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1163/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver