Məhkəmə qərarları › İş №1(102)-1164/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1164/2019

20.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1164/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və Məhkum iştirakları ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.B.İsayev) Məhkum- xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 243.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, CM-nin 244.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti ola raq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 10 oktyabr 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Bakı şəhəri, ********************************** saylı mənzili sahibi X1 götürərək həmin mənzili gəlir əldə etmək məqsədi ilə mebel, məişət avadanlıqları, yorğan-döşək dəsti ilə təchiz etməklə əxlaqsızlıq yuvası kimi təşkil edib, saxlamış, 23 dekabr 2016-cı il tarixdə X5 fahişəliklə məşğul olan X4 ilə cinsi əlaqəyə girəcəyini qabaqcadan bilə-bilə onların cinsi əlaqədə olmaları üçün əvvəlcədən razılaşdıqları şəkildə gəlir kimi V6 20 manat pul alıb kirayədə yaşadığı həm in mənzilə buraxıb mənzil sahəsi verərək, fahişəliklə məşğul olmaqları üçün şərait yaratmış və həmin gün saat 19:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X14 Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı onun əxlaqsızlıq yuvası kimi mənzil təşkil etməsi, saxlaması və istifadəyə verməsi aşkar edilmiş, onun Vüqar İsmayılovdan aldığı bir ədəd B 36225101 seriya nömrəli 20 manatlıq pul əskinası götürülmüşdür. Bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə tamah niyyəti ilə 23 dekabr 2016-cı il tarixdə X12 cinsi əlaqədə olması üçün fahişə təşkil etmək və əxlaqsızlıqla məşğul olması üçün şərait yaratmağı müqabilində ondan 50 manat alacağı barədə əvvəlcədən razılaşaraq Zərərçəkmiş şəxs Tofiq qızına X8 alacağı 50 manatın 25 manatını özü gəlir kimi g ötürəcəyini, 25 manatını ona verəcəyini vəd edərək fahişəlik etməyə təhrik etmiş, bununlada onu fahişəliyə cəlb edərək mənəvi ziyan vurmuş, təkrar, kirayə götürdüyü gəlir əldə etmək məqsədi ilə mebel, məişət avadanlıqları, yorğan-döşək dəsti ilə təchiz etməklə əxlaqsızlıq yuvası kimi təşkil edib saxladığı Bakı şəhəri, *********************************saylı mənzilini 23 dekabr 2016-cı il tarixdə X10 Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girəcəyini qabaqcadan bilə-bilə onların cinsi əlaqədə olmaları üçün əvvəlcədən razılaşdıqları şəkildə gəlir kimi Yaşar İbadovdan 50 manat pul alıb kirayədə yaşadığı həmin mənzilə buraxıb mənzil sahəsi verərərək, fahişəliklə məşğul olmaqları üçün şərait yaratmış,və həmin gün saat 19:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X14 Baş i darəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı onun əxlaqsızlıq yuvası kimi mənzil təşkil etməsi, saxlaması və istifadəyə verməsi aşkar edilmiş,onun Y6 aldığı iki ədəd B07336567 və B39211983 seriyalı 20 manatlıq, iki ədəd B57116844 və B10223217 seriyalı 5 manatlıq pul əskinasları - ümumilikdə 50 (əlli) manat pul götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: R.M.Abdulov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və Q.X.Babayevdən ibarət tərkibdə) 22 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti v erərək cəzasının azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza ilə əvəz edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində heç bir dəlil göstərmədən ona azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərinin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayıb, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünə aşağıdakı məzmunda hüquqi qiymət verir. Kassasiya şikayətimdə məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş, təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəb edilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublik ası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, eləcə də cinayətin ictimai təhlükəlilik dərəcəsinin xarakterini, Azərbaycan Respublikası CM-nin 243 və 244.2.1-ci maddələrinin ictimai mənəviyyat əleyhinə cinayətlərə aid olmasını nəzərə alaraq, həmin cinayətlərin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzaları təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası CM-nin 244. 2.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza nəzərdə tutulmamışdır. Məhkumun barəsində qanunun sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsasların mövcudluğu da müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə m üəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanın yüngülləşdirilməsi üçün cinayət işinin materiallarında başqa əsaslar, cinayətin törədilməsi zamanı və bundan sonra Məhkum davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmiş və belə əsasların mövcudluğuna dəlalət edən mötəbər sübutlara kassasiya şikayətində də istinad edilməmişdir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı gedişundə cinayət və cinayət prosessual qanunların, məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının polzulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin t əmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2019-cu il tarixli qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar