Məhkəmə qərarları › İş №1(102)-1164/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1164/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1164/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X6, təqsirləndirilən şəxs Məhkum2 Vilayət oğlu, zərərçəkmiş şəxs X12 və nümayəndəsi Nümayəndə iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxs X8 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin (hakim: X5) 01 iyul 2020-ci il tarixli hökmü ilə 19 may 1989-cu ildə Sabirabad rayonu kend kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Sabirabad rayonununda qeydiyyatda olan və yaşayan Məhkum1, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılmas ı cəzasına 10 yanvar 1985-ci ildə Sabirabad rayonu kend kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Sabirabad rayonunda qeydiyyatda olan və yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-ninin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X17 və X2 ibarət tərkibdə) 09 mart 2021-ci il tarixli qərar ilə məhkum edilmiş şəxslər Məhkum2, Məhkum1 və onların müdafiəçisi X10 tərəfində birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs X12 və nümayəndəsi vəkil X7 tərəfindən birgə verilmiş k assasiya şikayəti qismən, dövlət ittihamçısı Vidadi Həsənov tərəfindən verilmiş apelyasiya protesti isə tam təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilmiş, Məhkum1 CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin əvvəlinin 09 mart 2021-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum2 və Məhkum1 isə CM-nin 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar 20 noyabr 2019-cu il tarixdə saat 09 radələrində rayonun kend kəndi ərazisində əmisi oğlu Məhkum1 məxsus “QAZ 24” markalı **-BB-*** dövlət qeyd iyyat nişanlı avtomobildə əyləşib, yol kənarında dayanan zaman hər ikisinin əmiləri olan X1 X9 idarə etdiyi “Mercedes-Benz” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etməsini görüb sonuncunun əvvəllər onların ailələrinin və nəslinin ünvanına nalayiq söyüşlər söyməsinin səbəbini aydınlaşdırılmasına qərar verərək, Məhkum1la birlikdə avtomaşınını Z1in idarə etdiyi avtomaşının ardınca sürüb saxlatmasına nail olmuş, avtomobildən düşüb avtomaşınında əyləşmiş sərnişinlərlə və Z1lə salamlaşaraq, sonuncuya söhbət etmək istədiklərini deyib avtomaşınlarında əyləşməsini təklif etmiş, daha sonra Z1 onlarla razılaşıb könüllü olaraq avtomobilə əyləşmiş və birlikdə rayonun kend kəndi ərazisindən keçən «Kür» çayının kənarındakı qoruyucu bəndə gəlməklə bəndin kənarında Z1dən əvvəllər on ların ailələrinin və nəslinin ünvanına nalayiq söyüşlər söyməsini bəhanə edib sözlə mübahisə edərkən, onların mübahisəsi davaya çevrilmiş, həmin vaxt Amid Məhkum1 Məmmədovla birlikdə Z1i yumruq və sillə ilə vuraraq, sonuncuya sol körpücük sümüyü proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də iç səthdə, sol budun orta 1/3-də ön səthdə qançırlar, sağ dirsək oynağının bayır səthində, sol dirsək büküşündə, sağ diz oynağının bayır səthində, döş qəfəsinin ön sağ hissəsində, sağ ön qoltuqaltı xətt üzrə 5-ci qabırğa səviyyəsində, sağ qoltuqaltı xətt üzrə göbək səviyyəsində, sağ və sol böyrək proyeksiyasında, onurğa xətti üzrə 2-4-cü bel fəqərəsi səviyyəsində çoxsaylı sıyrıq və cızıqların əmələ gəlməsi ilə nəticələn sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarət ləri yetirib Z1i yaşadıqları rayonun kend kənd mərkəzində çayxananın qarşısında çılpaq vəziyyətində nümayişkarcasına avtomaşından düşürdüb şəxsiyyətinin alçadılması ilə müşayiət edilən hərəkətlər etmək barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup halında Z1in əynindəki paltarlarını soyundurub lüt vəziyyətə gətirərək gəldikləri «QAZ-24» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınlarına əyləşdirib rayonun kend kəndində yerləşən iaşə obyekti olan çayxananın qarşısında avtomaşından zorla düşürdərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizliklə ifadə edilən, yəni eqoizmini nümayiş etdirib özünü başqalarının fövqündə qoymaq istəyi ilə şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə h amı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqla müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxs X8 nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Apellyasiya instansiya məhkəməsinin qərarının cəza hissəsini, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və işin digər faktiki halları ilə bağlı hissədə yüngül və ədalətsizdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, çəhkum olunmuş şəxslər zərərçəkmiş şəxsə qarşı amansız davranmış, ona çoxsaylı zərbələr vuraraq xəsarətlər yetirmiş, noyabr ayında qış vaxtı şəxsi lüt vəziyy ətdə kənd sakinlərinin gözü qarşısında çayxananın qarşısında onu avtomobildən zorla düşürərək zərərçəkmişi el içində rüsvay edib onun şəxsiyyətini alçaltmışlar. Buna baxmayaraq hər iki məhkum olunmuş şəxslər əməllərindən peşman olmayaraq bir dəfə də olsun heç məhkəmə iclasında da zərərçəkmiş şəxsdən üzr istəməmiş, onunla barışığa meyl etməmiş, ona dəymiş maddi ziyanın azaldılması istiqamətində heç bir hərəkət etməmişlər. Əksinə kənd camaatı arasında etdikləri əməllərinin haqlı olduğunu, zərərçəkəni haqq olaraq əzişdirdiklərini dilə gətirərək qürurla kənddə gəzib zərərçəkmişə və onun ailəsinə acıq vermişlər. Hesab edirik ki, Şirvan Apellyasiya Məhkəməsi məhkum olunmuş şəxs Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası nıdəyişdirmədən saxlaması, Məhkum2 törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, işin faktiki hallarına açıq-aşkar uyğun gəlmir, həmçinin, digər Məhkum1 maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində təyin etdiyi cəza onun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, işin faktiki hallarına uyğun gəlmir və təyin edilən cəza həddi bu səbəbdən yüngüldür. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli qərarını ləğv edərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə təqsirləndirilən şəxsin və, dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret hald a təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsəd i ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhk əmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən cəza t əyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs X12 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli qərarı zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar