Məhkəmə qərarları › İş №1(102)-1164/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1164/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1164/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(107)-14/2022 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1985-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 27 avqust 2020-ci il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. İttihama görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,929 qram çəkidə psixotrop madd ə olan metamfetamini, eləcə də bir ədəd 1957-ci ildə keçmiş SSRİ-də “İjevsk” zavodunda istehsal olunmuş, T-3405 nömrəli, 12 kalibrli, İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz, atəşə yararlı, yivsjz odlu silah hesab edilən lüləsi, qundağı kustar üsulla kəsilməklə hazırda öz təyinatını itirmişyivsiz ov tüfənginin kəsiyini qanunsuz əldə etmiş, metamfetamini üç ədəd bükümə bölüb üzərində, qeyd edilən odlu silahı isə gəzdirib özünə məxsus “BMW” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Zaqatala şəhəri, B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçəsinin kəsişməsinə qanunsuz daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 mart 2020-ci i l tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün, saat 22 radələrində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş, orada 13 mart 2020-ci il tarixdə saat 00:12-dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qış gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrılıqda çəkiləri 2,101 qram, 2,336 qram və 1,492 qram olmaqla ümumilikdə külli miqdarda 5,929 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Zaqatala Rayon Polis Şöbəsinin həyətində Məhkum məxsus “BMW” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 mart 2020-ci il tarixdə, saat 00:45-dən keçirilən baxış v ə götürmə zamanı qanunsuz olaraq əldə edib gəzdirərək avtomobilin arxa yük yerində saxlamaqla daşıdığı bir ədəd 1957-ci ildə keçmiş SSRİ-də “İjevsk” zavodunda istehsal olunmuş, T-3405 nömrəli, 12 kalibrli, İJ54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür.

3. Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak maiqdarından artıq miqdarda 5,929 qram çəkidə psixotrop maddə olan metamfetamini, eləcə də, bir ədəd 1957-ci ildə keçmiş SSRİ-də “İjevsk” zavodunda istehsal olunmuş, Г-3405 nömrəli, 12 kalibrli, İJ54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz, atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi, qundağı kustar üsulla kəsilməklə hazırda öz təyinatını itirmiş yivsiz ov tüfənginin kəsiyini qanunsuz əldə etmiş, metamfetamini üç ədəd bükümə bölüb üzərində, qeyd edilən odlu silahı isə gəzdirib özünə məxsus “BMW” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Zaqatala şəhəri, B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçəsinin kəsişməsinə qanunsuz daşımış, bu barədə daxil ol muş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 mart 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 22 radələrində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. Orada 13 mart 2020-ci il tarixdə, saat 00:12-dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qış gödəkçəsinin sağ yan cibindən qanunsuz olaraq əldə edib üzərində şəxsi istaehlak miqdarından artıq miqdarda saxlamaqla daşıdığı üç ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrılıqda çəkiləri 2,101 qram, 2,336 qram və 1,492 qram olmaqla ümumilikdə 5,929 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Zaqatala Rayon Polis Şöbəsi nin həyətində Məhkum məxsus “BMW” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 mart 2020-ci il tarixdə, saat 00:45-dən keçirilən baxış və götürmə zamanı qanunsuz olaraq əldə edib gəzdirərək avtomobilin arxa yük yerində saxlamaqla daşıdığı bir ədəd 1957-ci ildə keçmiş SSRİ-də “İjevsk” zavodunda istehsal olunmuş, Г-3405 nömrəli, 12 kalibrli, İJ54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(091)-31/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlin i törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunan cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 mart 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmdə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

6. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti belə əsaslandırmışdır ki, məhkəmə Məhkum psixotrop maddə metamfetamin satış məqsədilə əldə etməsini, saxlamasını, 3 ədəd səliqəli sallofan paketdə qablaşdıraraq daşımasını, özünün psixotrop maddə olan metamfetamindən istifadə etməməsini nəzərə almadan, səhv qənaətə gələrək sonuncunun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Qeyd etdiklərini nəzərə alaraq, hökmün Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə cinayət qanunvericilyin müddəalarına uyğun ağır cəza təyin olunmasını xahiş etmişdir.

7. Hö kmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini aşağıda qeyd olunanlarla əsaslandırmışdır: “İ. Cinayət işinin materiallarına əlavə edilmiş hüquqlarını müdafiə etdiyi Məhkum tərəfindən BMCMİ-nin müstəntiqinə yazılmış 13 mart 2020-ci il tarixli ərizənin (səh. 62) müdafiəçi Şahid3 tərəfindən imzalandığı görünür. Hüquqlarını müdafiə etdiyi Məhkum ilə aparılan danışıqlar zamanı məlum olmuşdur ki, sonuncu həmin ərizəni imzalamağa vadar edilmiş və həmin zaman onun müdafiəçisi Şahid3 yanında olmamışdır. Həmin ərizədə müdafiəçisi Şahid3 imzası onun gözü qarşısında müstəntiq Zabil Qurbanov tərəfindən saxtlaşdırılaraq icra edilmişdir. İİ. Cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə cinayət təqibini həyata keçirmiş müstəntiq Zabil Qurbanov tərəfindən tərtib edilm iş “Şübhəli şəxsin müdafiəçidən imtina etməsi haqqında” 13 mart 2020-ci il tarixli protokoldan (səh. 63) belə görünür ki, müdafiəçisi Şahid3 Bakı şəhərində həmin protokolu izalamışdır. Halbuki, hüquqlarını müdafiə etdiyi Məhkum bildirmişdir ki, müdafiəçisi Şahid3 ümumiyyətlə onunla birlikdə Bakı şəhərinə getməmiş və həmin protokolu da sonuncu imza etməmişdir. Yenə də, həmin protokolda müdafiəçisi Şahid3 imzası onun gözü qarşısında müstəntiq Zabil Qurbanov tərəfindən saxtlaşdırılaraq icra edilmişdir. İİİ. Cinayət işinin materiallarına əlavə edilmiş “Şübhəli şəxsin dindirilməsi haqqında” 13 mart 2020-ci il tarixli protokoldan (səh. 78-80) göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Məhkum tutulduqdan 23 saat sonra ifadəsi alınmışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. İV. Cinayət işinin materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 14 mart 2020-ci il tarixli protokoldan (səh. 95-97) da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Məhkum özünü ona elan edilmiş cinayət əməllərinə görə təqsirli bilməmişdir. Hesab edir ki, ibitdai istintaq orqanı qəsdən hüquqlarını müdafiə etdiyi Məhkum hansı səbəbdən özünü təqsirli bilməməsi sualını ünvanlamamışdır. Bununla yanaşı, hüquqlarını müdafiə etdiyi Məhkum müdafiəçisi olmuş Zabil Qurbanov da, müdafiə etdiyi şəxsin nəyə görə özünü təqsiri bilməməsini müəyyən etməmiş və bu barədə təqsirləndirilən şəxsə sual ünvanlamamışdır. V. Cinayət işinin materiallarına əlavə edilmiş ”Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 avqust 2020-ci il tarixli protokoldan (səh. 221-222), ”Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 avqust 2020-ci il tarixli protokoldan (səh. 230-231), “Cinayət işinin materialları ilə tanış etmə haqqında” 24 avqust 2020-ci il tarixli protokoldan (səh. 248-249) və digər sənədlərdən də göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Məhkum protokolları imza etməkdən imtina etmişdir. Lakin, hüquqlarını müdafiə etdiyi Məhkum müdafiəçisi olmuş Zabil Qurbanov növbəti dəfə təqsirləndirilən şəxsin hansı səbəbdən özünün təqsirli bilməməsini aydınlaşdırmamışdır. Yuxarıda qeyd olunan ibtidai istintaq orqanının yol verdiyi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən proku rorun əhəmiyyət vermədiyi kobud qanun pozuntularının bir hissəsidir. Hüquqlarını müdafiə etdiyi Məhkum ittiham edildiyi əməllərlə heç bir əlaqəsi yoxdur və təqsirsizdir. İş üzrə cinayət təqibini həyata keçirən müstəntiq Zabil Qurbanovun, o cümlədən, imzası saxtalaşdırılmış “Zaqatala Rayon Vəkil Bürosunun” vəkili Şahid3 və yuxarıda qeyd olunan məsələlərinin araşdırılması məqsədi ilə “Yusifbəyli və partnyorları” vəkil bürosunun vəkili Kamal Əliyevin əalvə şahid qismində dindirilməsi, o cümlədən, vəkili Şahid3 imzasının saxtalaşdırılması faktı ilə bağlı məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi Şəki Ağır Cinayətlər Məhkəməsindən xahiş edilsə də, məhkəmə həmin vəsatəti heç bir əsas göstərmədən təmin etməmişdir. Vİ. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(091) -31/2021 iş nömrəli hökmündə qeyd olunur ki, “... Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində Kamil Zeynalovun polis əməkdaşları tərəfindən aparılmasının onun işlədiyi mağazaya quraşdırılmış video müşahidə kamerasına düşdüyünü göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 22 radələrində yaşadığı evin qabağına çıxarkən əvvəldən tanıdığı Kamil Zeynalovun onun yaşadığı evin yaxınlığında durduğu yerdən polis əməkdaşları tərəfindən aparıldığını gördüyünü göstərmişdir. Zaqatala rayon X20 Patrul Xidmətinin inspektoru işləyən X14 ifadəsində göstərmişdir ki, 12 mart 2020-ci il tarixdə axşam saatlarında bazarın yaxınlığında küçənin kənarında Kamilin dayandığını görüb sonuncuya yaxınlaşaraq 10-12 dəqiqə ərzində almaq məqsədi ilə Kamilə məxsus BMW markalı avtomaşına baxmış, avtomaşının yük yerinə də baxaraq orada hər hansı çürümə əlamətlərinin olubolmamasını yoxlamışdır. Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlar Kamilə yaxınlaşaraq özləri ilə Polis Şöbəsinə apamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Yol Patrul Xidmətinin inspektoru işləyən X7 eyni məzmunlu ifadə verərək X9 yuxarıda göstərdiklərini təsdiq etmişdir.” (səh. 4) Vİİ. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri işləyən Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində Məhkum barəsində məliyyat qeydiyyat işinin açılmamasını bildirməklə yanaşı, verilən sullara c avabda Məhkum saxlayacaqları vaxtı harada olmasını bilmələrini, saxladıqları şəxsin Məhkum olub-olmadığını hardan bilmələrini izah edə bilməmişdirlər. Vİİİ. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(091)-31/2021 nömrəli hökmündə qeyd olunur ki, “... Məhkum ifadəsində qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq onun Zaqatala rayon Polis Şöbəsinə aparılması, orada ona təzyiq göstərilərək narkotik vasitənin və odlu silahın ona məxsus olmasını boynuna götürməsinə dair ifadəsində göstərdiklərini məhkəmə kollegiyası məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, müdafiə tərəfindən təqdim edilmiş videogörüntülərin olduğu diskdə naməlum şəxsin bir qrup şəxs tərəfindən avtomaşı na mindirilərək aparılması müəyyən olunsa da həmin şəxsin Məhkum olmasına dair müdafiə tərəfindən hansısa digər sübut təqdim edilməmişdir. Eyni zamanda videogörüntüdən göründüyü kimi orada olan avtomaşının da kimə məxsus olması və həmin avtomaşının qeydiyyat nişanını müəyyən etmək mümkün olmamışdır.” (səh. 7) Halbu ki, müdəafiə tərəfinin məhkəmə təqdim etdiyi video görüntü eyni vaxta və eyni yerə uyğun olmaqla yanaşı, məhkəmədə ifadə vermiş X12 ifadəsindən də məlum olur ki, həmin video görüntülərdəki şəxs Məhkumdur. İşin həmin halı X11, X14 və X7 tərəfindən də təsdiq edilmişdir. Lakin, Şəki Ağır Cinayətlə Məhkəməsi müdafiə tərəfinin işdə heç bir marağı olamayan şahidlərin (ikisi polis) ifadələrini bir kənara qoyaraq, işdə marağı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mü təşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının ifadələrini daha mötəbər hesab etmişdir. Həmçinin, əsaslandırma hissəsində də X14 və X2 ifadələrini təhrif etmiş və elə bir görüntü yaratmağa çalışmışdır ki, sanki Məhkum dəvət əsasında öz xoşu və öz maşını ilə Zaqatala RPŞ-nin inzibati binasına gəlmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən hökmü qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır.” Şikayətinin sonunda müdafiəçi hökmün ləğv edilməsini, Məhkum ittiham edildiyi cinayətlərin törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmədi yindən, sonuncuya bəraət verilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(107)-14/2022 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(107)-14/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla qey d etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərarını qəbul edərkən cinayətprosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutları məcmu qaydada qiymətləndirməmiş, onlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və sonuncuya yüngül cəza təyin edilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarını ləğv edərək, cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

11. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(107)-14/2022 iş nömrəli qərarında apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə münasibət bildirilməmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün zəruri olan hallara münasibət bildirmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli hökmünün ləğv edilməsini, hüquqları müdafiə etdiy i Məhkum tərəfindən cinayət əməlinin törədilməsi nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi üçün, sonuncuya bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliy i, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə məhkumun əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, həmçinin məhkuma yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslarla əlaqələndirmişdir.

18. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində aşağı instansiya məhkəmələrinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiklərini, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi haqqında tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kollegiya hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 8 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı məhkəmə kollegiyası xatırladır ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-nin 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna ed ilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir.

21. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsinin hökmü həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğ un olmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 88-ci bəndinə görə də, apellyasiya instansiyası məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsi apellyasiya müraciətlərinin dəlillərini və həmin dəlillər üzrə məhkəmə qənaətinin əsaslandırılmasını əks etdirməlidir.

23. İstinad edilən milli qanunvericilik normaları və məhkəmə prantikasını tənzimləyən müddəaların tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyində də əksini tapır, müvafiq presedent hüququna görə, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları mütənasib şəkildə göstərilməlidir (X3rşı [BP], № 19867/12, § 84, 11 iyul 2017-ci il). Şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmas a belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərinə konkret və aydın cavab alacağının təmin edilməsini nəzərdə tutur (Aslan İsmayilov Azərbaycana qarşı, № 18498/15, § 42, 12 mart 2020-ci il).

24. Kassasiya şikayəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətli məhkəmə araşdırmasının yuxarıda qeyd edilən prinsipləri ilə əlaqəli şəkildə müqayisə edildikdə, şikayətin dəlillərinin qismən əsaslı olduğu müəyyən edilir. Sözügedən qərarın mətnindən görünür ki, həmin qərarın müvafiq hissəsində apellyasiya şikayətinin dəlilləri olduğu kimi əks edilsə də (bax, yuxarıda paraqraf 7, eləcə də cild 2 - səh. 227-228), təsviri-əsaslandırıcı hissədə onlara ümumiyyətlə heç bir münasibət bildirilməmişdir.

25. Halbuki, apellyasiya şikayətinin və hazırda təkrarlanan kassasiya şikayətinin eyni dəlilləri nəzərdən keçirildikdə, aşkar sürətdə görünür ki, bu dəlillərlə istintaq orqanı tərəfindən fərdin fundamental hüquqları olan – müdafiə və şəxsi toxunulmazlıq hüquqarının təmin edilib-edilməməsi şübhə altına qoyulmuş, məhkumun müdafiəçisi müvafiq iddialarını yetərli dərəcədə əsaslandırmışdır.

26. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində aparılan icraat dövründə Azərbaycan Respublikası CPM-nin 92.12-ci maddəsi ilə müəyyən edilən qaydanın təmin edilməsinin müəyyən edilməsi məqsədilə məhkəməyə ünvanladığı vəsatətdə Məhkum müdafiəçisi BMCMİ-nin müstəntiqinə yazılmış 13 mart 2020-ci il tarixli ərizədə (cild 1 - səh. 62) və “Şübhəli şəxsin müdafiəçidən i mtina etməsi haqqında” 13 mart 2020-ci il tarixli protokolda (cild 1 - səh. 63) müdafiəçi Şahid3 imzalarının sonuncu yox, müstəntiq Zabil Qurbanov tərəfindən icra edildiyini iddia edib, həmin imzalara dair məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də (cild 1 - səh. 138-140), məhkəmə hər hansı əsaslandırma vermədən həmin vəsatəti protokol qaydasında rədd etmişdir (cild 1 səh. 187).

27. Həmçinin, Məhkum saxlanılmasının qanunilliyinin yoxlanılması üçün eyni dövrdə verilmiş vəsatətdə məhkəmə qərarı ilə təsdiq edilməmiş BMCMİ-nin əməliyyat müvəkkili tərəfindən 12 mart 2020-ci il tarixdə qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərarının qanuniliyinin məhkəmə qaydasında yoxlanılması və bu məqsədlə müvafiq əməliyyat işinin tələb edilərək məhk əmə tərəfindən öyrənilməsi xahiş edilsə də (cild 1 - səh. 89), həmin vəsatətin baxılması protokol qaydasında təxirə alınmış (cild 1 - səh. 84), lakin hər hansı formada həllini tapmamışdır.

28. Bununla belə, təsvir edilən məsələlər, eləcə də Məhkum saxlanılması şəraitinin şahidləri olmuş şəxslərin ifadələrinin qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verildiyi barədə iddiaların apellyasiya şkayətində məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi sözügedənlərlə bağlı heç bir münasibətini bildirməmişdir.

29. Apellyasiya şikayətinə baxılmasına səthi yanaşmanın digər təsdiqi, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərarının mətnində də müşayidə edilir. Belə ki, birinci instansiya məhkəməsi nin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib məhkum edilməsinə baxmayaraq, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsi qərarının hüquqi məsələlərə aid edilmiş hissəsində bir neçə yerdə “təqsirləndirilən şəxs Məhkum CM-in 228.1 və 234.4.3-cü maddələri ilə cinayət törətdiyini” və bunun sübutlarla təsdiq edildiyi qeyd edilmiş (cild 2 - səh. 231-232), nəticəvi hissəsində isə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar verilmişdir.

30. Təsvir olunanlardan görünür ki, apellyasiya müraciətlərinin təmin edilməməsi barədə qərarını verərkən, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönəlm iş və müvafiq hallarla əsaslandırılmış dəlillər üzrə mübahisə doğurmayan cavab verilməsini tələb edən vəzifəsini icra etməmiş, sadəcə qanunvericilik normalarına istinad etməklə yekun nəticəyə gəlmiş, hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyərək Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmuş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.

31. Kassasiya protestinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona yüngül cəza təyin edilməsinə dair iddialarına (Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələri) gəldikdə, mübahisələndirilən qərarın yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində təsbit olunmuş əsaslara görə ləğv edilməsi, yeni baxışda apellyasiya məhkəməsi tərəfindən sübutların yenidən araşdırılması, tövsif və cəzanın təyin edilməsi kimi məsələlərə münasibətinin bildirilməsini nəzərdə tutduğundan, məhkəmə kollegiyası hazırki mərhələdə kassasiya protestini qismən - Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsinə dair hissədə əsaslı hesab edir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, hər iki kassasiya müraciəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(107)-14/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxı şına təyin edilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilsinlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(107)-14/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar