Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1164/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli, 1(106)-309/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(099)-86/2024 nömrəli h ökmü ilə (hakimlər: M.V.Məmmədov (sədrlik edən), C.Ş.Səfərli və N.H.Məmmədov) xxxxxx-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üç azyaşlı uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, x qeydiyyatda olmaqla, x-də yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətl əri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarından müdafiəçi M.A.Abbasov tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 49,531 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış 01 fevral 2023-cü il tarixdə saat 07 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşlar tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən işıqfor da saxlanılıb, rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 1 ədəd salfet kağızına bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi 49,531 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Abbasov Murtuzəli Aydın oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi kassasiya şikayətində həmçinin göstərmişdir ki, tutu lan vaxt Məhkum üzərində heç bir narkotik vasitə olmamış, göstərilən narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə ondan etirafedici ifadə alınmışdır. Verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında ona sübuta yetirilməmiş, bu isə məhkəmələr tərəfindən işə baxılarkən CPM-nin 146-cı maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir. Müdafiəçi kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini, və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hü dudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyə n edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi M.A.Abbasov kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına g örə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əs asən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni 49,531 qram, kütləsinə görə külli miqdar təşkil edən narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə etməsi, üzərində saxlayaraq 01 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilib götürülənədək daşıması birinci instansiya məhkəməsində Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum qeyd olunan hərəkətləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən "şəxsi axtarış keçirilməsi haqqında” 01 fevral 2023-cü il tarixli protokolla, şahidlərin ifadələri, maddi sübut, məhkəmə ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, biri nci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum hərəkətlərinə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin şamil edilməsinə (əməlin hüquqi tövsifi məsələsinə) gəldikdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, Məhkum əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum narkotik vasitənin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlmələrinə əsasən xüsusat sonuncuda aşkar olunmuş heroinin külli miqdar – 49,531 qram təşkil etməsi səbəb olmuşdur. Lakin, məhkəmələr Məhkum narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən narkotik vasitənin satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq və ya təkzib edən mötəbər sü butlar başa düşülür. Hazırkı halda Məhkum aşkar edilmiş narkotik vasitənin kütləsi külli miqdar təşkil etsə də, qeyd olunan hal özü özlüyündə Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlamasını və daşımasını təkzib etməməklə yanaşı, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldırmır. Digər tərəfdən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VİQD nömrəli qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilməklə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi cinayət məsuliyyəti müəyyən edən yeni cinayət hüquq normaları (CM 234.1-1 və 234.4-1) əlavə edilmişdir. Qanunverici orqan Cinayət Məcəlləsinə göstərilən əlamətləri daxil etməklə sosial təhlükəliliyinə görə seçilən cinayətin yeni növlərinə uyğun məsuliyyəti ağırlaşdıran tərkib əlamətləri müəyyən etmiş, bununla da məsuliyyətin daha ədalətli differensiasiyasına nail olmuşdur. Eyni ilə əlavə edilmiş maddi hüquq normalarını satış məqsədini ehtiva edən normalarla müqayisə etdikdə, yeni əlavə edilmiş maddələrin sanksiyalarında satış məqsədini ehtiva edən maddələrin sanksiyalarından sərtliyinə görə geri qalmayan (CM-in 234.2-ci maddəsinə münasibətdə hətta daha sərt) məhrumiyyətlərin (CM-in 234.1-1-ci maddəsində üç ildən səkkiz ilədək müddətə, CM-in 234.4-1-ci mad dəsində isə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası) nəzərdə tutulduğu müəyyən olunur. Qanunvericiliyə edilmiş dəyişiklərlə, eyni zamanda Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 49,531 qram heroinin külli miqdarda olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitəni hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır. Belə ki, “Şəxsi axtarışın keçirilməsi haqqında” 01 fevral 2023-cü tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş narkotik vasitələrin heroin satış üçün xırda bükümlərə deyil, cəmi bir bükümə qablaşdırılmışdır. İş üzrə dindirilmiş şahidlərdən heç biri Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər, onlar müstəsna olaraq yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş İmişli RPŞ-nin əməkdaşları Şahid1, Şahid3 və Şahid4 işin hallarına dair ibtidai araşdırma zamanı verdikləri ifadələrini təkrarlayıb idarəyə daxil olmuş əməliyyat məlumatında Məhkum narkotik vasitələrin satışı ilə məşğul ol masını göstərsələr də, həmin şahidlər məhkəmə iclasında verilmiş suallara cavab olaraq Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların əldə edilmədiyini qeyd etmişlər. Bundan başqa ibtidai istintaq zamanı müstəntiq tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq tapşırıq verilsə də, Məhkum gerçəkdən də narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edə biləcək, yəni əməliyyat məlumatının (narkotiklərin satışı ilə məşğul olması hissəsində) doğru olduğunu təsdiq edən materiallar əldə edilməmişdir. Həmçinin "xxxx" MMC-dən daxil olmuş və özündə giriş-çıxış zənglərini, SMS mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı Məhkum istifadəsində olmuş mobil telefon nömrəsin də əhəmiyyətli hallar, o cümlədən narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. Göründüyü kimi, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi kimi faktlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2). Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə və ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən m əhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Odur ki, (Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan cinayət-hüquqi normaların tələbləri və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımın dan Məhkum 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi M.A.Abbasovun kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 mart 2024-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Abbasov Murtuzəli Aydın oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 m art 2024-cü il tarixli, 1(106)-309/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilsin. Cinayət Məcəlləsinin 234.4.3-cü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1164/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1164/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver