Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1165/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbayc an Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən Cəlilov Oruc Yusif oğlu, hakimləri Nuriyev Xamməd Abış oğlu və X5 ibarət tərkibdə) Məhkum, xx xxx 1974-cü il tarixdə Yardımlı rayonunun Zevin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X6 da CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, X6 və Məhkum öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, X6 və Məhkum öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında, məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə etmə, saxlama və daşınması barədə razılaşaraq xx xxxxxxxx 2018-ci il tarixdə cinayətkər qrupun şəxsiyyəti məlum olmayan üzvü tərəfindən külli miqdarda- 4700 qram narkotik vasitə olan heroin və külli miqdarda-1970 qram narkotik vasitə olan tiryəki qrupun digər üzvlərindən təhvil alacaqları yer barədə X11 məlumat aldıqdan sonra həmin gün gecə saat 03 radələrində Məhkum idarə etdiyi VAZ21074 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onlar birlikdə Yardımlı rayonunun Arus kəndinin ərazisinə getmiş və orada Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 13-cü sərhəd zastavasının arxa hüdudunda, Yardımlı rayonunun Arus kəndinin ərazisində qrupun şəxsiyyəti məlum üzvləri ilə görüşərək bir bağlamada, külli miqdarda-4700 qram narkotik vasitə olan heroin və külli miqdarda-1970 qram narkotik vasit ə olan tiryəki qəbul edərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb Məhkum idarə etdiyi VAZ-21074 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla daşıyarkən daxil olmuş məlumat əsasında DSX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində onlar saxlanılmış və avtomaşından onlara məxsus külli miqdarda-4700 qram narkotik vasitə olan heroin və külli miqdarda-1970 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin e dilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun avtomaşınında aşkar olunmuş narkotik vasitə ona məxsus olmamış və X11u onun xahişi ilə narkotik vasitələrin götürüldüyü yerə taksi fəaliyyəti ilə məşğul olduğuna görə aparmışdır. Özünü ona elan olunmuş ittiham üzpə təqsirli bilməyən kassasiya şikayətinin müəllifi bu halların məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd edərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 20 19-cu il tarixli qərarınının ləğv edilməsini və onun haqqında cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətindən göründüyü kimi, o, heç bir cinayət əməli törətmədiyi halda qanunsuz məhkum olunduğunu iddia edərək barəsindəki apellyasiya instansya məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.6-cı maddəsinin tələblərinə görə isə, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək h üququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun və X3 məhkum olunmalarına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkə məsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkc ə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının v ə azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, c inayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərin ə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarix li qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanara q məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış halları deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, X6 və Məhkum öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında, məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə etmə, saxlama və daşınması barədə razılaşaraq xx xxxxxxxx 2018-ci il tarixdə cinayətkər qrupun şəxsiyyəti məl um olmayan üzvü tərəfindən külli miqdarda- 4700 qram narkotik vasitə olan heroin və külli miqdarda-1970 qram narkotik vasitə olan tiryəki qrupun digər üzvlərindən təhvil alacaqları yer barədə X11 məlumat aldıqdan sonra həmin gün gecə saat 03 radələrində Məhkum idarə etdiyi VAZ21074 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onlar birlikdə Yardımlı rayonunun Arus kəndinin ərazisinə getmiş və orada Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 13-cü sərhəd zastavasının arxa hüdudunda, Yardımlı rayonunun Arus kəndinin ərazisində qrupun şəxsiyyəti məlum üzvləri ilə görüşərək bir bağlamada, külli miqdarda-4700 qram narkotik vasitə olan heroin və külli miqdarda-1970 qram narkotik vasitə olan tiryəki qəbul edərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb Məhkum idarə etdiyi VAZ-21074 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla daşımışlar. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslıranda isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmə aktlarında onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olumuş şəxsin, şahidlərin ifadələr inin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaql a bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət veri lməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən ci nayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündə ətraflı şərh edilsə də, məhkəmə kollegiyası onların bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, hazırki iş üzrə məhkum olunmuş X11 ibtidai istintaq zamanı və məh kəmə iclasında göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə onun tanışı, İran İslam Respublikasının vətəndaşı X adlı şəxs onunla telefon əlaqəsi yaradaraq İrandan Azərbayana içərisində narkotik vasitə olan bağlama keçirildiyini bildirib həmin bağlamanın Yardımlı rayonunun Arus kəndinə gedib götürmək lazım olduğunu, onu bir gün saxladıqdan sonra bir nəfərin gəlib həmin bağlamanı götürəcəyini və bunun müqabilində ona 1000 manat məbləğində pul verəcəyini bildirmişdir. Maddi vəziyyəti ağır olduğundan o, Əlinin bu təklifi ilə razılaşmış və sentyabrın 30-na keçən gecə saat 2-3 radələrində taksi fəaliyyəti ilə məşğul olan tanışı Məhkum onu Yardımılının Arus kəndinə aparmağı xahiş etmiş, souncu da bu xahişi yerinə yetirməyə razılıq vermişdir. Yolda o, Məhkum bildirmişdir ki, Arus kəndinin ərazi sində “Qum adası” deyilən yerdə ona narkotik vasitələr olan çanta verməlidilər və həmin çantanı götürüb bir gün özündə saxladıqdan sonra kimsə gəlib onu götüəcək, buna görə də ona 1000 manat məbləğində pul verəcəkdir. Əvvəl Məhkum bunun cinayət olmasını bildirsə də, o, yəni X11 ona cavabında narkotik vasitələrin başqa şəxsə verəcəyini, bu işdə onlarlıq heç bir şey olmadığını, bunun müqabilində isə onlara yaxşı pul veriləcəyini demiş və bundan sonra X hər hansı etirazını bildirməyib idarə etdiyi avtomaşınında onu göstərdiyi yerə aparmışdır. X dediyi yerə çatdıqda Məhkum avtomaşını saxlamış və bu vaxt onlara iki nəfər tanımadığı şəxs yaxınlaşaraq onlardan biri əlində olan torbanı avtomaşının salonuna atmış və həmin şəxslər dərhal həmin yerdən uzaqlaşmış, o, isə X birlikdə yaşadıqları Gendərə kəndi istiqamətində yola düşmüşlər. Yolda onlar Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və X avtomaşınında olan narkotik vasitələr sərhədçilər tərəfindən aşkar edilərək götürülmüşdür. Analoji ifadələri həm ibtidai araşdırma zamanı, həm də işə birinci instansiya məhkəməsində baxılarkən həmçinin Məhkum da vermiş və əlavə olaraq göstərmişdir, X9 rayonunun Arus kəndinə apararkən sonuncu oradan narkotik vasitələr olan bağlama götürəcəklərini bildirmiş, lakin eyni zamanda demişdir ki, bu işin görülməsində heç bir təhlükə yoxdur və narkotik vasitələri bir gündən sonra ğəlib götürəcəklər. Narkotik vasitələr naməlum şəxslər tərəfindən onlara verildikdən sonra şəxsən o, Yardımı Rayon Polis Şöbəsinə gedib bu haqda məlumat vermək niyyətində olmuş, lakin yolda Sərhəd Xidmətinin h ərbi qulluqçuları onları saxlamış və avtomaşınında olan narkotik vasitələr onlar tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkumların hər birisinin ayrı-ayrılıqda verdikləri bu ifadələrin digər sübutlarla birgə təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, X11 və Məhkum narkotik vasitələrin satışı məqsədilə həmin vasitələrin əldə edilib daşınması barədə əvvəlcədən razılığa gəlmiş, bu vaxt Məhkum əvvəl bu əmllərin cinayət olmasını bildirsə də, sonradan X11un dediklərinə əsasən bunun onlar üçün heç bir təhlükə yaratmayacağına inanıb onunla birlikdə narkotik vasitələrin veriləcəyi yerə getməkdən imtina etməmiş və həmin yerə çatdıqda istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən onlara verilmiş külli miqdarda narkotik vasitələri Məhkum idarə etdiyi avtomaşında daşamışlar. Məhkum narkotik vasitələri əldə etdikdən sonra Yardımlı Polis Şöbəsinə getmək niyyətində olması isə nəinki iş üzrə toplanmış və araşdırılmış hər hansı sübutla təsdiq olunmur, əksinə, onun belə bir niyyət izləməsi işin obyektiv halları ilə təkzib edilir. Belə ki, iş materiallarına əsasən, Məhkum X11dan narkotik vasitələr olan bağlamanı götürəcəkləri barədə məlumat aldıqdan sonra əvvəl buna etirazını bildirsə də, faktiki bu etirazına uyğun müvafiq hərəkətlər etmək iqtidarında olsa da, həmin hərəkətlərdən heç birini etməmiş, o cümlədən narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsi, həmin vasitələrin tanımadığı şəxslər tərəfindən Yardımlı ryaonunun Arus kəndi ərazisində onlara veriləcəyi barədə məlumatı hüquq-mühafizə orqanlarına əvvəlcədən verməmişdr. Bütün qeyd olunan hallar məhkəmə kollegyiasına Məh kum tərəfindən onu təqsirli bilindiyi cinayət əməlini törətməsi və onun əməlinin düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Belə nəticə işin faktiki halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixdə qəbul etdiyi Qərardakı tövsiyələrə də əsaslanır. Belə ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ə məllərinin törədilməsinə görə CM-nin 234.2-ci maddəsində, həmin əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədilməsinə görə isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-nin 32.2.-ci maddəsinin tələblərinə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 34.2-ci maddəsində təsbit edilmişdir ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsi n birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrin nəzərəinə çatdırılmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum və onunla birlikdə X11un narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədilə əldə edərək daşımaları həmin vasitələri verməli olan şəxsdən 1000 manat məbləğində pul alacaqları barədə sonuncunun ifadələri ilə, qeyd edilən narkotik vasitələrin külli miqdarda olması isə Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarla və iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə təsdiq olunur. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum kassasiya şikayətinin dəliləri əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1165/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1165/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver