Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1165/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynov) 02 iyun 2023-cü il tarixli 1(101)-350/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1987-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçə kmə müddətinin başlanğıcı 25 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 18 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq yaşadığı ünvana daşımış, 25 iyul 2022-ci il tarixdə saat 09:50-də Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118-də yerləşən Nizami RPİ-nin 23- cü PB-nin inzibati binasına gətirilmiş və orada inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan torbaya bükülmüş 18 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 28 sentyabr 2023-cü il tarixli 1(103)-1519/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 1(101)-350/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərar ının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiə tərəfi isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti verməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Kassator hesab edir ki, istintaq orqanı Məhkum üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsini, onun psixotrop maddənin satışı ilə məşğul olmasına dair tez-tez əməliyyat məlumatının daxil olması barədə şahid ifadələrini, iş üzrə ibtidai istintaq zamanlı toplanmış digər sübutları nəzərə almaqla təqsirləndi rilən şəxsin əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmiş və həmin maddə ilə məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2022-ci il tarixli 6/4095 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Məhkum üzərində bir bükümdə təmiz çəkisi 18 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş metamfetaminin gündəlik ehtiyacın yuxarı həddindən təxminən 120 dəfədən və külli miqdardan 9 dəfədən çox olmuşdur. Narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək üçün həmin psixotrop maddəni alacaq şəxsin qabaqcadan müəyyən edilməsi tələb olunmur. Psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmiş Məhku m istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq psixotrop maddə metamfetaminin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Bundan başqa, məhkəmə kollegiyası 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli hökmünü dəyişdirmədən saxlamaqla Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif etməklə, cinayət qanunu normasını düzgün şərh etməməklə və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə yanaşı, təqsirləndirilən şəxs Məhkum açıq-aşkar ədalətsiz yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçı sının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci mad dəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respu blikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respub likası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Hal hazırda iş üzrə sübutlar əsasında müəyyən edilmiş və kassasiya müraciəti ilə mübahisə edilməyən hallar ondan ibarətdir ki, 25 iyul 2022-ci il tarixdə Məhkum polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan torbaya bükülmüş 18 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadədə g östərmişdir ki, psixotrop maddəni öz şəxsi istifadəsi üçün almışdır. Alınmış metamfetaminin miqdarını onunla izah etmişdir ki, hər dəfə psixotrop maddə metamfetamin alması ona çətinlik yaratdığından birdəfəlik bir neçə qram almaq qərarına gəlmişdir. O, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmur və aldığı metamfetamini satmaq niyyətində olmamışdır. Məhkəmə iclasında isə Məhkum ümumiyyətlə cinayət törətmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. İstintaq orqanı nəticəyə gəlmişdir ki, Məhkum 25 iyul 2022-ci il tarixdə aşkar edilərək götürülmüş 18 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Məhkəmələr isə işə baxarkən nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən 18 qram psixotrop maddə m etamfetaminin əldə edilməsi və saxlanması cinayət işi üzrə sübutlarla təsdiq edilsə də, onun bu əməli psixotrop maddəni satmaq məqsədi ilə törətməsi təsdiq olunmur. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlar Məhkum 18 qram psixotrop maddəni satmaq məqsədini müəyyən etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin miqdarına münasibət bildirərək qeyd edir ki, psixotrop maddənin 18 qram çəkidə olması psixostimulyatorlardan istifadə edən Məhkum həmin maddələri əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hal kimi çıxış edə bilməz. Ona görə də, məhkəmələr düzgün olaraq nəticəyə gəlmişlər ki, məhkumun psixotrop maddəni satmaq niyyətində olmasını müəyyən etm ək üçün psixotrop maddənin miqdarı ilə yanaşı, belə niyyətini təsdiq edən məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, psixotrop maddənin satılmasını hazırlamaq üçün məhkum tərəfindən müəyyən hərəkətlərin edilməsi, onda bunun üçün müvafiq avadanlığın aşkar edilməsi və işin digər halları nəzərə alınmalıdır. 25 iyul 2022-ci ildə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən psixotrop maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də onun tərəfindən psixotrop maddənin xırda bükümlərə ayrılması və ya psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Məhkum barəsində cinayət təqibi başlanan andan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, habelə mə hkəmə icraatı zamanı verdiyi bütün izahat və ifadələrdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Həmçinin məhkumun hər hansı bir şəxslə narkotik vasitənin və psixotrop maddənin satılması barədə razılığa gəlməsi və ya digər bir üsulu ilə buna cəhd etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İşə baxan məhkəmələr Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib nəticəyə gəlmişlər ki, məhkumun 18 qram psixotrop maddəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq e dilmiş, lakin onun həmin maddəni satmaq niyyətində olması işin hallarına uyğun gəlmir və toplanmış sübutlara təsdiq olunmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən ondan aşkar edilmiş 18 qram psixotrop maddəni satmaq məqsədi ilə əldə edilməsi və saxlanması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamışdır. Apellyasiya məhkəməsinin sübutları cinayət-prosessual qanunvericiliyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarına uyğun yoxlamasını və qiymətləndirməsini nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, məhkumun psixotrop maddəni satmaq niyyəti cinayət işində olan sübutlarla təsdiq olunmur. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsi barədə kassasiya protestinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan məhkəmələr isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanm ış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmadığı barədə nəticəyə gəlmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının kassasiya protestində göstərilən dəlillərə görə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protest təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 1(103)-1519/2 023 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 1(103)-1519/2023 nömrəli tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1165/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1165/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver