Məhkəmə qərarları › İş №1(102)-1166/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1166/2019

30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1166/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Mehparə Tofiq qızı Əhmədovanın ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, zərərçəkmiş şəxsin nümayəndəsi X3ün iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 02 aprel 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (hakim E.F.Qurbanov) 1(032)-130/2018 nömrəli 19 dekabr 2018-ci il tarixli hökmü ilə 18 avqust 1983-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə CPM-in 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, o, CM-in 127.1ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə və üzərində 1 (bir) il sınaq müddətinin m üəyyən edilməklə təyin olunmuş cəza şərti hesab edilmişdir. İşin halları: İbtidai istintaq orqanının ittihamına əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 12.10.2017-ci il tarixdə, saat 20 radələrində qeyri-rəsmi münasibətdə olduğu X1 yaşadığı Şirvan şəhəri ərazisində yerləşən fərdi yaşayış evində olarkən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi normalardan kənara çıxan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan, evə gəlmiş X4ün rəsmi arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edib, sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, öz şəxsiyyətini digərlərinin şəxsiyyəti fövqündə qoyaraq ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə, digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək, evdə masanın üzərində olan silah qismində tətbiq edilən su şüşəsini sonuncunun üzərinə atmaqla, fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs yerə yıxıb, başını betona vurmaqla, saçını yolmaqla sonuncuya sağlamlığa zərər vurmayan sol qulaq seyvanında sıyrıq, sol bazuda qançırlar, sol saiddə qançır, üst dodaq və boyunda sıyrıq, sol süd vəzisində qançır, sağ baldırda səthi əzilmiş yara, təpə nahiyəsində topa tük qopması kimi xəsarətlər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid baş beyin silkələnməsi halında qapalı kəllə-b eyin travması, asteno-nevrotik vəziyyət, postravmatik sol tərəfli otit və retinopatiya kimi xəsarətlər, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ körpücük-akrominal çıxıntının qopma xarakterli sınığı kimi xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş və ətrafda olan şəxslərin dincliyini və rahatlığını pozmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs silah kimi tətbiq olunan əşya ilə xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 12.10.2017-ci il tarixdə, saat 20 radələrində qeyri-rəsmi münasibətdə olduğu X1 yaşadığı Şirvan şəhəri ərazisində yerləşən fərdi yaşayış evində olarkən aralarındakı ş əxsi münasibətlərdən yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) 02 aprel 2019cu il tarixli hökmü ilə Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 02 aprel 2019- cu il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi onunla əsaslandırır ki, Şirvan Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qərarı tamamilə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X13 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman onun evində oğlunun şərəfinə ziyafət təşkil olunmuşdur. Ziyafətdə xeyli sayda insanlar iştirak edirdilər. Baş vermiş hadisə, xüsusilə də Məhkum yüksək səslə nalayiq sözlər işlətməsi onun və qonaqların narahatçılığına səbəb olmuş, nəticədə oğlunun şərəfinə təşkil etdiyi ziyafətə gələn insanlar getmək məcburiyyətində qalmış, ziyaf ət dağılmışdır. Bundan başqa, qonşu həyətdə olan dava və səs küy onun xəstə oğlunun narahatçılığına səbəb olmuşdur. Odur ki, o, həyətin ayrıc divarına çıxaraq davaya və nalayiq sözlərə son qoyulmasını tələb etsə də, onun xəbərdalığına məhəl qoymamışlar. İşin hallarından göründüyü kimi, Məhkum xuliqanlıq hərəkətlər, yəni qərəzli olaraq kobud surətdə, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etmişdir. Bundan başqa, cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin ekspertiza şöbəsinin təkrar məhkəmə-tibbi ekspertizasının 22.02.2018-ci il tarixli,T41/2018 saylı rəyində n görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı yüngül və az ağır zərərvurmaya aid edilən müxtəlif bədən xəsarətləri yetirilmişdir. Həmin xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 12.10.2017-ci ilə uyğun gəlir. Cinayət işi materiallarında olan sübutlarla və məhkəmə araşdırmaları ilə tam sübuta yetirilmişdir ki, Zərərçəkmiş şəxs həmin xəsarətləri 12.10.2017-ci il tarixdə baş vermiş hadisə zamanı Məhkum yetirmişdir. Baş vermiş hadisənin bu cür inkişaf etməsi Məhkum cinayətkar əməlinin birbaşa xuliqanlıq niyyəti ilə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər olduğunu bütünlüklə təsdiq edir. Təqsirləndirilən Məhkum törətdiyi əməlinə görə peşman olmadığın ı, zərərçəkmiş şəxslə barışmadığını, barışmaq üçün cəhd etmədiyini, belə bir fikirdə olmadığını, hətta ona 10 il azadlıqdan məhrum etmə cəzası verilərsə belə törətdiyi əməlinə görə Zərərçəkmiş şəxs üzr istəməyəcəyini qəti şəkildə məhkəməyə bildirərək öz hərəkətlərinə bəraət qazandırmışdır. Məhkum şahid X11 sosial şəbəkəsi ilə mesaj yazaraq məhkəmədə onun əleyhinə ifadə vermək üçün məhkəməyə gəlməməsini, əgər gələrsə, onda onun üçün pis nəticələnəcəyi barədə hədələmişdir. Bütün bunlar Məhkum şəxsiyyətini səciyyələndirən hallar kimi qiymətləndirilməklə onun əməlindən peşman olmadığını, ona təyin edilmiş cəzanın onun islah olunması üçün yetərli olmadığını, cinayət qanununun vəzifələrinə və təyin edilmiş cəzanın məqsədinə nail olmaq üçün yetərli olmadığını göstərir. Məhkəmə kollegiyası işin ma teriallarını öyrənib, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayə tinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsinin və CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinin əsassız və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasına görə əməlin həmin maddə ilə tövsif olunması üçün təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq, yəni silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməlidir. Bundan əlavə həmçinin qəsdən sağlamlığa az ağır zərər vurma o vaxt xuliqanlıq niyyəti ilə, yəni CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə az ağır xəsarət yetirmiş olsun. Birinci instansiya məhkəməsi məhkəmə istintaqı aparmaqla müəyyən etmişdir ki, Məhkum 12.10.2017-ci il tarixdə, saat 20 radələrində qeyri-rəsmi münasibətdə olduğu X1 yaşadığı Şirvan şəhəri ərazisində yerləşən fərdi yaşayış evində olarkən aralarındakı şəxsi münasibətlərdən yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Hadisənin məhz birinci instansiyası məhkəməsinin məhkəmə istintaq ı nəticəsində müəyyən edildiyi kimi baş verməsi məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs, şahidlər X6, X7, X4, X8, X9 və digər şahidlərin ifadələri ilə, həmçinin, təsqirləndirilən şəxs Məhkum özünün qismən etirafedici ifadələri ilə, məhkəmə tibbi, məhkəmə trasoloji və məhkəmə bioloji ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq olunmuşdur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlə isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsi ilə məhz ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Bundan başqa, burada təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nət icəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlə r zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası CM-in şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümum qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o c ümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndirilibsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət - xuliqanlıq kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol vermədən, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etmədən, yekun məhkəmə qərarı qəbul edərkən yol verilməz sübutlardan istifadə etmədən, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verərək Məhkum əməlində Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddəl ərinin tərkibinin olmaması barədə nəticəyə gəlmiş və gəldiyi nəticəni qəbil etdiyi hökmdə kifayət qədər əsaslandırmışdır. Odur ki, kasasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Zərərçəkmiş şəxs nümayəndəsinin kassasiya şikayətinin digər dəlili məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasının əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsind ə isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstəri şlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Birinci instansiya məhkəməsi Məhk um məcburi köçkün olmasını, himayəsində 1 nəfər yetkinik yaşına çatmayan uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən təcrid edilmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyyəsinə düzgün əməl etmişlər. Bu baxımdan da, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlilinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə əsas görmür. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, 4 16.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2019-cu il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2019-cu il tarixli Məhkum haqqındakı qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar