Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1166/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.Q.Abdullayev, hakimlər M.V.Məmmədov və C.C.Nəbiyevdən ibarət tərkibdə) xx xxxx 1972-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaql a 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 27 iyun 2020-ci ildən 01 dekabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən haki m R.M.Cəfərov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) 26 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - iki ədəd - bükümdə ayrıayrılıqla təmiz çəkiləri - 9,281 qram və 2,971 qram olmaqla ümumi təmiz çəkisi -12,252 qram olan narkotik vas itə heroini, üç ədəd bükümdə ayrı-ayrılıqda ümumi təmiz çəkiləri 0, 081 qram, 0,05 qram və 1,717 qram olmaqla ümumi təmiz çəkisi 1,848 qram olan psixotrop maddə - metamfetamini və bir ədəd bükümdə təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 1,616 qram metadon həbini əldə edib, üzərində daşımaqla saxlamış, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 27 iyun 2020-ci il tarixdə saat 03 radələrində Lerik rayonu ərazisində yerləşən “Xəzri” istirahət mərkəzində saxlanılarkən qeyd olunan maddələr ondan aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmadan Məhkum cəza təyin edərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmiş, məhkəmələr külli miqdarda - təmiz çəkisi 12,252 qram olan narkotik vasitə heroini, təmiz çəkisi 1,848 qram təşkil edən 3 ədəd metanfitamini, külli miqdarda - təmiz çəkisi 1,616 qram təşkil psixotrop maddə metadon həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıma cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətm iş olduğu cinayət əməlləri başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə əsassız olaraq CM-in 62-ci maddəsini tətbiq edərək yüngüllüyünə görə açıq-aydın ədalətsiz azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, apellyasiya intansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla, onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizliyini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu, ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. İş materiallarından göründüyü kimi, Məhkum əldə edərək üzərində saxladığı və daşıdığı narkotik vasitə külli miqdarda heroin 12,252 qram, metadon 1,616 qram, psixotrop maddə metanfitamin 1,848 qram, olmaqla miqdarları şəxsi istehlak miqdarından dəfələrlə a rtıq olmaqla, yəni külli miqdar təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq üçün dövlət və beynəlxalq səviyyədə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının qəbul edilməsi, ümumilikdə narkomaniyanın geniş yayılmasının aktual problem olması vəziyyətində cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədinə nail olmaq, həm Məhkum, həm də digər şəxslər tərəfindən satış məqsədi ilə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətlərin törədilməsinin qarşısını almaq baxımından, ona azadlıqdan məhrum etmə cəzası nın təyin edilməsinin zəruri olmasına baxmayaraq, məhkəmə, əksinə onun ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, əməlini qismən etiraf etməsini və peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun saymaqda haqlı olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsin də Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum kassasiya protestinin dəlilləri ilə razı olmadığını, cəza təyini zamanı onun barəsində olan müstəsna hallar nəzərə alındığıni bildirib protestin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələl əri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protest ində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya p rotestinin təmin edilməsi, məhkumun isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübu tlar Azərbaycan Respublikası CPM-nin 143146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli q ərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun o lmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Dövlət ittihamçisi kassasiya protestinin əsas dəlili kimi məhkəmələr tərəfindən yuxarıda sadalanan normaların tələblərinin pozulduğuna istinad etməklə, CM-nin 62-ci maddəsinin tətbiqinin qanuna uyğunluğu mübahisələndirmiş və cəza təyini zamanı məhkumun ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, əməlini qismən etiraf etməsini və peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla səhvə yol verdiyini əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası həmin dəlillərə qiymət verərək aşagıdakıları qeyd etməyi məqəsədə müvafiq hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlili yi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cin ayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Cinayət prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halla r cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Konsultativ poliklinika şöbəsi tərəfindən tərtib olunmuş 30 oktyabr 2020-ci il tarixli 2042 nömrəli xəstənin ambulator tibbi kartasından çıxarışdan görünür ki, 1983-cü il təvəllüdlü X6 2 ildir ki, “Dağınıq skleroz, tetraparez, spastik forma, aşağı ətrafların üstünlüyü ilə dayaq, yeriş, tutma funksiyalarının kobud pozulması ilə qeydiyyatdadır. Sima Əkbərova görmə pozğunluğundan əziyyət çəkir, onun ətrafdakıların daimi kömək və qulluğuna ehtiyacı var. İş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Konsultativ poliklinika şöbəsi tərəfindən tərtib olunmuş 29 iyun 2020-ci il tarixli 520 nömrəli xəstənin ambulat or tibbi kartasından çıxarışdan görünür ki, Məhkum “12 barmaq bağırsağın xora xəstəliyi qanaxma ağırlaşması ilə. Bronxial astma infeksion allergik forma, tez-tez boğulma tutmaları” diaqnozlu xəstəlikdən əziyyət çəkir. İş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Konsultativ poliklinika şöbəsi tərəfindən tərtib olunmuş 02 oktyabr 2020-ci il tarixli 8052 nömrəli xəstənin ambulator tibbi kartasından çıxarışdan görünür ki, 1940-cı il təvəllüdlü X2 “Hiporteniya xəstəliyi İİ mərhələ, yüksək risk. Hipertonik kriz keçirilmiş sol tərəfli işemik insultdan sonrakı vəziyyət. Sol tərəfli hər iki ətrafın hemiparezi” diaqnozu ilə qeydiyyatdadır, yuxarı və aşağı ətrafında hissiyyat və hərəkət pozğunluğu var. Hal-hazırda xəstənin vəziyyəti orta ağırdır. İş materiallarınd a olan Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Konsultativ poliklinika şöbəsi tərəfindən tərtib olunmuş 02 oktyabr 2020-ci il tarixli 8051 nömrəli xəstənin ambulator tibbi kartasından çıxarışdan görünür ki, 1950-ci il təvəllüdlü X3 “Onurğanın bel hissəsinin osteoxondrozu və sklet sümüklərinin kobud osteoporozu, hərəkət məhdudluğu” ilə qeydiyyatdadır. Hal-hazırda xəstənin vəziyyəti orta ağırdır. İş materiallarında olan Lənkəran Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının 27 noyabr 2020-ci il 10-49/5-1003 tarixli rəyindən görünür ki, məhkəmənin qərarı əsasında Məhkum Lənkəran şəhəri Vidadi küçəsində yerləşən 21 nömrəli evdə ailə şəraiti komissiya tərəfindən müayinə edilmişdir. Müəyyən olunmuşdur ki, Məhkum arvadı 1983-cü il təvəllüdlü X6 yataq xəstəsidir, düçar olduğu xəstəlik səbəbindən kənar şəxslərin daimi qulluğuna ehtiyacı vardır. Atası 1940-cı il təvəllüdlü X2 yataq xəstəsidir, işemik insultdan əziyyət çəkir, həmçinin anası 1950-ci il təvəllüdlü X3 isə hərəkət məhdudiyyətlidir. Qeyd olunan ailə üzvlərinin sağlamlıq imkanları baxımından daimi qulluğa ehtiyacları olduğu üçün 17 iyun 2011-ci il təvəllüdlü X1 gündəlik tələbatlarının və məişət qayğılarının ödənilməsində iştirakları imkan xaricindədir. Azyaşlının məişət qayğaları, tərbiyəsi və təhsilinin inkişafı atası Məhkum tərəfindən həyata keçirilir. İş materialarındakı müvafiq arayışlara əsasən X1 ailəsinə yeganə qazanc gətirən şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum olunmaması təsdiq olunur. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, m əhkəmələr məhkuma cəza təyini zamanı sübutlar əsasında müəyyən olunmuş cəzanı yüngülləşdirən hallara (CM-nin 59.1 və 59.2-ci maddəsinə uyğun) istinad etmişlər. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlindən səmimi peşmançılıq çəkməsinin cəzanı yüngülləşdirən hal kimi məhkəmənin düzgün nəzərə alınmadığını qənaətinə gələrək bunu CM-nin 72.1-ci maddəsinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Əvvəla dövlət ittihamçısı CM-nin 72-ci maddəsinə istinad edərkən nəzərdən qaçırmışdır ki, CM-nin 72-ci maddəsi cinayət məsuliyyətindən azad etmənin əsaslarını müəyyən edir ki, baxılan iş üzrə məhkum cinayət məsuliiyətindən azad edilməmiş, barəsində ittiham hökmü çıxarılaraq müvafiq cəza təyin edilmişdir. Bundan əlavə cinayət qanunvericiliyi analogiyaya yol vermir, Cinayət Məcəlləsinin 7 2-ci maddəsi isə cinayət məsuliyyətindən azad etmənin əsaslarından birini özündə ehtiva edir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə baxışlarında məhkum edilmiş şəxs özünü ona ittiham olunan cinayət əməlinin törətməsində təqsirli bildiyini və əməlindən peşimanlıq hissi keçirdiyini bildirmişdir. “Məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşimançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Belə olduğu halda CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hala istinad olunmasının CM-nin 72-ci maddəsinə istinadən şübhə altına alınması yol verilməzdir. Protestdə göstərilmişdir ki, “apellyasiya intansiyası məhkəməsi öz qərarında təqsirləndirilən şəxsin i lk dəfə məhkum olunmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda səhvə yol vermiş, belə ki, Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərədə tutulmuşdur”. Kassasiya məhkəmə kollegiyası qeyd edilən dəlili eyni ilə yuxarıda qeyd edildiyi kimi qeyri-qanuni və əsassız hesab edir. Belə ki, apellyasiya məhkəmə kollegiyası Məhkum ilk məhkumluğunu Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə istinadən yox CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu m addəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Dövlət ittihamçısı kassasiya protestində həmçinin Məhkum barəsində olan yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusu istinad etməklə əsassız olaraq məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edildiyi iddia olunmuşdur. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə aza ltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şərainə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində azyaşlı uşağın olması, dağınıq skleroz, tetraparez, spastik forma, aşağı ətrafların üstünlüyü ilə dayaq, yeriş funksiyalarının kobud pozulması, görmə pozğunluğu xəstəliklərindən əziyyət çəkməklə xəstə olan arvadının, “Hiporteniya xəstəliyi İİ mərhələ, yüksək risk. Hipertonik kriz keçirilmiş sol tərəfli işemik insultdan sonrakı vəziyyət. Sol tərəfli hər iki ətrafın hemiparezi” diaqnozu xəstəlikd ən əziyyət çəkməklə yataq xəstəsi olan 80 yaşlı atasının və “Onurğanın bel hissəsinin osteoxondrozu və sklet sümüklərinin kobud osteoporozu, hərəkət məhdudluğu” xəstəliklərindən əziyyət çəkən 70 yaşlı anasının olmasını, uşaq istisna olmaqla hər üç ailə üzvünün kənar şəxslərin daimi qulluğuna ehtiyaclarının olmasını, ailə üzvlərinin bütün gündəlik qayğılarının onun tərəfindən həyata keçirilməsini və onların nizamlı həyat sürməsində - müstəsna rolunu, arvadının düçar olduğu geridönməz xəstəliyi nəticəsində uşağının ana qayğısından (gündəlik tələbat və məişət qayğılarının ödənilməsindən) tamamilə kənarda qalmasını, azyaşlı övladının məişət qayğılarının, tərbiyəsinin və təhsilinin inkişafının bilvasitə ondan asılı olması və həmin işlərin icrasında müstəsna rolunu, ana qayğısı məhdud olan azy aşlı uşağının ona bağlılığını, özünün “12 barmaq bağırsağın xora xəstəliyi qanaxma ağırlaşması ilə. Bronxial astma infeksion allergik forma, tez-tez boğulma tutmaları” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini və müntəzəm müalicə kursu keçməsini, ailəsinə yeganə qazanc çətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, əməlini qismən etiraf etməsini və peşiman olmasını), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bundan əlavə dövlət ittihamçısı kassasiya protestində çox saylı dəlillərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mübarizəni önə çəkərək sanki məhkəmələri də bu mübarizədə iştirak etməyə dəvət edir. Bununla əlaqədar məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanun normalarının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 8, 9, 41, 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İttiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ o lduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və yəqin ki, bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdır. CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1166/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1166/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver