Məhkəmə qərarları › İş №1(102)-1166/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1166/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1166/2022 07.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2021-ci il tarixli, 1(104)-110/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1980-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamışdır. 2. 11 aprel 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 75.102 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 50,120 qram çəkidə kust ar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, ümumi təmiz çəkisi 1.475 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin, külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” İİ siyahısına daxil edilən, təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən zavod üsulu ilə qablaşdırılmış, üzərində “Metadone 40” yazılmış 5 ədəd konvalyutda cəmi 45 ədəd narkotik vasitə metadon dərman preparatının, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən, təsiredici maddəsinin ümumi miqdarı 1,73 qram təşkil edən 09 ədəd üzərində “DK” yazısı olan qəhvəyi rəngli, 4 ədəd yaşıl rəngli və 3 ədəd çəhrayı rəngli, kustar üsulla hazırlanmış metilen dioksid metamfetamin tərkibli MDMA t abletlərinin, ümumi təmiz çəkisi 7.127 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə tanışı, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “İlhamə” adlı şəxslə cinayətkar razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, öz istifadəsində olan “Bakcell” mobil operatoruna məxsus +**********14 saylı nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə “İlhamə” adlı şəxsin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus +**********04 saylı nömrə ilə naməlum tarixdə və vaxtda əlaqə saxlayarkən “İlhamə” adlı şəxsin naməlum vaxtda, yerdə və şəraitdə əldə etdiyi külli miqdarda n arkotik vasitələri və psixotrop maddələri 2500 (iki min beş yüz) manata satıb həmin puldan 2000 (iki min) manatını sonuncuya göndərməsi və qalan 500 (beş yüz) manat pulu qazanc kimi əldə edəcəyi müqabilində onun bildirdiyi yerdən götürüb deyəcəyi şəxsə təhvil vermək barədə təklifi ilə razılaşmış, naməlum tarixdə və vaxtda Məhkum “İlhamə” adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayarkən sonuncunun verdiyi məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan yerdə gizlədilmiş narkotik vasitələri və psixotrop maddələri götürüb əldə etməklə özünə məxsus olan qara rəngli əl çantasına qoyub faktiki yaşadığı ünvan 1-də yerləşən evinə qanunsuz daşıyaraq həmin evin qonaq otağında olan şkafın içərisində gizlətməklə saxlamış, Məhkum nark otik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən 26 oktyabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 13:20-də ünvan 2 ünvanında yaşadığı evin qarşısında saxlanılaraq özünün icazəsi və iştirakı ilə yaşadığı evə baxış keçirilərkən, evin qonaq otağında olan şkafın içərisindən çıxarıb təqdim etdiyi qara rəngli əl çantasından onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı dörd ədəd polietilen bükümdə, ümumi təmiz çəkisi 3.061 qram və bir ədəd polietilen bükümdə, təmiz çəkisi 72.041 qram qəhvəyimtil rəngli, tiryəkdən kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan ümumi təmiz çəkisi 75.102 qram narkotik vasitə heroin, bir ədəd, üzərində “Nivea” yazısı olan əl kremi qabının içərisində, polietilen kəsiyi bükümündə, təmiz çəkisi 50.120 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin, üç ədəd şəffaf polietilen bükümdə, xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olan ümumi təmiz çəkisi 1.475 qram tünd qəhvəyi rəngli, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən, üzərində “Metadone 40” yazılmış 5 ədəd konvalyutda cəmi 45 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon dərman preparatı, təsiredici madd əsinin ümumi miqdarı 1.73 qram təşkil edən, 09 ədəd üzərində “DK” yazısı olan qəhvəyi rəngli, 4 ədəd yaşıl rəngli və 3 ədəd çəhrayı rəngli kustar üsulla hazırlanmış metilen dioksid metamfetamin tərkibli MDMA tabletləri və həmin çantanın içərisindən bir ədəd kağız paketdə bir ədəd salfet kağıza bükülmüş, içərisində təmiz çəkisi 7.127 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 1(100)144/2020 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 26 okty abr 2019-cu il tarixdən hesablanması hökm edilmiş, hökmdə həmçinin iş üzrə maddi sübutlar, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum apelyasiya şikayəti verib, məhkəmənin çıxardığı hökmlə razı olmadığını bildirmiş və işinə yenidən baxılmasını xahiş etmişdir.

6. Hökmdən həmçinin Məhkum müdafiəçisi apelyasiya şikayəti verib, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2021-ci il tarixli, 1(104)-110/2021 nömrəli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. X4 Məhkəməsinin Cinayət ko llegiyasının 30 mart 2021-ci il tarixli, 1(104)110/2021 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanı mübahisələndirmişdir. Məhkəmə kollegiyasından onun ilk məhkumluğunu, səmimi peşmançılığını, azyaşlı övladının himayəsiz qalmasını, maddi və mənəvi durumunun ağır olmasını, ana qayğısına, köməyinə ehtiyac duymasını nəzərə alaraq cəzasının qismən yüngülləşdirilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “A zərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın b aş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş edərək, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2021-ci il tarixli, 1(104)-110/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə mə suliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xa rakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfində n yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə u yğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

22. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Belə ki, məhkəmələr Məhkum cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Res publikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uy ğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2021-ci il tarixli, 1(104)-110/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2021-ci il tarixli, 1(104)-110/2021 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar