Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1166/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəf indən verilmiş kassasiya protestinə, məhkum Qasımlı Heydər Müslüm oğlunun müdafiəçisi Qasımov Zaur Ərəstun oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə) 11 oktyabr 2022-ci il tarixli, 1(099)-541/2022 nömrəli hökmü ilə Qasımlı Heydər Müslüm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, cəzaçəkmə müddətinin əvvəlinin 29 yanvar 2022-c i il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 27 dekabr 2022-ci il tarixli, 1(106)-973/2022 saylı qərarı ilə dövlət ittihamçısı Safərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Qasımlı Heydər Müslüm oğlu və onun müdafiəçisi Qasımov Zaur Ərəstun oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Qasımlı Heydər Müslüm oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsi nə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 1(099)-541/2022 nömrəli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı Ramin Almazov kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(106)-973/2022 saylı qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi, məhkumun müdafiəçisi Zaur Qasımov kassasiya verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(106)-973/2022 saylı qərarının cəzanın yüngülləşdirilməsinə münasubətdə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəməsinin Cinayət kollegiyasına daxil olmuş iş materiallarından görün ür ki, cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu iştirak etmiş, göstərilən məhkəmənin qərarıından kassasiya protesti isə dövlət ittihamçısı Ramin Almazov tərəfindən verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 409.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissəsindən kassasiya protesti vermək hüququna malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzun sürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda hökmdən kassasiya protesti vermək hüququna Azərbaycan Respublikası nın Baş prokuroru, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə, kassasiya protesti vermək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 392.2-ci maddəsinin tələblərinin ziddinə baxıldığı halda kassasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini malikdir. CPM-in şərh edilən maddəsi kassasiya protesti vermək hüququ olan şəxslərin dairəsini, habelə kassasiya tələbinin hüdudlarını müəyyən etmişdir. Kassasiya protestini vermək hüququna onun məhkəmə tərəfindən nə zərə alınmamış nəticə və təkliflərinə dair hissəsindən apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı, üzürlü səbəblər və hallar olduqda isə Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini malikdir. Hazırki cinayət işi üzrə kassasiya protesti vermiş dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etməmiş, yəni kassasiya protesti vermək hüququna malik deyildir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-in 415.1-ci maddəsinə əsasən apellyasiya instan siyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini (415.1.1-ci maddəsinə əsasən həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda) baxılmamış saxlamaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət ü zrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya protesti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cinayət işi məhkəmə baxışından çıxarılsın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinin mümkünlüyünə baxılması üçün cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə gaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1166/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1166/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver