Məhkəmə qərarları › İş №1(102)-1166/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1166/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1166/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə) 7 mart 2023-cü il tarixli hökmü ilə l. xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış ünvan 1-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəl əri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 3 may 2022-ci il tarixdən hesablanaraq barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı1 imtinası qəbul edilmiş və Məhkum həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınmışdı r. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Emin Əlixan oğlu Mehdiyev sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimovdan və Fərid İlham oğlu Əyyubovdan ibarət tərkibdə) 11 yanvar 2024-cü il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, “Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla ümumilikdə külli miqdarda 5005 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd sellefon bağlamada külli miqdarda 1105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükü mdə külli miqdarda 1055 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi” qeyd olunan epizod üzrə ittiham maddi və prosessual hüquq normalarının pozulması ilə irəli sürüldüyündən həmin epizod verilmiş ittihamdan xaric edilmiş və Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən müəyyən olunmuşdur ki, Məhkum cinayət haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2 may 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Masazır gölünün yanında taksi fəaliyyəti ilə məşğul olan və Məhkum cinayətkar fəaliyyətindən məlumatı olmayan qohumu Şahid5 idarə etdiyi “Daewoo Nexia” m arkalı, **-DH-*** qeydiyyat nişanlı avtomobili ilə içərisində külli miqdarda 5065,249 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1105 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda 1055 qram çəkidə psixotrop maddə olan metamfetamin olan qara torbanı əldə edərək, əldə etdiyi narkotik vasitə külli miqdarda 60,249 qram hissəsini bölüb 01 ədəd bükümdə üzərində, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini isə törədilən əməl barədə məlumatı olmayan Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 3 may 2022-ci il tarixdə saat 0 0:50-də Şahid5 tərəfindən idarə edilən “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X10 küçəsi döngə 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 02:45-dən etibarən Məhkum üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 60,249 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə 03:35-dən etibarən törədilən əməl barədə məlumatı olmayan Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı sağ ön oturacağın alt hissəsindən Məhkum məxsus 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla ümumilikdə külli miqdarda 5005 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellefon bağlamada külli miqdarda 1105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda 1055 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələrdə tədqiq edilmiş hər bir sübut növünə ayrıca yanaşdıqda təqsirləndirilən səxsin masından aşkar edilmiş maddələrin ona aid olması barədə ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrin, səxsi axtarış və götürmə, nəqliyyat vasitəsinə baxıs və götürmə protokollarının, onların əks olunduğu video görün tülərin və şahid ifadələrinin mötəbərliyinin apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı əsaslarla təkzib edilməsi ittiham tərəfinə avdın olmamışdır. Əgər, məhkəmə qeyd etdiyi sübutların CPM-in 125.2-ci maddəsində təsbit edilmiş mümkünlük şərtlərinin pozulması, təqsirləndirilən şəxsə aid hissədə isə həmçinin, zorakılıq, hədə-qorxu gəlmək və s. yollarla əldə edildiyini iddia edirsə təbii olaraq bu halların da ağlabatan əsaslandırması olmalıdır. İşdən aşkar görünür ki, məhkəmə tərəfindən ibtidai araşdırma zamanı əməli törətmiş şəxsə qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməməsinə, yaxud CPM-in 125.2-ci maddəsinin başqa tələblərinin pozulmasına dəlalət edən halların olmamasına baxmayaraq, təqsirləndirilən şəxsin istintaqdakı ifadələrinin və digər sübutların mötəbərliyi qəra rda heç bir qanuni və əsaslı izahla inkar edilməmiş, ümumiyyətlə, nəqliyyat vasitəsindən aşkar edilmiş cəm halında 7 kiloqramdan çox narkotik vasitələrin və psixotrop maddənin R.Abuzərliyə məxsusluğunu təsdiqləyən, onun özünün etiraf ifadələri, şahid ifadələri və digər sübutların müqayisəli dəyərləndirilməsi aparılmamışdır. Məhkəmə qərarında aydınlaşdırmır ki, mübahisələndirilən epizodda aşkar edilmiş maddələr həqiqətən Məhkum aid deyildisə nə üçün o, yolda polis əməkdaşları tərəfindən saxlanılacağını bildikdə, Şahid5 maşını saxlamamasını və tez sürməsini tələb etmişdir. Ən əsası, apellyasiya məhkəməsi xaric etdiyi epizod üzrə ittihamın maddi və prosessual hüquq normalarının pozulması nəticəsində irəli sürülməsini qərarda (qeyd etsə də, bu yanaşması yalnız ümumi sözlərdən ibarət olmuş, qər arda aparılmış hansı istintaq hərəkətinin cinayət və cinayət- prosessual qanunvericiliyin hansı maddi və prosessual normalarını pozması heç bir formada əsaslandırılmamışdır. Hər bir ittiham sübutunun, xüsusən ilkin sənədləşdirmənin sübutların mümkünlüyü şərtlərinin pozulması nəticəsində əldə olunması iş materialları ilə təsdiq edilməmişdir. Bundan başqa, işin halları detallı təhlil edildikdə və tədqiq olunmuş sübutlara diqqət yetirildikdə, məhkəmənin Məhkum eyni əməlinin tərkib hissələri üzrə fərqli qiymətləndirmə aparması da anlaşılmaz qalmışdır. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən Məhkum üzərindən aşkar edilmiş 60,249 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ona məxsusluğunu qəbul etdiyi və şəxsi buna görə təqsirli bilib cəzalandırdığı halda, digər tərəfdən xar ici əlamətlərinə və kimyəvi komponentlərinə görə üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan, yəni nəqliyyat vasitəsində qalıq qalmış 5065,249 qram heroinin ona aid olmamasını qəbul edərkən həm məntiqsiz, həm də qanunsuz nəticəyə gəlmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə Məhkum təqsirli bilən və bu hissədə onun əməlində qabaqcadan əlbirlik əlamətinin olmasını qəbul edən məhkəmənin şəxsin həmin narkotik vasitəni hardan əldə etməsini nəyə görə məhz onu bu hissədə CMin 234.4.1-ci maddəsi ilə də təqsirli bilməsini qərarında hər hansı şəkildə əsaslandıra bilməmişdir. Kustar üsulla hazırlanmış narkotik vasitələrin eyni tərkibdə olması onların vahid tamı təşkil etməsinin birbaşa sübutudur və uzun illər ərzində aparılmış tədqiqatlar fərqli yanaşmanı tamamilə inkar ed ərək (tədqiqatlar göstərir ki, bir tamın tərkib hissəsi kimi müəyyənləşdirilmiş ayrı bükümlərdəki narkotik vasitələrin fərqli vahidlərə aid olması mümkünsüzdür.) bu halın əksinin reallıqda mümkün olmadığını təsdiqləmişdir. Ona görə də, məhkəmənin belə yanaşması həqiqətdən uzaqdır və hüquqi tərəfdən, ya bütünlüklə aşkar edilmiş vasitələr (üzərindən və nəqliyyat vasitəsindən) R.Abuzərliyə məxsus, yaxud da hamısı ona aid olmamış kimi qiymətləndirilməli idi və rəyə əsasən burada orta nöqtə "yəni, yarısı aiddir, yarısı yox" kimi nəticə ola bilməzdi. Məhkəmənin özünün şərh etdiyi hallarla ziddiyyət doğuran nəticəsinə məntiqi yanaşıldığı halda (polislər tərəfindən nəqliyyat vasitəsinə külli miqdarda narkotik və psixotrop maddələr qoyulmuşdursa) polis əməkdaşları tərəfindən ilk növbədə, həmin maşı na aidiyyəti olmayan Məhkum deyil, maşına faktiki sahiblik etmiş və onu idarə etmiş Şahid5 məsuliyyətə cəlb edilməli idi. Lakin iş materialları göstərir ki, həmin xüsusatlar hərtərəfli araşdırıldıqdan və hər iki şəxsin ifadələri alındıqdan sonra istintaq orqanı düzgün qiymətləndirmə aparaq məsələdən xəbəri olmayan Şahid5 məsuliyyətdən azad etmişdir. Beləliklə, bu halları hazırki işdə nəzərə aldıqda aşkar məlum olur ki, nəqliyyat vasitəsinin qəza keçirməsi və müəyyən müddət polisin nəzarəti altında qalması hətta real qəbul olunsa belə, nə bu hallar, nə də hansısa polis əməkdaşının tədbirdən il yarımdan çox müddət keçdikdən sonra hansısa detalı apellyasiya baxışında dəqiq xatırlamaması (məsələn, narkotiklərin maşının ön sərnişin oturacağının üstündən, yoxsa altından çıxmasını unutması, qəz a məsələsi və s.) nəqliyyat vasitəsindən aşkar edilmiş maddələrə münasibətdə Məhkum verilmiş ittihamın doğruluğunu təkzib etməyə yetərli deyil. Ona görə ki, Məhkum həqiqətən İranlıdan narkotik götürüb maşına qoyması barədə özünün ibtidai istintaq mərhələsində verdiyi tam, birinci instansiya məhkəməsində isə qismən etiraf ifadələri, şəxsi axtarış və götürmə, nəqliyyat vasitəsinə baxış və götürmə protokolları, onların əks olunduğu video görüntülər, Şahid5 ibtidai istintaq zamanı verdiyi və demək olar ki, maşından aşkar edilmiş maddələrin Məhkum aid olmasını apellyasiya baxışında da təkrarladığı ifadələr, digər şahidlərin ifadələri, Məhkum üzərindən və nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması barədə ekspertiza rəyi, həmçinin, ona məxsus telefon nömrəsindən əldə edilmiş məlumatlar, həmin məlumatlarda onun narkotik vasitə psixotrop maddələrin satışına aid digər şəxslərlə danışıqlar aparması verilmiş ittihamın düzgün həllinə kifayət edən və onun doğruluğunu bütünlüklə təsdiqləyən dəlillər olmuşdur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiva instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı ittiham tərəfindən iş üzrə sübutların prosessual pozuntularla və qanunvericiliyin tələblər inn kobud səkildə pozulması ilə əldə edildiyi müəyyən edilməsinə baxmayaraq məhkəmə təkrarən təqsirləndirilən səxs barəsində ittiham hökmü çıxarmış, əsaslı apellyasiya şikayətini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı Məhkum saxlanıldığı avtomobilin təqib zamanı qəzaya düşərək yararsız vəziyyətə düşməsi, avtomobildə və şəxsin üzərində dərhal protokoldan kənar axtarışın aparıldığı, bundan sonra polis əməkdaşları tərəfindən müvafiq idarəyə aparıldığı müəyyən edilmişdir. DlN-in Baş İdarəsinə gətirildikdən sonra Məhkum üzərinə istintaq hərəkəti protokollarına əsasən saat 02:45-də (00:50 saxlanılma vaxtı) saxlanıldıqdan 2 saat sonra şəxsi axtarış keçirilmiş və 60,249 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin tarixdə saat 03:35-dən etibarən, artıq 3 saat polis əməkdaşlarının faktiki sahibliyində olan “Daewoo Nexıa” **-DH-*** qeydiyyat nişanlı avtomobilə DİN-in baş İdarəsinin həyətində baxış keçirilmiş, sağ ön oturacağın alt hissəsindən çəkisi 7,7 kq olan külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Məhkum üzərinə baxış saxlanıldıqdan 2 saat sonra keçirilmişdir. Qeyd olunan müddət kifayət qədər çoxdur və Avropa Məhkəməsinin hazırki mövqeyinə əsasən şəxsin üzərinə narkotik vasitənin qoyulması ehtimalını artırır və sübutun mötəbərliyini şübhə altına alır. “Daewoo Nexıa” **-DH-*** qeydiyyat nişanlı avtomobildə axtarış nəqliyyat vasitəsi polis əməkdaşlarının istifadəsində olduqdan 3 saat sonra keçirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntülərdən məlum olmuşdur ki, ümumiyyətlə baxış za manı avtomobil tam olaraq videoya çəkilməmiş, bütün hissələr axtarılmamışdır. Avtomobilin tam olaraq çəkilməməsinin səbəbi ön hissəsinin qəzalı vəziyyətinin gizlədilməsinə xidmət etmiş, bütün saxlanc yerlərinin axtarılmamasının səbəbi isə narkotik vasitələrin «qoyulduğu» yerin dəqiq bilinməsi olmuşdur. Nəqliyyat vasitəsinə keçirilmiş baxış protokolunda çəkisi 7,7 kq narkotik vasitələrin “Daewoo Nexıa" **-DH-*** qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağın altından aşkar olunaraq Abuzərov tərəfindən təqdim edildiyi qeyd olunsa da, video görüntülərdə qeyd olunan məqam öz təsdiqini tapmır. Video görüntüdə Məhkum avtomobilin ön sağ qapısını açaraq əli ilə oturacağın üzərindən çəkisi kifayət qədər böyük olan 7,7 kq narkotik vasitəni təqdim edir. Baxış protokolu və videogörüntünün ziddiyyət təşkil etməsi, narkotik vasitələrin qeyd edildiyi kimi oturacağın altından yox, üzərindən aşkar edilməsi, həmçinin ümumiyyətlə oturacağın altında o həcmdə və böyüklükdə narkotik vasitənin yerləşməsinin qeyri mümkünlüyü təkcə qeyd olunan istintaq hərəkətinin deyil, bütün əməliyyat tədbirinin nəticələrinin mötəbərliyini şübhə altına alır. Apellyasiya instansiyası məhkəməsi avtomobildən aşkar edilmiş narkotik vasitələri ittihamdan xaric etsə də, nədənsə eyni tərkibdən olan şəxsi axtarış zamanı daha əvvəl analoji prosessual pozuntularla götürülmüş narkotik vasitələrin əldə edilməsini qanuni hesab etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şəxslərin saxlanılma anından etibarən əməliyyat tədbirinin həqiqətdə baş verdiyi kimi rəsmiləşdirilmədiyi, avtomobilin qəzaya düş məsinin, Abuzərovun hadisə yerindən yayınmasının, yaşadığı mənzildə qeyri rəsmi axtarış aparılmasının gizlədilməsi belə qənatə gəlməyə əsas verir. Həmçinin nəzərə alınmalıdır ki, Abuzərovun üzərində şəxsi axtarış saxlanılmasından 2 saat sonra aparılmış, bundan başqa üzərindən aşkar edilmiş 60,249 qram narkotik vasitə heroin avtomobildən aşkar edilmiş 5005 qram çəkidə narkotik vasitə heroinlə eyni tərkibli olmuşdur. Təbii ki, 5005 qram heroin ittihamdan xaric edildiyi halda analoji prosessual pozuntularla aşkar edilmiş 60,249 qram heroin də məntiqə uyğun şəkildə xaric edilməli idi. Ümumiyyətlə şəxsin böyük bir bağlamada çəkisi 7,7 kq narkotik vasitə əldə etməsi ilə eyni vaxtda qısa zaman kəsiyi ərzində həmin vasitədən 60,249 qramını ayıraraq cibində gəzdirməsinin heç bir məntiqi izahı ola b ilməz. Əgər 7,7 kq narkotik vasitə Abuzərova məxsus olmuşdursa, təbii ki, o özü üçün lazım olan narkotik vasitəni sonradan rahat şəkildə götürər, polis əməkdaşları tərəfindən təqib olunan vaxt bunu etməzdi. Həmçinin avtomobil qəzaya düşməsindən sonra hadisə yerindən aralıda olarkən rahat şəkildə narkotik vasitəni atardı. Qeyd olunanlar 60,249 qram narkotik vasitənin də 7,7 kq kimi şəxsin üzərinə «qoyulduğunu» bir daha təsdiq edir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi şəxsə əsassız olaraq verilmiş «qabaqcadan əlbir olan bir qrup şəxs» ittihamına düzgün hüquqi qiymət verməyərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, ibtidai istintaq zamanı Abuzərova şəxsiyyəti qeyri müəyyən olan bir şəxslə əlbirlik ittihamı verilmişdir. Bu formada ittihamın verilməsi üçün b irinci növbədə əlbir olan şəxsin şəxsiyyəti, yəni anket məlumatları dəqiq bilinməli, sonra isə onunla əlbir şəkildə narkotik vasitələrin satışı ilə məşğul olması mötəbər sübutlarla təsdiq edilməli idi. Bu mövqe Konstitusiya Məhkəməsinin, həmçinin Ali Məhkəməsinin hazırki hüquqi mövqeyinə ziddir. Apellyasiva instansiya məhkəməsi isə tədqiq olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, onları təhlil etməmiş, bir-biri ilə müqayisə etməmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə qanunsuz, əsassız və ədalətsiz hökm çıxarmışdır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəs ində ittiham edildiyi maddələr üzrə bəraət hökmü çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassa siya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məs ələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Məhkum verilmiş ittihamdan Şahid5 idarə etdiyi "Daewoo Nexia” markalı, **-DH-*** qeydi yyat nişanlı avtomobildə 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə külli miqdarda 5005 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellefon bağlamada külli miqdarda 1105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda 1055 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi” epizodunun xaric edilməsi, kassasiya şikayətində isə məhkumun əsassız məhkum edilməsi, ona bəraət verilməli olduğu iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkə mə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarınİn qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu m ənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməsi ilə bağlı mövqeyini əsaslı sayır, lakin göstərilən məhkəmə tərəfindən irəli sürülmüş ittihamdan nəqliyyat vasitəsində aşkar edilən narkotik vasitənin aşkar edilməsi epizodunun xaric edilməsinə dair mövqeyinə münasibətdə aşağ ıdakıları bildirir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə edirdi. Həmin narkotiki son zamanlar iranlı Siruzdan əldə etmişdir. X12 dəmiryolunda işlədiyi vaxtdan tanımışdır. Əvvəllər Bakı şəhərində marixuananı Siruzdan pul ödəməklə əlbəəl əldə etmişdir. Sonuncu dəfə isə Siruzla razılaşmışdır ki, ondan 300 qram marixuananı şəxsi istifadəsi üçün alacaqdır. 02 may 2022-ci il tarixdə Siruz onunla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb malın artıq ölkə ərazisində Abşeron rayonu ərazisində olmasını söyləyib ondan zəng gözləməyini, dediyi halda bir avtomobil tapıb təcili gedib ma lı götürməyini söyləmişdir. Həmin gün saat 23 radələrində Siruz ona Masazır gölünün yanındakı yolda darvazanın yanına qara torba qoyacaq, onu gedib götürməsini bildirmişdir. Əmisi oğlu Şahid5 taksi fəaliyyəti ilə məşğul olduğu üçün onunla əlaqə saxlayıb bir nəfər tanışından bağlama götürməli olduğunu və onu Masazır gölünün yanına aparmasını xahiş etmişdir. Şahid5 də idarə etdiyi Daewoo markalı ** DH *** qeydiyyat nişanlı avtomobil ilə onu qeyd olunan ünvana aparmışdır. Əmisi oğluna oraya nə məqsədi ilə getdiyini və nə götürəcəyini deməmişdir. Orada Siruzla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb malın yerini dəqiqləşdirmişdir. 1 saat orada qaldıqdan sonra Siruz ona malın yerini bildirmişdir. O, əmisi oğlu Eminə tanışının gələcəyini və onunla görüşüb bağlamanı götürəcəyini yalan dediyi ndən həmin ərazidə bir nəfər şəxsin getdiyini görüb tanışının o şəxs olmasını demiş və ona avtomobili üzü şəhərə tərəf saxlamasını, özü isə həmin şəxslə görüşüb gələcəyini demişdir. O, avtomobildən düşüb həmin şəxs tərəfə getmişdir. Emin isə avtomobili döndərib yolun əksi istiqamətində durmuşdur. Siruzun ona bildirdiyi yerdən 01 ədəd bağlamanı götürmüş, həmin bağlama ilə maşına qayıdaraq oturacağın altına qoymuşdur. Oradan üzü şəhər istiqamətində sürdüyü zaman görmüşdür ki, arxadan onların maşınını 3 ədəd «sedan» tipli maşınlar təqib edir. Həmin maşınların üzərində polisə aid olmalarına dair heç bir işarə olmamışdır. Emin qorxusundan maşını yolun kənarındakı marketin soyuducusuna çırpmışdır. O, dərhal maşından düşüb qara torbanı ondan 2-3 metr aralıda dayanmış cipin altına ataraq qaçmağa ç alışmış, lakin bunun mənasız olmasını anlayaraq onu təqib edən polis əməkdaşlarına təslim olmuşdur. Həmin əməkdaşlar mülki geyimdə olsa da onların polis olmasını hərəkətlərindən anlamışdır. Polislərlə birlikdə Eminin maşınının dayandığı yerə gəlmiş və görmüşdür ki, Emin maşında sükan arxasında oturmuşdur. Onun digər maşının altına atdığı qara torbanı isə polislər aşkar edərək götürmüşlər. Bundan sonra onu, Emini maşını ilə birlikdə polisə aparmışlar. Orada onun üzərinə baxış keçirmişlər, lakin onun üzərindən heç nə aşkar edilməmişdir. Bundan sonra Eminin polisin həyətində dayanmış maşınına baxış keçirərək qara torbanı maşından aşkar edib içindən ayrı-ayrı heroinə, marixuanaya və metamfetaminə bənzər maddələri aşkar etmişlər. Həmin maddələr ona məxsusdur, yəni Siruzun göndərdiyi maddələrdir. Lakin o, Siruzdan 300 qram marixuana sifariş verdiyi halda sonuncu özbaşına olaraq külli miqdarda heroin və metamfetamin göndərmiş, marixuananın da həcmi istədiyi 300 qramdan xeyli artıq olmuşdur. Ona saxlanılan zaman, üzərinə və maşına baxış keçirilən zaman heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Həmçinin polis əməkdaşları qohumu Eminin günahsız olmasını müəyyən etdikdən sonra onu azad etmiş, onu isə müdafiəçi dəvət edərək şübhəli şəxs qismində tutmuşlar. İbtidai istintaq zamanı üzərinə baxış keçirilməmişdən əvvəl təhqiqatçı Nizami Omarov onun şalvarının cibinə bir büküm heroin qoymuş, ona belə izah etmişdir ki, qayda belədir. O da Nizami Omarovla razılaşmış və sonuncunun cibinə qoyduğu bükümü baxış zamanı özünə məxsus büküm kimi təqdim etmişdir. Apellyasiya baxışı zamanı mə hkum olunmuş şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuana istifadəçisidir, heç vaxt satışı ilə məşğul olmamışdır. Öz istifadəsi üçün narkotik vasitəni iranlı Siruzdan əldə etmişdir. Saxlanılmazdan əvvəl götürdüyü klyok torbada 300 qram marixuana olmuşdur. Marixuananı götürməyə getdiyi maşın polis tərəfindən təqib olunduqdan sonra Biləcəri qəsəbəsində qəzaya düşmüşlər, o, maşından düşüb qaçmış və əlindəki 300 qram marixuana olan torbanı kənara tullamışdır. Polis əməkdaşları onu saxlamış və maşına baxmışlar, maşından heçnə çıxmamışdır. Onu evinə baxış keçirməyə aparmışlar. Sonra onlar X1 Baş İdarəsinə aparılmışlar. Onu döyəndən sonra ona bildirmişlər ki, "bu bağlı sumka sənindir.” Psixoloji təzyiqlər edilmişdir. Ona g örə idarədə etiraf etmək məcburiyyətində qalmışdır. Apellyasiya baxışı zamanı edilən sual-cavab əsasında məhkum olunmuş şəxs bildirdi ki, evə baxış keçirilməmişdən əvvəl, həmçinin Baş Narkotİklərlə Mübarizə İdarəsində otaqda döyülmüşdür. Ondan sonra əsəbləri korlanmış, müalicə almışdır, ona görə döyülmə ilə bağlı heç bir orqana müraciət edə bilməmişdir, hazırda üzərində heç bir xəsarət qalmamışdır. Apellyasiya baxışı zamanı dindirilən Şahid5 ifadəsində göstərdi ki, Məhkum onun əmisi oğludur. O, taksi sürücüsü işləyir. Hadisə olan günü əmisi oğlu ona zəng etmiş, onun Masazıra, sonra evə aparmağı istəmişdir. Maşında olan müştərini düşürtdükdən sonra 9cu mikrorayondan Ramini götürmüşdür. Xırdalan dairəsində Masazıra çatanda niyə Masazıra getdiyini soruşmuşdur. Ramin isə paltar götürmək üçün g etdiyini bildirmişdir. Masazıra çatandan sonra 10-15 dəqiqə gözləmişlər. Həmin vaxt Ramin telefonda kiminləsə danışmış və nə vaxt gələcəyini soruşmuşdur. Sonra o, avtomobili bir az qabaqda saxlamış, Ramin avtomobildən düşmüş və həmin vaxt qabaqdan bir nəfər şəxs gəlirdi. Ramin maşından düşəndən sonra o da su almaq üçün maşından düşmək istəmiş, lakin Ramin ona avtomobilə əyləşməyini və 2 dəqiqəyə qayıdacağını bildirmişdir. Avtomobilə əyləşəndə klyok torbanın səsini eşitmişdir. Sonra yola davam etmişlər. Xırdalanın dairəsində üzü Daş bazarı istiqamətində üzbəüz gələn polis maşını onların maşının arxasınca fırlanmış, o, avtomobili çəkib saxlamaq istəyəndə Ramin ona maşını sürməyini bildirmişdir. Özünü itirdiyi üçün 50 metr qabaqda daş tumbaya dəyərək qəza törətmiş, maşın yolun kənarındakı mar ketin soyuducusuna çırpılmışdır. Ramin maşından düşüb qaçmışdır. Üstündən 2-3 dəqiqə keçdikdən sonra polislər gəlmiş, avtomobilin maşının qapısını açıb işinə baxmışlar və Raminin hara getdiyini soruşmuşlar. Hansı istiqamətə getdiyini polislərə göstərmişdir. Avtomobilin qabağına baxanda polislər ondan avtomobildə 3 nəfərin olduğunu bildirmişlər. O isə bir nəfərin olduğunu bildirmişdir. Onu polislərin avtomobilinə otuzdurmuşlar. 3-4 dəqiqə keçəndən sonra polislərin Ramini gətirdiklərini əyləşdiyi maşından eşitmişdir. Ramini başqa maşına otuzdurmuşlar. Ondan sonra Raminin evinə baxış keçirtməyə getmişlər, bu zaman o polis əməkdaşlarının avtomobilində əyləşmişdir. Sonra hadisə yerinə qayıtmışlar, avtomobili hələ orda olmuşdur. Onların gedib qayıtmağı 2-3 saat çəkmişdir. Sonra avtomobili idarəy ə evakuatorla gətirmişlər. Onlar idarədə olanda Ramin həmin malın onun olmadığını bildirmişdir. Əvvəl onun, sonra isə Raminin izahatı alınmışdır. Apellyasiya baxışı zamanı edilən sual-cavab əsasında Şahid5 bildirdi ki, avtomobilin salonunda işıq olmadığı üçün avtomobilində Raminin əlində nə ölçüdə klyok torbanın olduğunu görməmişdir. Raminin əlindəki klyok ağır olsa idi, onu ayaqaltı rezinin üstünə qoyardı. Ramin isə xışıltısını eşitdiyi klyoku əlində saxlamışdır. Qəza zamanı polislər onun avtomobilinin qapısını açaraq içinə baxmışlar, maşına baxan əməkdaşlardan birinin əlinində telefon işığı olmuşdur, lakin heç nə tapmamışlar. Onları Raminin evinə baxış keçirməyə aparmışlar, o idarənin əməkdaşlarının maşınında əyləşmiş, evdə baxışda iştirak etməmişdir. Öz avtomobili isə qəza törətdiyi yer də qalmışdır. 9-cu mikrorayona gedib gələndən sonra onun avtomobilini polis idarəsinə evakuatorla aparmışlar, onlarda arxasınca başqa maşında idarəyə getmişlər. Hadisə baş verəndən sonra onları saxlamağa çalışan yol polisləri avtomobili saxlamadan çıxıb getmişlər, iki-üç dəqiqədən sonra gələnlər isə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuşlar. Hadisə yerindən Raminin evinə baxış keçirilməsi üçün gedib qayıtmaqları yarım saat olmuşdur. 3 dəqiqə sonra evakuator gəlmişdir. Hadisə baş verəndən Badamdarda aparılmaqları isə iki saat çəkmişdir. İdarənin həyətində maşından 20 metr aralıda olduğu üçün baxış zamanı narkotik vasitənin avtomobilin hansı hissəsindən çıxarıldığını görməmişdir. 3-4 gündən sonra avtomobilini idarənin həyətindən evakuatorla çıxarmış və maşını sahibinə təhvil v ermişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı daxil olduqdan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və Məhkum saxlanılmışdır. Məhkum saxlanılarkən üzərində bir büküm narkotik, onun olduğu maşında isə beş büküm narkotik vasitə aşkar edilmişdir. Məhkum ifadəsində həmin narkotik vasitələri İran İslam Respublikası vətədaşı Siruz adlı şəxsin sifarişi ilə götürdüyünü və onun deyəcəyi yerə qoyacağını bildirmişdir. Cinayət işinin materiallarında olan "şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Məhkum qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriy yəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Məhkum 03 may 2022-ci il tarixdə saat 00:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X10 küçəsi döngə 1 ünvanının yaxınlığında Şahid5 ilə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 may 2022ci il tarixli 6/2547 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "Məhkum....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 60,249 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzər ində "Məhkum təqdim etdiyi kütlələr...”sözləri olan kağız yapışdırılmış torbadakı beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram ümumi təmiz çəkisi 5005 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1055 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Zərfdəki və torbadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 5065,249 qramdır. Cinayət işinin materiallarında olan DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 077-8957-1222 saylı məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axta rış tədbirləri zamanı Məhkum aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin əvvəlcədən təyin etdiyi yerdən əldə etməsi müəyyən olunmuş, “Siruz” adlı şəxsin İran İslam Respublikası ərazisində yaşaması səbəbindən onun ətrafında məqsədyönlü əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5065,099 qram olan narkotik vasitə heroin, 1104,95 qram çəkidə qurudulmuş marixuana, 1054,9 qram çəkidə metamfetaminAzərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və avtomobilə baxış aparılması zamanı videogörüntülə ri özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMCdən daxil olmuş CD disklər iş materiallarına əlavə edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən verilmiş ittiham üzrə Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla ümumilikdə külli miqdarda 5005 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellefon bağlamada külli miqdarda 1105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda 1055 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi qeyd olunan epizodun təsdiqinin əsası kimi çıxış edən, ibtidai araşdırma zamanı əldə edilmiş sübutlar mötəbər olmamaqla yanaşı, eyni zamanda bi r-biri ilə ziddiyyətli və yolverilməz sübutlardan ibarət olmuşdur. Kassasiya məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin təqsirləndirildiyi həmin epizod üzrə ittihamın maddi və prosessual hüquq normalarının pozulması ilə irəli sürülməsi, Məhkum sonda qeyd edilən epizod üzrə qanunsuz narkotik saxlamağa görə məhkum edilməsi qənaətinə gəlsə də, onun bu mövqeyi ziddiyyətli olmaqla tutarlı dəlillərlə əsaslandırılmamışdır. Belə ki, həmin epizod üzrə onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əsasən onun əmisi oğlu Şahid5 idarə etdiyi avtomobilində tapılmış narkotik maddələrə əsasən çıxarılmışdır. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallara əsasən: - 3 may 2022-ci i l tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum 03 may 2022-ci il tarixdə saat 00:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X10 küçəsi, döngə 1 ünvanının yaxınlığında Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, avtomobil isə BNMİ-nin avtomobil dayanacağına yerdəşdirilmişdir. - "Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Şahid5 idarə etdiyi "Daweoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avto mobilə saat 03:35-də baxış kerilmiş, baxış zamanı avtomobilin ön sağ sərnişin oturacağının altından Məhkum məxsus içərisində 05 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər maddələr olan bağlama aşkar edilərək götürülmüşdür. -"Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokolda avtomobilin qabaq sağ oturacağına baxış keçirildikdən və həmin oturacağın altından narkotik vasitə götürüldükdən sonra avtomobilin digər hissələrinə də baxış keçirildiyi qeyd edilsə də, apellyasiya baxışı zamanı avtomobilə keçirilmiş baxışı əks etdirən videoçəkilişdən avtomobilin digər hissələrinə baxış keçirildiyi müəyyən edilmir. Bununla yanaşı, video görüntüdən narkotik vasitələrin və psixotrop maddənin məhz avtomobilin ön sağ sərnişin oturacağının altından götürülməsi deyil, oturacağın üzərindən götürülməsi görünür. -Şahidlərin ifadələri ilə müəyyən edilir ki, avtomobil saxlanılarkən qabaq hissəsi zədələnmiş vəziyyətdə olmuş, evakuatorla İdarəyə gətirilmişdir. Lakin videoçəkiliş zamanı avtomobilin vurulmuş vəziyyətdə olması əks edilməmişdir. -Avtomobilə keçirilən baxışda və götürmədə iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 apellyasiya baxışı zamanı şahid qismində verdiyi ifadəsində qeyd edilən narkotik vasitələrin avtomobilin ya arxa oturacağından, ya da baqaj hissəsindən götürülməsi barədə ziddiyyətli ifadə vermişdir. -Əməliyyat qrupunun rəhbər i olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 apellyasiya baxışı zamanı verdiyi ifadəsində avtomobilin saxlanıldığı yerdə şəxsin axtarışı məqsədi ilə avtomobilin içinə baxıldığını təsdiq etmiş, lakin bunun nəticəsinin nə üçün sənədləşdirilmədiyini aydın şəkildə izah edə bilməmişdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar əldə edilmiş sübutların mötəbərliyinə əhəmiyyətli dərəcədə təsir göstərən hallar kimi qiymətləndirilə bilməz. Belə ki, Məhkum üzərindən və maşından aşkar edilmiş külli miqdarda psixotrop maddə və narkotik vasitələrin həqi qətən ona aid olmasını təsdiqləyən - təqsirləndirilən səxsin özünün ibtidai istintaq mərhələsində verdiyi tam, birinci instansiyada isə qismən etiraf ifadələrini, səxsi axtarış və götürmə, nəqliyyat vasitəsinə baxış və götürmə protokollarını, onların əks olunduğu video görüntüləri, Şahid5 Sadət oğlunun ibtidai istintaq zamanı, hətta apellvasiva baxışında da Raminin əlində kulyok gətirib masının ön sərnişin oturacağında əyləşməsi barədə verdiyi ifadələri, digər şahidlərin ifadələrini, üzərindən və nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması kimi hallara apelyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş, ekspertiza rəyinin hansı motivlərlə (yaxud konkret hansı maddi və prosessual hüquq normalarının pozulması nəticəsində) mötəbər dəlil hesab etməməsi əs aslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəf li və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum verilmiş ittihamdan nəqliyyat vasitəsindən narkotik vasitənin aşkar edilməsi epizodunu xaric edən apellyasiya instansiyası məhkəməs i cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Apellyasiya məhkəməsinin verilmiş ittiham üzrə Şahid5 idarə etdiyi "Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla ümumilikdə külli miqdarda 5005 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellefon bağlamada külli miqdarda 1105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda 1055 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsinin qeyd olunan epizod üzrə öz təsdiqini tapmaması barədə nəticəsi əsaslandırılmı ş, inandırıcı qənaət hesab edilə bilməz. Avropa Məhkəməsinin Layıcov Azərbaycana qarşı iş üzrə 10 aprel 2014-cü il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman "əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarın 64-cü bəndində qeyd edilmişdir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edi lməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın d üzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər m addələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri əsaslandırıcı hissəsində göstərir. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kə sin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, Məhkum verilmiş ittihamdan mübahisələndirilən epizodun xaric edilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmiş, həmçinin cinayət prosessual qanunvericiliyinin ittiham hökmünə dair irəli sürdüyü tələblər pozulmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, ha belə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hazırki iş üzrə sübutların Məhkum verilmiş ittihamdan mübahisələndirilən epizodun xaric edilməsinə münasibətdə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi haqda kassasiya protesti əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilm iş apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tu taraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar