Məhkəmə qərarları › İş №1(102)-1166/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1166/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1166/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Abba szadə Ziyad İsax oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum2 XXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-584/2024 nömrəli, 13 mart 2024-cü il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 yanvar 2023-cü il tarixdən hesabl anması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, məhkum olunmuşdur.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu, təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Nəsirov Nicat Abbas oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-584/2024 nömrəli, 13 mart 2024-cü il tarixli hökmü ape llyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum1 və müdafiəçisi Nəsirov Nicat Abbas oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-149/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qərarından daha sonra Məhkum2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.

9. Cinayət işinə kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum2 ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

11. Məhkəmə kollegiyası Məh kum2 kassasiya şikayətinin geri götürməsinə dair ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışlarında bildirdiyi mövqelərini nəzərə alıb və təqdim edilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar