Məhkəmə qərarları › İş №1(102)-1167/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1167/2019

14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1167/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Ələsgər Əliabbas oğlu Əliyev və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət k ollegiyasının 07 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər məhkəməsinin (hakimlər: E.H.İsmayılov (sədrlik edən və məruzəçi), C.İ.Hüseynov və S.İ.Əliyev) 25 sentyabr 2018-ci İl tarixli hökmü ilə, Məhkum- 02.04.1992-ci il tarixdə ********** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə tanışı, Quba şəhər sakini Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, o, 18 fevral 2018-ci il tarixdə, saat 16 radələrində dostluq münasibətində olduğu Şahid1 idarə etdiyi və ona məxsus “VAZ 2106” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri, ******* küçəsində yerləşən “Panorama” çay evinə gələrək orada həmin çay evini icarə ilə işlədən tanışı Zərərçəkmiş şəxs Şahid1 xalasının ünvanına nalayiq ifadələr işlətməsini onun üzünə dedikdə, Zərərçəkmiş şəxs bunu rədd etmiş və bununla əlaqədar aralarında yaranan mübahisə zamanı sonuncunun ona qarşı nalayiq ifadələr işlədərək sağ gözünə yumruqla vurması səbəbindən q isas alıb Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, bu niyyətlə sonuncunu “Panorama” çay evindən çölə çağıraraq dostu Şahid1 avtomobili ilə Quba şəhərinin şimal hissəsindən keçən *********** çayının üzərindəki “Damba” adlanan Hidrotexniki su qovşağının yaxınlığına aparmış və orada üzərində gəzdirdiyi, eni 16,5 mm, qalınlığı 9 mm, uzunluğu 83 mm olan göy rəngli plasmasabənzər materialdan hazırlanmış dəstəkdən və ucu şiş, bir tərəfi kəsici, digər tərəfi küt, uzunluğu 65 mm olan metal tiyədən ibarət, ümumi uzunluğu 148 mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs döş qəfəsindən və qarın nahiyəsindən üç dəfə dalbadal zərbə vuraraq, ona döş qəfəsinin ön tərəfində solda körpücük xətti üzrə İİİ qabırğa sahəsində bir yerdə döş boşluğuna nüfuz etməyən sağlamlığa yüngül zərər vurmaya aid kəsilmiş-deşilmiş yara, qarının ön divarında sol qabırğa altı sahədəbir yerdə qarın boşluğuna nüfuz edərək mədənin ön divarının zədələnməsi ilə nəticələnən deşilmişkəsilmiş yara və qarının ön divarında göbəkdən sağda bir yerdə qarın boşluğuna nüfuz edərək köndələn çənbərbağırsaq və nazik bağırsağın zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yaraların hər biri ayrılıqda və yaxud birlikdə dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu zaman Zərərçəkmiş şəxs özünü müdafiə edib onun növbəti zərbələrindən yayınmaq üçün təpiyi ilə onu qarın nahiyəsindən vuraraq özündən araladıqdan sonra qaçıb hadisə yerindən uzaqlaşdığından, eləcə də vaxtında xəstəxanaya çatdırılaraq, ona ixtisaslı tibbi yardım göstərildiyindən, bilavasitə Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəlmiş cinayət əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək, onu qisas niyyətilə qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikasının CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkum və müdafiəçisi-vəkil Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: X6, hakimlər: X7 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Ape llyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi3 kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini, məhkumun cinayət əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini və CM-nin 70-ci maddəsinə əsasən onun şərti məhkum edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi3 kassasiya şikayətində məhkumun ifadəsinə istinadən göstərilir ki, O6 üç bıçaq zərbəsi vursa da onlardan üçüncüsünün dəydiyini hiss etdiyini, ona bıçaq zərbələrini bədəninə batan qədər vurmaq fikrində olduğunu, O6ı söyüş söydüyü üçün vurduğunu, vurandan sonra O6 “söyüşə görə adamı belə vururlar” sözlərini dediyini, bıçağı çayxanada limon doğramaq üçün gecədən cibinə qoyduğunu, O6ı öldürmək niyyətinin olmadığını göstərmişdir. Daha sonra kassasiya şikayətində göstərilir ki, sadə məntiqlə yanaşsaq məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin yaranmasına səbəb ola biləcək hər hansı bir ədavət və düşmənçilik halları olmamışdır, onlar dost münasibətlərində olmuşlar. Aralarında yaranmış anlaşılmazlıq səbəbindən qısamüddətli münaqişə baş vermiş, bunun da nəticəsində təqsirləndirilən şəxs əvvəlcədən planlaşdırmadan əsəbini zərərçəkmiş şəxsə 3 bıçaq zərbəsi vurmaqla sakitləşdirmişdir. Daha sonra kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə istinadən göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi hal da belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə qərarlarından görünür ki, məhkum zərərçəkmiş şəxsə xəsarət yetirdikdən sonra əməlindən peşiman olmuş, polisə gələrək təslim olmuşdur. Yəni məhkum hər hansı bir səbəbdən zərərçəkmişi öldürməkdən imtina etməmişdir. əksinə niyyəti zərərçəkmiş şəxsi həyatdan məhrum etmək olmadığına görə könüllü olaraq ona daha ağır (ölümcül) xəsarət yetirməkdən imtina etmişdir. Beliklə məhkumun əməli mübahisə və dalaşma zəminində qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmalıdır. Məhkumun əməli tövsif olunarkən onunla zərərçəkmiş şəxsin cinayət törədilənədək aralarındakı münasibətlər və cinayət törətdikdən sonra zərərçəkmiş şəxsin onunla barışıq əldə etməsi nəzərə alınmamışdır. Kassasiya şikayətində həm də məhkumun cinayət törətdikdən sonra könüllü olaraq polis orqanlarına gəlməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, eləcə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş digər cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla onun ictimai təhlükəliliyinin azalmasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkumetmə tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə gö rə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlillərinin bir qismi məhkumun cinayət əməlinin hüquqi tövsifinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədədir. Kassasiya şikayətində istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci və 3-cü bəndlərində izah edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm ha disəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göstərilən izahlarla əlaqədar təqsirləndirilən şəxsin törətdiyi cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası, həyat üçün mühüm orqana xəsarət yetirilməsi kimi hallar cinayət əməlinin hüquqi tövsifi zamanı nəzərə alınmalı olan vacib hallardandır. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 fevral 2018-ci il tarixli, 159 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön tərəfində solda körpücük xətti üzrə İİİ qabırğa sahəsində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, qarının ön divarında sol qabırğaaltı sahədə bir yerdə qarın boşluğuna nüfuz edərək mədənin ön divarının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara, qarının ön divarında göbəkdən sağda bir yerdə qarın boşluğuna nüfuz edərək köndələn cənbərbağırsaq və nazik bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti 18 fevral 2018-ci il tarixə uyğun gəlir. Həmin xəsarətlər ekspertizaya təqdim olunan bıçaq və ya ona oxşar digər bıçaqla vurulma nəticəsində əmələ gələ bilər. Döş qəfəsinin ön tərəfində solda İİİ qabırğa sahəsindəki deşilmiş-kəsilmiş yara dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədildiyindən sağlamlığa yüngül zərərvurmaya, qarının ön divarında solda bir yerdə qarın boşluğuna nüfuz edərək mədənin zədələnməsi ilə nəticələnən yara və qarının ön divavrında göbəkdən sağda bir yerdə qarın boşluğuna nüfuz edərək köndələn cənbərbağırsaq və nazikbağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaraların hər biri ayrılıqda və yaxud birlikdə dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərərvurmaya aiddir. Ekspertizanın rəyindən görünür ki, xəsarətlərin yetirildiyi sahə həyat ü çün vacib orqanların yerləşdiyi sahədir və ardıcıl olara üç dəfə demək olar ki eyni istiqamətdə yetirilmiş xəsarətlərdir. Xəsarətlərdən birinin İİİ qabırğa sahəsində döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaranın daxilə daxilə nüfuz etməməsi təqsirləndirilən şəxsin iradəsindən asılı olmamışdır. Kassasiya şikayətində bununla əlaqədar göstərilir ki, O6a üç bıçaq zərbəsi vursa da onlardan üçüncüsünün dəydiyini hiss etmiş, zərərçəkənə bıçaq zərbələrini bədəninə batan qədər vurmaq fikrində olmuşdur. Yəni onun hərkətləri bıçaqla zərərçəkmiş şəxsin həyatı üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinin daxilinə nüfuz edən xəsarətlər yetirilməsi olmuşdur. Kassasiya şikayətində göstərilən Məhkum bıçağı çayxanada limon doğramaq üçün gecədən cibinə qoyması barədə dəlil, insanın normal dqavran ışına uyğun hesab edilmir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin səhhətinə və həyatına qəsd etmək niyyəti ilə qabaqcadan silah kimi istifadə etmək üçün özü ilə bıçaq götürməsi cinayət işinin faktiki hallarına daha uyğundur. Təqsirləndirilən şəxsin qəsdinin basa çatdırılmamsının onun iradəsindən asılı olmaması özünün ifadəsi ilə də təsdiq edilir. Kassasiya şikayətində də istinad edilən Məhkum məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, O6 onun əlində bəçağı görüb ona “bıçaq yox” dedikdə, o “söyüş də yox” deyərək, bıçaqla ardıcıl olaraq 3 (üç) dəfə O6ın qarın nahiyyəsindən tam gücü ilə zərbə vurmuşdur. Lakin ilk iki bıçaq zərbəsinin O6ın qarın nahiyəsinə daxil olmasını hiss etməmiş, 3-cü bıçaq zərbəsinin isə O6ın qarın nahiyəsinə daxil olduğunu hiss etmişdir. O6 üçüncü bıçaq zərbəsi ndən sonra yerə yıxılmış və o, O6ın yıxıldığını görüb arxaya çəkildikdə, O6 yerdən qalxaraq ***************** kəndi istiqamətində qaçmışdır. O, O6 yerdən qalxıb qaçan zaman dostu E6lə M6ın və tanımadığı bir nəfər şəxsin qaça-qaça onlara tərəf gəldiyini görüb, O6ın arxasınca nalayiq ifadələrlə qışqıraraq qaçmamasını demişdir. Bu zaman E6 onun yanına çataraq nə etdiyini soruşmuş, o, E6i bıçaqla vurduğunu bildirmişdir. E6 O6ın yanına getmiş, M6 və yanındakı tanımadığı şəxs də O6ın yanına getmişlər. Onlar O6ı maşına tərəf gətirən zaman o, O6a tərəf yaxınlaşmaq istəmiş, lakin E6 onun O6ı vuracağından ehtiyat edib əli ilə itələmişdir. Bundan sonra O6 avtomobilə minmiş, o da avtomobilə yaxınlaşaraq qapını açıb, O6a “bir də söyüş söymə” demişdir. Zərərçəkmiş şəxs isə ifadəsində göstərmişdir ki, R6 heç bir söz demədən bıçaqla onun qarın nahiyəsindən iki dəfə zərbə vurmuş və o, zərbələrin təsirindən aşağı əyilmişdir. Bu zaman R6 üçüncü bıçaq zərbəsini onun döş qəfəsi nahiyyəsindən vurmuş və o, arxası üstdə yerə yıxılmışdır. Daha sonra R6 əlində bıçaq onun üzərinə gələrək növbəti bıçaq zərbələrini vurmaq istəmiş, o, R6ın dayanmadığını, yenə ona zərbələr vurmaq istədiyini görüb, sağ ayağı ilə R6ın sinəsindən vuraraq onu arxaya tərəf itələmiş və R6 zərbənin təsirindən arxaya tərəf getmişdir. Bu zaman o, imkan taparaq yerdən qalxıb Qırmızı qəsəbə və *************** kəndi istiqamətində qaçaraq R6dan aralanmışdır. Qaçarkən, E6, M6 və tanımadığı bir şəxsin qışqıra-qışqıra gəldiklərini, R6ın isə onun arxasınca ünvanına nalayiq söyüşlər söyərək onu çağırdığını görmüşdür. X9 yaxınlaşaraq xəs arət aldığını görüb, onu M6ın avtomobilinə mindirmək istəmişlər. O, avtomobilə əyləşmək üçün R6ın yanından keçən zaman R6 onun üstünə gəlmək istəmiş, lakin E6 R6ı itələyərək kənara çəkilməsini demişdir. O, avtomobilə əyləşəndən sonra isə R6 avtomobilin qapısını açaraq ona “ağıllı ol” demişdir. İfadələrdən göründüyü kimi Məhkum hadisə zamanı zərər çəkmiş şəxsə öz iradəsi ilə “ölümcül” bıçaq zərbələri vurmaqdan imtina etməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərərək, R6ın dayanmadığını, yenə ona zərbələr vurmaq istədiyini görüb, sağ ayağı ilə R6ın sinəsindən vuraraq onu arxaya tərəf itələmiş və zərbənin təsirindən R6ın arxaya tərəf getməsindən imkan taparaq yerdən qalxıb Qırmızı qəsəbə və ********** kəndi istiqamətində qaçaraq R6dan aralanmışdır. Daha sonra o, avtomobi lə əyləşmək üçün R6ın yanından keçən zaman R6 onun üstünə gəlmək istəmiş, lakin E6 R6ı itələyərək kənara çəkilməsini demişdir. Bu hallar məhkəmə iclasında tədqiq edilmiş şahid ifadələri ilə də təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etmək niyyətinin olmaması barədə, eləcə də onun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin dəlillərinin digər hissəsi məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilərək şərti məhkum edilməsi barədədir. Məhkəmə kollegiyası bu dəlilləri də əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndiri lən Məhkum könüllü gəlməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydalarını tətbiq etməklə ona cəza təyin etmişdir. Məhkum törətdiyi cinayət əməlinin ağır cinayət olmasını, onun ictimai-təhlükəli nəticəsini, cinayətin ictimai təlükəlilik dərəcəsini və xarakterini, bıçaqdan silah kimi istifadə etməsini nəzərə alaraq hesab edir ki, məhkəmələr onun cəza çəkmədən islah olunmayacağı barədə düzgün nəticəyə gəlmişlər. Ona görə də məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsinin tətbiq edilərək şərti məhkum edilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilir. Beləliklə məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayətinin təmi n edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 fevral 2019-cu il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən və qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi3 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2019-cu il tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar