Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1167/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci m addəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Muradağa Qasımov) xx.xx.1996-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Salyan Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 13.10.2020-ci il tarixə ona təyin olunmuş cəza müddətinin 01 ay 09 gününü çəkmiş, cəzasının çə kilməmiş hissəsi 01 il 10 ay 18 gün təşkil edən, məhkumluğu olan, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən onun Salyan Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmü üzrə çəkilməmiş 01 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim K.S.Bəşirov, E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) 18 fevral 2021-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmişdir. Məhkum CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən, Məhkum Salyan Rayon Məhkəməsinin 15.07.2020-ci tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 18 günü iki günə bir gün hesablanmaqla yekun olaraq 11 (on bir) ay 09 (doqquz) gündən ibarət olan azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən, hazırki qərarla ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Məhkum qəti olaraq 01 (bir) il 06 (altı) a y müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2020-ci il iyun ayının 24-də, saat 22 radələrində işlədiyi X2 məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən xırdabuynuzlu heyvanların saxlanıldığı fermada iş görərkən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə sonuncuya məxsus hər biri 180 manat dəyərində 9 aylıq, diri halda çəkiləri 35-40 kq, təmiz halda çəkiləri isə 17-18 kq olan 03 baş erkək cinsli xırdabuynuzlu heyvanı gizli olaraq talamaqla zərərçəkmişə ü mumilikdə 540 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki halları, eləcə də, məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi mübahisə doğurmasa da, aşağıda şərh edilən dəlillərə əsasən həmin qərar cəza təyini hissəsində əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum Salyan Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlini CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu Salyan Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmündən əvvəl törətmişdir. Ona görə də, hazırki iş üzrə məhkəmə özünün təyin etdiyi cəzaya Salyan Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı CM-nin 66.5-ci maddəsinə əsasən toplamalı olduğu halda, düzgün olmayaraq CM-nin 67.1-ci maddəsinə əsasən birləşdirmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi CM-nin 177.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddi iki il nəzərdə tutulmasına baxmayaraq, məhkəmə Məhkum həmin maddə ilə iki il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya protestini tam həcmdə təmin etməklə yanaşı apellyasiya protestinin dəlillərindən kənara çıxaraq, apellyasiya protestində məhkum edilmiş şəxs Məhkum ağır cəza təyin edilməsi ilə bağlı müraciət olmadığı halda Məhkum CM-nin 177.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, CM-nin 68.1.1-ci maddəsinə əsasən, Məhkum Salyan Rayon Məhkəməsinin 15.07.2020-ci tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 18 günü iki günə bir gün hesablanmaqla 11 ay 9 gündən ibarət olan azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.5-ci maddəsinə əsasən, hazırki qərarla ona təyin olunmuş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya protestinin dəlilləri məhkum edilmiş şəxsin xeyrinə olmaqla vəziyyətinin yaxşılaşdırılmasına xidmət etdiyinə baxmayaraq nəzərdə tutulmadığı halda ona ağır cəza təyin etməklə vəziyyətini ağırlaşdırmışdır. Odur k i, göstərilənləri nəzərə alaraq, Məhkum CM-nin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestinin dəlilərinə uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiya sı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nə zərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyinin müddəalarının düzgün olaraq tətbiq edilmədiyi, bununla da qanunvericiliyin tələblərinin pozulduğu, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.9-cu maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarının qa nuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması birinci instansiya məhkəməsinin hökmündə öz əksini tapmışdır. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumun törətdiyi əməlin tövsifi mübahisələndirilməsə də, hər iki məhkəmə instansiyası tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyinin müddəalarının düzgün tətbiq edilmədiyi, birinci instansiya məhkəməsi tərəfindən məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğundan artıq həddə cəza təyin edildiyi, apellyasiya məhkəməsi tərəfindən isə apellyasiya protestində nəzərdə tutulmadığı halda məhkumun barəsində ağır cəza təyin etməklə onun vəziyyətinin ağırlaşdırıldığı və nəticədə məhkuma ağır cəza təyin edildiyi iddia edilmişdir. Kassasiya protestinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 177.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddi 02 il nəzərdə tutulmasına baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi Məhkum 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Cinayət qanunvericiliyinin normasının düzgün tətbiq edilməməsi ilə bağlı verilmiş apellyasiya protestinə baxan apellyasiya məhkəməsi isə apellyasiya protestində nəzərdə tutulmadığı halda məhkumun vəziyyətini daha da ağırlaşdıraraq ona azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını müəyyən edən Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Beləliklə, apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin məhkuma cəza təyin edərkən maddi hüquq normasının tətbiqi ilə yol verdiyi səhvi düzəltməli olduğu halda, apellyasiya protestinin hüdudlarından kənara çıxaraq məhkuma CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyi n etmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı Məhkum cəza təyin edilməsi hissəsində qeyd edilən hüquq normalarının tələblərinə müvafiq dəyişdirilməli, məhkuma təqsirli bilindiyi CM-nin 177.1-ci maddəsinin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkum Salyan Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki qərarla ona təyin azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplam aqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.9-cu maddəsində qeyd edilmişdir ki, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan hədlərdə cəza tətbiq etməklə ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Salyan Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 18 (on səkkiz) gününü CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki qərarla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Məhkum həbsdə saxlanıldığı 18 fevral 2021-ci il tarixdən 15 sentyabr 2021-ci ilədək olan 07 (yeddi) ay 03 (üç) gün müddət CM- nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla müəyyən edilmiş 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum dərhal həbsdən azad olunsun. Məhkum üzərində cəza müddəti ərzində yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1167/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1167/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver