Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1167/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Şükürov Ədalət Müslüm oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Cəbrayılov Elşad Vaqif oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Ə.M.Şükürov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1978-ci ildə Cəlilabad şəhərində anadan olmuş, orta təhsilli, e vli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2011-ci il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2010-cu il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2011-ci il tarixli qərarı ilə ona həmin hökmlə təyin edilmiş cəzasının müddəti 6 (altı) ilədək endirilmiş, "28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 3-cü bəndinə əsasən 30 iyun 2016-cı il tarixdə cəzasının çəkilməmiş 4 (dörd) ay 4 (dörd) gün müddətində hiss əsindən azad olunmuş, ünvan 1 ünvanda yaşamış, CM-nin 126.3-cü maddəsi ilə (30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənə qədər olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7(yeddi) il 6 (altı) ay müddətə, həmin cəza CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən isə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2011-ci il tarixli qərarı ilə təyin olunmuş cəza ilə qismən toplanılaraq cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2011-ci il tarixli qərarı ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkdiyi 5 (beş) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddəti həmin qəti cəza müddətinə hesablanmaqla bu cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 10 may 2008-ci il tarixdə saat 01 radələrində Ünvan 2 ünvanında yerləşən “Gənclik parkı” bələdiyyə unitar müəssisəsinin ərazisində yerləşən “U Fontana” kafesində tanışları X3, Şahid1 və digərləri ilə birlikdə “Faşizmüzərindəqələbəgünü”nü qeyd edərkən, digər masada əyləşən X6 yaxınlaşaraq ünvanına nalayiq söz işlətməklə kafedən çıxmasını tələb etməsinə baxmayaraq onun tələbini rədd etmiş, həmin an sonuncunun qəflətən vurduğu zərbənin təsirindən yerə yıxılarkən əsəbiləşdiyi üçün qisas almaq niyyəti ilə X6un qəsdən sağlamlığına ağır zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə müəyyən olunmamış bıçaqla zərərçəkmiş şəxsin qarın-sol qasıq nahiyəsinə bir dəfə qəsdən zərbə endirməklə ona xarici yan arteriya kanalını zədələyən və kəskin qanitirmə ilə müşayiət olunaninsan həyatı üçün təhlükəli olan ağır dərəcəli bir ədəd bədən xəsarəti yetirdikdən, habelə X6 həmin zərbənin təsirindən yerə yıxılaraq başın alın nahiyəsinin yerə dəyməsi nəticəsində alın nahiyəsinin sağ yan səthində sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən üç ədəd sıyrıq xəsarəti aldıqdan sonra hadisə yerindən uzaqlaşmış, onun bu əməli ehtiyatsızlıqdan X6un ölümünə səbəb olmuşdur. Hökmdən dövlət ittihamçısı Musayev Emin Özbək oğlu tərəfindən v erilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi Ə.M.Şükürov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından: - dövlət ittihamçısı Cəbrayılov Elşad Vaqif oğlu kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini; - Mə hkum müdafiəçisi Ə.M.Şükürov isə kassasiya şikayəti verərək həmin qərarın bəraətverici əsaslarla ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin, CM-nin 41, 66.2, 66.3 və 66.5-ci maddələrinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 399, 401, 416 və 419-cu maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edən dövlət ittihamçısı E.V.Cəbrayılov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 126.3-cü maddəsinin sanksiyası həddində qanuni və ədalətli cəza təyin etsə də, sonradan onun çəkməli olduğu qəti cəzanın müddətini müəyyən edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə əsaslanması və ona təyin olunmuş cəzadan onun haqqında çıxarılmış sonuncu hökmlə təyin təyin olunmuş cəza müddətini yeni hökmlə təyin olunmuş cəzadan çıxması düzgün olmamışdır ona görə ki, CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş qəti cəzanın çəkilməmiş hissəsi sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla, axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Göründüyü kimi, qeyd olunan norma təqsirləndirilən şəxsin çəkməli olduğu cəzanın yeni hökmlə təyin olunmuş cəza ilə birləşdirilməsi nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, cinayət qanununda təqsirləndirilən şəxsin tam çəkib qurtardığı əvvəlki hökmlə təyin olunmuş cəzasının sonrakı hökmlə müəyyən edilmiş cəza ilə ə hatə etmə və ya toplama qaydasında birləşdirilməsinə yol verilmir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yekun qərar qəbul edərkən cinayət qanunun norması düzgün tətbiq etməmiş, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermiş və nəticədə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqda haqlı olmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya protestinin müəllifi Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarının ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində bir sıra beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, CPM-nin 33, 125, 143-146, 399, 403, 4 16 və 419-cu maddələrinə və CM-nin 8, 41 və 59-cu maddələrinə istinad etməklə işin faktiki hallarını mübahisələndirən Məhkum müdafiəçisi Ə.M.Şükürov həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə Məhkum təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməli olduğu halda, birinci və ikinci instansiya məhkəmələrində yalnız ibtidai istintaq zamanı əldə olunmuş əsassız sübutlara istinad edilmiş, heç bir sübut məhkəmə iclasında tədqiq edilməmiş - şahidlər dindirilməmiş, üzləşmələr aparılmamış, maddi sübutlar əldə edilməmiş və nəticə etibarı ilə CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Həmçinin Rusiya Federasiyasının istintaq orqanı tərəfindən ciddi qanun pozuntuları ilə toplanmış cinayət işi A zərbaycan Respublikasına göndərilmiş və təəssüf ki, məhkəmələrdə həmin qanun pozuntularına diqqət yetirilməmişdir. Müdafiəçi daha sonra qeyd etmişdir ki, CPM-nin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara qiymət verir və bu araşdırmanın nəticəsində şəxsin təqsirl və ya təqsirsiz olması barədə əsaslı nəticəyə gəlir. Məhkum təqsirliliyi isə yalnız şübhəli sübutlar əsasında müəyyən edilmişdir ki, həmin sübutlar da ibtidai araşdırma orqanı tərəfindən qanunsuz yollarla əldə edilmiş, bu sübutlar isə işə baxan məhkəmələr tərəfindən araşdırılmamışdır. Məhkum də özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsini heç vaxt etiraf etməmiş, Şahid1 da məhkəmyə ünvanladığı teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, dig ər şahidlərin məhkəmə iclasında dindirilmələri mümkün olmasa da, həmin şahidlərin istintaq zamanı verdikləri ifadələrlə Məhkum təqsirliliyi sübuta yetirilməsə də, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin barsində əsassız ittiham hökmü çıxarılmış, apellyasya instansiyası məhkəməsi də düzgün olmayaraq bu hökmün qüvvəsində saxlanılması haqqında qərar qəbul etmişdir. Bu qənaətini müdafiəçi iş üzrə ibtidai araşdırma zamanı toplanmış sübutlara istinad tməklə əsaslandırmağa çalışaraq daha sonra qeyd etmişdir ki, Məhkum konkret olaraq X6u bıçaq zərbəsi ilə vurmasını təsdiq edən heç bir sübut əldə edilməmiş və bu hal onun qanunsuz olaraq CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dəlalət e edir. Sonda müdafiəçi kassasiya şikayətinin dəlillərinin və qanunvericiliyin tələblərinin nəzərə alınaraq Məhkum barəsindəki apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs X6un hüquqi varisi X isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun və Məhkum müdafiəçisi Ə.M.Şükürovun bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əs aslanaraq kassasiya şikayətinə və kassasiya protestinə Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi Ə.M.Şükürovun kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, işə baxan məhkəmələr toplanmış sübutlar məhkəmə iclasında tədqiq etməyərək həmin sübutlara düzgün qiymət verməmiş, məhkuma elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş və onun təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəiçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli və Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməli olması haqqında qərarın qəbul edilməsinə dair tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı E.V.Cəbrayılov isə kassasiya protestində cinayət qanunun norması düzgün tətbiq edilməməsini, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliy inin pozulmasına yol verilməsini CPM-nin 416.1.22 və 416.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.6, 416.1.11, 416.1.22 və 416.2-ci maddələrinin tələblərinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.22. məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə; CPM-nin 416.2-ci maddəsinə görə isə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Odur ki, məhkəmə kollegiyas ı dövlət ittihamçısı E.V.Cəbrayılovun kassasiya protestini və Məhkum müdafiəçisi Ə.M.Şükürovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür, lakin qeyd edir ki, həmin müraciətlərə baxılmazdan əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı H.B.İmranov ərizə ilə məhkəməyə müraciət edərək Məhkum CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından apellyasiya instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı E.V.Cəbrayılov tərəfindən verilmiş kassasiya protestini geri götürdüyünü bildirmiş və həmin protestin baxışdan çıxarılmasını xahiş etmişdir. Bu vəsatətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.2-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi kassasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısı H.B.İmranovun vəsatətini nəzərdən keçirib kassasiya protestinin geri qaytarılması barədə məhkumun müdafiəçisi Ə.M.Şükürovun rəyini dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum CM-nin 126.3-cü maddəsi ilə təqsi rli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.V.Cəbrayılov tərəfindən verilmiş kassasiya protesti geri qaytarılmalı, bu protest üzrə kassasiya icraatına xitam verilməli, məhkumun müdafiəçisi Ə.M.Şükürov tərəfindən verilmiş kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 02 mart 2022-ci il tarixli qərarın qanuniliyi və əsaslığını yoxlayan məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddə yə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azı ndan həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azər baycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də h üquqlarının təmin edilməsini və onlara qarşı cinayət əməli törətmiş şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada təqsirlilikləri sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində cinayəthüquqi xarakterli tətbirlərin tətbiq edilməsini, habelə zərər çəkmiş şəxslərə vurulmuş maddi və mənəvi zərərin ödənilməsinin təmin edilməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini və bü məsələ ilə bağlı müvafiq qərarların qəbul edilməsini nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkət sizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökm ünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, ap ellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri həmin nəticə düzgündür, qanunidir və bu baxımdan onun şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Məhkum istər Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən aparılmış ibtidai araşdıma zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli bilməsə də, cinayət işinin materiallarına əsasən, onun təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, həm Rusiya Federasiyasının prosessual qanunvericiliyinin, həm də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni iş üzrə ibtidai araşdırma zamanı dindirilmiş çoxsaylı şahidlərin, o cümlədən şahidlər Şahid1 Şahid2 ifadələri ilə, «Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında» 10 may 2008-ci il tarixli protokolla, «Fotoşəkil üzrə tanınmaya təqdim edilməsi barədə» 09 oktyabr və 23 oktyabr 2008-ci il tarixli protokollarla, məhkəmə tibbi-kriminalistik ekspertizasının 15 may 2008-ci il tarixli 266 nömrəli, məhkəmə-tibbi ekspertizasının 02 iyun 2008-ci il tarixli 1166 və komisyon məhkəmə-tibbi ek spertizasının 18 iyun 2008-ci il tarixli 611 nömrəli nömrəli, məhkəmə tibbi-kriminalistik ekspertizasının 30 iyun 2008-ci il tarixli 362 nömrəli, məhkəmə-tibbi ekspertizasının 23 iyul 2008-ci il tarixli 732 nömrəli, məhkəmə tibbi-kriminalistik ekspertizasının 25 iyul 2008-ci il tarixli 392 nömrəli, məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2008-ci il tarixli 1015 nömrəli, məhkəmə tibbi-kriminalistik ekspertizasının 13 dekabr 2008-ci il tarixli 466 nömrəli, kompleks stasionar məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli 91 nömrəli rəyləri ilə, Məhkum sərhədkeçməsi ilə bağlı əldə olunmuş məlumatlarla və iş üzrə ibtidlai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuş, həmçinin Məhkum CM-in 126.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlinin törədilməsinə aidiyyatının olmaması, əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 10 may 2008-ci il tarixdə saat 01 radələrində Ünvan 2 ünvanında yerləşən “Gənclik parkı” bələdiyyə unitar müəssisəsinin ərazisində yerləşən “U Fontana” kafesində olarkən X6 yaxınlaşaraq ünvanına nalayiq söz işlətməklə kafedən çıxmasını tələb etməsinə baxmayaraq onun tələbini rədd etmiş, həmin an sonuncunun qəflətən vurduğu zərbənin təsirindən yerə yıxılarkən əsəbilə şdiyi üçün X6dan buna görə qisas almaq məqsədilə üzərində olan, lakin ibtidai araşdırma zamanı aşkar edilməmiş bıçaqla onun qarın-sol qasıq nahiyəsinə bir dəfə qəsdən zərbə endirməklə ona həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmiş və onun bu əməli ehtiyatsızlıqdan X6un ölümünə səbəb olmuşdur. İşin müəyyən olunmuş bu faktiki hallarını, yəni cinayət hadisəsinin yuxarıda təsvir edilmiş şəkildə baş verməsi ibtidai istintaq zamanı qanuni şəkildə toplanmış və məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla təsdiq edilməsinə baxmayaraq, Ə.M.Şükürov həmin şikayətində bu halları mübahisələndirərək qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi qanunla müəyyən olunmuş qaydada sübuta yetirilməmiş, işə baxılarkən prosessual hüquq n ormalarının pozulmasına yol verilmişdir. Kassasiya şikayətinin dəlillərinin iş üzrə toplanmış sübutların müqayisəli təhlili isə göstərir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 15 noyabr 2021-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş və Məhkum CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Məhkum müdafiə hüquqları təmin edilmiş, məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmiş, iş üzrə məhkəmələrin gəldikləri nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübu tlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, onların müəyyən etdikləri hallar isə tədqiq olunmuş sübutlara uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-nin 126.3-cü maddəsinin dispozisiyasında (CM-nin 126.1-ci maddəsinin dispozisiyası ilə birlikdə) əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmiş, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istif adə olunamamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan, birinci və apellyasiya instansiyası məhkəmələrin gəldikləri nəticəni isə qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, Məhkum istinad olunan cinayət əməli onun tərəfindən xarici ölkənin – Rusiya Federasiyasının ərazisində törədildiyindən, ibtidai araşdırmanın əsas hissəsi həmin ölkənin hüquq mühafizə orqanı tərəfindən aparılmaqla sübutlar da həmin orqan tərəfindən toplanıldığından, o cümlədən çoxsaylı şahidl ər də Rusiya Federasiyasının vətəndaşları olmaqla orada dindirildiklərindən və həmin şahidlərin işə Azərbaycan Respublikasının ərazisində birinci instansiya məhkəməsində baxılarkən özlərinin könüllü gəlmələri və ya məcburi gətirilmələri mümkün olmadığından, birinci instansiya məhkəməsi tam haqlı olaraq və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı həm çoxtərəfli, həm də iki tərəfli beynəlxalq müqavilələrinin tələblərindən çıxış edərək məhkəmə iclasında təqdim olunmuş bütün sübutları, o cümlədən Rusiya Federasiyasının vətəndaşları olan şahidlərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini tədqiq edərək, həmin sübutları məcmu şəkilində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək onların Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəy ə gəlmək üçün kifayət etməsi haqda qənaətə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu qənaətlə razılaşmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üçün əhəmiyyət kəsb edən sübutların imtina etmələrindən və bu sübutlara düzgün qiymət verilməməsindən, nəticə etibarı isə CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələrindən söhbət gedə bilməz. O, ki qaldı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadələrindən hadisə baş verdikdən 13 il müddət keçdikdən sonra imtina etməsinə, həmin ifadələrin isə həqiqətə uyğun olmamasına, məhkəmə kollegiyası həmin şahidin bununla əlaqədar məhkəməyə ünvanladığı teleqramda əks etdirdiyi halları inandırıcı saymır və hesab edir ki, məhkəmələr iş üzrə yekun nəticəyə gələrkən tam qanuni olaraq digər sübutlarla yanaşı adı çəkilən şahidin ibtidai araşdırma zamanı verdiyi ifadələrinə də əsaslanmışlar. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün CPM-nin 42-ci maddəsində təsbit edilmiş əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və Məhkum müdafiəçisi Ə.M.Şükürovun kassasiya protestinin geri qaytarılması və kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya protestinin geri qaytarılması və kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışları nı dinləyərək belə qənaətə gəlir ki, dövlət ittihamçısı E.V.Cəbrayılov tərəfindən verilmiş kassasiya protesti geri qaytarılmalı, kassasiya şikayəti isə təmin edilməməklə Məhkum CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı İmranov Hafiz Beykəs oğlunun ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmas ına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.V.Cəbrayılov tərəfindən verilmiş kassasiya protesti geri qaytarılsın və həmin kassasiya protesti üzrə icraata xitam verilsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1167/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1167/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver