Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1167/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağır Cinayətlərə Dair İşlə r üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 29 noyabr tarixli, 1(101)-1283/2010 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında verilmiş vəsatətin təmin edilməməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 14 yanvar tarixli, 1(103)-395/2025 nömrəli qərarından zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (Hakimlər R.A.Əliyev (sədrlik edən), M.A.Xankişiyev, Ş.B.Məmmədovadan ibarət tərkibdə) 2010-cu il 29 noyabr tarixli, 1(101)-1283/2010 nömrəli hökmü ilə, 15 aprel 1959-cu ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, "xxxx" MMC-in direktoru, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, hazırda vəfat etmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmə müddətinin əvvəlinin 20 oktyabr 2010-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qeyd olunan hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsini xah iş etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1283/2010 nömrəli qərarı ilə zərərçəkmiş şəxslərin hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1283/2010 nömrəli qərarından narazı qalan zərərçəkmiş şəxslər apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 2025-ci il 14 yanvar tarixli, 1(103)-395/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxslər kassasiya şikayətində bir sıra hüquq normalarını sadalamış, işin mahiyyəti üzrə bir sıra dəlilləri qeyd etmiş, lakin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında heç bir dəlili vurğulamamış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 14 yanvar tarixli, 1(103)395/2025 nömrəli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2025-ci il 14 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya ş ikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya ş ikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərin qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək hüququndan istifadə etməsinə mane ola biləcək hər hansı üzürlü səbəb, buraxılmış müddətin üzürlü hesab edilməsinə dəlalət edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Bu baxımdan məh kəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini vermə müddətinin üzürlü olması barədə kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü sayılması üçün əsas deyildir. Bununla da, zərərçəkmiş şəxslər tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 14 ildən artıq müddət keçmiş, nəticədə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan dəfələrlə ötürülmüşdür. Həmçinin, zərərçəkmiş şəxslərə məhkəmə prosesi zamanı bütün hüquqları, hökm elan edildikdən sonra apellyasiya şikayəti verilməsi qaydası və müddəti izah edilmiş, eyni zamanda, təqdim olunan hökmdə də bu barədə göstərilmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməklə hö kmü mübahisələndirməmişdir. Bundan başqa, iş materialları ilə də müəyyən edilir ki, zərərçəkmiş şəxslərin apellyasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir hal mövcud olmamış və bu halların mövcudluğu barədə iş materiallarında heç bir sübut yoxdur. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslərin hökmdən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, onlar, bu hüquqlarından istifadə etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayəti vermə müddətinin buraxılmasına gətirib çıxaran üzrlü səbəblərin təsdiq olunması üçün zərərçəkmiş şəxslərin istinad etdiyi dəlillər əsaslı və ağlabatan dey il. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna m üddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X10rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən ka ssasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 29 noyabr tarixli, 1(101)-1283/2010 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilmə si haqqında verilmiş vəsatətin təmin edilməməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 14 yanvar tarixli, 1(103)-395/2025 nömrəli qərarı zərərçəkmiş şəxslərin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1167/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1167/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver