Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1168/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyət üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər O.Y.Cəlilov və A.Ə.Musayevdən ibarət tərkibdə) 16 aprel 1989-cu ildə Masallı rayonu Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.4 və 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 02 mart 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən kassasiya şikay əti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tanışı Masallı şəhər sakini X3 əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 12 mart 2020-ci il tarixdə saat 12 radələrində X11 rayonu Köhnə Bazar adlanan ərazidə işlətdiyi un məhsullarının topdan və pərakəndə satışını həyata keçirən mağazanın önünə gələrək mağazada pul kassasının yerləşdiyi otaqda əyləşmiş Rəşad Qasımovu həmin otaqdan çağırtdırıb silah qismində tətbiq etmək məqsədilə üzərində saxladığı zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsiciçapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən balta ilə sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla b ağlı olan basqın edib əlində olan baltanın əzici tərəfi ilə mağazanın ərazisində və daha sonra özünü müdafiə etmək məqsədilə mağazadan kənara qaçan sonuncuya qarşı cinayət əməllərini davam etdirib mağazanın önündə Rəşad Qasımova sol qolunun dirsək nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuda sol saidin yuxarı1\3-nin və sol dirsək oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib Rəşad Qasımovun zərərsizləşdirdiyinə tam əmin olduqdan sonra mağazada yerləşən pul dolabından xeyli miqdarda - 11822 manat nağd pulu ələ keçirib qaçmaqla zərərçəkmiş şəxs X6 qarşı xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRA KÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Həsənov İbarət Əhəd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə istintaqı zamanı Məhkum ona elan edilmiş ittihamla bağlı özünü həmin maddə ilə təqsirli bilməyərək zərərçəkmiş şəxsin işlədiyi mağazaya getməkdə məqsədinin Rəşadın onun barəsində yalan məlumat verməsini araşdırmaq olduğunu bildirmişdir. Daha sonra ifadəsində göstərmişdir ki, niyyəti əvvəlcədən oradan pul götürmək olmamış, yalnız zərərçəkmiş tərəfindən oğurluqda şərləndiyi üçün açıq formada pulları götürərək “etməmişəmsə də, hazırda edirəm” deyə həmin pulları götürmüş və özünün hesab etdiyi kimi bir növ ondan qisas alıb ödəşmək istəmişdir. Götürdüyü pulu əlində tutub uca səslə Rəşada tərəf baxıb qışqıraraq "mən sənin mağazandan oğurluq etməmişdim, lakin indi pul götürməyimə siz məni məcbur etdiniz, hünərin varsa gəl pulu məndən al" sözlərini demişdir. Belə olan halda onun törətdiyi əməl barəsində quldurluqdan söhbət gedə bilməz. Onun əməli soyğunçuluq, yəni, özgənin əmlakını açıq talama kimi qiymətləndirilməlidir. Çünki, zərərçəkmiş şəxsin həyatı üçün heç bir real təhlükə olmamışdır. Məhkəmə tərəfindən məhkəmə iclasının gedişində toplanmış sübutlar, yəni məhkum edilmiş şəxsin ifadəsi və digər hallar sübut növü kimi götürülməmiş, əsassız olaraq istintaqın gəldiyi nəticəyə uyğun verilmiş ittiham təsdiq edilməklə onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, heç bir mötəbər sübuta söykənməyən qanunsuz hökm çıxarılmışdır. Odur ki, göstərlənləri nəzərə alaraq, Məhkum əməlinin CM-nin 181.2.4 və 181.2.5ci maddələrind ən həmin Məcəllənin 180.2.4 və 180.2.5-ci maddələrinə tövsif edilməsi, evli, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, barəsində CM-nin 70-ci maddəsini tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi S.N.Paşayev çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız o lduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün olaraq tövsif edildiyini bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsin in qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri nin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayi sə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 181.2.4 və 181.2.5-ci maddəsinin dispozisiyası – xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilmək lə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsini n hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xeyli miqdarda əmlak əldə etmək məqsədilə, silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-kriminalistik, məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, zərərçəkmiş şəxsin işlədiyi mağazada quraşdırılmış müşahidə kamerası tərəfindən çəkilmiş videogörüntülər və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 181.2.4 və 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 2005-ci il 03 mart tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya k ənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 23-cü bəndində göstərilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlid ir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş Rəşad Qasımova qarşı silah qismində istifadə edilən əşyadan istifadə etməklə, xeyli miqdarda əmlak əldə etmə k məqsədilə quldurluq cinayət əməlini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, cinayət hadisəsini törədən zaman Məhkum öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkum zərərçəkmiş Rəşad Qasımova qarşı xeyli miqdarda əmlak ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq etməsi hər iki instansiya məhkəməsi zamanı tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 180.2.4 (həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) və 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 2005-ci il 03 mart tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Lakin, cinayət işinin materiallarından şahidlərin ifadələrindən, həmçinin iş materialla rında olan CD diskdəki videogörüntülərdən görünür ki, Məhkum əlində olan balta ilə zərərçəkmiş Rəşad Qasımova davamlı basqın edir, sonda isə Rəşad Qasımov qaçaraq ondan xilas olur. Həmçinin məhkəmə-tibb ekspertizasının 02.04.2020-ci il tarixli 151 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs Rəşad Qasımovun bədəni üzərində sol saidin yuxarı 1/3-nin və sol dirsək oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi müəyyən olunmuş, həmin xəsarətlər bərk, küt əşyanın təsirindən törənmiş, baltanın küt tərəfi ilə vurma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti 12 mart 2020-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, iş materialları ilə bir daha təsdiq olunur ki, Məhkum zərərçəkmiş şəxs Rəşad Qasımo va CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq deyil, silah qismində istifadə olunan əşya ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Məhkum mağazaya daxil olaraq Rəşad Qasımova əlindəki balta ilə zərbələr endirməsi şahidlər X8, X4 və X1 ifadələri və videogörüntülərlə tam şəkildə öz təsdiqini tapmışdır. Odur ki, Məhkum əməli məhkəmələr təəfindən tamamilə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 181.2.4 və 181.2.5-ci maddələri ilə təsdiq olunmuşdur. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiy a məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğu iddia olunur. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təh lükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum barəsində şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respubl ikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı oldu ğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli qərarı Məhkum müdafiəçisi Həsənov İbarət Əhəd oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №1(102)-1168/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1168/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver