Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1168/2022 01.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansi yası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.M.Əliyev, hakimlər D.H.İmanov və N.T.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1982-ci ildə xxx25ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş və əməlində cinayətin residivi olan, işləməyən, xxx 26ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 mart 2020-ci il tarixdən hesablanması, Məhkum narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə X7 və X9 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov, hakimlər Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət məhkəmə tərkibi) məhkum X4 apellyasiya şikayəti təmin edilməmiş, Məhkum və onun müdafiəçisi tərəfində n verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan h issələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmə əsasən X9, Məhkum və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metafetamini əldə edib daşıyaraq saxlamışlar. Belə ki, X9 840 manat, Məhkum isə 510 manat pulu X10 Bank ASC-yə məxsus olan Bir kart hesabına 23 mart 2020-ci il tarixdə köçürərək, X20 isə özünə məxsus 1500 manat pul qoymaqla Bakı şəhərindən məlum olmayan vaxtda və mənbədən Şahid9 özü üçün satış məqsədilə külli miqdar hesab edilən 61,117 qram çəkidə narkotik vasitə heroini və təmiz çəkisi külli miqdar hesab edilən 9,882 qram çəkidə p sixotrop maddə metafetamini, X21a və Məhkum isə təmiz çəkisi külli miqdar hesab edilən 26,393 qram çəkidə narkotik vasitə heroini, təmiz çəkisi külli miqdar hesab edilən 4,132 qram çəkidə psixotrop maddə metamfetamini və dövriyyəsi məhdudlaşdırılan hər həbdə 0,04 qram olmaqla 25 ədəd həbdə ümumi miqdarı 1,0 qram çəkidə narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib X20 etibarnamə əsasında idarə etdiyi atası X5 məxsus olan VAZ-2107 markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilində Bakı şəhərindən Kürdəmir rayonunadək daşıyaraq saxlamış, X21a və Məhkum çatası külli miqdar hesab edilən 26,393 qram çəkidə narkotik vasitə heroini və təmiz çəkisi külli miqdar hesab edilən 4,132 qram çəkidə psixotrop maddə metafetamini Kürdəmir rayonunda sonunculara verərək həmin avtomobil də bərabər Qazax rayonuna gedərkən 27 mart 2020-ci il tarixdə saat 21 radələrində polis əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində DYP postu yaxınlığında saxlanılaraq DİN-nin BNMİ-nin QBRŞ-nin yerləşdiyi XXX 27ına gətirilib üzərlərinə baxış keçirilən zaman X21un əynindəki qara rəngli gödəkcəsinin sol döş cibindən bir ədəd sellofan bağlamada ümumilikdə 1350 manat pulun müqabilində qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları ümumi təmiz çəkisi külli miqdar hesab edilən 26,393 qram çəkidə narkotik vasitə heroin və bir ədəd eyni yerdə digər sellofan bağlamada olan ümumi təmiz çəkisi külli miqdar hesab edilən 4,132 qram çəkidə psixotrop maddə metafetamin, avtomobilə baxış keçirilən zaman isə avtomobilin salonunun arxa oturacağının altında qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları əl çantasının içərisindəki iki ədəd bağlamada ümumi təmiz çəkisi külli miqdar hesab edilən 61,117 qram çəkidə narkotik vasitə heroin, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 9,882 qram çəkidə psixotrop maddə metamfetamin, dövriyyəsi məhdudlaşdırılan hər həbdə 0,04 qram olmaqla 25 ədəd həbdə ümumi miqdarı 1,0 qram çəkidə narkotik vasitə olan metadon, ümumilikdə hər üçünə məxsus təmiz çəkisi külli miqdar hesab edilən 87,51 qram çəkidə narkotik vasitə heroin, təmiz çəkisi külli miqdar hesab edilən 14,014 qram çəkidə metafetamin və dövriyyəsi məhdudlaşdırılan hər həbdə 0,04 qram olmaqla 25 ədəd həbdə ümumi miqdarı 1,0 qram çəkidə narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Məhku m 510 manat müqabiləndə aldığı X21un üzərində aşkarlanmış narkotik vasitəni və psixotrop maddəni satış məqsədi və tamah niyyəti olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək onun əməlini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual qanunun tələblərinə əməl olunmaqla tədqiq olunmuş sübutlarla Məhkum X21la və X20la qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddəni, habelə narkotik vasitə metadonu qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum cinayət əməlininin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, məhkəmə əsassız olaraq (Gəncə Şəhər Prokurorluğunun Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona qarşı zor tətbiq edilməsinə dair iddialarını araşdırmasına və cinayət hadisəsi müəyyən edilmədiyi üçün 02 iyun 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmasına baxmayaraq) Məhkum pis rəftara məruz qalması və məhz bunun təsiri ilə 28 mart 2020-ci il tarixli izahatı, 28 mart 2020-ci il tarixli şübhəli şəxs qismində dindirmə protokolundakı və 29 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirmə protokolundakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin subutları sübutlar siyahısından xaric etmiş, eyni zamanda Məhkum 510 manat pulu narkotik vasitələrə görə deyil, borclu olduğu üçün verməsi barədə ifadəsində bildirdiyi məlumatı qəbul etməmişdir. Həmçinin apellyasiya məhkəməsi əsassız olaraq Məhkum mobil telefonunun yaddaşında olmuş “qaqa dərdin alım buradayam, bu vaxtacan gözləyirəm, məni ağrıda qoyma”, “cobi ağırıyıram cavab ver” məzmununda mesajları və digər şəxslərlə telefon danışıqlarını onun narotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən məlumatlar kimi qiymətləndirməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərar ını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 234.1ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmə Məhkum məhkəməyədək icraatda alınmış 28 mart 2020-ci il tarixli izahatı, 28 mart 2020-ci il tarixli şübhəli şəxs qismində dindirmə protokolundakı və 29 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirmə protokolundakı ifadələri pis rəftarın təsiri ilə verməsi haqqında nəticəyə gəlib, həmin subutları sübutlar siyahısından xaric etmiş, iş üzrə toplanmış mümkünlüyü şübhə yaratmayan digər sübutlar isə ona Məhkum digər şəxs lərlə (X21la və X20la) narkotik vasitənin (heroinin) və psixotrop maddənin (metamfetaminin) satışı ilə məşğul olmaq barədə əvvəlcədən razılığa gəlməsi, məhz bu məqsədlə narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması, daşıması haqqında nəticəyə gəlmək üçün kifayət etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum narkotik vasitəni özü istifadə etmək məqsədilə ona da narkotik vasitənin əldə edilməsi üçün 510 manat məbləğində pulu X21a vermiş, X20 onun və X21un verdiyi pula (ümumilikdə 1350 manata) narkotik vasitə və psixotrop maddə əldə etdikdən sonra onlar birlikdə X20un idarə etdiyi avtomobildə Qazax rayonuna gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, X15 İsmayılova verdiyi (polis tərəfindən saxlanıldıqları vaxt X21da aşkarlanmış) narkotik vasitədə və psixot rop maddədə onun da payı olmuşdur. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılamamasını əsaslandırarkən həlledici şəkildə ona əsaslanmışdır ki, Məhkum pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Gəncə Şəhər Prokurorluğunun cinayət hadisəsi müəyyən edilmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyun 2020-ci il tarixli qərarı olmuş, bu səbəbdən apellyasiya instansiyası qeyd edilən izahat və ifadələri sübutların siyahısından çıxarmaqda haqlı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəlarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq ediləndək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ona ittiham və müdafiə tərəflərinin təqdim etdikləri hər bir sübut lazımınca yoxlanılsın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yal nız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələr üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutların üzərində qursun. Məhkəməyədək icraatda Məhkum polis tərəfindən 27 mart 2020-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Gəncə Şəhər Prokurorluğunun cinayət hadisəsi müəyyən edilmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyun 2020-ci il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardan deyil, müvafiq sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının 09 iyun 2020-ci il tarixli 254 saylı rəyinə və həmin rəylə uzlaşan Məhkum verdiyi məlumatlara əsasən müəyyən etdiyi faktdan - Məhkum polis əməkdaşları tərəfindən saxlanıldığı günə - 27 mart 2020-ci il tarixə uyğun gələn və yumruqla yetirilməsi istisna edilməyən hər iki gözün alt səthində qançırlar şəklində xəsarətlərin olmasından, ittiham tərəfinin isə məhkəmədə Məhkum həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni zama nda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən (o cümlədən, Tomasi Fransaya qarşı 27 avqust 1992-ci il tarixli qərardan) çıxış edərək Məhkum saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə 28 mart 2020-ci il tarixli izahatı, 28 mart 2020- ci il tarixli şübhəli şəxs qismində dindirmə protokolundakı və 29 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirmə protokolundakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin subutları sübutlar siyahısından çıxarması və cinayət işində E.X6 və X20la narkotik vasitələrin və psixotrop maddənin məhz satışı məqsədi ilə qabaqcadan əlbir olduğunu göstərən sübutlar mövcud olmadığına görə onun həmin predmetləri şəxsi istehlakı üçün əldə etməsi haqqında nəticəyə gəlməsi, CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Kassasiya protestində göstərilənlərin əksinə olaraq, ambulator məcburi narkolojitibbi yoxlamanın 30 iyul 2020-ci il tarixli 636 nömrəli rəyinə görə Məhkum “narkomaniya xəstəliyi üçün səciyyəvi olan xəstəlik əlamətləri aşkar edilir. Təfəkkürü davranışı, emosiyaları və vegetativ sinir sisteminin vəziyyətində patoloji meyillilik (narkotik vasitələr aclığı) əlamətləri aşkar olunur”. Bu hal Məhkum narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün əldə edib saxlamasına və daşımasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni daha da möhkəmləndirir. “Narkotik vasitələrin, psixo trop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkum narkomaniya xəstəliyi üçün səciyyəvi olan xəstəlik əlamətlərinin müəyyən edilməsi ilə yanaşı onun üzərində xırda bükümlərə ayrılmış narkotik vasitəninin və yaxud psixotrop maddənin, hər hansı avadanlığın aşk arlanmaması, istehlakçı ilə, habelə X21la və X20la əvvəlcədən narkotik vasitənin və ya psixotrop maddənin satışına dair razılığın əldə edilməsinin müəyyən edilməməsi, saxlanıldığı vaxt Məhkum üzərində şüşə flakonun, şprisin və limon duzunun aşkarlanması da apellyasiya instansiyası məhkəməsinin Məhkum narkotik vasitələrin və psixotrop maddələrin istehlakçısı kimi qiymətləndirməkdə, məhkumin əməlini onunla birlikdə saxlanılmış digər şəxslərin əməlləri ilə eyniləşdirməməkdə (onların bir yerdə olub, eyni vaxtda və eyni yerdə saxlanılması faktından mexaniki surətdə çıxış etməməkdə) haqlı olduğunu göstərir. Kassasiya protestində Məhkum mobil tefonunun yaddaşındakı “qaqa dərdin alım buradayam, bu vaxtacan gözləyirəm, məni ağrıda qoyma”, “cobi ağırıyıram cavab ver” məzmununda mesajlara və digər şə xslərlə telefon danışıqlarına Məhkum narkotik vasitələri və psixotrop maddəni məhz satış məqəsdi ilə əldə etməsini, saxlamasını və daşımasını göstərən hallar kimi istinad olunmasına gəldikdə, apellyasiya instansiyası məhkəməsi bu halları ətraflı şəkildə təhlil etməklə özü-özlüyündə Məhkum satış məqsədi güddüyünü təsdiq etmək üçün kifayət etməyən xüsusatlar kimi qiymətləndirdiyindən, məhkəmə kollegiyası bu nəticə ilə razılaşamamaq üçün əsas görmür. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, cinayət təqibi orqanı bu mesajları obyektiv qiymətləndirmək üçün Məhkum mobil telefonuna daxil olmuş həmin mesajların hansı mobil nömrələrdən, yəni kimlər tərəfindən göndərildiyi və bu mesajları yazmış şəxsləri dindirməklə qeyd edilən mətnlərin nəyi nəzərdə tut duğunu müəyyən edə bilərdi. Lakin cinayət təqibi orqanı bu istiqamətdə heç bir hərəkət etməməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası prinsipini təsbit edən 21-ci maddəsinin müvafiq müddəasına görə “şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir”. Cinayət-prosessual qanunun 145.3-cü maddəsində də təsbit edilmişdir ki, “ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir”. Kassasi ya protestində qeyd edilən mesajları göndərmiş şəxslərin məhkəməyədək icraatda dindirilməməsindən və Məhkum digər şəxslərlə telefon bağlantılarının məzmununun bəlli olmamasından törəyən şübhələri cinayət işinə məhkəmələrdə baxılması zamanı da ittiham tərəfi aradan qaldırmadığından, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin şübhələri Məhkum xeyrinə təfsir edərək sözügedən mesajları və mobil telefon bağlantılarını Məhkum satış məqsədi ilə hərəkət etməsini təsdiq edən sübutlar kimi qiymətləndirməkdən imtina etməsini təqsirsizlik prezumpsiyası prinsipi və CPM-in sübutetməyə dair qaydaları ilə uzlaşan mövqe kimi qəbul edir. Müvafiq olaraq da, məhkəmə kollegiyası cinayət mühakimə icraatının prinsiplərinə və cinayət-prosessual qanunun sübutetməyə dair qaydalarına əməl edilməklə əldə olun muş işin faktiki halları və əməlin hüquqi tövsifi haqqında apellyasiya instansiyası məhkəməsinin nəticələrini şübhə altına almaq üçün hər hansı bir əsas tapmır və apellyasiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif etməsini, bu maddə ilə ona cəza təyin etməsini və “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə və 9.2.3-cü bəndinə uyğun olaraq təyin olunan cəzanı 6 ay azaltmasını qanuni və əsaslı nəticələr kimi qiymətləndirir. Qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum münasibətdə Azərbaycan Respublik ası CPM-in 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair Məhkum çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 və Məhkum barəsində olan 16 fevral 2022-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ka ssasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 və Məhkum barəsində olan 16 fevral 2022-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1168/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1168/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver