Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1168/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in) 234.2-c i maddəsi ilə, X1 CM-in 234.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1(106)-216/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1991-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,himayəsində 6 azyaşlı uşağı olan, orta təhsilli, sonuncu dəfə Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və g ötürülməmiş, fərdi əməklə məşğul olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 118 qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 1,00 qram çəkidə 5 bükümdə heroini və 0,816 qram çəkidə 2 bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 24 avqust 2022-ci il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri ərazisində həmin narkotik vasitədən bir bükümdə olan 0,629 qramını Cəlilabad şəhər sakini X3 qanunsuz o laraq 20 manat müqabilində satmış, həmin gün saat 23 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmişəməliyyat tədbiri nəticəsində saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman qalan narkotik vasitə heroinin 0,371 qramı 4 bükümdən ibarət şəffaf selllofana bükülmüş halda və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,816 qram psixotrop maddə metamfetamin əynindəki şalvarın cibindən aşkar edilərək götürülmüşdür.
3. Cəlilabad Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 18 yanvar 2023-cü il tarixli, 1(073)-14/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, onun 3 il 6 ay müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 avqust 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmlə həmçinin digər məhkum X1 da təqsirliliyi məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək, ona daha az cəza təyin olunmasını xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 30 mart 2023-cü il tarixli, 1(106)216/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmas ına dair cinayət işi üzrə Cəlilabad rayon Məhkəməsinin 1(073)-14/2023 saylı, 18 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1(106)-216/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətində bir sıra qanunvericilik normalarına istinadlar qeyd etmişdir ki, məhkəmələr tərəfindən onun işinə qanuni və ədalətli şəkildə baxılmamış, narkotik vasitələrin satışı ilə mməşğul olmasını təsdiq edən heç bir sübut olmamasına baxmayaraq, onun əməli narkotik vasitələrin satış ilə tövsif edilmiş Bundan başqa barəsində cəza təyin edilərkən cəzasını yüngülləşdirən hallar məhkəmələr tərəf indən kifayət qədər nəzərə alınmamışdır.
8. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1(106)-216/2023 nömrəli qərarının dəyişdirilməsini, onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlini CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti və digər məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum, tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edil məsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, iş üzrə apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İV. Hüquqi məsələlər
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəy işdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 30 mart 2023-cü il tarixli, 1(106)-216/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
21. Belə ki, Məhkum əməlinin tövsifini apellyasiya şikayətində mübahisələndirməsə də, onun tərəfindən barəsində təyin edilmiş cəzanın ağırlığı ilə əlaqədar irəli sürülmüş dəlillərlə yanaşı əməlinin hüquqi tövsifi də apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
22. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
24. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi CPM-in tələblərinə uyğun aparılmışdır.
25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyas iya məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi barəsində cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə əməl edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə həsr edilmiş apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun şəxsiyyətini xarakterizə edən, onun cəzasını yüngüolləşdirən və ağırlaşdıran halları əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün m üəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Məhkum təyin edilmiş cəzanın daha da azaldılması üçün əsaslar görmür.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
28. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli, 1(106)-216/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1( 106)-216/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.