Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1169/2019 19.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 1169/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "19" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hö kmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağalarov Mahmud Muradxan oğlu, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) xx xxx 1971-ci ildə Ermənistan Respublikasının Kafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında məskunlaşmış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşıyaraq saxlamış və satmışdır. Belə ki, o, 19 yanvar 2018-ci il tarixdə səhər saatlarında Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 250 (iki yüz əlli) manat müqabilində külli miqdar hesab edilən - 2,733 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 15 radələrində ünvan 2 ünv anda yerləşən Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasının qarşısında tanışı X1 70 manat məbləğində pulu aldıqdan sonra həmin pulun müqabilində 2 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitəni satmaq istəyərkən Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. Polis idarəsində Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı 2 ədəd siqaretin göy rəngli kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,139 qram, 0,119 qram və 5 ədəd şəffaf sellofana bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,400 qram, 0,408 qram, 0,400 qram, 0,780 qram olan xalis çəkisi ümumilikdə 2,633 qram olan narkotik vasitə heroin Məhkum əynində olan qara rəngli şalvarının sağ yan cibindən aşkar edilərək göt ürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Şamayev Eldar Yaquboviç, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 03 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, barəsində olan cinayət işinə yenidən baxılmaqla ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sifarişlə cinayət məsuliyyətinə c əlb edilmiş və bu səbəbdən də özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətləri əsassız olaraq təmin edilməmiş, ümumiyyətlə, məhkəmələr onun əməlinə düzgün hüquqi qiymət verməmiş, ona görə də barəsində olan cinayət işinə yenidən baxılmaqla ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunmasını, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlər in ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına üstünlük verildiyi, əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğuna görə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətində Məhkum məsuliyyətə cəlb edilməsinin s ifarişli olduğu iddia olunur, cinayət işi üzrə yenidən araşdırma aparılması xahiş edilir və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Məhkəmə kollegiyasının qənaətinə görə həmin dəlillər iş materiallarına uyğun olmamaqla əsassızdır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “..Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun apellyasiya şikayətinin təmin olunması barədə müdafiəçisinin və apellyasiya şikayətinin təmin olunmadan, məhkəmə hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudların da yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, həmin məhkəmə onun dəlillərini ətraflı araşdırmış, o cümlədən narkotik vasitəni ondan almış X3, məhkumun tutulmasında iştirak etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklə rlə Mübarizə İdarəsinin əməkaşlarını, üzərində baxış keçirilən zaman hal şahidi qismində iştirak etmiş şəxsləri şahid qismində dindirmiş və toplanmış sübutlara əlaqəli və obyektiv hüquqi qiymət vermişdir. Həmçinin, iş materiallarında olan Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi vi götürmə barədə 23 yanvar 2018-ci il tarixli protokola əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd siqaretin göy rəngli kağızına və 5 ədəd şəffaf salofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuş, Məhkum həmin maddələrin narkotik vas itə olan heroin olmasını, 19 yanvar 2018-ci il tarixdə yaşadığı yataqxananın qarşısında Mehman kimi tanıdığı şəxsdən 250 manata alaraq üzərindən gəzdirdiyini’ göstərmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, onu sübut qismində qiymətləndirməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci ıl tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar olunmuş narkotik vasitəsinin miqdarı, onun xırda bağlamalara bük ülməsi məhkumun narkotik vasitələrinin satış məqsədi ilə saxlamasının göstəricisidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuşdur...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, apellyasiya şikayətinin dəlillərini cavablandırmış, ittihamın təsdiq olunduğuna, əməlin tövsifinə dair gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına istinad edərək ətraflı şərh etm əklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermirlər. Məhkəmə kollegiyası ittihamın təsdiq edildiyinə dair nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Odur ki, Məhkum təqsirliyinin sübuta yetirilməsinə dair nəticənin (məhkəmələrin bunlara dair mövqeyinin) qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermirlər. Kassasiya şikayətində Məhkum sifarişlə cinayət məsuliyyətinə cəlb edildiyi iddia edilsə də, belə sifarişin kim tərəfindən və nə səbəbdən edildiyi açıqlanmamış, belə sifarişin olduğunu təsdiq edən hər hansı bir sübuta və ya dəlilə istinad edilməmişdir. İş materiallarında da belə bir məlumat yoxdur ki, Məhkum cinayət məsuliyyətinə sifarişlə cəlb edilməsini, cinayət təqibi orqanları və məhkəmələrin ona qərəzli münasibət bəsləmələrini göstərsin, buna dəlalət etsin və ya dolayı da olsa belə qənaətə gəl məyə əsas versin. Əksinə, ittiham tərəfinin topladığı, məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad etdiyi, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunaraq yoxlanılmış sübutların təhlili göstərir ki, Məhkum təqsirliliyi sübuta yetirilmiş və məhkəmələr həmin sübutlara obyektiv və qərəzsiz yanaşaraq, onlara əsaslanıb iş üzrə nəticəyə gəlmişlər. İş materiallarında həmin sübutların mötəbərliyini, məhkəmələrin obyektivliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində yenidən araşdırma aparılmalı olduğu iddia edilsə də, konkret olaraq hansı halların araşdırıımalı olduğu açıqlanmamışdır. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində isə göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb ed ən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. İş materiallarının yuxarıda göstərilən normanın tələbləri baxımından təhlili göstərir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün (özünü gəldiyi nəticənin düzgünlüyü üçün) mühüm əhəmiyyət kəsb edən bütün halları kifayət qədər ətraflı araşdırmışdır. Yəni, həmin normada göstərilən əsaslar mövcud deyildir. Kassasiya şikayətində vəsatətlərin təmin edilmədiyinə də istinad olunur. Şikayətin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, müdaf iə tərəfinin bütün vəsatətlərinə qanunla nəzərdə tutulmuş qaydada baxılmış, onlar üzrə müvafiq qərarlar çıxarılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə həmin qərarların da qanuniliyini şübhə altına almağa əsas yoxdur. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri iş materiallarına uyğun olmamaqla əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası təyin edilmiş cəza ilə əlaqədar işin hallarını təhlil edərək qeyd edir ki, apellyasiya məhkəməsi cəza təyini ilə bağlı məsələləri həll edərkən Azərbaycan Respublikası CM-nin 8, 58.3 və 62-ci maddələrinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakteri nə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hall ar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəzanı ağırlaşdıran hal kimi onun əməlində cinayətin təhlükəli residivinin olduğunu, cəzanı yüngülləşdirən hallar kimi isə onun İİ qrup əlil olduğunu və himayəsində bir azy aşlı uşağının olduğunu nəzərə almışdır. Cəza təyini məsələsinin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bu halları nəzərə almış birinci instansiya məhkəməsi həmin halların, törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə aid olan amillərin Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas verib-vermədiyi məsələsinin müzakirə etməmiş, bununla bağlı bir sıra hallara da münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi də həmin çatışmamazlıqları aradan qaldırmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası həmin məsələlərlə əlaqədar qeyd edir ki, Məhkum aşkar edilmiş heroinin miqdarı cəmi 2,663 qram təşkil edir və bu miqdar müvafiq normativ aktda (28 iyun 2005-ci il tarixli qanunla təsdiq edilmiş) külli miqdar kimi göstərilən (Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etməyə əsas verən) miqdardan cəmi 0,663 qram artıqdır. Bundan başqa, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində nəzərdə tutulan yalnız bir tövsifedici əlamətlə cinayət törəmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunan hallar Məhkum törədiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinin bu qəbildən olan (CM-nin 234.4-cü maddəsi ilə nəzərdə tutulan) digər cinayətlərə nisbətdə xeyli aşağı olduğunu göstərir (təcr übədə Məhkum aşkar edilmiş miqdardan dəfələrlə artıq miqdarda heroinin satışı məqsədi ilə əldə edilməsi və bunun CM-nin 234.4-cü maddəsində nəzərdə tutulan bir neçə tövsifedici əlamətlərlə törədilməsi hallarına rast gəlinir). Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, konkret olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı yuxarıda göstərilənləri, habelə cəzanı yüngülləşdirən halların (Məhkum İİ qrup əlil olması və himayəsində azyaşlı uşağının olduğu) məcmusunu müstəsna hal kimi nəzərə alaraq hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq olunmaqla, ona təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı hədinin ⅔-dən az cəza təyin edilməlidir (birinci instansiya məhkəməsi təhlükəli residivin mövcudl uğunu nəzərə alaraq, həmin sanksiyanın yuxarı həddinin ⅔ az olmayan cəza təyin etmişdir). Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunanlara və "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahına əsaslanır. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində göstərilən əsaslarla dəyişdirilməli, kassasiya şikayəti isə qismən təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü ma ddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Apellyasiya məhkəməsinin qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-1169/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1169/2019
19.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver