Məhkəmə qərarları › İş №1(102)-1169/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1169/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1169/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X3 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), M.V.Məmmədov və C.C.Nəbiyevdən ibarət tərkibdə) 21 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxx 1981-ci ildə Masallı rayonu doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan,işləməyən, Masallı Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, əməlində cinayətl ərin residivi olan, Masallı rayon qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il 9 y müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 iyun 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) dövlət ittihamçısı X4 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin saxlanılmışdır. 21 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən İşin halları: Mə hkəmənin hökmünə görə təqsirləndirilən şəxs Məhkum 23 iyun 2020-ci ildə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,931 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 24 iyun 2020-ci il tarixdə Masallı rayonu Şıxlar kəndi ərazisində olarkən həmin gün saat 14 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən qeyd olunan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2021-ci il tarixli qə rarından Dövlət ittihamçısı kassasiya protesti vermişdir. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək əsassız və qanunsuz olaraq CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə formalaşmış məhkəmə-istintaq təcrübəsinə, nə mütəxəssislərin rəyinə, nə də ki, digər hər hansı bir elm mənbəsinə istinad etmədən, gəldiyi nəticəni yalnız Məhkum məhəkəmə baxışı zamanı narkotik vasitəni və psixotrop maddənin satış niyyəti ilə əldə etməməsi barədə verdiyi ifadəsi ilə qərarını əsaslandırmaqda haqlı olmamışdır. Halbuki, hazırkı cinayət işində Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsi istisna olunmuş, o, həmin psixotrop maddə və külli miqdarda narkoitk vasitəni məhz satış məqsədi ilə əldə edərək daşımaqla saxlamışdır. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və əlavə edilmiş videoçəkilişdən görünür ki, Məhkum üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə 4,931 qram çəkidə narkotik vasitə - heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən şahidlərin ifadələrinə, şəxsi axtarış və götürmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Məhkum ondan aşkar edilərək götürülümüş bir ədəd bükümdə 4,931 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyinə dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmiş, apelyasiya instansiyası məhkəməsi isə bu əsassız və qanunsuz nəticəni təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla məhkumun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi ilə nəticələnən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir Məhkəmə Məhkum ə məlini CM-nin 234.1 -ci maddəsinə tövsif edərkən, onun tərəfindən törədilən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Məhkum tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, heroinin həmin narkotik vasitə üçün müəyyən edilmiş şəxsi istehlak miqdarından 16 dəfədən, psixotrop maddə olan metamfetaminin isə 32 dəfədən çox olmasını, aşkar olunmaya cağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Məhkum tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini hökmdə və qərarda əsaslandırmamışlar. Lakin hazırkı cinayət işi üzrə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üz rə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli, hadisənin obyektiv səhnəsinə və sağlam məntiqə uyğun olmayan mövqeyinə əsaslanmışlar. Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Mə hkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, ka ssasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkumun əməlinin əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması mübahisələndirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhd udlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhk əmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya protestində məhkumun əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan Apellyasiya məh kəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir CM-nin 234.1-ci maddəsində Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.31-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin külli miqdar törədilməsi nəzərdə tutulmuşdur. İttiham orqanı və birinci instansiya məhkəməsinin qənaətincə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamış və daşımışdır. Məhkum birinci instansiya məhkəməsinin qərarı ilə həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamışdır. İş materiallarında olan, ibtidai araşdirma zamanı olduğu kimi birinci instansiya məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs Məhkum və şahidlərin ifadələrindən görünür ki, Məhkum narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o, heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O, üzərində aşkar edilən heroini özü istifadə etmək üçün tanımadığı şəxsdən əldə edərək, üstündə saxlamışdır. Bundan başqa iş materiallarından müəyyən e dildi ki, Məhkum narkotik vasitə olan tiryək alkoloidlərini özündə saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Şəxsi axtarış və götürmə haqqında» 24 iyun 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Məhkum üzərində video çəkilişlə aparılan şəxsi axtarış zamanı sonuncunun əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə – heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2020-ci il tarixli 19/243 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «... 1 ədəd bükümdə təmiz çəkisi – 4,931 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir» İş materiallarında olan müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığına 11 iyul 2020-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, Məhkum narkotik vasitələrin satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olsa da, bu halın müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər icra edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. İş materiallarında olan məhkəmə – narkoloji ekspertizası ilə bağlı tərtib olunmuş 29 iyun 2020-ci il tarixli 462 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyat a alınması məsləhət görülür» "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011 -ci il tarixli qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq birinci instansiyası məhkəməsi yekun nəticəyə gələrkən qeyd etmişdir ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş heroinin kütləsinin külli miqdar – 4,931 qram təşkil etməsinə münasibət bildirərək qeyd etmişdir ki, bu hal 15 ildən artıqdır müddətə narkotik vasitələr qəbul edən və tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunan Məhkum həmin maddəni əldə etməsi, s axlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hal kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 24 iyun 2020-ci ildə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən bir ədəd bükümdə heroin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Məhkum barəsində cinayət təqibi ba şlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, habelə məhkəmə icraatı zamanı verdiyi bütün izahat və ifadələrdə üzərindən aşkar olunmuş heroini məhz şəxsi istifadəsi üçün əldə edib, saxlayaraq daşıdığını bildirmişdir. Qeyd olunanları, həmçinin Məhkum narkotik vasitə – heroindən mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda bir ədəd bükümdə olan 4,931 qram heroini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Məhkum üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər.” "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələ r varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (Cinayət Prosessual Məcəllənin 351.2-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və işin faktiki hallarına tam uyğundur. Apellyasiya instansiya məhkəməsi məhkumun əməlini Azərbayca n Respublikası CM-nin 234.1-ci maddəsini tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ekspertiza rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar