Məhkəmə qərarları › İş №1(102)-1169/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1169/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1169/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 de kabr 2023-cü il tarixli ilkin baxış qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əsgərova-X6 (sədrlik edən), X9 və X13 oğlundan ibarət tərkibdə) 13 noyabr 2023-cü il tarixli hökmü ilə xx xxxx 2000-ci il ildə Xndə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Xndə qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il, Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.3-ci maddələri ilə 3 (üç) il, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət ona təyin edilmiş olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla onun üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətin in başlanğıcı 1 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə) 28 dekabr 2023-cü il tarixli ilkin baxış qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1027/2023 nömrəli 03 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarı və 13 noyabr 2023-cü il tarixl i hökmü ləğv edilmişdir. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilmiş, məhkum olunmuş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsində yenidən hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum özgənin əmlakını talama məqsədilə 14 noyabr 2022-ci il tarixdə, saat 04:50 dəqiqədə ünvan 2 ünvanda yerləşən kioskun qapısını əli ilə vurub kilidi sındırıb açaraq qanunsuz olaraq içəri daxil olub saxlanc yeri hesab olunan pulların yığılması üçün nəzərdə tutulmuş yerdən Zərərçəkmiş şəxs4 məxsus 230 manat pul vəsaitini sonuncunun gözü qarşısıda götürüb hadisə yerindən qaçı b uzaqlaşaraq açıq yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 230 (iki yüz otuz) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə 18 noyabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X16 Ticarət Birliyinə aid kioskda satıcı işləyən Şahid3 pul stəyib sonuncunun qohumluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 məlumatlı olmasını yalandan bildirib aldatmaqla sonuncuya məxsus 550 manat pulu Şahid3 alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bunda n başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 19 noyabr 2022-ci il tarixdə, saat 04:00 dəqiqədə Nümayəndə satıcı işlədiyi ünvan 5 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət departamentinin X16 Ticarət Birliyinə aid kioskda olan müşahidə kameralarına baxmaq adı ilə daxil olub saxlanc yeri hesab olunan pulların yığılması üçün nəzərdə tutulmuş yerdən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər Üzrə Ticarət Birliyinə məxsus 580 manat məbləğində pul vəsaitini götürüb oradan uzaqlaşaraq açıq yolla talayıb zərərçəkmiş Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X16 Ticarət Birliyinə ümumilikdə 580 (beş yüz təksən) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, habelə onun əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməklə 20 noyabr 2022-ci il tarixdə, saat 23:30 dəqiqədə ünvan 7 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X16 Ticarət Birliyinə aid 007 saylı kioska gələrək orada satıcı işləyən Şahid2 özünü cinayətkar aləmdə tanınmış şəxslər ilə yaxın əlaqələri olan şəxs kimi təqdim edərək sonucuya zor göstərib kiosku dağıdacağı ilə hədə-qorxu gələrək kassada olan Zərərçəkmiş şəxs1 məxsus 600 manat pulu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 22 noyabr 2022-ci tarixdə saat 10:30 dəqiqədə ünvan 8 ünvanın yaxınlığında piyada səkisinin üzərində lotereya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 bir ədədinin dəyəri 9 manat 40 qəpik olan 40 ədəd və bir ədədinin dəyəri 4 manat 70 qəpik olan 40 ədəd lotereya biletlərini alaraq pulunu verməyəcəyini bildirib hadisə yerindən qaçıb uzaqlaşmaqla açıq talayıb zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs3 ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 01 dekabr 2022-ci tarixdə saat 04:45 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1 ünvanında yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X16 Ticarət Birliyinə aid kioska yaxınlaşıb satıcı Şahid1 kioskda olan pulları ona verməsini bildirib sonuncudan 750 manat pul vəsaitini alıb hadisə yerindən uzaqlaşmaqla açıq talayıb zərərçəkmiş Bakı Şəhər Ticarət və Xidmət Departament inin X16 Ticarət Birliyinə ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iclaslarının audio-yazı və videoçəkilişləri tədqiq olunmuş və aydın olmuşdur ki, 3 aprel 2023-cü il tarixli hazırlıq iclasının elektron sistemə yerləşdirilmiş nüsxəsinə əsasən hazırlıq iclasının qərarının giriş, müəyyən etdi və qərara aldı hissələrində texniki səhvə yol verilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi əvəzinə həmin Məcəllənin 178.3.2-ci maddəsi qeyd edilmişdir. Belə ki, həmin qərarda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsırləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılması, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,1 80.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyə daxil olması, habelə həmin maddə ilə məhkəməyə verilməsi qeyd edilsə də, həm məhkəmənin hazırlıq iclas protokolunda, həm də kənar şəxslərin müdaxilə edə bilmədiyi elektron sistem vasitəsilə qeydə alınmış 3 aprel 2023-cü il tarixli hazırlıq iclasının audio-yazı və videoçəkilişini əks etdirən görüntülərdə qərarın elan edilməsi hissəsi texniki səbəblərdən (kənar şəxslər tərəfindən müvafiq videoçəkiliş hissəvi pozulmaya məruz qala bilmir) öz əksini tapmasa da sədrlik edən tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.2.2 -ci, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə (qərarda göstərildiyi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə deyil) təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılması kimi elan edilmişdir. Bundan başqa 1(101)-1027/2023-cü nömrəli cinayət işi üzrə ilk məhkəmə baxış iclasının videogörüntülərini özündə əks elektron sistem vasitəsilə qeydə alınan videoçəkilişdən də görünür ki, məhkəmə baxışı təqsirləndirilən şəxsə istintaq orqanı tərəfindən elan edilmiş ittihama uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə açıq elan edilmiş, ittiham aktının nəticəvi hissəsi elan edildikdən sonra sədrlik edən tərəfindən Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 324-cü maddəsində nəzərdə tutulmuş qaydada məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittihamın mahiyyəti, əməlin hüquqi tövsifi və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cəza izah edilmiş, növbəti məhkəmə iclaslarının hər birində həmçinin Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-cİ maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə iclasının davam etdirildiyi bildirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmü ilə isə sonuncu məhz ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2- ci maddələn ilə təqsirli bilinmişdir. Qeyd olunan təqdirdə onun barəsində çıxarılmış məhkəmə hökmünün hansı məhkəmə baxışı hüdudları barədə tələbinin pozulması iş materialları ilə təsdiq olunmur. Belə ki, yuxarıda da göstərildiyi kimi Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələbləri pozulmadan ona elan edilmiş ittihama daxil olan maddələr üzrə ittiham hökmü çıxarılmışdır. Bundan başqa hazırlıq iclasının qərarı elektron sistemə daxil edildikdən sonra qərarda 10 gün müddətində dəyişiklik etmək mümkün olduğundan müvafiq tekniki səhv elektron sistem vasitəsilə düzəliş edilməsi yolu ilə aradan qaldırıla bilinmədiyindən əlyazma üsulu ilə aradan qaldırılmasına cəhd edilmişdir. Hazırki iş üzrə məsələ məhkəmə iclas protokolu ilə audio-videoyazı arasında ziddiyyət barədə olmasa da, yol verilmiş səhvin texniki səhv kimi qiymətləndirilməsi məhkəmə baxışının həyata keçirildiyi iclasların videogörüntülərini özündə əks etdirən müvafiq disk araşdırılmaqla həyata keçirilməli idi. Kassasiya şikayətində Bakı Apellyasİya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(103)-2475/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansi yası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da xatırladır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin h ökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işini materialları ilə əlaqəli şəkildə araşdırıb həmin dəlillərə cavab olaraq aşağıdakıları qeyd edir. Cinayət işi üzrə ittiham aktından görünür ki, istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə məhkəməyə verilmişdir. Göründüyü kimi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təqsirləndirildiyi halda, o, məhkəməyə ittihamın hüdudları barədə tələblər pozularaq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin hal qələm vasitəsilə əlyazma üsulu ilə hazırlıq iclasının qərarında düzəliş edilərək aradan qaldırılmağa çalışılsa da, bu yolverilməz olmaqla bərabər, hal-hazırda "Elek tron Məhkəmə” İnformasiya Sistemində mövcüd olan və elektron imza ilə imzalanmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından göründüyü kimi X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 180.2.2, 180.2.3 və 182.2.2- ci maddələri ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51-1.5-ci maddəsinə əsasən "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş prosessual sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən ziddiyyəti yaratmaqla cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan pozuntuya yol verdiyi ni hesab edərək, məhkəmənin hökm və hazırlıq iclasının qərarının ləğv edilərək cinayət işi birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılağaraq qeyd edir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılmasının məqsədi həmin şikayət və ya protestə məhkəmədə baxılmasının mümkün olub-olmadığını müəyyən etmək və bunun nəticəsində müvafiq qərarların qəbul edilməsidir. Buna görə də apellyasiya şikayəti və ya apellyasiya protestinə ilkin baxılmasına dair düzgün qərar qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsi digər məsələlərlə yanaşı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinc i instansiya məhkəməsində icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini də araşdırmalıdır. Hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən ittihamın hüdudları barədə tələblər pozularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Məhkum məhkəməyə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq yaranmış ziddiyyəti, yəni həmin halın qələm vasitəsilə əlyazma üsulu ilə hazırlıq iclasının qərarında düzəliş edilməsini yolverilməz hesab etməklə, qanuni həll edilməsi mümkün olmayan pozuntu kimi qiymətləndirmiş və müvafiq qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.7-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər. Şərh olunan prosessual normaların tələbləri, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli ilkin baxış qərarından verilən kassasiya protesti ilə birgə müqayisəli təhlili göstərir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri pozulmamış, apellyasiya şikayətinə ilkin baxılmasına dair düzgün qərar qəbul edilmişdir. Yuxarıda təsvir edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız və qəbul edilməz olduğundan həmin protest təmin edilə bilməz, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün isə hər hansı qanuni əsas mövcud deyil. Buna görə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 28 dekabr 2023-cü il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar