Məhkəmə qərarları › İş №1(102)-1169/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1169/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1169/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Məhkum və onun müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Səfərov Rövşən Hətəməli oğlunun iştirakları ilə x xxxx 1967-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan "xxxx" MTK-da menecer vəzifəsində işləyən, ünvan 2 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 186.1 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(103)-161/2025 nömrəli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli 1(006)-88/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim B.Ə.Pənahov) Məhkum - Azərbaycan Respublikası CM-in 186.1 və 308.2-ci maddələri ilə nəzərdə tutulan ci nayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 186.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-in 66.2 və 66.4-cü maddələrinə müvafiq olaraq Məhkum təyin edilmiş əlavə cəzanı tam, əsas cəzaları isə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən bu cəzaların müstəqil icra olunması, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(103)161/2025 nömrəli qərarı ilə (hakimlər: Z.V.İbrahimov (sədrlik edən), M.A.Məmmədov və Q.X.Babayev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli 1(006)-88/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativində menecer vəzifəsində işləmiş M əhkum xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın sədri Şahid4 tərəfindən təsdiq edilmiş "xxxx"nda nəzərdə tutulmuş xidməti vəzifələrinin icrası ilə əlaqədar MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 07 yanvar 2023-cü il tarixdə, gecə saatlarında ünvan 2 ünvanda yerləşən və əvvəlcədən sakinlər tərəfindən söküntüsünə razılığı alınmış evlərin sökülməsini həyata keçirən traktorçu Şahid3 həmin ünvanda yerləşən, Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 891 nömrəli sərəncamına əsasən Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan, sahəsi 17 m2-lik, 36.000 manat dəyərində olan və yaşamaq üçün sığınacaq kimi Zərərçəkmiş şəxs1 istifadəsinə verilmiş bir otaqlı mənz ilin sonuncunun razılığı olmadığı halda sökülməsinə göstəriş verib həmin mənzildə yaşamaq hüququ olan Zərərçəkmiş şəxs1 və mənzilin mülkiyyətçisi Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 36.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən özgə əmlakını məhv etmiş və sonuncuların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla həmin mənzilin Zərərçəkmiş şəxs1 yeganə yaşayış yeri olması səbəbindən ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə o, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın sədri Şahid4 tərəfindən təsdiq edilmiş "xxxx"nda nəzərdə tutulmuş xidməti vəzifələrinin icrası ilə əlaqədar MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 07 yanvar 2023-cü il tarixdə, gecə saatlarında ünvan 2 ünvanda yerləşən və əvvəlcədən sakinlər tərəfindən söküntüsünə razılığı alınmış evlərin sökülməsini həyata keçirən traktorçu Şahid3 həmin ünvanda yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı hüquqların qeydiyyata dair çıxarışa əsasən ümumi sahəsi 18 m2 təşkil edən Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətindəki 38.000 manat dəyərində olan bir otaqlı mənzilin sonuncunun razılığı olmadığı halda sökülməsinə göstəriş verib Zərərçəkmiş şəxs2 38.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən özgə əmlakını məhv etmiş və sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla həmin evin Zərərçəkmiş şəxs2 yeganə yaşayış yeri olması səbəbindən a ğır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsində baxılmasının təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, təqsirləndirilən şəxs Məhkum hərəkətlərində daha ağır cinayətlərin CM-nin 186.3-cü və 308.2-ci, 322-ci maddələrinin əlamətlərinin mövcudluğu, təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin tərkibi olduğundan və cinayətin digər iştirakçılarının məsuliyyətə cəlb olunması zərurəti ilə bağlı cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılma sı üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CM-nin 186.2-ci maddəsində təhlil edilən cinayətin aşağıdakı ağırlaşdırıcı tərkib əlamətləri kimi nəzərdə tutulmuşdur: 1) eyni əməllərin zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsi; 2) yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsi və ya ağır nəticələrə səbəb olması. Başqa ümumi təhlükəli üsul dedikdə, yandırma və partlatmadan başqa, su altında qoyma, ağır texnikadan istifadə etmə və insanların həyat və sağlamlığı üçün təhlükəli olan, habelə geniş miqyaslı dağıntılara gətirib çıxara bilən digər üsullar başa düşülür. İttiham tərəfi hazırki iş üzrə qeyd olunan evlərin ağır texnikadan istifadə etməklə sökülməsinə ümumi təhlükəli üsul kimi hüquqi qiymət ve rsə də, məhkəmə hesab edir ki, traktorla əmlakın sökülməsi o halda təhlükəli üsul hesab oluna bilər ki, əmlak sökülən zaman orada insanlar yaşamış olsun və bunun nəticəsində insanların həyat və sağlamlığına, əşyalarına zərər vurulsun, yaxud belə zərərin vurulma ehtimalı olsun. “Lakin, məhkəmədə müəyyən olunmuşdur ki, zərər çəkmiş şəxslərə aid mənzillər sökülən zaman bütün təhlükəsizlik qaydalarına əməl olunmuş, orada heç kim yaşamamış, onların içərisində də heç bir əşya olmamış, ətrafda da kimsə olaraq sağlamlığına zərər vurulmamışdır” ifadəsi tam əsassız, təqsirləndirilən şəxsin mənafeyinə xidmət edən əsaslandırmadır. Şikayətdə həmçinin bildirilir ki, zərərçəkmiş şəxslərin təqdim etdikləri sübutlar həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən araşdırılıb düzgün hüquqi qiymət verilmədiyindən "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbər vəzifəli şəxsləri məsuliyyətdən kənarda saxlanmış, Məhkum törətmiş olduğu cinayət əməlinə isə düzgün hüquqi qiymət verilməyərək CM-in daha yüngül cəza nəzərdə tutan maddəsi ilə tövsif olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, Məhkum və müdafiəçi R.Səfərovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavas itə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 yanvar 2025ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsində baxılmasının təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Hesab edilir ki, məhkumun əməli CM-in daha ağır cəza nəzərdə tutan maddəsi ilə tövsif edilmə li, həmçinin "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası 186.1-ci maddəsinə əsasən “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası 308.1-ci maddəsinə əsasən “Vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələ b etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda “ cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası 308.2-ci maddəsinə görə “Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.“ “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən et məklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlinin tövsifi zamanı maddi hüquq normaları düzgün tətbiq edilməklə əməlin tövsifində səhvə yol verilməmişdir. Həmçinin, kassasiya şikayətində zərərçəkmiş şəxslərə qarşı cinayətin törədilməsində Məhkumla birlikdə həmçinin "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbər vəzifəli şəxslərin məsuliyyətdən kənarda qalması mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMnin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına x itam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr təqsirləndirilən şəxs Məhkum hərəkətlərində zərərçəkmiş şəxslərin kassasiya şikayətində qeyd olunan daha ağır cinayətlərin, yəni CM-nin 186.3-cü və 308.2-ci, 322-ci maddələrlə və zərərçəkən şəxslərin kassasiya şikayətində iddia olunduğu digər şəxslərə qarşı irəli sürülməyən ittihama baxa bilməz. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurması nəticəsinə gəlinmiş və ona Azərbaycan Respublikası CM-in 186.1 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız b u Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, dəymiş ziyanın könüllü olaraq ödənilməsi üçün Baş prokurorluğun depozit hesabına yerləşdirilməsini və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhk əmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq. Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəf indən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar