Məhkəmə qərarları › İş №1(102)-117/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-117/2019

30.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-117/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Nəsibov Hafiz Qənbər oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Şirvan şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 01avqust 1969-cu il tarixdə Şamaxı rayonu,********** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, **********kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in)180.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Z.Hümbətov) Məhkum – Azərbaycan Respublikası CM-nın180.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətininəvvəlinin onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündənzərərçəkmiş şəxs tərəfindənapellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.M.Əhmədov, hakimlər: H.Ə.Nəbiyev vəN.R.Mövsümov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Şamaxı Rayon Məhkəməsinin 08 may2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Hökmə əsasən Məhkum 29 aprel 2017-ci il tarixdə saat 17:20 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Ağcaqış” qış otlaq sahəsində xırdabuynuzlu heyvanları otararkən Şamaxı rayonu ********** kənd sakini X4 gözü qarşısında sonuncunun iradəsinin ziddinə olaraq sürüdə olan,qardaşı Zərərçəkmiş şəxs məxsus 13 baş xırdabuynuzlu heyvanı apararaq soyğunçuluq etmiş,yəni özgənin əmlakını açıq talamaqla ələ keçirmişdir. Kassasiya şikayətlinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Mə hkəməsinin 31 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdanməhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş şəxsin mövqeyinə görə Məhkum törətdiyi cinayət nəticəsində ona vurulmuş ziyan ödənilməmiş,məhkəmələr bunu nəzərə almadan təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs və onun nümayəndəsi K6,kassasiya şikayətinintəmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya insta nsiya məhkəməsinin apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxışı və məhkəmə baxışının təyin edilməsi barədə 12 iyul 2018-ci il tarixli və apellyasiya şikayətinin yekun baxışına dair 31 iyul 2018-ci il tarixli qərarları ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsinin ilkin baxışında yenidən baxılması təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu ins tansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Zərərçəkmiş şəxs kassasiya şikayətində qeyd edir ki, Məhkum törətdiyi cinayət nəticəsində ona vurulmuş ziyan ödənilməmiş,məhkəmələr bunu nəzərə almadan təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişlər,ona görə də ona daha ağır cəza təyin edilməlidir. Kassasiya şikayətində təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlinin sübutları,əməlin tövsifi mübahisələndirilmədiy indən məhkəmə kollegiyası həmin xüsusatların müzakirə edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki,Məhkum CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi,barəsində ittiham aktı tərtib edilərək cinayət işinin məhkəməyə göndərilməsi və məhkum edilməsi zamanı həm ibtidai araşdırma orqanı,həm də məhkəmələr tərəfindən cinayət və cinayət- prosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericiliyin normalarına,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun vəAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarınaistinad etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzər də tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 27.1-ci maddəsinə görə şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət qanununda nəzərdə tutulan cinayətlər formal və maddi quruluşa malik olan cinayət tərkibləri olmaqla iki qrupa bölünür. Formal quruluşa malik olan cinayət tərkiblərindən fərqli olaraq maddi quruluşa malik olan tərkiblərdə cinayətin başa çatması üçün ictimai təhlükəli hərəkətin (hərəkətsizliyin) edilməsi ilə yanaşı,həm də qanunda göstərilən ictimai təhlükəli nəticənin də baş verməsi zəruridir. CM-nin Xüsusi hissəsində nəzərdə tutula n bir sıra maddələrdə ictimai təhlükəli hərəkətin (hərəkətsizliyin) edilməsi nəticəsində vurulmuş ictimai təhlükəli nəticənin xarakterindən və həcmindən təqsirləndirilən şəxsin əməlinin tövsifi asılı olur. Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi (Soyğunçuluq) maddi tərkibli cinayət olmaqla,şəxsin həmin maddə ilə ittiham edilməsi üçün cinayət tərkibinə daxil olan digər əlamətlərlə yanaşı əməl nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın miqdarı,dəyəri və həcminin müəyyən olunması cinayət qanunu ilə nəzərdə tutulmuş zəruri tələblərdən biridir. Belə ki,CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə: “1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, l akin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” CM-nin 180.1-ci maddəsinə görə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamadır. Şəxsin töprətdiyi soyğunçuluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulduqda onun əməli CM-nin 180.2.5-ci,zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurulduqda onun əməli CM-nin 180.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.4-cü maddəsinin tələbinə görə müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməlidir. CPM-nin 91.5.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsnədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Qanunun mənasına görə şəxsə ittiham elan edilərkən ittihamda onun təqsirləndirildiyi əməl nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ittiham orqanı tərəfindənmüəyyən edilmiş miqdarını və məbləğini bilmək hüququ vardır. CPM-nin 223-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb etmənin əsası və qaydası müəyyən edilmişdir. CPM-nin 223.3.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsindəcinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. CPM-nin 289-.3.1-ci maddəsinin tələbinə görə cinayət işinin istintaqının yekunu üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. CPM-nin 299.3.2-ci maddəsinin tələbinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə baxılır Məhkəmə hökmünün məzmununda əks etdirilməli olan məlumatları təsbit edənCPM-nin 353-cü maddəsinin tələbinə görə hökmdə digər məlumatlarla yanaşı aşağıdakı məlumatların göstərilməsi zəruridir: “353.2. Məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: 353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri;” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 6-cü bəndində qeyd olunur ki,Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə əsasən ittiham hökmünün təsviri hissəsində sübut edilmiş hesab olunan cinayət əməlinin törədildiyi yer,vaxt,onun törədi lmə üsulu,təqsirin xarakteri,cinayətin motivi və nəticələri göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. İş materiallarından görünür ki,Məhkum təqsirləndirildiyi CM-nin 180.1-ci maddəsində təsbit olunmuş cinayətin tərkibinə daxil edilməli olan cinayət qanununda nəzərdə tutulmuş və yuxarıda şərh olunan bütün əlamətlər cinayət işinin istintaqını aparmış Şamaxı Rayon Polis X3 müstəntiqi,polis kapitanı Atakişiyev Baba Babaş oğlunun 10 mart 2018-ci il tarixli qərarında,iş üzrə tərtib olunmuş və 18 mart 2018-ci il tarixdə Şamaxı rayon prokuroru Zaki Müslümov tərəfindən təsdiq olunmuş ittiham aktında və Şamaxı Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmündə göstərilməməklə cinayət qanununvə cinayət qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki,işin hallarının ibtidai araşdırma orqanının və məhkəmələrin qərarlarında təsvir olunan məzmununda deyilir: “Məhkum 29 aprel 2017-ci il tarixdə saat 17:20 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Ağcaqış” qış otlaq sahəsində xırdabuynuzlu heyvanları otararkən Şamaxı rayonu **** ****** kənd sakini X4 gözü qarşısında sonuncunun iradəsinin ziddinə olaraq sürüdə olan,qardaşı Zərərçəkmiş şəxs məxsus 13 baş xırdabuynuzlu heyvanı apararaq soyğunçuluq etmiş,yəni özgənin əmlakını açıq talamaqla ələ keçirmişdir.” Göründüyü kimi,təqsirləndirilən şəxs Məhkum törətdiyi soyğunçuluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləği ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilməmiş, təqsirləndirilən şəxsin əməlinin tövsifi və ona təyin ediləcək cəza üçün mühüm əhəmiyyət kəsb edən həmin qanunsuzluqlar məhkəmələr tərəfindən aradan qaldırılmayaraq əsassız məhkəmə qərarları qəbul edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin bax ışı və məhkəmə baxışının təyin edilməsi barədə 12 iyul 2018-ci il tarixli və apellyasiya şikayətinin yekun baxışına dair 31 iyul 2018-ci il tarixli qərarları ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsinin ilkin baxışında yenidən baxılması təyin edilməlidir. Yuxarıda şərh olunan qanunsuzluqlar aradan qaldırıldıqdan sonra təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsi həll edilməli olduğundan məhkəmə kоllеgiyаsıtəqsirləndirilən şəxs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki,məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini nəzərə almalı, ona törətdiyi cinayətin ağırlığına uyğun olan, cəz anın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etməli, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən ci nayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictim ai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cina yətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli,Sumqayıt Apellyasiya Məhkəməsinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxışı və məhkəmə baxışının təyin edilməsi barədə 12 iyul 2018-ci il tarixli və apellyasiya şikayətinin yek un baxışına dair 31 iyul 2018-ci il tarixli qərarları ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsinin ilkin baxışında yenidən baxılması təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxışı və məhkəmə baxışının təyin edilməsi barədə 12 iyul 2018-ci il tarixli və apellyasiya şikayətinin yekun baxışına dair 31 iyul 2018-ci il tarixli qərarları ləğv edilərək cinayət işinə apellyasiya instansiyası məhkəməsinin ilkin baxışında yenidən baxılması təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar