Məhkəmə qərarları › İş №1(102)-117/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-117/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-117/2022 21.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, zərərçəkmiş şəxslərin hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 19 aprel 2021-ci il tarixli, 1(104)-151/2021 nömrəli qərarından zərərçəkmiş şəxslərin hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1957-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır. 2. 12 noyabr 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 29 iyun 2018-ci il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında yerləşən ünvan 3cü il təvəllüdlü Dəmirova Nataliya Fedorovnanın üzərində “Ventiral yırtıq” diaqnozu ilə icra edilmiş “Herniotomiya, alloplastika” cərrahi əməliyyatda anestezioloq-reanimatoloq qismində iştirak edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim anetsezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının 7-ci bəndinin, yəni müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmə kimi tələblərini pozaraq, cinayətkarcasına etinasızlıq göstərib yüksək qan təzyiqi olmasını əvvəlcədən müəyyənləşdirilməsinə baxmayaraq cərrahi əməliyyata qədər müalicələri tam icra etməməklə, yəni hipertenziyanın, yüksək qan təzyiqinin olmasını nəzərə almayaraq hipotenziv terapiya aparmadan xəstəyə narkoz verməklə yüksək qan təzyiqi nəticəsində sol mədəciyin yüklənməsinin baş verməsi və ağciyərlərdə ödem hesabına qazlar mübadiləsinin pozulmasına görə sonuncunun endotraxeal narkoz zamanı inkişaf etmiş kəskin ağciyərürək çatışmazlığından ölməsinə səbəb olmaqla, Nataliya Dəmirovanı ehtiyatsızlıqdan öldürmüşdür. Bundan başqa, o, təkrarən, 02 iyul 2018-ci il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanında yerləşən ünvan 4ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlunun üzərində icra edilmiş “Sağ bud nahiyəsinin yerdəyişməli osteoplastikası” cərrahi əməliyyatında həkim anestezioloqreanimatoloq qismində iştirak edərkən, cinayətkarcasına etinasızlıq gö stərib cərrahiyyə əməliyyatı zamanı anesteziya məqsədilə istifadə edilən dərman preparatlarının dozalarını xəstənin çəkisinə uyğun olmayan dozada verərək, həmçinin həmin gün saat 16:10-da əməliyyatdan sonra narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən keçməmiş Rüstəm Mustafayevi erkən ekstubasiya etməklə yaranmış beyin hipoksiyası nəticəsində spinal anesteziya və intubasion narkoz zamanı inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölümünə səbəb olmaqla, Rüstəm Mustafayevi ehtiyatsızlıqdan öldürmüşdür.

4. Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 1(015)-24/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsinə əsasən 2 il müddətinə anestezioloqreanimato loq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxslərin hüquqi varisləri apelyasiya şikayətləri verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə başqa, daha ağır ittihamın irəli sürülməsi, eləcə də cinayət hadisəsi ilə bağlı başqa şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. Həmçinin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxsə daha ağır - təqsirləndirilən diyi maddənin nəzərdə tutduğu cəzanın yuxarı həddində, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2021-ci il tarixli, 1(104)-151/2021 nömrəli qərarı ilə apelyasiya protesti tam, zərərçəkmiş şəxslərin hüquqi varisləri Dəmirov Yaqub İsmayıl oğlunun və Mustafayev Seymur Rüstəm oğlunun apelyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 1(015)-24/2020 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə anestezioloqreanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

9. Zərərçəkmiş şəxsin hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olmuş, kassasiya şikayətinin müəllifi onları təkrarlamaqla məhkum edilmiş şəxsin əməlinin düzgün tövsif edilmədiyini, həmçinin məhkumla yanaşı digər şəxslər Sarif Orucovun, Kamandar İbrahimovun və A işə Əlisgəndərovanın törədilmiş cinayətə görə məsuliyyət daşıdıqlarını, ona görə də onların da cinayət məsuliyyətinə cəlb edilməli olunduqlarını qeyd edərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2021-ci il tarixli, 1(104)151/2021 nömrəli qərarını ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə mi nmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları norma larının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Zərərçəkmiş şəxslərin hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlu kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin düzgün tövsif edilmədiyini, həmçinin məhkumla yanaşı digər şəxslərin törədilmiş cinayətə görə məsuliyyət daşıdıqlarını, həmin cinayəti birlikdə törətdiklərini, ona görə də onların da c inayət məsuliyyətinə cəlb edilməli olduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlu kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsi n hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlunun kassasiya şikayətində irəli sürdüyü tələbin (o cümlədən, məhkəmənin Məhkum əməlin hüquqi tövsifində səhvə yol verməsi haqqında iddiaların) əsaslılığını yoxlayarkən, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.

18. İşin müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın mövqeyi həm də məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin müddəalarına əsaslanır.

19. Belə ki, Azərbaycan Res publikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

20. Birincisi, Cinayət-Prosessual Məcəlləsinin bu müddəası kassasiya instansiyası məhkəməsinin özünə zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələni araşdırmağa yol vermir.

21. İkincisi, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edil məsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının apellyasiya məhkəməsi tərəfindən də araşdırılması üçün işin apellyasiya baxışına qaytarılmasının qarşısını alır.

22. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanın ın nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).

23. Həmçinin, apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest ve rilməmişdir.

24. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlunun Məhkum tərəfindən cinayətin digər şəxslərlə birlikdə törədildiyi halda, ibtidai istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməməsinə, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməz.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarında dəfələrlə müəyyən edilmişdir ki, Avropa İn san Hüquqları Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır (bax, məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).

26. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. M əhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr şikayət müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

27. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhk əmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi Dəmirov Yaqub İsmayıl oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2021-ci il tarixli, 1(104)-151/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar