Məhkəmə qərarları › İş №1(102)-117/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-117/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-117/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları i lə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mirzə Xankişiyev (sədrlik edən və məruzəçi), Şəkər Məmmədova və Faiq Qəniyev) 26 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə və ev dustaqlığında saxlandığı 02 (iki) il 20 (iyirmi) gün ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum et mə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 1(103)-1085/2021 nömrəli 14 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddə tə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə və ev dustaqlığında saxlandığı 02 (iki) il 20 (iyirmi) gün ona təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. 31 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti v ermək müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1.3-cü maddəsinə əsasən daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 (altı) ay müddətində kassasiya şikayəti verilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 kassasiya şikayəti 31 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayəti kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmaqla verilmişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Yuxarıda göstərilən hallar hazırki material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxs Naiq Mehtiyevin kassasiya şikayətinə baxılmasına mane edir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin səl ahiyyətinə aid edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-in 410.1.3-cü maddəsi nəzərə alınmaqla məhkəmə kollegiyası bildirir ki, Zərərçəkmiş şəxs1 yazdığı kassasiya şikayətinin verilmə müddəti 14 mart 2022-ci il tarixdə bitmiş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin kassasiya şikayətlərinin mümkünlüyünə baxılmamışdır. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şik ayət üzrə icraatın materiallarını apelyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 kassasiya şikayəti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1085/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar