Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-117/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2 və 32.4, 312.2-ci maddə ləri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1058/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 6 avqust 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Cavid küçəsi, döngə 1, ev 85 A qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə ə mlakını ələ keçirmək məqsədi ilə 2013-cü il tarixdə Daxili İşlər orqanlarından xaric olunduğu halda özünün polis əməkdaşı olmasını bildirdiyi övladı Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına kursant qismində qəbul edilməsində köməklik göstərilməsi barədə 2019-cu ilin may ayında müraciət edən tanışı Şahid6 özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslə yaxın münasibətinin olmasını və həmin şəxs vasitəsilə guya Şahid7 Polis Akademiyasına qəbul etdirmək imkanına malik olmasını aralarında olan söhbət zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, Şahid7 Polis Akademiyasında keçiriləc ək sınaq və müvafiq yoxlamalardan kənar qəbul edilməsinə görə maddi nemət olan 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid6 aldatmaqla, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin may ayında hissə-hissə olmaqla Şahid6 Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında cəmi 17.000 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui istifadə etmə yolu ilə Şahid6 məxsus cəmi 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrin ə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid6 təhrik etmişdir.
3. Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2013-cü ildə Daxili İşlər orqanlarından xaric olunduğu halda özünün polis əməkdaşı olmasını bildirdiyi, Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş Şahid3 Ağəddin oğlunun cinayət məsuliyyətindən azad edilməsi və yaxud əməlinin tövsifinin yüngülləşdirilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin noyabr ayında özünə müraciət etmiş sonu ncunun atası X7 ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında görüşləri zamanı sonuncuya özünün guya Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və Prokurorluq orqanlarında işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Şahid3 gələcəkdə məhkəmədə həbslə bağlı olmayan cəza təyin etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə ilkin olaraq maddi nemət qismində 30.000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Ağəddin Nəciyevi aldatmaqla bildirərək, son uncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin noyabr ayında X1 cinayətdən xəbərsiz olan Şahid6 vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsində yerləşən Şahid6 icarəyə götürdüyü ofisdə 15.000 manat, eyni niyyətlə, 2019-cu ilin noyabr ayında həmin ünvanda 10.000 manat, eyni niyyətlə, rüşvət qismində əlavə pul vəsaitinin də verilməsinin zəruri olmasını bildirib sövdələşməklə, 2019-cu ilin dekabr ayında qeyd edilən yerdə 40.000 manat və 2019-cu ilin dekabr ayında eyni qaydada və həmin ünvanda 20.000 manat pul vəsaitini alıb, Şahid3 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra öz cinayətkar niyyətini davam etdirərək 2020-ci ilin may ayında Ağəddin Nəciyevlə danışıqları zamanı yalandan Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən Şahid3 həbsdən azad etdirəcəyini bildirib, həmin məsələnin müsbət həlli üçün Bakı Apellyasiya Məhkəməsində işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Ağəddin Nəciyevi aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Ağə ddin Nəciyevdən şəxsən 10.000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X2 məxsus cəmi 95.000 (doxsan beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə X3 təkrarən təhrik etmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X15 və X5 ibarət məhkəmə tərkibində) 16 mart 2022-ci il tarixli, 1(101)-320/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərd ə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması və Məhkum qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəlinin 15 oktyabr 2021-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.
5. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, şikayətində təyin olunmuş cəzanın ağır olduğunu, b arəsində yüngülləşdirici halların nəzərə alınmadığını göstərib hökmün dəyişdirilərək barəsində daha az və ya yüngül cəza növü təyin edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət məhkəmə tərkibində) 21 iyun 2022-ci il tarixli, 1(103)1058/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(101)-320/2022 nömrəli hökmünün məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1058/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Məhku m kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən ona cəza təyin edilərkən barəsində olan yüngülləşdirici halların kifayət qədər nəzərə alınmadığını, eyni zamanda, onun əməllərində CM-in 32.4, 312.2-ci maddəsinin tərkib əlamətlərinin olmadığını, onun yalnız dələduzluq əməli ilə məsuliyyətə cəlb edilməli olması, buna dair müvafiq qanunvericilik aktlarının mövcudluğunu qeyd etmişdir.
9. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1058/2022 nömrəli qərarının dəyişdirilməsini, təqsirli bilindiyi CM-in 32.4, 312.2-ci maddəsinin ittihamdan xaric edilməsini və üzərində CM-in 178.3.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını xahiş etmişdir.
10. Kassa siya şikayətinə qarşı etiraz verilməmişdir.
11. Hökmdən kassasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz etməyərək, məhkəmə kollegiyasından məhkumun təqsirli bilindiyi CM-in 32.4, 312.2-ci maddəsinin ittihamdan xaric edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Məhkum kassasiya şikayətində (kassasiya şikayətinin məzmunundan ) əsassız olaraq həddindən artıq ağır cəzaya məruz qaldığını, həmçinin əməlində CM-in 32.4, 312.2-ci maddəsinin tərkib əlamətlərinin olmamasını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsini və həmin maddənin ittihamdan xaric edilməsi, üzərində CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın saxlanılması barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
17. Odur ki, kollegiya kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1058/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müva fiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
21. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
22. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanu nu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
24. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub- olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum ona hökmlə ist inad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş dələduzluq (CM 178.3.2) əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi məhkum tərəfindən təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi üzrə əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir, bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni ol an) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apell yasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
27. Bununla yanaşı, məhkəmələrin Məhkum ittiham olunduğu CM-ni 32.4, 312.2-ci maddəsi ilə bağlı gəlmiş olduqları qənaətə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Belə ki, Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermədə ifadə olunur.
29. İbtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxs Şahid6, Şahid7 Polis Akademiyasına qəbul etdirmək üçün, həmçinin digər zərərçəkmiş şəxs Şahid1 yaxın qohu munun cinayət işinin yüngülləşdirilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onları aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsləri təkrarən vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Məhkum CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.
30. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi CM-in 32.4, 312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə qeyrilərini təhrik etmə kimi təsbit olu nmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.
31. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsləri aldadaraq, onlara söz verdiyi, yəni bir zərərçəkmiş şəxsə münasibətdə Polis Akademiyasına qəbul etdirmək, digərinə münasibətdə isə oğlunun cinayət işinin yüngülləşdirilməsi məsələsini həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan pul alıb ələ keçirmişdir.
32. Qeyd olunmalıdr ki, məhkəmə aktları qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmələr tərəfindən CM-nin 32.4, 312-ci maddəsi ilə tövsif edilsə də, hazırkı halda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarından (Qərardadı) çıxış edərək məhkəmə kollegiyası Məhkum hərəkətlərində CM-nin 32.4, 312.2-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir.
33. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əla qəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcm usu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır.
34. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.
35. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023-cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqq ında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: 37. “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin.
38. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir.
39. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ ke çirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır.
40. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”.
41. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”.
42. Öyrənilmiş cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Şahid6 məxsus cəmi 17.000 manat, Ağaəddin Nəciyevə məxsus cəmi 95.000 manat məbləğində pul vəsaitini vəzifəi şəxsə rüşvət vermək adı ilə sonunculardan dələduzluq yolu (vahid niyyətlə) ilə ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə p ul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını istisna edir.
43. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
44. Məhkəmə kollegiyası işin müəyy ən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022 ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1058/2022 nömrəli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(101)-320/2022 nömrəli hökmündən Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, məhkumun üzərində isə ona CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bununla da sonuncunun kassasiya şikayəti təmin edilməlidir.
45. Məhkum təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəzanın mübahisələndirilməsinə, o cümlədən cəzasının yüngülləşdirilməsi üçün əlavə halların olmasına baxmayaraq məhkəmələr tərəfindən həmin halların nəzərə alınmaması ilə bağlı məhkumun kassasiya şikayətində istinad etmiş olduğu dəlilərə gəldikdə, kollegiya qeyd edir ki, Məhkum törə tmiş olduğu cinayət əməllərindən CM-in 32.4, 312.2-ci maddəsinin, həmçinin CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin xaric edilməsi, bununla da məhkum üzərində CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın saxlanılması onun tələblərinin təmin edilməsidir, bundan əlavə kollegiya məhkumun cəzasının təyin edilmiş cəzadan daha aşağı həddə endirilməsi üçün əsaslar müəyyən etmir.
46. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsini n 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini, yüngülləşdirən hallar kimi müsbət xarakterizə edilməsini, ilk dəfə olaraq cinayət əməli törətməsini, Şahid6 vurulmuş 17.000 manat maddi ziyanın ödənilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır.
47. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını (CM-nin 3 2.4, 312.2-ci maddəsinin və CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin xaric edilməsi) dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1058/2022 nömrəli qərarında dəyişiklik edilərək, onun CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına və sonuncuya CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar həmin qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(101)-320/2022 nömrəli hökmündən xaric edilməli və məhkumun üzərində ona CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza saxlanılmalıd ır.
48. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 21 iyun 2022-ci il tarixli, 1(103)-1058/2022 nömrəli qərarı Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə məhkum olunmasına aid hissədə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1058/2022 nömrəli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(101)-320/2022 nömrəli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəs inə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum üzərində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilsin.